Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-958/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh “xxxx» “Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11166/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseyn ov) xx xxx 2019-cu il tarixli, 2(006)-57/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10680 manat məbləğində pulun cavabdeh “xxxx” MTK-dan alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 250 manatın cavabdeh “xxxx» “MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “10680 manat məbləğində pulun cavabdeh “xxxx” MTK-da n alınaraq İddiaçı verilməsi” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmiş, keçirilmiş məhkəmə ekspertizalarının xərci hesabına İddiaçı 250 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. İşin halları İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əlavə sahə üçün aldığı 10680 manatın, bunun üçün xx xxxxxxxx 2014-cü il tarixdən etibarən Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcəsinə müvafiq olaraq maliyyə sanksiyasının, kommunikasiya üçün ödənilən 1100 manat pulun və bu məbləğ üçün xx xxxx 2011-ci il tarixdən uçot dərəcəsinə uyğun maliyyə sanksiyasının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” MTK ilə xx xxx 2011-ci il tarixdə müqavilə bağlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində tikinti yekunlaşdığı vaxtda 133,5 kvadrat metr yaşayış sahəsinin onun mülkiyyətinə verilməsinə dair müqavilə imzalamışdır. Ümumi sahəsi 133,5 kvadrat metr hesablanan yaşayış sahəsinin hər kvadrat metri üçün 600 manat pulu, yekunda isə 80102 manat məbləğin ödənilməsinə dair razılaşmışlar. Amma davam edən tikinti mərhələsində və müddət keçdikcə mənbəyi müəyyən olmayan və müqaviləyə salınmayan əlavə ödənişlər ortaya çıxmağa başlamış, habelə razılaşdırılmış şərtlərin cavabdeh tərəfindən icra edilmədiyi bəlli olmuşdur. Belə ki, o, xx xxxx 2011-ci il tarixdə öhdəliyin xaricində 1100 manat mühəndis kommunikasiya təminatı üçün pul ödəməli olmuşdur. Halbuki müqavilənin 2-ci bəndinin “mənzili “kooperativ” “payçı”ya aşağıdakı texniki vəziyyətdə verməlidir” hissəsində ümumi kommunikasiya xətlərinin çəkiləcəyi göstərilir. Onun tərəfindən razılaşmaya daxil olmayan əlavə ödənişlərə və həmçinin qanunvericilikdə təchizatçı və paylayıcı qurumlar tərəfindən təmin edilməli olan sayğaclara görə ödənişə etiraz edildiyində isə mənzilin təhvili ilə bağlı problem yaşanacağını bildirməklə kifayətlənmişlər. Cavabdeh onun birbaşa bildirdiyi şikayətlərini ya cavabsız qoymuş, ya müxtəlif bəhanələr gətirmiş, ya da mənzilin təhvilində problem yaşaya biləcəyini vurğulamışdır. Texniki pasportda və çıxarışda mənzilin ümumi sahəsinin 115,7 kvadrat metr olduğu göstərilmişdi r. Halbuki, MTK ilə olan razılaşmada nəzərdə tutulmuşdur ki, pay haqqının ödənilməsi qarşılığında ümumi sahəsi 133,5 kvadrat metr mənzili təhvil verilməli idi. Bununla da MTK binanın plan-çizgisindən onlara daha əvvəldən məlum olan bu halı gizlədərək və ya başqa sözlə, iddiaçını aldadaraq aradakı 17,6 kvadrat metr fərqin, yəni faktiki olaraq ortada olmayan bir sahənin pulunu almışdır. Aralarındakı razılaşmaya görə hər kvadrat metr üçün 600 manat nəzərdə tutulduğundan bu, 10680 manat pulun etibardan sui-istifadə edərək alınması deməkdir. MTK-nın müqavilə öhdəliyini icra etməməsi nəticəsində o, 10680 manat məbləğdən məhrum olmuşdur. Buna görə də, MTK dəymiş həmin zərərin əvəzini və onun hesabına əldə etdiyi 10680 manatdan faydalanmağa görə faizləri ödəməlidir. Bundan başqa, MTK kommunikasiya təminatı üçün aldığı 1100 manatı və həmin puldan faydalanmağa görə faizləri ona ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “xxxx" MTK arasında mübahisənin həlli üçün tərəflər arasında bağlanmış müqavilə əsas götürülmüş tikilinin təyinatını və sahələrini təsdiq edən texniki və işçi layihə sənədi, həmçinin obyektin istismara qəbul AKT-ı iş materiallarına əlavə edilməmiş və məhkəməyə də təqdim edilməmişdir. Bununla da cavabdeh həmin mənzilin sahəsinin layihə və ya oby ektin istismara qəbul AKT-ı üzrə həqiqətən nə qədər olduğunu, tikilinin təyinatını (balkon və ya eyvan olmasını) sübuta yetirə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi isə qanunvericiliyin tələblərini pozaraq bu halları araşdırmadan və ümumiyyətlə tikilinin layihəsinə belə baxmadan qanunsuz və əsassız olaraq mənzilin guya layihə üzrə ümumi sahəsinin 133,5 kvadrat metr olduğu və cavabdehin müqavilə üzrə həmin öhdəliyi tam icra etdiyi nəticəsinə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh “xxxx» “Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı və “xxxx” MTK arasında bağlanmış xx xxx 2011-ci il tarixli müqaviləyə əsasən MTK payçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binada “C” blokun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 133,5 kvadrat met r təşkil edən, 3 otaqlı, 16 saylı mənzilin son kalkulyasiya dəyərini tam müqavilədə müəyyən edilmiş qayda ilə ödədikdən sonra verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 133,5 kvadrat metr olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kvadrat metr-nin qiyməti 600 manat olmaqla, ümumi dəyəri olan 80100 manat payçı tərəfindən “xxxx” MTK-ya tam ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi s ahəsinin 115,7 kvadrat metr olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi toplanılmış sübutları qiymətləndirərək göstərmişdir ki, İddiaçı cavabdeh “xxxx” MTK qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirərək 133,5 kvadrat metr ümumi sahəsi olan mənzilin dəyərini MTK-ya tam ödəmiş, lakin cavabdeh MTK tərəfindən ümumi sahəsi 133,5 kvadrat metr mənzil iddiaçıya qeyd edilən kvadrat metrdə təhvil verilməmiş, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad edərək göstərmişdir ki, mübahisələndirilən mənzilin yaşayış sahəsinin 66,7 kvadrat metr, yardımçı (köməkçi) sahəsinin 43,18 kvadrat metr olmaqla ümumi sahəsinin 109,88 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx xxxx xx 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aparılmış yoxlama-ölçü işləri zamanı mənzilin ümumi sahəsinin 115,7 kvadrat metr, o cümlədən yaşayış sahəsinin 69,4 kvadrat metr, köməkçi sahəsinin isə 46,3 kvadrat metr olduğu müəyyən edilmişdir. Aparılmış təkrar yoxlama-ölçü işləri zamanı mənzildə daxili rekonstruksiya və təmir işlərinin aparılması nəticəsində mənzilin ümumi sahəsinin 6,7 kvadrat metr azalaraq 109,0 kvadrat metr (yaşayış sahəsi 65,9 kvadrat metr, köməkçi sahə 43,1 kvadrat metr) olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, dəymiş zərərə görə 10680 manat (133,5 kvadrat metr – 115,7 kv.m = 17,8 kv.m x 600 manat) ca vabdehdən alınaraq iddiaçıya verilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “xxxx” MTK və İddiaçı arasında bağlanmış xx xxx 2011-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən yaşayış binasının “C” blokun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 133,5 kv.m təşkil edən, 3 otaqlı, 16 saylı mənzili iddiaçıya təhvil verilməsinin öhdəliyini üzərinə götürməsi işin mübahisəsiz halıdır. Həmçinin mübahisə edilmir ki, cavabdeh tərəfindən həmin binanın inşası tamamlanaraq müqavilə üzrə mənzil iddiaçının sahibliyinə və istifadəsinə verilmiş, sonuncunun isə həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qe ydə alınmışdır. Hazırda mübahisələndirilən yeganə hal cavabdeh tərəfində iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olubolmamasıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilin ümumi sahəsi 115,7 kvadrat metr təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 25355 nömrəli rəyinə əsasən ünvan 1, 28 saylı mənzilinin Şəhərsalma və Tiki nti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq yaşayış sahəsinin 66,65 kvadrat metr, köməkçi sahənin isə 66,85 kvadrat metr olmaqla, mənzilin ümumi sahəsinin 133,50 kvadrat metr olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş təkrar məhkəmə tikintitexniki ekspertizasının xx xxx 2018-ci il tarixli 3928 nömrəli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən, 11D saylı evin 28 saylı mənzilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin tələblərinə uyğun olaraq yaşayış sahəsinin 66,65 kvadrat metr, köməkçi sahənin isə 66,85 kvadrat metr olmaqla, mənzilin ümumi sahəsinin 133,50 kvadrat metr olduğu müəyyən edilmişdir. Birinci instansiy a məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş təkrar məhkəmə tikintitexniki ekspertizasının xx xxxx 2019-cu il tarixli 923 nömrəli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli 11D saylı yaşayış binasının 28 saylı mənzilinin, baxış zamanı müəyyən olunmuş mövcud daxili ölçülər üzrə, tikinti norma və qaydalarının tələblərinə müvafiq olaraq, ümumi sahəsinin 109,88 kvadrat metr, o cümlədən yaşayış sahəsinin 66,7 kvadrat metr, yardımçı (köməkçi) sahəsinin 43,18 kvadrat metr təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzil üzərində İddiaçı mü lkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aparılmış yoxlama-ölçü işləri zamanı mənzilin ümumi sahəsinin 115,7 kvadrat metr, o cümlədən yaşayış sahəsinin 69,4 kvadrat metr, köməkçi sahəsinin isə 46,3 kvadrat metr olduğu müəyyən edilmişdir. Aparılmış təkrar yoxlama-ölçü işləri zamanı mənzildə daxili rekonstruksiya və təmir işlərinin aparılması nəticəsində mənzilin ümumi sahəsinin 6,7 kv.m azalaraq 109,0 kvadrat metr (yaşayış sahəsi 65,9 kvadrat metr, köməkçi sahə 43,1 kvadrat metr) olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya müqavilə üzrə cavabdeh tərəfindən təhvil verilməli olduğu mənzilin sahəsi ilə faktiki sahəsi arasında fərqin olması qənaətinə gəlməsi əsassız olmuşdur. B elə ki, məhkəmə həmin qənaətə gələrkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məktubuna və iş üzrə keçirilmiş təkrar tikinti-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyinə istinad etmişdir. Lakin qeyd olunan rəyin təsviri hissəsi nəzərdən keçirilərkən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan mübahisələndirilən mənzilin ümumi sahəsi müəyyən edilərkən faktiki sahələri 13,41 kvadrat metr və 12,0 kvadrat metr təşkil edən balkonlar mənzil üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması üçün aparılan yoxlama-ölçmə zamanı faktiki mövcud olan sahə kimi deyil, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarix li, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə əsasən 0,3 azaltma əmsalına vurulmaqla 7,6 kvadrat metr kimi mənzilin ümumi sahəsinə daxil edilmişdir. Yəni müəyyən olunmuşdur ki, balkonların ümumi sahələri 25,41 kvadrat metr (13,41 kvadrat metr + 12,0 kvadrat metr) olduğu halda, mənzilin texniki pasportunda 7,6 kvadrat metr kimi nəzərə alınmış və bununla mənzilin sənəd üzrə sahəsi faktiki sahədən 17,81 kvadrat metr (27,41 kvadrat metr – 7,6 kvadrat metr) az göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mənzilin sahəsi 115,7 kvadrat metr kimi göstərildiyi halda, nəzərə alınmamış 17,81 kvadrat metr də hesablanmaqla mənzilin ümumi faktiki sahəsinin 133,51 kvadrat metr olması, yəni “xxxx” MTK və İddiaçı arasında bağlanmış xx xxx 2011-ci il tarixli müqavilənin şərtlərinə uyğun olması müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə həmçinin iş üzrə keçirilmiş ilkin məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 25355 nömrəli rəyi, təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2018-ci il tarixli 3928 nömrəli rəyi və iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportla öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin ekspert rəylərində mübahisələndirilən mənzilin ümumi sahəsinin 133,50 kvadrat metr olduğu bilavasitə müəyyən edilmişdir. Həmçinin texniki pasportda olan mənzilin planı nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, balkonların birinin sahəsi 13,41 kvadrat metr, ikincisinin isə 12,0 kvadrat metr olması, həmin rəqəmlərin 0,3 əmsala uyğun balkonların sahələrinin müvafiq olaraq 4,0 kvadrat metr və 3,6 kvadrat metr kimi qeydə alınması göstərilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan mənzilin ümum i sahəsi faktiki olaraq 133,5 kvadrat metr olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən 115,7 kvadrat metr təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı və “xxxx” MTK arasında bağlanmış xx xxx 2011-ci il tarixli müqaviləyə əsasən MTK payçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binada “C” blokun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi la yihə üzrə 133,5 kvadrat metr təşkil edən, 3 otaqlı, 16 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Belə olan halda iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 115,7 kvadrat metr kimi hesablansa da, cavabdeh MTK müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 133,5 kvadrat metr təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 133,5 kvadrat metr olmasını və mənzildə balkonların olmasını bilmiş və həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalanmışdır. Cavabdehin iddiaçının xeyrinə əsassız varlanması iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mü lki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd edilənərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının onun cavabdeh Kooperativ tərəfindən aldadılmasına və mənzilin faktiki sahəsinin müqavilə üzrə sahədən az ona təhvil verilməsinə istinad etməklə, yaranmış fərqin dəyərinin geri tələb etməsi əsassız olmuş və birinci instansiya məhkəməsi həmin tələbi təmin edərkən yuxarıda qeyd olunan halları nəzərə almamışdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq hüqüqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11166/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-958/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-958/2020
17.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver