Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-967/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-767/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə borcun qaytarılması tələbi ilə bağlıd ır. Belə ki, İddiaçı 2016-cı ildə Cavabdeh 2.500 manat borc verdiyini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, 2500 (iki min beş yüz) manat məbləğində borc pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Qax rayonu Qaşqaçay kəndində yaşayır. Həmkəndlisi Cavabdeh 2016-ci il tarixdə ondan 2500 (iki min beş yüz) manat məbləğində borc almışdır. Pulu alanda tezliklə qaytaracağına söz vermişdir. Ahidə Aliyevaya borc pulu verəndə gəlinindən soruşmuş, gəlini isə Cavabdeh qonşu olduğunu və tezliklə qaytaracağını demişdir. Həmi n vaxtdan bir il keçdikdən sonra cavabdehin qapısına gedərək pulu istəmiş, lakin cavabdeh pulu qaytarmamış, hər dəfə bəhanələr gətirərək, pulu ödəməkdən yayınmışdır. Artiq neçə ildir ki, cavabdehə borc verdiyi pulu ala bilmir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzini də cavabdehdən tələb edir.
4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçının göstərdikləri əsassızdır. İddiaçı onun qonşusudur. O, heç vaxt iddiaçıdan borc pul almamışdır. Hətta iddiaçı bununla bağlı Qax rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra həmin məsələ araşdırılmış, lakin sübuta yetirilməmişdir. İddiaçı bir qəpik də borcu yoxdur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılm asını xahiş edir.
5. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx xxxxxx 2019-cu il tarixli, 2(024)-569/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı 2016-cı ildə cavabdehə 2500 manat borc pul vermişdir. Cavabdeh pulu tezliklə qaytaracağını vəd etməsinə baxmayaraq vədinə əməl etməmişdir. İddiaçı dəfələrlə cavabdehdən şifahi qaydada pulu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) xx xxxx 2020-ci il tarixli, 2(107)-767/20 nömrəli qətna məsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-569/2019 saylı qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, Cavabdeh 1.000 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan surdotərcüməçiyə ödənilməli olan 100 manat məbləğində pulun 50 manatın İddiaçı, 50 manatı Cavabdeh tutulmaqla surdotərcüməçi X1 ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mötəbər sübut kimi şahid ifadələrinə istinad etsə də, nəzərə almamışdır ki, həmin şahidlər iddiaçının yaxın qohumları və tanışıdır. (anası, qardaşının arvad ı və rəfiqəsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid ifadələrinə tənqidi yanaşaraq onları mötəbər sübut qəbul etməyərək, bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X2 da birinci instansiya məhkəməsində verdiyi ifadəsindən tamamilə fərqli ifadə vermişdir. Belə ki, şahid X2 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində İddiaçı onun yanında Cavabdeh 2500 (iki min beş yüz) manat borc pul verdiyini, Cavabdeh pulu tezliklə qaytaracağını vəd etsə də, vədinə əməl etmədiyini göstərdiyi halda, məhkəmə kollegiyasının iclasında əvvəlcə, cаvаbdehin mərhum ərinin onların evinə gələrək iddiаçıdаn 1000 mаnаt pul аldığını, sоnrа cаvаbdehin оğlu gəlib 100 mаnаt borc аldığını, sоnrа cаvаbdehin özü onlara gələrək iddiаçıdаn təxmi nən 300-400 mаnаt bоrc pul aldığını, bir müddət sоnrа cаvаbdehin bаlаcа qızı Şəbnurun onlara gələrək İddiaçı 100 mаnаt bоrc pul aldığını, ən sоndа isə cаvаbdehin özünün yenə də onlara gələrək İddiaçı 2500 mаnаt bоrc pul istədiyini və iddiаçının həmin pulu verdiyini, cavabdehin qızını оxutduğu üçün həmin pulа ehtiyаcı olduğunu dediyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehə əvvəllər bir neçə dəfə borc pul verdiyi (bir neçə dəfəyə cəmi 1600 manat) və cavabdehin həmin borcu qaytarmadığı halda, yenidən cavabdehə 2500 manat borc verməsinin ağlabatan izahını verə bilmədi. Məhkəmə kollegiyası da qeyd edir ki, əvvəl alınmış borc qaytarılmadan, əlavə olaraq daha böyük miqdarda borcun verilməsi məntiqi və inandırıcı deyildir. Qeyd olunanlar onu deməyə əsas verir ki, tərəflə r arasında 2500 manat məbləğində borc müqaviləsi olmamışdır. Bununla belə, iş materiallarına əlavə olunmuş Qax RPŞ-nin təhqiqat qrupunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarının surətindən məlum olur ki, hazırkı iş üzrə Cavabdeh təhqiqat qrupuna vermiş olduğu izahatında mərhum əri Natiq Əliyevin onun tanımadığı bir neçə nəfərə borcu olduğunu, sonradan ərinin vəfatından sonra sonuncunun Müslümət Əzməmmədovaya da 1000 manat borcu olduğunu öyrəndiyini, lakin ərinin həmin borcu qaytara bilmədiyini, ərinin vəfatından sonra Müslümətin evlərinə gələrək ondan 2500 manat pul tələb etməyə başladığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh həmin məsələyə aydınlıq gətirməsi təklif olunmuş, Cavabdeh göstərmişdir ki, ərinin Müslümətə 1000 manat borcu olsa da, birinci instansiya məhkəməsinin iclasında Müslümət həmin pulu bağışladığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əziməmmədovaya buna aydınlıq gətirməsi təklif olunmuş və iddiaçı Müslümət Əzməmmədova göstərmişdir ki, həmin borcu heç vaxt bağışlamaq fikrində olmamış və birinci instansiya məhkəməsində belə ifadə işlətməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, həqiqətdə tərəflər arasında olan borcun məbləği 1000 manat təşkil edir. Bunu məhkəmə kollegiyasının iclasında həm iddiaçı (onun evinə pul almaq üçün Ahidə və onun əri Natiqin gəldiyini), həm də şahid (iddiaçının qardaşı arvadı) X2 (əvvəlcə cаvаbdehin mərhum əri onların evinə gələrək iddiаçıdаn 1000 mаnаt pul аldığını) təsdiq etmişlər. Yəni, qeyd olunan 1000 manat borc pul ər-arvad Natiq və Ahidə Əliyevlər tərəfindən İddiaçı alınmış və geri qaytarılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərzində hazırki mülki işin tərəfləri olan iddiaçı və cavabdeh, yəni Cavabdeh və İddiaçı arasında heç bir borc münasibətinin heç vaxt olmadığını müəyyən etmişdir. Məhkəmə əvvəlcə qeyd etdiyi kimi, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddiasını təsdiq edəcək heç bir sübut təqdim etmədiyini aydın şəkildə bildirmişdir. Yəni məhkəmə iddiaçının cavabdehə qarşı iddiasının heç bir faktiki və hüquqi əsası olmadığı ilə r azılaşmış, bunu təsdiqləmişdir. Bundan sonra isə, məhkəmə öz qətnaməsindəki tərəflər arasında borc münasibətlərinin olmadığına dair mövqeyinin ziddinə cavabdehin mülki məsuliyyətə cəlb edilməsi ilə nəticələnən qətnamə qəbul edərək öz təsdiq etdiyi faktı inkar etmişdir. Cavabdehin əri mərhum X3 isə hazırki mülki isin tərəfi olmamışdır. Cavabdeh məhkəmədə dəfələrlə hakimə bildirdiyi kimi, onun mərhum əri və İddiaçı arasında hər hansı bir borc münasibətlərinin olduğundan xəbəri olmamış, heç vaxt şahidi olmamış, məlumat sahibi olmamışdır. Hər bir halda, hazırki mülki mübahisənin predmeti iddiaçı və cavabdeh arasındakı mülki münasibətlər olmalı idi. Çünki iddia tələbi Cavabdeh yönəlmişdi. Məhkəmə isə isin məğzindən yayınaraq iddiaçı və cavabdeh arasında hər hansı borc münasibətinin olmadığı özü də təsdiq etdikdən sonra, tamamilə başqa mülki mübahisəyə, İddiaçı və X4 arasındakı münasibətlərə yönəlmiş və bunu hüquqi əsas gətirərək Cavabdeh əleyhinə onun mülki məsuliyyətə cəlb edilməsi ilə nəticələnən qətnamə qəbul etmişdir. Halbuki, hər bir halda İddiaçı və Natiq Əliyev arasında belə hər hansı borc münasibətinin olduğu sübut edilə bilməmiş, bunu təsdiqləyən heç bir dəlil sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının qardaşı arvadı tamamilə ziddiyyətli, həqiqətə uyğun olmayan, məntiqi və hüquqi əhəmiyyət kəsb etmədiyi ilk baxışdan məlum olacaq izahatlar vermiş, iddiaçının ailəsindəki hər kəsi, hətta balaca qızını belə guya onlardan pul almaqda ittiham etmişdir. Lakin bu adi məntiqə uyğun olmayan, ziddiyyətli, yalan xarakteri daşıdığı açıq-aşkar məlum olan ifadələr heç bir halda mə hkəmə tərəfindən mötəbər sübut hesab oluna bilməzdi. Apellyasiya məhkəməsi yalnız tərəflər arasındakı hüquqi məsələni araşdırıb ona uyğun qərar çıxara bilərdi. Halbuki, apellyasiya məhkəməsi tərəflər arasında borc münasibətinin olmadığını müəyyən etdikdən sonra, sadəcə qarşı tərəfin ziddiyyətli ifadələrinə əsaslanaraq cavabdehin üzərinə onunla əlaqəsi olmayan, subyekti olmadığı borc münasibətinə görə mülki məsuliyyət qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəm ə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
16. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqları na görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Hazırkı iş üzrə iddiaçı, cavabdehə borc verdiyini, lakin pulun qaytarılmadığını bildirmiş, cavabdeh isə iddiaçıdan borc almadığını ifadə etmişdir.
23. Belə olan halda tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci maddəsi çıxış edir (§ 13).
24. Normanın məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Bu müqaviləyə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarma ğı öhdəsinə götürür.
25. Mübahisə halında əvvəlcə, iddiaçı, cavabdehlə borc müqaviləsi bağladığını və borcun predmeti olan əşyanı (pul və s.) borc alana verdiyini sübuta yetirməlidir. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir (§ 14-15).
26. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz o xşar ehtimallarından irəli gələ bilər.
27. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlən məsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
28. Hazırkı işdə iddiaçı, cavabdehə borc verdiyini təsdiqləyən yazılı sənədi və ya digər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı, bu xüsusata dair şahid ifadələrinə istinad etsə də, apellyasiya məhkəməsi iddiaçının dəvət etdiyi və yaxınları olan şahidlərin ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin şəxslərin verdikləri məlumatlar tərəflər arasında borc müqaviləsinin bağlanması nəticəsinə gəlmək üçün mötəbər sübut sayıla bilməz. Bu məsələdə Kollegiya, apellyasiya məhkəməsinin mövqeyini əsaslı sayır.
29. Bununla belə, apellyasiya instansiyası məhkəməsi cavabdehin polis orqanında və məhkəmə iclasında verdiyi etirafedici izahatlara istinad etməklə bu qənaətə gəlmişdir ki, cavabd ehin iddiaçı qarşısında 1.000 manat məbləğində borc öhdəliyi vardır (§ 8).
30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehin istinad olunan etirafları iş materialları ilə təsdiqini tapmadığı üçün həmin nəticə qanuni və əsaslı sayıla bilməz.
31. Belə ki, apellyasiya məhkəməsi işdə olan Qax rayon Polis şöbəsinin Təhqiqat qrupunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarının surətinə istinadən qeyd etmişdir ki, Cavabdeh izahatında mərhum əri Natiq Əliyevin vəfatından sonra sonuncunun İddiaçı da 1000 manat borcu olduğunu öyrənmiş, lakin əri həmin borcu qaytara bilməmiş, ərinin vəfatından sonra İddiaçı evinə gələrək ondan 2500 manat pul tələb etməyə başladığını göstərmişdir.
32. Halbuki, qərarda Cavabdeh adından yazılmış izahat aş ağıdakı məzmundadır: “Cavabdeh izahatında...Müslümətin ərizəsində və izahatında qeyd etdiklərinin yalan, ona qarşı atılmış şər və böhtan olduğunu,...mərhum yoldaşının...rəhmətə gedəndən sonra ona yoldaşının borclu olduğu adamlardan birinin də qonşusu Müslümətin olduğunu, hissə-hissə olmaqla ondan min manat pul almasının lakin qaytara bilməməsinin məlum olduğunu, yoldaşı rəhmətə gedəndən bir müddət sonra Müslümətin evlərinə gələrək ona 2500 manat borcumun olduğunu, guya oğlu ilə ondan 2500 manat borca pul aldığını deyərək ondan pul tələb etməyə başladığını, Müslümətin bu hərəkəti bir neçə dəfə ona qarşı etdiyini lakin qüsurlu insan olduğundan ona qarşı heç vaxt kobudluq etmədiyini bildirmişdir”.
33. Kollegiya hesab edir ki, bu məlumatlar təsdiqedici deyil, əksinə təkzibedici məzmunda olduğ undan, həmin izahat Cavabdeh və ya ərinin İddiaçı borc almalarının etiraf olunmasına dair mötəbər sübut kimi qiymətləndirilə bilməz.
34. Bununla belə, izahatın dəqiq məzmunu ilə bağlı mübahisə olduqda qərarın çıxarıldığı ilkin araşdırma materialları polis orqanından tələb edilməklə, Cavabdeh verdiyi məlumatların dəqiq məzmunu aydınlaşdırıla və surəti işə əlavə olunmaqla həmin xüsusata yenidən qiymət verilə bilər.
35. Digər tərəfdən, apellyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyasının iclasında Cavabdeh həmin məsələyə aydınlıq gətirməsi təklif olunmuş, Cavabdeh göstərmişdir ki, ərinin Müslümətə 1000 manat borcu olsa da, birinci instansiya məhkəməsinin iclasında Müslümət həmin pulu bağışladığını bildirmişdir”. 36. 17.06.2020-ci il tarixdə keçirilmiş məhkəmə ic lasının protokolunda isə Cavabdeh bu məzmunda izahatı öz əksini tapmamışdır. Əksinə, protokolda Cavabdeh iddiaçıdan pul almaması, tələbə etiraz etməsi, ərinin iddiaçıdan 100 manat və ya 1000 manat borc pul alması barədə dəqiq heç nə bilmədiyini göstərməsi qeyd edilmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin iddianı qismən təmin etməsinin əsası kimi göstərdiyi hallar (cavabdehin etirafları) mülki işin materialları ilə təsdiqlənmir.
38. Bu hal isə ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 16-17). Bununla da iş üzrə düzgün olmayan qə tnamə çıxarılmışdır.
39. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-767/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.