Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-958/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh7, ”Bakı” Mənzil Kooperativinə qarşı İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-958/2022 (Açar sözlər: iclas protokollarının, mənzilin alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşa nə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh7 və ”Bakı” Mənzil Kooperativinə qarşı “iclas protokollarının, mənzilin alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi”nə qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6791/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin 7 saylı mənzilini İddiaçı 2002-ci ildə “Bakı” Mənzil Kooperativindən almışdır. Həmin mənzilə dair iddiaçıya Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən 30.09.2009-cu il tarixli 034202 saylı order verilmişdir.
2. Qeyd edilən mənzil 31.08.2019-cu il tarixdə Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.
3. Cavabdeh1 08.10.2019-cu il tarixli, AN-İ ******* №-li alqı-satqı müqaviləsinə əsasən mənzili Cavabdeh2 satmış, sonuncunun mənzil üzərində mülkiyyət hüququ 10.10.2019-cu il tarixdə qeydə alınmışdır.
4. Mübahisə həmin mənzillə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair “Bakı” Mənzil Kooperativinin 14.02.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh7 satılmasına dair “Bakı” Mənzil Kooperativinin 01.02.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin X1 dair “Bakı” Mənzil Kooperativinin 13.05.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31.08.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzili barəsində X12 ilə Cavabdeh2 arasında 3 saylı Cavabdeh3ndə bağlanmış 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrə li alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barədə Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış 10.10.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində onun mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qoyulmuşdur.
7. İddia tələbi onunla əsa slandırılıb ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilini iddiaçı 2002-ci ildə “Bakı” Mənzil Kooperativindən almışdır və sonra iddiaçıya müvafiq qaydada Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən 30.09.2009-cu il tarixli 034202 saylı order verilmişdir.
8. İddiaçı mənzili əsaslı və bahalı təmir etdirib bütün mebel avadanlıqları ilə təchiz edərək ora köçmüş və 2013-cü ilin dekabr ayınadək orada yaşamışdır. Sonra şəxsi işləri ilə bağlı zərurət yarandığından başqa yerə köçmüş və mənzil boş qalmışdır. Bunu bilən kooperativin İdarə Heyətinin sədri X13 mənzili bahalı qiymətə kirayəyə verməyi iddiaçıya bir neçə dəfə təklif etmiş və nəhayət, iddiaçı razılaşaraq mənzilin açarlarını Kooperativin sədri Emil Məhərrəmova vermişdir. Emil Məhərrəmov həmin mənzili 2014 -cü ilin fevral ayından kirayəyə vermiş və 2017-ci ilin sentyabr ayı da daxil olmaqla iddiaçıya hər ay 800 manat pul ödəmişdir.
9. Tanımadığı Cavabdeh7 adlı şəxs 2017-ci ilin oktyabr ayında zəng edərək iddiaçıya məxsus mənzili aldığını, bu səbəbdən onunla görüşmək istədiyini bildirmişdir. Cavabdeh7 adlı şəxs iddiaçı görüşmüş və xeyli söhbətdən sonra məlum olmuşdur ki, iddiaçının mənzilini Emil Məhərrəmov qanusuz olaraq Cavabdeh7 satıb.
10. Bundan sonra, iddiaçı mənzilə getmiş və mənzildə tanımadığı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığının şahidi olmuşdur ki, o da öz növbəsində həmin mənzili koooperativin sədri Emil Məhərrəmovdan aldığını bildirmişdir. Belə olan təqdirdə, iddiaçı mənzilin və içindəki bütün mebel və avadanlıqların onun olduğunu, mənzilin Cavabdeh1 qanunsuz satıldığı nı, odur ki, sonuncunun mənzili tərk etməli olduqlarını bildirmiş, lakin Cavabdeh1 razılaşmamışdır.
11. İddiaçı dəfələrlə əlaqə saxlayaraq Cavabdeh1 mənzli tərk etmələrini xahiş etmişdir. Nəhayət, R.Hacyev iddiaçı ilə razılaşaraq mənzili qısa müddətdə tərk edəcəklərini söyləsə də, vədinə əməl etməmişdir. Eyni zamanda bütün baş verənlərlə bağlı apardığı araşdırmalar nəticəsində iddiaçıya məlum olmuşdur ki, X13 Bakı Mənzil Kooperativinin sədri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bir neçə şəxslə cinayət əlaqəsinə girərək iddiaçıya və onlarla digər payçı şəxslərə məxsus olan mənzilləri cinayət yolu ilə başqa-başqa adamlara satmışdır. Nəticədə isə Emil Məhərrəmov çoxsaylı şikayətlər əsasında əvvəlcə istintaqa cəlb edilmiş, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
12. Həmin hökmlə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili “Bakı” Mənzil Kooperativinin 14.02.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh5, 01.02.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh7, 13.05.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışı əsasında Cavabdeh1 satılmışdır. Hökmdə Bakı Mənzil Kooperativinin ofisindən götürülmüş İ.Qutqaşınlı küçəsində yerləşən 3 və 4 nömrəli binaların sakinlərinin siyahısı və onların adlarına tərtib edilmiş orderlər əsasında müəyy ən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili iddiaçıya məxsusdur və həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur.
13. Göstərilən hökmlə zərərçəkmiş şəxslərdən yuxarıda göstərilən Cavabdeh7 təqsirləndirilən şəxs X9 qarşı mülki iddiası qismən, yəni 170.030 manat məbləğində təmin edilmiş, qalan hissədə, yəni bank faizinə görə 49.199 manat və mənəvi ziyana görə 50.000 manat hissəsində isə baxılmamış saxlanılaraq həmin hissənin mülki mühakimə icraatı qaydasında vermək hüququ Cavabdeh7 izah edilmişdir.
14. Cavabdeh1 ailə üzvləri ilə birlikdə mənzili tərk etmədiklərinə görə iddiaçı Yasamal Rayon Məhkəməsində Cavabdeh1 və onunla birlikdə yaşayan X5, X10 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması tə ləbinə dair” iddia qaldırmış və həmin məhkəmənin 2(004)-710/2018 saylı iş üzrə 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə mənzilin iddiaçının mülkiyyəti hesab edilməsi, həmin mənzilin cavabdehlərin qanunsuz istifadəsində olması, onların həmin mənzildən çıxarılaraq mənzilin onun istifadəsinə və sahibliyinə verilməli olması müəyyən edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4124/2019 saylı iş üzrə 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin, eləcə də cinayət işi üzrə hökmün olmasına baxmayaraq, Cavabdeh1 mənzili 31 avqust 2019-cu il tarixində xəlvət şəkildə öz adına ilkin olaraq özəlləşdirib və sonra da mənzili 08 oktyabr 2019-cu il tarixində 3 saylı Cavabdeh3 notariusunda alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Mənzil 10 oktyabr 2019-cu il tarixində də Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 337.1, 337.2, 339.1 və Mülki Prosessual Məcllənin 82.3-cü maddələrinə istinad etmişdir.
17. Cavabdeh2 da cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən cavabdeh İddiaçı verilmiş 30.09.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi, xüsusi mülkiyyətində olan Bakı şəh. Yasamal rayonu, Qurba n Xəlilov küçəsi 6. mənzil 7-də yerləşən 4 otaqlı məzilinin cavabdeh İddiaçı tərəfindən boşaldılıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
18. Qarşılıqlı iddia üzrə Cavabdeh1, “Bakı” Mənzil Koperativi və DƏDRX-in 1 saylı ərazi idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.
19. Qarşılıqlı iddia tələbi onunla əsaslandırlıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin order verməsi verildiyi andan əhəmiyyətsiz sənəddir. Qarşılıqlı iddiaçı mənzili alarkən mənzilin yüklü olmaması barədə sənədlər almışdır. O, mənzili vicdanlı şəkildə əldə etmişdir. İddiaçı isə qarşılıqlı iddiaçıya məxsus mənzili zəbt etmişdir. Əgər mənzil yüklü olmuş olsa idi, notariusda evin alğı-satqısı zamanı problemlər yaranardı.
20. Qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 139, 139-1, 140, 146, 337.1 və 337.2-ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh1 ilk iddia tələbinə yazılı etiraz vermişdir. Etirtazın dəlilləri: - iddiaçının kooperativə üzv olması barədə kooperativin hər hansı qərarı yoxdur və iddiaçı mənzil üçün kooperativə hər hansı ödəniş etməyib. Halbuki Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbinə görə iddiaçı mənzilin pay haqqını ödəməli idi; - iddiaçı mənzilə dair Bakı Şəhər İcra Hakimiyyətinin 30 sentyabr 2009-cu il tarixli 034202 saylı orederini təqdim edib. Amma mənzil “Bakı” Mənzil Kooperativinin balansındadır. Bakı Şəhər İcra Hakimiyyətinin belə bir sərəncam verməyə səlahiyyətini olub-olmaması araşdırlmalıdır; - “Bakı” Mənzil Kooperativinin verciyi 13 may 2016-cı il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilib. Bütün bunlar onu göstərir ki, iddiaçının belə iddia qaldırmağa subyektiv hüququ yoxdur; - həm də order mənzilə mülkiyyət hüququnu təsdiq etmir.
22. Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə ilkin iddia tələbi ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi hissəsində xitam verilmişdir.
23. Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 saylı, 16.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair “Bakı” Mənzil Kooperativinin 14.02.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh7 satılmasına dair “Bakı” Mənzil Kooperativinin 01.02.2016-cı i l tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh1 satılmasına dair “Bakı" Mənzil Kooperativinin 13.05.20İ6-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31.08.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzil barəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 s aylı Cavabdeh3ndə bağlanmış 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış 10.10.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərərk, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 saylı mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günay Axundova)
24. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müəyyən edib ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, 7 saylı mənzilə (indiki adı Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı mənzil) dair İddiaçı adına order verilmişdir. “Bakı” MK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X6 qanunsuz əməlləri nəticəsində həmin mənzil əvvəlcə Cavabdeh5, sonra Cavabdeh7 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılmışdır. Cavabdeh1 həmin mənzilə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 sözügedən mənzili Cavabdeh2 satmışdır. Həmin mənzil Cavabdeh2 mülkiyyətində olduğu halda İddiaçı həmin mənzilə daxil olmuşdur.
25. Birinci instansiya məhkəməsi ilk iddia tələbində qeyd edilən iclas protokolları və maliyyə arayışlarının etibarsızlığı ilə bağlı ilkin olaraq qeyd edib ki, həmin iclas protokolları və maliyyə arayışları iş materiallarında yoxdur. Buna baxm ayaraq iclas protokolu və maliyyə arayışı əqd olmadığına görə hər hansı bir hüquqi nəticə əmələ gətirmir və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur.
26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.01.2019-cu il tarixli, 1(101)-77/2019 saylı hökmü hazırki mülki iş üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti, yəni, “Bakı” MK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X6 qanunsuz əməlləri nəticəsində İddiaçı məxsus mənzilin əvvəlcə Cavabdeh5, sonra Cavabdeh7 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılması hissəsində məcburidir. Bundan əlavə, İddiaçı cavabdehlər Cavabdeh1, X11, X14 və X2rşı “mənzilə istifadə hüququnun ləğv edilməsi və mənzilin boşaldılması” tə ləbinə dair mülki iş üzrə Cavabdeh2 tərəf olmadığına görə həmin iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar Cavabdeh2 üçün preyudisial əhəmiyyət daşımır.
27. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı ümumi sahəsi 124 m2 olan mənzili Cavabdeh1 almış və mənzil üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmışdır.
28. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş 30.09.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi hissəsində təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Sözügedən order Cavabdeh2 marağına toxunmur, onun üçün heç bir hüquqi nəticə əmələ gətirmir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.2, 149.2, 157.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3 və 82.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edib.
31. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçıya məxsus mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ dələduzluq yolu ilə əldə edilmiş və mənzil həmin yolla, yəni aldatma yolu ilə Cavabdeh2 satılmışdır. Bu hal isə X7 ‘‘vicdanlı alıcı” deyil, məhz “zərərçəkmiş” olduğuna dəlalət edir. Buna görə də birinci instan siya məhkəməsi tərəfindən Cavabdeh2 “vicdanlı alıcı” hesab edilməsi tamamilə yanlış və hüquqa ziddir; - birinci instansiya məhkəməsi bilərəkdən mübahisənin maddi hüquqi əsasına əhəmiyyət verməmiş, məsələ ilə bağlı xüsusi qərardad çıxarmalı olduğu halda bunu etməmiş, tam hüquqa əsaslanan iddia tələbini rədd etmiş, əsassız qarşılıqlı iddianı qismən, yəni mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində təmin etmiş, qarşılıqlı iddianı orderin etibarsız hesab edilməsi hissəsində isə təmin etməyərək tamamilə ziddiyyətli qətnamə qət etmiş, nəticədə isə iddiaçın mülkiyyət hüququ pozulmuşdur; - Cavabdeh2 aldığı mənzilə köçməmiş, bir gün də olsun oarada yaşamamışdır, alqısatqı müqaviləsi formal bağlanmışdır.
32. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılıb ki, Cavabdeh2 vicdanlı alıcıdır. Mənzilin alqı-satqısı qanunvericiliyin bütün tələbələrinə əməl edilməklə baş tutmuş, DƏDRX-d yoxlamadan keçmişdir. Buna görə də Cavabdeh2 mənzillə əlaqədar hər hansı şübhəsi olmamışdır. Cavabdeh2 mənzil mübahisəsi barədə, ümumiyyətlə, heç bir məlumatı olmamışdır.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6791/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)-138/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Rafael Eyvazov)
34. Apellyasiya instansiyası birinci inst ansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətini dəlillərini əsassız saymışdır. a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi Mülki Məcəllənin 149.2, 157.2, 157.8, 165.1, 337.1-ci maddələrini tələblərini pozub; - apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh2 alqı-satqı müqaviləsi bağlayarkən iddiaçının adına verilmiş 30.09.2009-cu il tarixli, 034202 nömrəli order qüvvədə olmuşdur, hazırda da qüvvədədir; - məhkəmə belə qənaətə gəlib ki, Bakı şəhəri,Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin X1 dair “Bakı” Mənzi l Kooperativinin 13.05.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzili barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31.08.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzilə dair X12 ilə Cavabdeh2 arasında 08.10.2019-cu il tarixli, 4Ə1712 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzilin barədə Cavabdeh2 adına aparılmış 10.10.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qaldırmağa subyektiv hüququ yoxdur. Lakin iddiaçının adına olan orderə əsasən iddiaçının belə bir hüququ vardır. b) Kassasiya şikayətinə qarşı yazıl ı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (1982) Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 157.2. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
38. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilk iddianın alqısatqı müqaviləsinin və alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyatın ləğv edil məsi barədə tələbin tələbinin təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
41. İşdən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin,7 saylı mənzili barəsində X12 ilə Cavabdeh2 arasında bağlanmış 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barədə Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış 10.10.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi xahiş etmiş və tələbinin əsası kimi həmin mənzilə dair Cavabdeh1 adına aparılmış ilkin qeydiyyatın düzgün olmamasına istinad etmişdir.
42. İşin məhkəmlər tərəfindən mü əyyən edilən halına görə, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küşəsi ev 6, 7 saylı ümumi sahəsi 124 m2 olan mənzili Cavabdeh1 almış və mənzil üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmışdır.
43. Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
44. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiq i sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun.
45. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində göstərilən şərtlər işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi h alda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli və “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarlar)
47. Buna görə də hazırki işin müəyyən edilən hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh1 arasında 08 oktyabr 2019-cu il tarixdə bağlanmış mənzilin alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı təmin etməyərkən düzgün nəticəyə gəliblər.
48. Həmçinin kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinin dispoziya şərtlərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi və əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bilməsi hallarının sübuta yetirilməsi yükü iddiaçını üzərinə düşür.
49. Məhkəmə kollegiyası Cavabdeh2 alqı-satqı müqa viləsi bağlayarkən iddiaçının adına verilmiş 30.09.2009-cu il tarixli, 034202 nömrəli orderin qüvvədə olması barədə kassasiya şikayətinin dəlillərini Cavabdeh2 vicdanlı alıcı olmaması baxımından əsassız sayır. Çünki qeyd edilən orderin qüvvədə olması mənzilin ilkin olaraq Cavabdeh1 adına qeydə alınmasına aid olan dəlildir. İşin müəyyən edilmiş halına görə isə Cavabdeh2 Cavabdeh1 adına artıq həmin dövr üçün rəsmi reyestrdə alınmış qeydə əsaslanaraq müqaviləni bağlayıb, belə olan halda da, iddiaçının adına olan orderin qüvvədə olmasının Cavabdeh2 mənzilin vicdanlı əldə edən olmasına və alqı-satqı müqaviləsinin bağlanmasına hər hansı təsiri yoxdur.
50. Qeyd edilən mənzili barəsində X12 ilə Cavabdeh2 arasında bağlanmış 08.10.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alqı-satqı müqaviləsini n etibarsız sayılması iddiası rədd edildiyindən, həmin müqavilə əsasında mənzilə dair Cavabdeh2 adına dövlət reyestrində aparılmış 10.10.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi də düzgün olmuşdur. Çünki sonuncu iki tələb birinci tələbdən doğur və sonuncu tələblərin təmin edilməsi birinci tələbin təmin edilməsindən asılıdır. Birinci tələb təmin edilmədiyi üçün ondan doğan digər tələblər də təmin edilə bilməzdi.
51. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində gəlinən nəticə də əsaslı olmuşdur.
52. Qarşılıqlı iddia üzrə işin məhkəmələr tərəfindən müəyyən edilən halına görə Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilin mülkiyyətçisidir.
53. Nəzərə alınsa ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, belə olan halda, mənzilin Cavabdeh2 təhvil verilməsi barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir.
54. Bununla belə, məhkəmə kollegiyası mənzilin “Bakı” Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh7 Mayıs oğluna, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində gəlinən nəticəni qanuni və əsaslı hesab etmir.
55. Birinci ins tansiya məhkəməsi həmin hissədə ilk iddia tələbini rədd etməsini qeyd edilən iclas protokolları və maliyyə arayışlarının işdə olmaması, iclas protokolu və maliyyə arayışlarının əqd olmadığına görə hər hansı bir hüquqi nəticə əmələ gətirməməsi və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Apellyaisya məhkəməsi də bununla razılaşmışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən əsasla ilk iddianın həmin hissələrdə təmin edilməməsi işin müəyyən edilmiş halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi bir tərəfdən işin mübahisəsiz halları kimi mübahisədə adı keçən mənzilə dair İddiaçı adına order verilməsini, “Bakı” MK-nın İdarə heyətinin sədri vəzifəsində işləmiş X6 qanunsuz əməlləri nəticəsində həmin mənzilin əvvəlcə Cavabdeh5, sonra Cavabdeh7 Mayıs oğluna, üçüncü dəfə isə Cavabdeh1 satılmasını müəyyən etmiş, digər tərəfdən də iclas protokolları və maliyyə arayışlarının işdə olmamasını, iclas protokolu və maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsini və bu səbəbdən də iddiaçının həmin sənədlərin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüququnun olmamasını göstərməklə ziddiyyətli nəticəyə gəlmişdir.
57. Əvvəla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərin də hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
58. Göründüyü kimi, qanunvericiliyə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin bir əsası kimi də mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır. Belə olan halda, “Bakı” Mənzil Kooperativinin iclas protokolları və pay haqqının ödənilməsini təsdiq edən maliyyə arayışlarının hər hansı hüquqi nəticə əmələ gətirməməsi barədə gəlinən qənaət əsaslı sayıla bilməz.
59. Bundan başqa, mübahisədə adı keçən mənzil əvvəlcə iddiaçıya, sonradan isə Kooperativin ümumi yığıncağının qərarı ilə qeyd edilən cavabdehlərin adına keçibsə, iddiaçının həmin iclas protokolları və maliyyə arayışlarının etibarsız hesab edilməsi il ə bağlı subyektiv hüququnun olmaması barədə gəlinən nəticə də əsaslı sayıla bilməz.
60. Həmçinin işin mübahisəsiz halından biri də odur ki, mübahisədə adı keçən mənzil ilkin olaraq orderlə iddiaçıya məxsus olub, mənzil sonradan Cavabdeh1 adına ilkin qeydiyyatdan keçib. İddiaçı Cavabdeh1 adına iclas protokolu, maliyyə arayışı və ilkin qeydiyyatı mübahisləndirsə də, məhkəmələr həmin mənzilin Cavabdeh1 adına ilkin qeydə alınma əsaslarını yoxlamadan, Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddianı rədd etmiş və bunu yalnız onunla əsaslandırblar ki, həmin protokol və arayış işdə yoxdur və onlar hüquqi nəticə doğurmayan sənədlərdir. İddianın həmin hissədə rədd edilməsi üçün göst ərilən bu əsas qəbul edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, həmin sənədlər hüququn qeydə alınmasına əsas verən sənədlər olduğu üçün onların hüquqi nəticə doğurmaması barədə gəlinən nəticə səhv olub. Ümumiyyətlə, Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısının əsaslı olub-olmaması barədə iddia tələbinə məhkəmələr tərəfindən qiymət verilməməsi nəticədə iddiaçını ziyan tələbi ilə bağlı iddia qaldırmaq kimi hüquqi müdafiə imkanından məhrum etmişdir.
61. Mülki Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqı nda iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
63. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi mənzilin “Bakı” Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh7 Mayıs oğluna, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməlidir.
64. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – mənzilin “Bakı” Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh7 Mayıs oğluna, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə ilk iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanmalıdır.
65. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6791/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən – mənzilin “Bakı” Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə ilk iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə təmin edilməyən və qarşılıqlı iddi anın təmin edilən hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.