Məhkəmə qərarları › İş №2(102)-964/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-964/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-964/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh1 və onun vəkili Şahverdi Ağaveys Nurkişi oğlunun iştirakları ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 a vqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin Cavabdeh1 münasibətdə tam təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 27 iyun 2012-ci il tarixli S020/01 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 35000 manat, faiz borcu qismində 28512 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə qismində 22117 manat, cəmi 85629 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutulması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən R.Əhmədov, iş 2(007)-223/2016) iddia qismən təmin edilərək, Cav abdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 27 iyun 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc qismində 35000 manat, kreditdən istifadəyə görə faiz borcu qismində 346,66 manat, cərimə borcu qismində 20 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 12 manat, cəmi 35378,66 manat məbləğində pul vəsaitinin tutulması, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat məbləğində hissəsinin İddiaçı-yə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri qismində 60 manat məbləğində pul vəsaitinin İddiaçı-dən, 40 manat məbləğində hissəsinin isə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmas ı qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-765/2019) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-223/2016 saylı mülki iş üzrə qəbul etdiyi 04 iyul 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh1 münasibətdə qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin Cavabdeh1 münasibətdə tam təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Şahverdi Ağaveys Nurkişi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin Cavabdeh1 münasibətdə tam təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin fa ktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 27 iyun 2012-ci il tarixli, S020/01 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaç ı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında eyni tarixli S020/01 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, 27 iyun 2012-ci il tarixli xəzinə məxaric orderinə əsasən Cavabdeh1 27 iyun 2012-ci il tarixli S020/01 saylı kredit müqaviləsi üzrə 35000 manat məbləğində pul vəsaitini İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialından almışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 10 mart 2016-cı il tarixli 1329 saylı rəyinə əsasən Açıq Səhmdar Cəmiyyətinə aid Cavabdeh1 adına olan 27 iyun 2012-ci il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza C avabdeh1 tərəfindən icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741, 462, və 467-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid i fadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənm əməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsa s hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar