Məhkəmə qərarları › İş №2(102)-959/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-959/2019

06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-959/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.09.2018-ci il tarixli 2(103)8678/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-363/2018) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin e dilərək cavabdehdən 3425 manat məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu, cəmi 3455 məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və V.T.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İş üzrə Cavabdeh 28 dekabr 2016-cı il tarixdə “Mazda CX-9” markalı avtomobili idarə edərkən qəza törətmiş və nəticədə sığortalı “Greatwall Volex C30” markalı avtomobil əzilməklə “xxxx” ASC tərəfindən həmin avtomobilin təmiri üçün 7625 manat sığorta ödənişi həyata keçirmişdir. Qəza cavabdehin təqsiri üzündən baş verdiyindən o, inzib ati qaydada cərimə olunmuşdur. 2017-ci ilin sentyabr ayında “xxxx” ASC-nin idarə Heyətinin sədri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” sığorta şirkəti tərəfindən onlara 4200 manat ödənilməsini, qalan 3425 manatın (7625-4200=3425) isə subroqasiya qaydasında Cavabdeh tutulmalı olmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh qətnamədən verdiyi kassasiya şikayətində qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul ed ilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsiri üzündən baş vermiş qəza nətic əsində “xxxx” MMC-yə məxsus avtomobilin əzilməsi ilə əlaqədar MMCyə 7625 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmin məbləğin isə yalnız 4200 manat məbləğində olan hissəsi “xxxx” sığorta şirkəti tərəfindən MMC-yə ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının 29 mart 2018-ci il tarixli rəyinə görə əzilmiş avtomobilin təmir-bərpa işləri üçün 7550 manat tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.(936.1) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər(936.5) Kollegiya işin müəyyən olunmuş hallarına və qanunun tələbinə əsaslanaraq iddianın təmin olunmasını əsaslı sayır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar