Məhkəmə qərarları › İş №2(102)-960/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-960/2020

21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-960/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” İKB ASC-nin (hal-hazırda “xxxx” ASC) Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə i clasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzərrayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) “xxxx” İKB ASC-nin iddiası qismən təmin edilərək Cavabdeh “xxxx” İKB ASC-nin xeyrinə xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 39578,68 manat əsas, 1271,44 manat faiz, 5,75 manat cərimə borcu olmaqla, cəmi 40855,87 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilinə yönəldi lməsi, həmin mənzilin 73.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilinə tələb yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilinə olan istifadə hüquqlarının itirmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin mənzilin Banka təhvil verilməsinə dair hissədə isə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzərrayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin iddiaçı “xxxx” İKB ASC-nin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” İKB ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, Cavabdeh “xxxx” İKB ASC-nin xeyrinə 2012-ci il 28 dekabr tarixli kredit müqaviləsi üzrə banka 39578.68 manat əsas, 1271.44 manat faiz, 5.75 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 40855.87 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş ) 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu. Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri. Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASCyə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri. Nizami rayonu. Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmi n mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2012ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən kreditor borcalana 300 ay müddətinə, illik 8 %-l ə, 42.000 manat məbləğində kredit vermişdir. Borc alan kreditin əsas məbləğini və hesablanmış faizləri hər təqvim ayının 1-i, birinci ay 352,16 manat, sonrakı hər ay 324,16 manat, sonuncu ay 323,98 manat olmaqla bərabər hissələrlə ödəməyi və kredit məbləğini vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin və faizlərin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqatı miqdarında dəbbə pulu ödəcəyinə vəd etmişdir. Həmçinin iş materiallarından görünür ki, “xxxx” ASC (kreditor-ipoteka saxlayan) ilə Cavabdeh (alıcı-ipoteka qoyan) və X3 (satıcı) arasında xx.xx.2012-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 21 saylı evin, 3 otaqlı, 61.9 kv.m ü mumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət olan 56000 manata satdığı 58 saylı mənzilini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş və sonuncu həmin mənzili xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün kreditoripoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 58800 manat müəyyən edilmişdir. Həmin mənzilin daşınmaz əmlakın Dövlət reyestrində 25 il müddətinə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Azərbaycan İpoteka Fondunun qərarına əsasən cavabdehin “xxxx” ASC-dən aldığı ipoteka kreditinin xidmət olunması üçün “xxxx” İKB ASC-yə verilmiş, həmin gündən etibarən ipoteka krediti üzrə aylıq ödənişlərin qəbulu və digər öhdəliklərinin icrasının “xxxx” İKB ASC-də həyata keçiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə ipoteka krediti üzrə 39578,68 manat əsas, 1271.44 manat faiz, 5.75 manat cərimə borcu olmaqla, cəmi 40855.87 manat məbləğində borcu vardır. İş materiallarında olan “xxxx” İKB ASC-nin xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, bank kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını cavabdehə təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 21 saylı evin 58 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alı nmışdır. “X2” İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 21 saylı evin 58 saylı mənzilinin bazar dəyərinin 73000 manat, likvid dəyərinin 67000 manat təşkil etdiyi müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil pe şə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsaəsn əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kredito r icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəll ənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prossesual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan İpoteka haqqında qanunun 4.1-ci maddəsinə əsasən əgər ipotek a müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi tam həcmdə təmin edilir. Həmin qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən borclu tərəfindən əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası hesab edi r ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi, nəticədə iddiaçıya iddia edilən miqdarda borcunun yaranması, bununla da kreditorun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, mənzilin kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilməsi tam təsdiq olunduğundan, əsas və faiz borcları, 30 manat bildirişin qeydə alınması xərci, 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin ev 73000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı və tutulmalı olan məbləğ satışdan əldə olunmuş vəsait hesabına ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, tələb mənzilə yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdeh mənzilə olan istifadə hüquqlarını itirmiş hesab edilməli, həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı, kredit müqaviləsi ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməlidir. Cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edlməsi ilə bağlı ekspertizanın keçirilməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 3 otaqlı, 61.9 kv.m ümumi, 45.4 kv.m yaşayış, 16.5 kv.m yardımçı sahədən ibarət 21 saylı evin 58 saylı mənzilin bazar dəyərinin müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, qiymətləndirmə xidmətinin həyata keçirilməsi ilə bağlı xərcin ödənilməsi isə vəsatət vermiş tərəfəCavabdeh həvalə edilmişdir. Lakin iş materiallarından göründüy kimi həmin qərardad icraya yönəlsə də tələb olunan 180 manat xidmət haqqı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesabına ödənilmədiyindən qiymətləndirlmənin həyata keçirilməsi mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 97.5.-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanı n aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki Prosessual Məcəllənin 117.1.-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq m əhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar