Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-956/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə borc tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX/2020ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə XXX 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Notarial qaydada bağlanmış 22 aprel 2015-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən borclu Cavabdeh müqavilə üzrə borc verən İddiaçı 17.000 manat məbləğində borcunun olduğunu bəyan və tam etiraf etmiş, həmin məbləği 22.04.2015-ci il tarixdən 01.05.2015ci il tarixədək nağd, faizsiz, tam İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı 12.06.2019-cu il tarixdə İddiaçı Cavabdeh 17.000 manat pulun, pulun ödənilməsini gecikdirdiyi müddət üçün ondan faydalanmağa görə 2.550 manat pulun, ümumilikdə 19.550 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış və Nrayon xüsusi notariat kontoru tərəfindən təsdiq edilmiş 22.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh 17.000 (on yeddi min) manat pul verilib. Həmin müqavilənin 2-ci bəndinə əsasən pulun qaytarılma müddəti 22.04.2015-ci il tarixdən 01.05.2015-ci il tarixədək müəyyən edilmiş və Cavabdeh aldığı 17.000 manat pulu qeyd olunan müddətə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan bir neçə il keçməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmir, müxtəlif vasitələrlə pulu ödəməkdən yayınır. Belə ki, ötən müddət ərzində dəfələrlə cavabdehdən pulun ödənməsi tələb edilsə də, bu heç bir fayda verməmiş və nəticəsiz qalmışdır. Cavabdeh verdiyi yalançı vədlərə əməl etməmiş, ona görə də pozulmuş h üququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh onun pulunu ödəməkdən boyun qaçırmaqla, pulun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin pulun məbləğindən faizlər də ödəməlidir. NRayon Məhkəməsinin (hakim Xəqani Tağıyev) 11 sentyabr 2018-ci il tarixli 2(027)1859/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 17.000 (on yeddi min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 22.04.2015- ci il tarixli 17.000 manat məbləğində borc pulu cavabdeh 22.04.2015-ci il tarixdən, 01.05.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin borc pulu id diaçıya verməmiş və borc öhdəliyini pozaraq bu günədək həmin puldan heçnə qaytarmamışdır. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh rəsmi qaydada məhkəmə iclasına çağırılsa da, gəlməyərək iddia tələbinə öz etirazını bildirməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya 17.000 manat məbləğində pul borclu olması faktı iş materialları ilə təsdiq olunduğuna görə iddia bu hissədə təmin olunmalı, qalan pulun ödənilməsini gecikdirdiyi müddət üçün ondan faydalanmağa görə 2.550 manat məbləğində pul isə əsassız sayılaraq təmin edilməməli, tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh 17.000 manat borc pul tutularaq, İddiaçı ödənilməlidir. İddiaçı cavabdehdən pulu ödəməkdən boyun qaçırmaqla və pulun ödənilməsini gecikdirməklə ondan faydalanmağa görə həmin pul məbləğindən 2.550 manat faiz tələb etsə də, tərəflər arasında bağlanmış 22.04.2015-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilədə borcun faizsiz qaytarılması nəzərdə tutulması səbəbindən məhkəmə iddianı həmin hissədə əsasız hesab etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 739, 740-cı maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Qafari Səyyad - sədrlik edən və məruzəçi, Abasov Şəmsəddin və Telman Məmmədov) XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, NRayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə aşağı instansiya məhkəməsində verilməli olsa da, birinci instansiya məhkəməsi aparılmış mülki mühakimə icraatı zamanı cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun nəticəsi olaraq, sonuncu da bu hüququndan vaxtında istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin məhkəmə müdafiəsi hüququ birinci instansiya məhkəməsi tərəfindən pozulduğundan və apellyasiya instansiya məhkəməsində məhkəmə müdafiəsi hüququ təmin edi ldiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi qəbul edilməlidir. Həmçinin qeyd edilmişdi ki, iddiaçı mövcud müqavilənin 22.04.2015-ci il tarixdən 01.05.2015ci il tarixədək, yəni 9 gün müddətinə bağlandığını bildiyi halda, həmin müqavilə üzrə cavabdehin ödəməli olduğu pul məbləğinin ondan tutulmasından ötrü məhkəməyə nəinki dərhal, heç 3 (üç) il müddətində müraciət etməmiş, yalnız 12 iyun 2018-cı tarixdə müraciət etmişdir. İddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2, 375.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin bir sıra qərarları na istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Suçqayıt Apellyasiya Məhkəməsinin XXX 2020-ci il tarixli XXX/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmiş, məhkəməyə müraciət edildiyi vaxtı 12 iyun 2018-ci il tarixindən əsas götürməklə yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə iş materiallarını dəqiq araşdırmamış, iş materiallarında Nrayon Məhkəməsinin XXX/2018 nömrəli, XXX 2018-ci il tarixli iddia ərizəsinin geri qaytarılması barədə qərardadın olmasına heç bir əhəmiyyət verməmişdir. Bel ə ki, iş üzrə üç illik iddia müddəti 01.05.2018-ci il tarixdə bitir. Lakin iddiaçı tərəfindən iddia ərizəsi poçt vasitəsi ilə 2018-ci ilin aprel ayında Nrayon Məhkəməsinə göndərilmişdir. Həmin vaxt Nrayon Məhkəməsi dövlət rüsumu ödənilmədiyi üçün özünün XXX/2018 nömrəli, XXX 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsini geri qaytarmış, həmin qərardad iddiaçıya 06.06.2018-ci il tarixdə rəsmi qaydada verilmiş və tərəfindən qərardadda göstərilən nöqsan aradan qaldırılaraq yenidən məhkəməyə müraciət olunmuşdur. Hazırki iş isə Nrayon Məhkəməsində XXX/2018 nömrə ilə qeydiyyata alınmış və işə baxılaraq XXX 2018-ci il tarixli, XXX/2018 nömrəli qətnamə qəbul edilmişdir. Göründüyü kimi, nə 3 illik iddia müddəti, nə də digər prosessual müddətlər ötürülməmişdir. Cavabdeh müqavilə üzrə götürdüyü öhd əliyi yerinə yetirməmiş, müxtəlif vasitələrlə pulu ödəməkdən yayınmışdır. Belə ki, ötən müddət ərzində dəfələrlə cavabdehdən pulun ödənməsi tələb edilsə də, bu heç bir fayda verməmiş və nəticəsiz qalmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkə məyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt ye ni müddətə daxil edilmir. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borclu dur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
377. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində mürac iətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, Cavabdeh qeydiyyatda olduğu ünvana birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş məhkəmə iclasları barədə bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Apellyasiya şikayəti verən cavabdeh həmin şikayətdə başqa ünvan göstərməmiş, həmçinin apellyasiya şikayətini işə onun iştirakı olmadan baxılması və bununla da prossesual hüquqlarının pozulması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, işə məhkəmədə baxılması üçün məhkəmə iclası 15.07.2020-ci il tarixə təyin edilmiş, cavabdeh 18.06.2020-ci il tarixdə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İş materiallarından həmin ərizənin surətini iddiaçıya göndərilməsi və ərizəyə münasibət bildirməsinin təklif edilməsi görünmür. 15.07.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar təxirə salınmış və növbəti məhkəmə iclası 19.08.2020-ci il tarixə təyin edilmişdir. İddiaçı 04.08.2020-ci il tarixdə məhkəməyə ərizə və apellyasiya şikayətinə dair etiraz göndərərək, səhhətində problemlər olduğunu və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında məhkəmə iddiaçının iştirak olmadan işə baxaraq, mübahisəyə cavabdehin ərizə si üzrə iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ilk dəfə apellyasiya məhkəməsinə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə əsasında mübahisə üzrə iddia müddəti ilə bağlı iddiaçının mövqeyini öyrənmədən, iş üzrə iddia müddətinin buraxılması nəticəsinə gəlmişdir. Halbuki MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəm ənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPMin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzə rinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Apellyasiya instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə qəbul edən məhkəmə əks tərəfin iddia müddətinin buraxılmasına münasibətini, iddia müddətinin axımının başlanması ilə bağlı özündə olan sübutları təqdim etməsi, müddətin buraxılması üzürlü səb əblərdən olarsa, qanunla müəyyən edilmiş hüquqdan istifadə edərək müddətin bərpası barədə ərizə verməsi kimi prossesual hüquqlarından istifadə etməsi üçün ona şərait yaratmamaqla, ümumiyyətlə belə bir ərizənin verilməsindən xəbərsiz olan iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının XXX/2020 nömrəli iş üzrə XXX 2020ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.