Məhkəmə qərarları › İş №2(102)-961/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-961/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-961/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda ipoteka predmetinin ən geci bir ay ərzində boşaldılması və ipoteka predmetinə istifadə hüquqlarının itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-747/2020 nömrəli iş üzrə xx xxxx 2020 -ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə muraciət edərək Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2013-cü il tarixli, kredit muqaviləsi uzrə banka olan 16798,02 ABŞ dolları əsas, 6671,05 ABŞ dolları faiz və 4082,17 ABŞ dolları cərimə və 167,69 ABŞ dolları 1 faiz komissiya olmaqla, cəmi 27718,93 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində borcun və 30 manat odənilmiş dovlət rüsumunun tutulması, tələbin Cavabdeh1 mulkiyyətindəki Şamaxı şəhəri, Təbriz kucəsində yerləşən 34 saylı yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yon əldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun odənilməsinə yonəldilməsi, satışdan əldə edilən vəsait borcun odənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yonəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında xx xxx 2013-cü il tarixli kredit muqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 36 ay muddətinə, illik 22 faiz odəmək şərti ilə 31.800 ABŞ dollları məbləğində kredit verilmişdir.

3. Həmçinin o da mübahisə edilmir ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında xx xxx 2013-cü il tarixli ipoteka muqaviləsi bağlanmış və həmin müqavilə ilə xx xxx 2013-cü il tarixli kredit muqaviləsi uzrə ohdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 mulkiyyətində olan Şamaxı şəhəri, Təbriz kucəsində yerləşən 34 saylı fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 50000 manat qiymətləndirilmişdir.

4. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə onun banka borcu yaranmışdır. 5. “xxxx” MMC-nin xx xxxxx 2019-cu il tarixli hesabatı ilə Cavabdeh1 məxsus Şamaxı şəhəri, Təbriz küçəsində yerləşən 34 saylı (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) fərdi yaşayış evi 62.000 manat qiymətləndirilmişdir.

6. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx xxx 2016-cı il tarixinə olan ümumi borcu 21019,67 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 16637,53 ABŞ dolları, faiz borcu üzrə 4382,14 ABŞ dollarıdır.

7. İddiaçı bildirir ki, xx.xx.2013-cü il tarixli kredit muqaviləsinə əsasən Cavabdeh1 illik 22 faizlə 36 ay muddətinə əsas vəsaitin artırılması məqsədilə 31800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit muqaviləsinin təminatı olaraq Cavabdeh1 mulkiyyətindəki Şamaxı şəhəri, Təbriz kucəsində yerləşən 34 saylı yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) xx xxx 2013-cü il tarixli ipot eka muqaviləsi ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixə Cavabdeh1 xx.xx.2013-cü il tarixli, kredit muqaviləsi uzrə banka 16798,02 ABŞ dolları əsas, 6671,05 ABŞ dolları faiz, 4082,17 ABŞ dolları cərimə və 167,69 ABŞ dolları 1 faiz komissiya olmaqla, cəmi 27718,93 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla muəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq Cavabdeh1 bildirişə münasibət bildirməmişdir.

8. Cavabdeh bildirir ki, bankdan kredit götürdükdən sonra ödənişlər etmiş, lakin dolların kursu qalxdıqdan sonra maddi imkanı olma dığı üçün kredit borcundan ödəniş edə bilməmişdir.

9. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 10.Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-41/2019 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 16798,02 ABŞ dolları əsas, 6671,05 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə və 167,69 ABŞ dolları 1 faiz komissiya olmaqla, cəmi 23 686,76 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 mülkiyyətindəki Şamaxı şəhəri, Təbriz küçəsində yerləşən 34 saylı yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62000 manat müəyyən edilməklə açıq hərracda satılması, ipoteka predmetinin satışından əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itiril məsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazimi şəkildə icra etməmişdir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1,385.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 449.1, 465.2, 467-ci, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.3, 59.3.1, 59.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 117.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. 14.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-747/2020 nömrəli iş üzrə xx xxxx 2020-c i il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov -sədrlik edən və məruzəçi, Ş.Abasov və S.Qafari) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-41/2019 saylı qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 4382,14 (dörd min üç yüz səksən iki ABŞ dolları 14 sent) ABŞ dolları faiz borcunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) tutulması, qətnamənin tutmanın ipoteka əmlakına yonəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddianın t əmin edilməməsi, qətnamənin qalan hissələrdə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iş ürə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nomrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, budcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməsi qət edilmişdir. 15.Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin kredit muqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzünd ən pozulması işin mübahisəsiz halları olmaqla, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, 16798,02 ABŞ dolları əsas borc, 50 ABŞ dolları cərimə və 167,69 ABŞ dolları 1 faiz komissiya haqqı (qətnamənin icra olunduğu gunə olan manat məzənnəsi ilə) məbləğində borcun və 30 manat odənilmiş dovlət rüsumunun tutulması, tələbin Cavabdeh1 mulkiyyətindəki Şamaxı şəhəri, Təbriz kucəsində yerləşən 34 saylı yaşayış evinə (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yonəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62000 manat müəyyən edilməklə açıq hərracda satılması, ipoteka predmetinin satışından əldə edilən vəsait tələb edilən bor cun odənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslıdır. 16.Bundan başqa iş uzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyi ilə Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə xx xxx 2016-cı il tarixinə olan faiz borcu 4382,14 ABŞ dolları olduğu müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 4382,14 ABŞ dolları faiz borcu tutulmalıdır. 17.Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin ipoteka predmetinə tutma yonəldikdən və o, satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cav abdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsinə aid hissələrdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. 18.Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin mənasına gorə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yonəldilməli və o satılmalıdır, ipoteka qoyanın mulkiyyət hüququna xitam verilməklə, munasibətlərə yeni mulkiyyətci (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqısatqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mulkiyyətci məcburi qaydada çıxarılma və evin b oşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. 19.Hazırki mubahisə uzrə qeyd edilən hallar muəyyən edilmədiyindən, yəni ipoteka predmeti satılmadığından, ipoteka qoyanın mulkiyyət hüququna xitam verilmədiyindən, munasibətlərə yeni mulkiyyətci (hüquq sahibi) daxil olmadığından birinci instansiya məhkəməsi düzgün olmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsi nəticəsinə gəlmişdir. 20.Bununla yanaşı Cavabdeh1 işə birinci instansiya məhkəməsində baxılarkən dəfələrlə məhkəmə iclasında iştirak etmiş, lakin hazırki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Digər tərəfdən, kredit müqaviləsinin müddəti xx xxx 2016- cı il tarixdə bitmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin hazırki iş üzrə iddia ərizəsi isə xx xxx 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 21.İddiaçı ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz, cərimə və təmin edilməyən hissələrdə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 22.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyi ilə cərimə və faiz borcu düzgün hesablanmamışdır. 23.Bundan başqa apelyasiya instansiyası məhkəməsi tutman ı ipoteka predmetinə yönəltsə də cavabdehlərin ipoteka predmetinə olan istifadə hüquqlarına xitam verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri 26.MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 27.MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). 28.Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 29.Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının faiz, cərimə və təmin edilməyən hissələrdə ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı faiz, cərimə və təmin edilməyən hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi 30.Öhdəliyə əsasən bir şəxs (bor clu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

31. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) 32.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs lər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) 33.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1) 34.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2) 35.Öhdəliyin icra edil məməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) 36.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443) 37.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) 38.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) 39.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdir ilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1) 40.Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2) 41.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467) “İpoteka haqqında” Qanun 42.Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33) 43.Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasın da, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3) 44.İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (maddə 59.3) Mülki Prosessual Məcəllə 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) 47.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1) 48.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3) 49.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edil diyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1) 50.Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4) 51.Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi iddianın tutma ipoteka əmlakına yonəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissələrində rədd edilməsi hissələrində ləğv edilərək, həmin hissələrdə iddia təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. 53.Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi iddianın tutma ipoteka əmlakına yonəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bi r ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissələrində rədd edilməsi hissələrində qanuni və əsaslı deyildir. (48) 54.Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin mənasına gorə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yonəldilməli və o satılmalıdır, ipoteka qoyanın mulkiyyət hüququna xitam verilməklə, munasibətlərə yeni mulkiyyətci (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqısatqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mulkiyyətci məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. 55.Hazırki mübahisə üzrə qeyd edilən hallar muəyyən edilmədiyindən, yəni ipoteka predmeti satılmadığından, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilmədiyindən, münasibətlərə yeni mülkiyyətci (hüquq sahibi) daxil olmadığından birinci instansiya məhkəməsi düzgün olmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsi nəticəsinə gəlmişdir. 56.Halbuki “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin əsas məqsədi ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak sat ıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və düzgün olmayan qətnamə qəbul etmişdir. 57.Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyi ilə cərimə və faiz borcu düzgün hesablanmaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayə t qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. 58.“X2rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. 59.Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 60.Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi iddianın tutma ipoteka əmlakına yonəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsi hissələrində rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. 61.Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər 62.Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-747/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi iddianın tutma ipoteka əmlakına yonəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutduğu yaşayış evini ən geci bir ay ərzində tərk etmələri, evin boşaldılması və cavabdehlərin yaşayış evinə istifadə hüquqlarının itirilməsinin rədd edilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilsin. Tutma ipoteka əmlakına yonəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Şamaxı şəhəri, Təbriz kucəsində yerləşən 34 saylı (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) yaşayış evini ən geci bir ay ərzində könüllü tərk etmədikləri halda istifadə hüququları itirilməklə həmin evdən çıxarılsınlar. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar