Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-964/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-964/2019 Bakı şəhəri 31 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh2, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2( 003)-4890/2018 hakim S.İ.Mayılov) “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 2.398 ABŞ dolları əsas borc, 628 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.057 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-8415/2018 hakimlər F.Ş.Talışinski, S.F.Hacıyev, R.Ə.Eyvazov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmşdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılmas ı üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 15 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə “xxxx” ASC Cavabdeh1 oğluna illik 33 % ödəmək şərti ilə 3.800 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 22 avqust 2017-ci il tarixdə “xxxx” ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2.328 ABŞ dolları əsas borc, 1.610 ABŞ dolları faiz borcu, 920 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4.860 ABŞ dollarının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarı da qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, Cavabdeh1 öhdəliklərinə görə zamin durmamış, belə bir müqavilə bağlamamışdır. Apellyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəyində göstərilmişdir ki, zaminlik müqaviləsində “Zamin” qrafasındakı imza onun tərəfindən icra edilmişdir. O, həmin rəylə razılaşmamış, təkrar ekspertiza keçirilməsi barədə vəsatət versə də, apellyasiya məhkəməsi tərəfindən həmin vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında kassator və vəkili kassasiya şikayətini müda fiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqavilələri üzrə əsas borc, f aiz borcu və dəbbə pulunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin və kredit xətti müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə əsas borcunu və müqavilə ilə müəyyən edilmiş müddətdə ödənilməli olan faizləri ödəməmişdir. Bununla bərabər tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə zaminlik müqaviləsi üzrə zamin başqa şəxs in kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kassatorun şikayətində irəli sürdüyü və apellyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Belə ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinə görə zamin durmadığını göstərsə də, iş üzrə alınmış 21.09.2018-ci il tarixli ekspertiza rəyi ilə 15 oktyabr 2014-cü il tarixl i zaminlik müqaviləsində “Zamin” qrafasındakı imzanın onun tərəfindən icra edildiyi müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin iclasında borclu Cavabdeh1 da Cavabdeh2 özünün şəxsən banka getdiyini və zaminlik müqaviləsi bağladığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olm aqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-964/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-964/2019
31.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver