Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-967/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARDADİ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 47400 manat əsas borc məbləğinin, ödənilmiş 381.8 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat məbləğində pulun tutularaq ona ödənilm əsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-340/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-340/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcə llənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Göründüyü kimi məhkəmə aidiyyəti haqqında qərardadlardan (o cümlədən işə məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə ərizənin geri qaytarılması barədə qərardaddan) verilən şikayət kassasiya şikayətinə bərabər hesab edilir və qanunvericiliklə kassasiya şikayətinə aid tələblərə uyğun tərtib edilməli və verilməlidir. MPM-in 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) v ə şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkil orderi əlavə edilməmişdir. Bununla yanaşı MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə şikayətdən görünür ki, şikayət Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydas ında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 408.1.1 və 408.1.3-cü maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin, 67.1, 403-1.3, 404-1.1, 404-1.2, 407.1, 407.3, 408.1, 408.1.1, 408.1.3-cü maddələrini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-340/2025 nömrəli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş ilə birlikdə Xaçmaz Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-967/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-967/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver