Məhkəmə qərarları › İş №2(102)-959/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-959/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-959/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh a qarşı iş üzrə QƏRARİ iş № 2(102)-959/22 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2882/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 43.855 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.Q.Ələkbərov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 10 dekabr 1992-ci il tarixli, 1565 saylı sərəncamına əsasən “Mais” firması təsis edilib və firmanın nizamnaməsi 02 sentyabr 1994-cü il tarixdə təsdiq edilib. Nizamnaməyə görə “Mais” firmasının təsisçisi Cavabdeh olub. Sumqayıt Şəhər XDS-nin Rəyasət Heyətinin 26 fevral 1993-cü il tarixli, 26 saylı protokol-qərarına əsasən “Mais” firmasına istehsalat sahəsi yaratmaq məqsədi ilə dəmir yolu vağzalı rayonun şimaliqərbindən 0,1 ha torpaq sahəsi ayrılıb. 27 aprel 1993-cü il tarixli akta əsasən, “Mais” firmasına istehsalat bazası tikmək üçün Sumqayıt şəhəri, 11 “A” saylı mikrorayon, ZabratSumqayıt d/yolu yaxınlığında 0,1 ha torpaq sahəsi təhkim edilib. Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin 10 iyun 2016-cı il və 27 aprel 2021-ci il tarixli məktublarına əsasən, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “Mais” firmasının hazırda qanuni təmsilçisi İddiaçıdir. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh qarşı “tikililərin alınaraq geri verilməsi, tikililər üzərində mülkiyyət hüququnun tanınması” barədə iddiası rədd edilib. 11 avqust 1994-cü il tarixli qaiməyə əsasən, “Mais” firmasının adına 224.000 manat məbləğində tikinti materialları verilib. Həmçinin, 11 may 1994-cü il tarixli qaiməyə əsasən “Mais” firmasının adına 375.000 manat (AZM) dəyərində dəzgahlar verilib. 11 may 1994cü il tarixli qaiməyə əsasən “Mais” firmasının adına 805.500 manat (AZM) məbləğində materiallar verilib. 02 sentyabr 1994-cü il tarixli qaiməyə əsasən “Mais” firmasının adına 2.160.000 manat (AZM) manat məbləğində materiallar verilib. Göründüyü kimi iddiaçı fiziki şəxs olaraq cavabdehdən “Mais” firmasına məxsus 11 adda avadanlıqları, habelə həmin avadanlıqların daşınması və fəhlə haqqına gö rə 5.000 manat, işıq puluna görə 1.000 manat olmaqla, cəmi 43.855 manat pul tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən iddia etdiyi avadanlıqların ona aidiyyəti ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayəti və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcə llənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsin ə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2- ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara v ə hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsa slar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 10 dekabr 1992-ci il tarixli, 1565 saylı sərəncamına əsasən “Mais” firması təsis edilib və firmanın nizamnaməsi 02 sentyabr 1994-cü il tarixdə təsdiq edilib. Nizamnaməyə görə “Mais” firmasının təsisçisi Cavabdeh olub. Sumqayıt Şəhər XDS-nin Rəyasət Heyətinin 26 fevral 1993-cü il tarixli, 26 saylı protokol-qərarına əsasən “Mais” firmasına istehsalat sahəsi yaratmaq məqsə di ilə dəmir yolu vağzalı rayonun şimali-qərbindən 0,1 ha torpaq sahəsi ayrılıb. 27 aprel 1993-cü il tarixli akta əsasən, “Mais” firmasına istehsalat bazası tikmək üçün Sumqayıt şəhəri, 11 “A” saylı mikrorayon, Zabrat-Sumqayıt d/yolu yaxınlığında 0,1 ha torpaq sahəsi təhkim edilib. Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin 10 iyun 2016-cı il və 27 aprel 2021-ci il tarixli məktublarına əsasən, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “Mais” firmasının hazırda qanuni təmsilçisi İddiaçıdir. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh qarşı “tikililərin alınaraq geri verilməsi, tikililər üzərində mülkiyyət hüququnun tanınması” barədə iddiası rədd edilib. 11 avqust 1994-cü il tarixli qaiməyə əsasən, “Mais” firmasının adına 224.000 manat məbləğində tikinti materialları verilib. Həmçinin, 11 may 1994-cü il tarixli qaiməyə əsasən “Mais” firmasının adına 375.000 manat (AZM) dəyərində dəzgahlar verilib. 11 may 1994-cü il tarixli qaiməyə əsasən “Mais” firmasının adına 805.500 manat (AZM) məbləğində materiallar verilib. 02 sentyabr 1994-cü il tarixli qaiməyə əsasən “Mais” firmasının adına 2.160.000 manat (AZM) manat məbləğində materiallar verilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı fiziki şəxs olaraq cavabdehdən “Mais” firmasına məxsus 11 adda avadanlıqları, habelə həmin avadanlıqların daşınması və fəhlə haqqına görə 5.000 manat, işıq puluna görə 1.000 manat olmaqla, cəmi 43.855 manat pul tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən iddia etdiyi avadanlıqların ona aidiyyəti ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki proses sual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaq la, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2- ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəy əri ödənilir. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı, iddia etdiyi avadanlıqların mövcudluğu, fiziki şəxs olaraq həmin avadanlıqların ona aidiyyəti, həmin avadanlıqların cavabdehdə olması, başqa sözlə cavabdehin onun hesabına əmlak əldə etməklə əsassız varlanmasını məhkəmə iclasında sübuta yetirə bilmədiyindən və fiziki şəxs olaraq müvafiq subyektiv hüquqa malik olmadığından, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən sa xlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 2(105)-2882/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar