Məhkəmə qərarları › İş №2(102)-962/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-962/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-962/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1958/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətin in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 favral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. 09 yanvar 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2875.46 (iki min səkkiz yüz yetmiş beş dollar qırx altı sent) ABŞ dolları təşkil edir və müddəti 22 avqust 2017-ci il tarixə təyin edilir. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığ ortalanması Fondu Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 yanvar 2015-ci il tarixli, ********* ssud a hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2875.46 (iki min səkkiz yüz yetmiş beş dollar qırx altı sent) ABŞ dolları təşkil edir və müddəti 22 avqust 2017-ci il tarixə təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 27 avqust 2020-ci il tarixədək Cavabdehin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə faiz 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, m üqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir.

4. Qusar Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.V.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin27 avqust 2020-ci il tarixdə iddiaçıya 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcu yaranmışdır.

6. Məhkəmə iş üzrə gəldiyi nəticələrin qanuni əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 449.1, 449.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh Qusar Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(029)222/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 14 iyun 2021-ci il tarixli 2(105)-1958/2021 saylı qərardadı (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) ilə iş üzrə məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2021-ci il tarixli 9/4388 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 09 yanvar 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi və 22 iyun 2015-ci il tarixli «Əlavə Saziş»də qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 09 yanvar 2017-ci il tarixə İddiaçı ASC-nə olan borcu 2.285,31 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 1.933,97 ABŞ dolları, faiz borcu üzrə 351,34 ABŞ dolları, həmçinin hesabdan çıxarış məlumatlarında n göründüyü kimi 19 aprel 2019-cu il tarixdə 1.330,64 ABŞ dolları məbləğində ödəniş (kompensasiya) edilmişdir. 1.330,64 ABŞ dolları məbləğində kompensasiya nəzərə alındıgı təqdirdə 954,67 ABŞ dolları (2.285,31-1.330,64) məbləğində borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 603,33 ABŞ dolları, faiz borcu 351,34 ABŞ dolları təşkil edir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2021-ci il tarixli 2(105)-1958/2021 saylı qətnaməsi (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) ilə Cavabdeh Srədaroviçin apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin bu iş üzrə 16 fevral 2021-ci il tarixli 2(029)-222/2021 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yü z iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 351.34 üç yüz əlli bir dollar otuz dörd sent) ABŞ dolları, 100 (yüz) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 27 avqust 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 1149 (min yüz qırx doqquz) ABŞ dolları 51 (əlli bir) sent qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərk əzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.

11. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə hissəsində qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Məhkəmə cavabdehdən 2751,08 ABŞ dolları tutduqda onun maddi vəziyyətini nəzərə almamışdır. Odur ki, tələb olunan cərimə borcu 100 ABŞ dolları müəyyən edilməsi məqsədə müvafiqdir.

12. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticələrin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 449.1, 449.4, 462.1, 465.2, 467-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 217.4, 119.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

13. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (kassasiya şikayətini tərtib edən Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1958/2021 saylı iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozaraq, sübutlara obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, ekspert borclu tərəfindən ödənilmiş məbləğləri bank tərəfindən təqdim ollunmuş hesabdan çıxarışa əsasən düzgün hesablamamış, həmçinin ekspert öz rəyində kredit müqaviləsi üzrə cərimə borcu hesablamamışdır, lakin ekspertə cərimə borcunun hesablanması ilə bağlı hesabdan çıxarış sənədləri təqdim edilmişdir. Bundan başqa, ekspert rəyində cədvəldə cavabdeh tərəfindən edilən ödənişlər yanlış göstərilmişdir. Faiz borcunu heç bir əsas olmadan ekspert azaltmışdır, cərimə borcunu isə hesablamamışdır. Məhkəmə ekspert rəyini nəzərə alaraq qətnamə qəbul edərkən, hansı səbəbdən faiz borcunu qismən təmin etməsini və cərimə borcunu təmin etməməsini əsaslandırmamışdır. Bundan başqa, apellyasiya məhkəməsinə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmiş, ekspertizanın keçirilməsi barədə gətirdikləri dəlillər araşdırılmamışdır.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 448 Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, o nu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

21. Maddə 449.4 Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

22. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Maddə 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ö dəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

24. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 21 7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

31. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın rədd edilm iş hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, 2751,08 ABŞ dolları cərimə hesablanarkən cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Odur ki, tələb olunan cərimə borcu 100 ABŞ dolları müəyyən ed ilməsi məqsədəmüvafiqdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və ədalətlidir, qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinə təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verdiyini qeyd edir, lakin iş materiallarından və məhkəmə iclas protokolundan belə bir vəsatətin iddiaçı tərəfindən verilməsi görünmür, həmçinin protokola dair qeydlər də verilməmişdir. Bununla yanaşı, iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsində işə baxılarkən ekspert rəyində borcun d üzgün hesablanmamasına dair dəlillərini irəli sürməsi də müəyyən edilmir. Beləliklə, kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi mübahisələndirilən hissədə d əyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1958/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar