Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-958/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Quba rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iddia tələbi: “uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzadılması” Açar sözlər: uşaqla ünsiyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Muradlı Mehman Telman oğlunun iştirakla rı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1874/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx xxxx 2012-ci il tarixdə Quba rayon qeydiyyat şöbəsində bağlanılaraq 185 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahından xx xxxxxxx 2014-cü il tarixdə X1 və xx xxxxxx 2015-ci il tarixdə X4 oğlu anadan olmuşlar. İşdə olan Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaqla görüş tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı uşaqları - xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X1 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X2 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 17 saylı rəyindən görünür ki, komissiya iddiaçının öz uşaqları-xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00- dək görüş vaxtı təyin edilməsini, görüş yerin in uşaqların istəyinə görə müəyyən edilməsini, həmçinin uşaqların ataları ilə təklikdə görüşmələrinə də şərait yaradılmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 16 may və xx xxxxxx 2019-cu il tarixli aktların surətlərindən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(027)-1417/2017 saylı icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq Quba rayon İcra və Probasiya şöbəsinin inzibati binasına gəlməmiş, uşaqların gətirilməsini təmin etməmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli, 578 saylı xasiyyətnaməsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Quba rayonu, Alekseyevka kəndində anadan olub, hazırda ailəvi olaraq Alekseyevka kəndində yaşayır. Nümayəndəliyin təsərrüfatbaşına kitabına əsasən İddiaçı ali təhsillidir. İddiaçı özünün səmimiliyi, nümunəvi hərəkətləri və müsbət xarakteri ilə yaşadığı Alekseyevka kəndində məsuliyyətli kənd sakini kimi tanınır. İddiaçı barədə nümayəndəliyə istər rəsmi, istərsə də şifahi şikayət doğuran heç bir məlumat daxil olmamışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə birinci insta nsiya məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə günü səhər 10:00-dan bazar günü saat 16:00-dək maneəsiz və sərbəst şəkildə (cavabdehin iştirakı olmadan) ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzadılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1874/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzaldılması tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı uşaqları - xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsinin Cavabdeh həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. K assasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxılan zaman Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində İddiaçı uşaqları ilə ünsiyyət müddətinin hər həftənin şənbə və bazar günləri verilməsinin göstərilməsinə dair işin hallarına düzgün hüquqi qiymət verməmiş, uşaqların həftənin 5 bütöv günü ərzində analarının himayəsində olmasını nəzərə almadan şənbə və bazar istirahət günlərindən birinin də də uşaqların anaları ilə ünsiyyətdə ol maları kimi səhv nəticəyə gəlib iddianın bazar günü ünsiyyətlə bağlı hissəsində təmin olunmaması barədə düzgün olmayan qərar qəbul etmiş, nəticədə İddiaçı valideynlik hüquqları daha da məhdudlaşdırılmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh və vəkili Muradlı Mehman Telman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nüma yəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə Quba rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 50.1-ci maddəsinə görə uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. -50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq o nların hər biri ilə ünsiyyət hüququna malikdir. -56.1-ci maddəsində göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. -61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. -61.3-cü maddəsinə görə uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 27-ci maddəsinə əsasən hər bir uşaq özünü n fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün Kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi Kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər”. İşdə olan Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaqla görüş tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı uşaqları - xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X1 və xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X2 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırkı iş üzrə idd ia tələbi isə artıq qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən edilmiş ünsiyyət müddətinin uzadılması ilə əlaqədar verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə heç bir hüquqi əsas olmadan iddia tələbindən kənara çıxmaqla iddiaçının iradəsinə zidd onun uşaqları ilə həftədə 2 dəfə ünsiyyət hüququnu məhdudlaşdırmaqla onun uşaqları ilə həftədə bir dəfə ünsiyyət hüququnu müəyyən etmiş, həmçinin Quba rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 07 yanvar 2020-ci il tarixli, 17 saylı rəyinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlid ir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyy ən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1874/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-958/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-958/2021
02.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver