Məhkəmə qərarları › İş №2(102)-959/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-959/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-959/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X8, cavabdehin vəkili X3 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-987/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 69 saylı evin 144 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında Sumqayıt şəhəri 2 №li Notariat Kontorunun 06.11.1996-cı il tarixdə verdiyi 3m/4/490 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydə alınmışdır. 30.11.2016-cı il tarixdə “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə çap edilmiş çıxarışdan görünür ki, ünvan 1, mənzil 144-də 12.08.1956-cı il təvəllüdlü İddiaçı, 13.10.1961-ci il təvəllüdlü X6, 20.11.1987-ci il təvəllüdlü X4 və 19.10.1990-cı il təvəllüdlü Cavabdeh qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN BDYQMİ-nin MAPS şöbəsi tərəfindən 20 avqust 2020ci il tarixdə verilmiş arayışdan və Bakı Şəhər İcra Hak imiyyətinin MKT Birliyi tərəfindən 20 avqust 2020-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi 9 saylı inzibati binada yerləşən Nərimanov Rayon Polis şöbəsinin inzibati binasına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı evin 144 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 144 ona məxsusdur. Mənzildə o, arvadı, oğlu və qızı (cavabdeh) qeydiyyatdadırlar. Qızı Cavabdeh 08 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuş və ailəsi ilə birgə həmin ildən etibarən başqa ünvanda yaşayırlar. Cavabdeh sözügedən mənzildə formal olaraq, qeydiyyatda olsa da uzun müddətdir ki, həmin ünvanda yaşamır. Qızının qeydiyyatda qalması onun mənzil-kommunal xərcləri və digər əlavə xərclərin çıxmasına səbəb olur. Sumqayıt Şəhər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Abıyev, iş № 2(060)-15915/2017) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 144 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildə yaşamır, o, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməsini hüquqi əsasları vardır. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)-987/2020) Cavabdeh apellyasiya şikyəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddianın təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 2012-ci ilə kimi mübahisəli ünvan 1 ünvanında yerləşən 144 saylı mənzildə yaşamış və mütamadi olaraq həmin ünvana gedib gəlmişdir. Hazırda cava bdehin başqa ünvanda yaşayış evi yoxdur və o, ünvan 2aylı inzibati binada yerləşən Nərimanov Rayon Polis şöbəsinin inzibati binasına qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh 1990-cı il təvəllüdlü olmaqla mübahisəli mənzil 1996-cı il tarixdə şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilən zaman altı yaşında olmuşdur. Qanunverciliyin tələbinə əsasən cavabdehin yaşayış yeri həmin vaxt valideynlərinin yaşayış yeri olmuş və iddiaçının övladı kimi mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsi 01.10.2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarını tətbiq edib, iddia ərizəsini təmin edərkən qanunverciliyin tələbləri pozulmuş, tərəflər arasında mövcud olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X13) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)987/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasyia şikayətində göstərilmişdir ki, Sumqayıt şəhər 5-ci mikrorayonda yerləşən 69 saylı evin 144 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında 06.11.1996-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmışdır. Həmin evdə o, digər ailə üzvləri və cavabdeh daimi qeydiyyatdadır. Cavabdeh 08 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh mübahisəli mənzildə formal qeydiyyatda qalmışdır. Bundan başqa məhkəmə mənzilin hazırkı mülkiyyətçisinin kim olmasını aydınlaşdırmamış və yeni mülkiyyətçini işə cəlb etməmişdir. Mənzilin hazırkı mülkiyyətçisi X9r. O, mənzili vicdanlı əldə edən sayılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X13 izahatında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin vəkili X5 izahatında kassasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci madəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hü ququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdehin iddiaya olan etirazın dəlilləri ondan ibarətdir ki, 2012-ci ildə rəsmi nikaha daxil olmuş olsa da mübahisə li evə gəlib-getmiş, hazırda həyat yoldaşı ilə boşanma ərəfəsindədir və başqa yaşayış yeri yoxdur. Apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq cavabdeh tərəfin dəlillərini əsaslı hesab edərək belə nəticəyə gəlmişdir ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə kollegiyası qəbul edir ki, cavabdehin mübahisəli yaşayış sahəsinə mülkiyyətçinin ailə üzvü olmaqla istifadə hüququ əldə etmişdir. Baxılan iş üzrə tələb isə onun (cavabdehin) mübahisəli mənzilə istifadə hüququnun tanınması deyil, istifadə hüququnun itirilməsində n ibarətdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi ilkin olaraq 2012-ci ildən mənzili ailə qurması ilə bağlı tərk etmiş cavabdehin mənzilə istifadə hüququnun saxlanmış olmasının araşdırılması zəruri olmuşdur. Cavabdehin mübahisəli mənzilə ara-sıra gəlib getməsi onun mübahisəli mənzil üzərində istifadə hüququnun saxlanması üçün kifayət deyildir. Bununla yanaşı apellyasiya instansiya məhkəməsi formal mülahizələr əsasında deyil, tərəflərin istinad etmiş olduğu sübutların qarşılıqlı qiymətləndirilməsi yolu ilə müvafiq nəticəyə gələ bilərdi. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyindən aydın olur ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və m araqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkü ndür. Həmin mövqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd edilməsi nəticəsinə gələn apellyasiya instansiya məhkəməsi ilkin olaraq cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacının olub-olmamasını, mənzildən davamlı və daimi olaraq istifadə etməməsinin səbəblərini araşdırmalı olduğu halda belə bir araşdırmanın aparılmasını təmin etməmişdir. Digər tərəfdən işin halları ilə müəyyən olunur ki, mübahisəli mənzil alqı-satqı müqaviləsi əsasında X1 və həmin şəxsin mübahisəli mənzil üzərində mülkiyyət hüququ 15.11.2019-cu il tarixdə (apellyasiya məhkəməsi işə baxarkən artıq mənzilin yeni mülkiyyətçisi olmuşdur) qeydə alınmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə baxarkən mənzilin yeni mülkiyyətçisinin olmasına baxmayaraq həmin şəxsin işin icr aatına cəlb etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qəbul olunmuş qətnamənin yeni mülkiyyətçinin maraqlarına toxumasının müəyyən olunması vacib olan haldır. Belə olmadığı halda işə cəlb olunmayan və hüquqlarının pozulmasını iddia edən şəxs müvafiq prosessual hüquq normalarının tələbindən çıxış edərək məhkəmənin qərarından müəyyən olunmuş qaydada şikayət vermək hüquqlarına malik ola bilər. Bu cür halların qarşısının alınması üçün baxılan işin icraatı dövründə məhkəmə ona məlum olan halları və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri yoxlamaq vəzifəsini yerinə yetirməlidir. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar v ə tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 57, 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır Koll egiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-987/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, mül ki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar