Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-969/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-969/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı Kommersiya Bankı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Əliyev, iş № 2(004)-xx/17) İddiaçı» Kommersiya Bankı ASC-nin Cavabdeh3, X3, X2 qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Kommersiya Bankı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2014-cü il tarixli 6-G-1-0-2163-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 iddiaçının xeyrinə xx xxx 2014-cü il tarixli 6-G-1-02163-14 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 36.497 (otuz altı min dörd yüz doxsan yeddi) manat 77 (yetmiş yeddi) qəpik, faiz borcu qismində 16.416 (on altı min dörd yüz on altı) manat 71 (yetmiş bir) qəpik, cərimə qismində 50 (əlli) manat, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 (otuz bir) manat və iş üzrə ödənilmiş dövlət rüsu munun qalan hissəsinin əvəzi qismində 29 (iyirmi doqquz) manat, cəmi 53.024 (əlli üç min iyirmi dörd) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal - 2 küçəsi, 3 otaqlı, 42,62 kvadrat metr ölçüdə yaşayış sahəsindən ibarət, 1 saylı evin 88 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95.000 (doxsan beş min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh3 İddiaçı Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh3, X4 və X1 həmin mənzildən çıxarılmaları qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov, iş № 2(103)xx/18) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi cavabdehdən tutulan əsas borc və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, müvafiq olaraq tutulmalı olan əsas borcun məbləği 34.977.63 (otuz dörd min doqquz yüz yetmiş yeddi manat 63 qəpik) manat, mənzilin ilkin satış qiyməti 99.909 (doxsan doqquz min doqquz yüz doqquz qəpik) manat müəyyən edilmiş qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Kommersiya Bankı ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2 018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiçı İddiaçı» Kommersiya Bankı ASC Cavabdeh3, X3, X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-2 küçəsində yerləşən, 3 otaqlı, 42.62 kv.m yaşayış sahədən ibarət 1 nömrəli evin 88 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka ilə yüklü edilmiş mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və X1 mənzi lə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikas ı MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən tutulan əsas borcun məbləği və ipoteka ilə yüklü edilmiş əmlakın ilki n satış qiyməti hissəsində dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması, vəsaitin verilməsi, borclunun müqavilə öhdəliklərinə riayət etməməsi işin mübahisəsiz hallarıdır. Cavabdeh qətnaməni borcun məbləği hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin yeganə dəlilini yoxlanmaq üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və xx xxx 2018-ci il tarixli, 1298 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 20.07.2017-cı il tarixədək banka olan əsas borcu 34.977.63 manat, faiz borcu 16.832.98 manat təşkil edir. Ekspert rəyi tərəflərə göndərilmiş və onlar rəyə etiraz etməmişlər. Rəydən görünür ki, əsas məbləğ qətnamədə göstərilən məbləğdən azdı r, lakin faiz məbləği çoxdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verdiyi üçün ekspert rəyində nəzərdə tutulan və cavabdehin xeyrinə olan hallar nəzərə alınmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi əsas borc məbləğinin ekspert rəyinə uyğun olaraq azaldılması qənaətinə gəlmişdir. Cavabdeh borcun məbləğinin daha az olması halına dair sübutlar təqdim edə bilməmişdir. Bundan başqa tərəf əmlakın ilkin satış qiyməti ilə də razılaşmamışdır. Qiymətləndirmə və Audit MMC tərəfindən aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 88 saylı mənzilin xx xxx 2018-ci il tarixinə 99909 manat təşkil etdiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən tu tulan əsas borcun məbləği və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayəti maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsd iqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilm ədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Kommersiya Bankı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-969/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-969/2019
29.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver