Məhkəmə qərarları › İş №2(102)-96/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-96/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-96/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X2 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial xarakterə malik olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-202/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və "xxxx" MMC-dən birgə qaydada əsas kredit borcu üzrə 2.631.615 manat, faiz borcu üzrə 728.038 manat və gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 239.115 manat, cəmi 3.598.768 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 30 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 1 0 manat dövlət rüumu və 20 manat xidmət haqqı), ümumilikdə 3.598.828 manatın tutulması, ipoteka predmeti olan cavabdeh X məxsus xxx saylı fərdi yaşayış evinə, ipoteka predmeti olan Cavabdeh1 məxsus “BMW X5” minik markalı, **-XB-*** qeydiyyat nişanı olanı avtomobilə, cavabdeh "xxxx" MMC-nin anbarında olan və 26.12.2013-cü il tarixli akt əsasında girov qoyulmuş 1.406.010 manat və 1.212.597,85 manat məbləğində mal qalıqlarına tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ümumilikdə 3.598.828 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə illik 17% dərəcəsi ilə faiz ödəmək şərti ilə 01 iyul 2016-cı il tarixədək qaytarmaq şərti ilə 3.416.000 manat məbləğində kredit verilmişdir. "xxxx" MMC"xxxx" ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 3.416.000 ABŞ dolları məbləğində pulu almış və həmin məbləği müəyyən edilmiş məbləğdə və müddətlərdə qaytarmağı, həmin məbləğə hesablanmış faiz, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür.

3. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 30.05.2013-cü il tarixli və İddiaçı ASC ilə zamin X3 arasında bağlanmış 04.06.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və X3 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit alan "xxxx" tərəfindən öhdəliklərin lazımi qaydada icr a edilməməsi təqdirdə həmin müqavilə üzrə yaranmış öhdəliklərin icra etməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür;

4. İddiaçı ASC-nin “Həyat” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.06.2013-cü il tarixli, 101-28432/AİP/001 saylı ipoteka müqaviləsinə əsasən 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz G55” (ban WDAFE81070LZ74594, buraxılış ili – 2008-ci il) minik markalı və “BMW X5” (ban WDB4632701X177220, buraxılış ili - 2008) minik markalı avtomobilləri İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir;

5. İddiaçı ASC-nin Həyat filialı ilə "xxxx" MMC arasında bağlanmış 101- 28432/GM/2 saylı 04.06.2013-cü il tarixli girov müqaviləsinə əsasən 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq "xxxx" MMCyə məxsus dəyəri 1.212.597,85 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığı banka girov qoyulmuşdur. Girov qoyulmuş əşyalar "xxxx" MMC-nin anbarında saxlanılır.

6. İddiaçı ASC-nin Həyat filialı ilə "xxxx" MMC arasında bağlanmış 101- 28432/GM/3 saylı, 29.12.2013-cü il tarixli girov müqaviləsinə əsasən 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq "xxxx" MMCyə məxsus dəyəri 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığı banka girov qoyulmuşdur. Girov qoyulmuş əşyalar "xxxx" MMC-nin anbarında saxlanılır;

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24467 nömrəli, 30 iyun 2017-ci il tarixli rəyi nə əsasən "xxxx" MMC-nin 04 iyun 2013-cü il tarixli, 101-28432/KX/2 saylı kredit müqaviləsi üzrə 04.06.2016-cı il tarixə İddiaçı ASC-yə 2.655.879,22 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz borcunun yarandığı müəyyən edilmişdir. İddiaçı ASC ilə "xxxx" MMC-nin direktoru X5 arasında bağlanmış 04 iyun 2013-cü il tarixli kredut xətti müqaviləsinin 5.3-cü bəndinə əsasən cərimə borcu müqavilə bitdikdən sonra hesablanır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12577 nömrəli, 25 aprel 2019-cu il tarixli rəyinə əsasən "xxxx" MMC-nin 04 iyun 2013-cü il tarixli, 101-28432/KX/2saylı kredit müqaviləsi üzrə 04.06.2016-cı il tarixə İddiaçı ASC-yə 2.655.879,22 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz borcunun yarandığı müəyyən edilmişdir. İddiaçı ASC ilə X direktoru X5 arasında bağlanmış04 iyun 2013-cü il tarixli kredut xətti müqaviləsinin 5.3-cü bəndinə əsasən cərimə borcu müqavilə bitdikdən sonra hesablanır. 9. "xxxx" MMC-nin 28 saylı 03 oktyabr 2017-ci il tarixli qiymətləndirilməsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci sıra, 3 saylı fərdi yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 60.000 (altmış min) manat təşkil edir.

10. İddiaçı bildirir ki, İddiaçı ASC-nin X” filialı ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2013-cü il tarixli, 101- 28432/KX/2 nömrəli kredit xətti müqaviləsinə əsasən ona illik 17% olmaqla 3.416.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə müddəti 36 ay müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və X3 yuxarıda qeyd olunan kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onlarla bank arasında 30.05.2013-cü il tarixli, 101HFS-28432/2 və 04.06.2013-cü il tarixli, 101- HFS28432/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit xəttini təminatı olaraq X məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci sıra, 3 saylı fərdi yaşayış evi 05.07.2014cü il tarix li, 101-HFİ-28432/1 nömrəli ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Eyni zamanda, kredit xəttinin təminatı olaraq Cavabdeh1 məxsus BMW X5” minik markalı avtomobili 04 iyun 2013-cü il tarixli, 101-28432/AİP/001 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Bundan əlavə, kredit xəttinin təminatı olaraq, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 04 iyun 2013-cü il tarixli, 101-28432/GM/2 və 29 dekabr 2013-cü il tarixli, 101- 28432/GM/3 saylı girov müqavilələrinə əsasən şirkətin anbarında olan 1.212.597,85 manat və 1.406.010 manat məbləğlərində mal qalıqları girov qoyulmuşdur. Kredit öhdəlikləri vaxtında icra edilmədiyi üçün 15.04.2016-cı il tarixə əsas kredit borc üzrə 2.631,615 manat, faiz borcu üzrə 728.038 manat və gec ikdirilmiş əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 239.115 manat, cəmi 3.598.768 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında münaibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər üç cavabdehə xəbərdarlıq göndərilmişdir. Bundan sonra da qeyd olunan kredit xətti müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

11. Cavabdeh1 bildirir ki, ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər ondan ayda bir dəfə tutulub. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qayt arılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi onun il ərzində iddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği faiz deyil, əsas borca yönəldilməli idi və belə olduğu təqdirdə borclunun iddiaçıya olan borcu xeyli azalmış olardı. Göründüyü kimi onun iddiaçıya olan əsas borcu şişirdilmişdir.

12. Cavabdehlər X3 və "xxxx" MMC işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 saylı, 12 iyun 2019cu il tarixli qərardadı ilə iddia ərizəsi “tutmanın Musayev Nuru Musa oğlunun mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi” hissəsində baxılmamış saxlanılmışdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəm əsinin (hakim: Fuad Abdıyev) 2(001)131/2019 saylı, 12.06.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh1 və X1 müştərək qaydada 04 iyun 2013-cü il tarixli, 101-28432/KX/2 saylı kredit müqaviləsi üzrə 2.631.615 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz, 50.000 (əlli min) manat məbləğində cərimə, cəmi 3.331.272,57 manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-ya ödənilməsi, tutmanın 04.06.2013-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus “BMW X5” minik markalı, ** -XB-*** dövlət qeydiyyat nömrəli avtomobilə, "xxxx" MMC tərəfindən girovla yüklü edilmiş 1.212.597,85 manat və 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən (iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə edilmiş sihayıda göstərilən) mal qalığına yönəldilməsi, ipoteka və girov predmetinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 220 manat məbləğində pul vəsaitinin 120 manat hissəsinin Cavabdeh1, 90 manat hissəsinin "xxxx" MMC-dən, 10 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cav abdeh "xxxx" MMC 04.06.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən "xxxx" MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.

16. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspe rt rəylərini mötəbər sübut kimi qiymətləndirib belə qənaətə gəlmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam (ekspert tərəfindən müəyyən edilmiş əsas borc məbləği, iddia üzrə tələb edilən əsas borc məbləğindən də artıqdır, lakin məhkəmə iddia üzrə irəli sürülmüş tələbdə göstərilmiş məbləği əsas götürür), faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 2.631.615 manat məbləğində əsas və 649.657,57 manat məbləğində faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

17. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 04.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu (cərimə) haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqav iləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 239.115 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, tələb edilən cərimə məbləği endirilməli və 50.000 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

18. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və X3 arasında ayrı-ayrılıqda müvafiq olaraq bağlanmış 30.05.2013-cü il və 04.06.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər borcalan "xxxx" MMC-nin kredit xətti müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddi açı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər.

19. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlər Cavabdeh1 və X3 zamin kimi borcalan "xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, zaminlik müqavilələrində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, kredit müqaviləsi üzrə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu məbləğləri cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

20. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 04.0 6.2013-cü il nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan “BMW X5” minik markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobili X qarşısında ipoteka ilə yüklü etmişdir, eyni zamanda 04.06.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq "xxxx" MMC İddiaçı ASC ilə aralarında bağlanmış 04.06.2013-cü il tarixli girov müqaviləsinə əsasən 1.212.597,85 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığı və 29.12.2013-cü il tarixli girov müqaviləsinə əsasən 1.406.010 manat maya dəyəri məbləğində qiymətləndirilən mal qalığını İddiaçı ASC-yə girov qoyulmuşdur.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.7, 295, 296, 298, 300.0.6, 306.1, 317.1, 319.1, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2, 472.3, 739.2, 743-cü, poteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1, 36.1, 36.3, 39.3, 47.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və Cavabdeh1 apelyasiya şikayəti vermişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi) T.Səmədov və İ.Şirinov) 2(103)-202/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-131/2019 saylı, 12.06.2019-cu il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

35. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisə ləndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

37. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

38. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

39. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 21 8.1)

40. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

42. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin q ətnaməsi Cavabdeh1 borcun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdir.

44. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 borcun tutulması hissəsində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (38-39)

45. Birinci instansiya məhkəməsi 04 iyun 2013-cü il tarixli, 101-28432/KX/2 saylı kredit müqaviləsi üzrə 2.631.615 manat məbləğində əsas, 649.657,57 manat məbləğində faiz, 50.000 (əlli min) manat məbləğində cərimə, cəmi 3.331.272,57 manat məbləğində kredit borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bil dirişin qeydə alınması üçün 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqının digər cavabdehlərlə yanaşı həmçinn Cavabdeh1 tutulmalı olmasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 30.05.2013-cü il tarixli zaminlik müqavisinə əsasən Cavabdeh1 borcalan "xxxx" MMC-nin kredit xətti müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür.

46. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdı.

47. Bununla bağlı kassatorun dəlili ondan ibarətdir ki, başqa bir icraatda İddiaçı ASCyə qarşı zaminlik müqaviləsinə x itam verilməsi ilə bağlı iddia qaldırmış və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.05.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilsə də apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansıya məhkəməsi həm də apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddianı Cavabdeh1 nümasibətdə qismən təmin edərkən gəldikləri nəticəni İddiaçı ASC ilə Cavabdeh1 arasında 30.05.2013-cü il tarixli zaminlik müqaviləsinin bağlanması ilə əsaslandırsalar da qeyd edilən zaminlik müqaviləsinə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 02.12.2019-cu il tarixli qətnaməsi ilə xitam verildiyini və həmin qətnamənin h azırkı iş üzrə preyudisial xarakterə malik olduğunu nəzərə almamışlar.

49. Halbuki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

50. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

51. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

52. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni fak tiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

53. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 borcun tutulması hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

54. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin.

55. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-202/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 borcun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar