Məhkəmə qərarları › İş №2(102)-971/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-971/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-971/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-971/2019 şəhəri 11 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan “X9 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)-796/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzr ə cavabdeh olan “X9 Azərbaycan” QSC və ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim F.Babayev) 14.08.2017-ci il tarixli, 2(004)5357/2017 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq, Cavabdeh5-dən 681210,50 (altı yüz səksən bir min iki yüz on manat əlli qəpik) əsas, 72561,72 (yetmiş iki min beş yüz altmış bir manat yetmiş iki qəpik) faiz borcu, 34190,84 (otuz dörd min yüz doxsan manat səksən dörd qəpik) cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 787993,06 (yeddi yüz səksən yeddi min doqquz yüz doxsan üç manat altı qəpik) məbləğində pulun tutularaq iddiaçı “xxxx” Q SCnə ödənilməsi, qarşılıqlı iddia tələbi təmin edilərək, Cavabdeh5 və Cavabdeh3 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış, 14.08.2015-ci il tarixli, 213/47585 saylı zaminlik müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və zaminliyə xitam verilməsi, Cavabdeh4 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 23.07.2015-ci il tarixli, ****** reyestr nömrəli və 06.08.2015-ci il tarixli 3M-649 reyestr nömrəli ipoteka müqavilələrinin, Cavabdeh3 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 06.08.2015-ci il tarixli, 3M-655 reyestr nömrəli ipoteka müqavilələrinin, Cavabdeh2 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 23.07.2015-ci il tarixli, 3M-724 reyestr nömrəli ipoteka müqaviləsinin, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış 06.08.2015-cı il tarixli, ****** reyestr nömrəli və 06.08.2015-ci il tarixli, 3M-651 reyestr nömrəli ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilələr üzrə ipotekaya xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, İ.Vəliyev, E.Həsənov) 11.09.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı “X9 Azərbaycan” QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, ilk iddia tələbi üzrə Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti rədd edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5357/2017 saylı, 14.08.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdehlər Cavabdeh5-dən və Cavabdeh3 müştərək qaydada 681210,50 (altı yüz səksən bir min iki yüz on manat əlli qəpik) əsas, 72561,72 (yetmiş iki min beş yüz altmış bir manat yetmiş iki qəpik) faiz borcu, 34190,84 (otuz dörd min yüz doxsan manat səksən dörd qəpik) cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 788203,06 (yeddi yüz səksən səkkiz min iki yüz üç manat altı qəpik) məbləğində pulun tutularaq iddiaçı “xxxx” QSC-nə ödənilməsi, borc tələbinin DƏDRX-nin MH seriyalı, ******* nömrəli, 04.06.2013-cü il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilə və DƏDRX-nin MH seriyalı, ******* №-li, 27.01.2010-cu il qeydiyyat tarixli çıxarışına mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 7nında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilin ilkin satış qiyməti 252,910 manat, ünvan 7nında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilin ilkin satış qiyməti 110000 məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqda ən geci bir ay ərzində həmin daşınmaz əmlakların boşaldılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış ipoteka predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələblə ri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğinin Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada “X9 Azərbaycan” QSC-nin xeyrinə tutulması, qalan hissədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh4 ilə “X9 Azərbaycan” QSC arasında bağlanılmış 23.07.2015-ci il tarixli, 3M-723 reyestr nömrəli və 06.08.2015-ci il tarixli, 3M-649 reyestr nömrəli, Cavabdeh2 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 23.07.2015-ci il tarixli, 3M-724 reyestr nömrəli və Cavabdeh1 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 06.08.2015-ci il tarixli, ****** reyestr nömrəli və 06.08.2015-ci il tarixli, 3M-651 reyestr nö mrəli ipoteka müqavilələri üzrə ipotekaya xitam verilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan “X9 Azərbaycan” QSC və ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “X9 Azərbaycan” QSC cavabdehlər Cavabdeh5-nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə 19.05.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh5-dən və Cavabdeh3 müştərək qaydada 681210,50 (altı yüz səksən bir min iki yüz on manat əlli qəpik) əsas, 54127,91 (əlli dörd min yüz iyirmi yeddi manat doxsan bir qəpik) əsas məbləğə hesablanmış faiz borcu, 15931,05 (on beş min yüz doqquz yüz otuz bir manat beş qəpik) hər gecikdirilmiş günə görə cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 751509,45 (yeddi əlli bir min beş yüz doqquz manat qırx beş qəpik) məbləğində pulun tutularaq iddiaçı “X9 Azərbaycan” QSC-nə ödənilməsi, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilə, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 7nında yerləşən, ümumi sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilə, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, mülkiyyət hüququ Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 saylı mənzilə, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, ****************ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi, ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əlavə razılaşmaya əsasən tərəflər arasında razılaşdırılmış 252910 (iki yüz əlli iki min doqquz yüz on) manat, Cavabdeh3 məxsus olan ü nvan 7nında yerləşən, ümumi sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 110000 (yüz on min) manat, Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, *********** nömrəli bağ evinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 240000 (iki yüz qırx min) manat, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 saylı mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 60000 (altmış min) manat, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, ************** ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 40000 (qırx min) manat, Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 120000 (yüz iyirmi min) manat və Cavabdeh1 məxsus olan ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında r azılaşdırılmış 90000 (doxsan min) məbləğlərində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borcalan və zamindən təkrar olaraq tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahələrinin 1 (bir) ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 “X9 Azərbaycan” QSC-nə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 2 saylı Ərazi İdarəsinə, Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka və zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin cavabdehlər Cavabdeh3, X3, Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi, “X9 Azərbaycan” QSC ilə Cavabdeh5, Cavabdeh3, X3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ipotekalara xitam verilməsi, “X9 Azərbaycan” QSC ilə Cavabdeh5 və Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında yaranmış Cavabdeh3 zaminliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçı “X9 Azərbaycan” QSC iddia tələbinin həcminin artırıl ması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh5" MMC-dən və Cavabdeh3 müştərək qaydada 681,210.50 AZN (altı üz səksən bir min iki yüz on manat 50 qəpik) əsas kredit borcu 72,561.72 AZN (yetmiş iki min beş üz altımış bir manat 72 qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 34.190.84 AZN (otuz dörd min yüz doxsan manat 84 qəpik hər gecikdirilmiş günə görə cərimə borcunun, 210 AZN (iki yüz on manat) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun, cəmi 788,203.05 AZN (yeddi yüz səksən səkkiz min iki yüz üç manat 05 qəpik) “X9 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə habelə Banka olan borcun cavabdehlərdən tutulması i lə eyni zamanda tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə cavabdehlərə məxsus yuxarıda qeyd olunan ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilıməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi borcalan və zamindən təkrar olaraq tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan “X9 Azərbaycan” QSC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelya siya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ilə ilk iddia tələbinin ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsi qismən təmin edilərək kassasiya şikayətində adları qeyd edilən ipoteka predmetləri ilə bağlı ipoteka müqavilələrinə xitam verilmiş və məhkəmə bu faktı belə əsaslandırmışdır ki, “.... Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, kredit xətti üzrə faiz dərəcəsi müəyyən edilərkən yalnız Cavabdeh3 razılığı alınmış, digər şəxslərin isə bununla bağlı hər hansı razılığı olmamışdır. Cavabdeh4 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 23.07.2015-ci il tarixli, ******* nömrəli və 06.08.2015-ci il tarixli ******* reyestr nömrəli, Cavabdeh2 ilə bank arasında bağlanmış 23.07.2015-ci il tarixli, ******* reyestr nömrəli, Cavabdeh1 ilə bank arasında bağlanmış 06.08.2015- ci il tarixli, 3M-650 reyestr nömrəli və 06.08.2015-ci il tarixli, 3M-651 reyestr nömrəli ipoteka müqavilələri üzrə ipotekaya xitam verilməlidir.” Məhkəmə mübahisənin həmin hissəsinin həll edilməsi həll edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqelərə istinad etsə də, elə həmin qərarın özündə təsbit edilmiş digər məqamları nəzərə almamış, nəticə etibarilə əslində Konstitusiya Məhkəməsinin qərarında göstərilənlərdən fərqli mövqe tutmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, bu qəbildən olan mübahisələrin həlli zamanı müqavilənin məhkəmə tərəfindən düzgün təfsir edilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 3-cü bəndində Konstitusiya Məhkəməsi qərara almışdır ki, zaminlik və ipoteka müq avilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. İş materiallarından da göründüyü kimi, kredit sazişləri kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla vahid müqavilə kimi çıxış edir. İpoteka müqaviləsində də təminat verilən əsas öhdəlik kimi həmin müqavilələr və sazişlər çıxış edir və qeyd edilən hal ipoteka və zaminlik müqavilələrində də aydın ifadə olunmuşdur. Bundan əlavə, 23.07.2015-ci il tarixli ipoteka müqaviləsinin “İpoteka saxlayanın hüquq və vəzifələri” adlanan 5.1-ci bəndində dəqiq və saydın müəyyən o lunmuşdur ki, bu müqavilə ilə təmin edilən öhdəlik və ya onun bir hissəsi borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə ipoteka predmetinə tutma yönəltməklə həmin əmlak hesabına tələblərini və bununla bağlı çəkməli olmuş bütün xərclərini faktiki təmin olunma məqamına tam məbləğdə ödəmək, ö cümlədən əsas borcu, hesablanmış faizləri, hesablanmış cərimələri və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinin tələb edilməsi ipoteka saxlayanın hüquqlarına aid edilmişdir. Göründüyü kimi, ipoteka müqaviləsi ilə təminat verilən əsas öhdəlikdə (vahid müqavilə kimi çıxış edən kredit xətti müqaviləsində və kredit sazişində) faiz məbləği dəqiq müəyyən edilmişdir. İpoteka qoyan isə ipoteka predmetinə tutma yönəldilməsi halında yalnız əsas borc deyil, həmçinin adi faizlər və cərim ə faizlərinin də hesablanmalı olduğunu bilmiş və ipoteka müqaviləsində buna öz sərbəst iradəsini ifadə etmişdir. İpoteka müqaviləsinin 6.1.1-ci bəndi ilə “.. Bu müqavilənin hər hansı maddələrinin, müddəalarının hər hansı şərtləri ilə razı olmadığı təqdirdə müqavilənin bağlanmasından imtina etmək” ipoteka qoyanın hüquqlarına aid edilmişdir. Lakin ipoteka qoyan həmin müqaviləni imzalamaqla müqavilənin şərtləri (o cümlədən kreditə hesablanacaq faizlər və cərimələr üçün də məsuliyyət daşıdığı) ilə razı olduğunu ifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsinin hazırki işdə Konstitusiya Məhkəməsinin istinad edilən qərarındakı hüquqi mövqeyə formal yanaşması elə həmin qərarda ifadə edilən digər hüquqi mövqe ilə ziddiyyət təşkil edir. Belə ki, Konstitusiya Məhkəməsi həmin qərarda aydın ifadə etmişdir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 140-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırki işdə kredit müqaviləsinə nəinki ipoteka qoyanın və ya zaminin vəziyyətini əlverişsiz edən dəyişiklik edilməmişdir, ümumiyyətlə, əsas öhdəliyin şərtlərinə heç bir dəyişiklik edilməmişdir. Belə olan halda nə ipoteka müqaviləsinin, nə də zaminlik müqaviləsinin eitbarsızlığı üçün heç bir əsas mövcud olmamışdır. Konstitusiya M əhkəməsinin qərarında qeyd edildiyi kimi, ipoteka qoyan tərəfindən ipoteka müqaviləsi imzalandıqdan sonra nə kredit xətti müqaviləsinə, nə də kredit sazişinə ipoteka müqaviləsinin etibarsızlığına səbəb ola biləcək heç bir dəyişiklik (ümumiyyətlə heç bir dəyişiklik) edilməmişdir. Bundan əlavə, hətta fərziyyə olaraq ipoteka qoyanın kredit üzrə faiz məbləğinin miqdarı barədə məlumatının olmaması qəbul edilsə belə, bu halda da qeyd edilən hal həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Belə ki, ipoteka müqaviləsinin 5.1.1-ci bəndində kredit üzrə faizlərin və cərimələr üçün ipoteka qoyanın məsuliyyət daşıdığı barədə aydın iradə ifadəsi vardır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarına düzgün formada istinad etməmiş, işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilərək, ilk iddianın tam təmin olunmasına, qarşılıqlı iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh5 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 23.07.2015-ci il tarixli, 213/47585 nömrəli kredit müqavilə sində (kredit xəttinin açılması barədə müqavilə) bu müqavilənin mühüm şərti olan faiz dərəcəsi barəsində razılıq əldə olunmamış və həmin müqavilədə faiz dərəcəsi göstərilməmişdir. Bununla belə, sözügedən kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) əsasında bağlanmış 1 və 2 nömrəli Kredit Sazişlərində göstərilən faiz dərəcələri barəsində zamin və ipoteka qoyanların razılığı alınmamışdır. İş materiallarından göründüyü kimi, kredit xəttinin açılması haqqında müqavilə ilə zaminlik və ipoteka müqaviləsinin tərəfləri tamamilə başqa şəxslərdir. Odur ki, kredit müqaviləsində (kredit xəttinin açılması barədə müqavilə) həmin müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, həmçinin 1 və 2 nömrəli kredit sazişlərində nəzərdə tutulan faiz dərəcələri barəsində Cavabdeh3 h əm zamin, həm də ipoteka qoyan kimi, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 isə ipoteka qoynlar kimi razılığı alınmadığından mübahisə predmeti olan zaminlik və ipoteka müqavilələri əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməli, o cümlədən ipoteka və zaminliyə xitam verilməlidir. Apellyasiya insitansiya məhkəməsi hesab etmişdir ki, zamin, eyni zamanda ipoteka qoyan Cavabdeh3 borcalan Cavabdeh5-nin təsisçisi (direktoru) olduğundan o, borclunun kreditor qarşısında olan bütün öhdəliklərindən xəbərdar olmuş və kreditin qaytarılması qrafiklərini imzalamaqla kredit xətti müqaviləsi üzrə müəyyən olunmuş hallara, o cümlədən faiz dərəcəsinə öz razılığını bildirmişdir. Halbuki, Cavabdeh5-nin təsisçisi olduğundan adıçəkilən şirkətin bütün öhdəlikləri barəsində Cavabdeh3 xəbərdar olmasının mütləqliyi ilə bağlı məhkəmənin gəldiyi bu yalnış nəticə heç bir əlilə əsaslanmır. Bu məhkəmənin maddi hüquqi əsası olmayan mülahizəsidir. Əslində Cavabdeh5 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 23.07.2015-ci il tarixli, 213/47585 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilə) əsasında bağlanmış 1 və 2 nöpmrəli sazişlərin hamısı Cavabdeh5-nin direktoru X1 tərəfindən imzalanmışdır. Bu müqavilələrdən digər ipoteka qoyanlar kimi, ipoteka qoyan və zamin Cavabdeh3 xəbəri olmamışdır. Bununla yanaşı, kreditin qaytarılması qrafikləri (ödəniş cədvəlləri) Cavabdeh3 oğu tərəfindən imzalanmış olsa belə, həmin qrafiklərə ümumiyyətlə kredit sazişlərində göstərilən faiz dəcərələri barəsində hər hansı məlumat olmamışdır. Belə ki, 23.07.2015-ci il tarixli kredit müqaviləsi əsasında 18.0 8.2015-ci il tarixdə bağlanmış 1 nömrəli kredit sazişində kreditdən istifadəyə görə illik faiz dərəcəsi 16%, 18.03.2016-cı il tarixdə bağlanmış 2 nömrəli kredit sazişində isə kreditdən istifadəyə görə illik faiz dərəcəsi 18% dərəcəsi olması göstərilmişdir. Lakin kreditin qaytarılması qrafiklərində (ödəniş cədvəlləri) həmin faiz dərəcəsi ilə bağlı hər hansı qeyd edilməmişdir. Sözügedən kreditin qaytarılması qrafiklərinə diqqət etdikdə bu qrafiklərin 23.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması haqqında olduğu, yəni həmin qrafiklərdə ümumiyyətlə 1 və 2 nömrəli kredit sazişlərinə heç bir istinad edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, ödəniş qrafikləri Cavabdeh3 tərəfindən imzalanmış olsa belə, 1 və 2 nömrəli kredit sazişlərində müəyyən edilən faiz dərəcələri b arəsində həmin qrafiklərdə hər hansı məlumat qeyd edilmədiyindən bu faiz dərəcəsindən Cavabdeh3 xəbəri olmamışdır. Digər tərəfdən kreditin qaytarılması qrafikinin Cavabdeh5-nin təsisçisi qismində Cavabdeh3 tərəfindən imzalanması onun faiz dərəcələri barədə razılığı kimi qiymətləndirilə bilməz. Ona görə ki, bu razılıq qanunla müəyyən edilmiş formada ifadə olunmamışdır. Odur ki, qeyd olunanlara əsasən Cavabdeh3, Cavabdeh5 və “X9 Azərbaycan” QSC arasında bağlanmış zaminlik və ipoteka müqavilələri (sonrakı ipoteka) etibarsız hesab edilməklə, zaminliyə və ünvan 6 ünvanında yerləşən 12 nömrəli və ünvan 7nında yerləşən 47 nömrəli mənzillər üzərində olan ipotekaya xitam verilməlidir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsində mülki işə baxılarkən məhkəməyə etiraz ərizəsi təqdim edilərək g östərilmişdir ki, ilk iddia üzrə cavabdehlər ipoteka müqavilələrinin qanuniliyini tanımır və hesab edirlər ki, həmin müqavilələr etibarsız əqdlərdir. Bununla belə, əgər qanunsuz olaraq ilk iddia tutmanın Cavabdeh3 məxsus olan ünvan 6 ünvanında yerləşən 12 nömrəli və ünvan 7nında yerləşən 47 nömrəli mənzillərə yönəldilməsi hissəsində təmin edilərsə, Cavabdeh3 İpoteka predmetlərinin apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilən ilkin satış qiymətləri ilə razı deyil. Ona görə ki, həmin qiymətlər olduqca aşağı qiymətlərdir və əmlakların hazırki real bazar dəyərini ifadə etmir. Bu barədə apelyasiya instanasiyası məhkəməsinə vəsatət təqdium edilərək kredit borcu üzrə tutmanın ipoteka predmetlərinə yönəldiyi təqdirdə, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyə n edilməsi məqsədilə ekspertizanın keçirilməsi məhkəmədən xahiş olunsa da, həmin vəsatət təmin olunmamış, ümumiyyətlə məhkəmədə müzakirə edilməyərək bu vəsatətin prosessual hüquqi nəticəsi barədə hər hansı məlumat verilməmiş, məhkəmə tutmanı Cavabdeh3 məxsus olan əmlaklara yönəltməsinə baxmayaraq, həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirmədən qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən onlar, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)-769/2018 nömrəli qətnaməsinin ilk iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edlmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 Rafdiq oğluna münasibətdə rədd edilmiş h issələrində ləğv edilməsi və Cavabdeh3, Cavabdeh5 və “X9 Azərbaycan” QSC arasında bağlanmış 14.08.2015-ci il tarixli, 213/47585 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməklə zaminliyə xitam verilməsi, ünvan 6 ünvanında yerləşən 12 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair Cavabdeh3, Cavabdeh5 və “X9 Azərbaycan” QSC arasında bağlanmış 06.08.2015-ci il tarixli və ünvan 7nında yerləşən 47 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair 06.08.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin ipoteka müqavilələri əsasında ipoteka ilə yüklü edilmiş ünvan 6 ünvanında yerləşən 12 nömrəli və ünvan 7nında yerləşən 47 nömrəli mənzillər üzərində olan ipotekaya xitam verilməsi, qarşılıqlı iddia tələbinin qarşılıqlı iddia üzrə iddiaçılar X2, Cavabdeh1 və X 5 münasibətdə rədd edilmiş hissələrdə ləğv edilməsi və Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinin ipoteka ilə yüklü edilməsinə dair Cavabdeh4, Cavabdeh5 ilə “X9 Azərbaycan” QSC arasında bağlanmış 23.07.2015-ci il tarixli ipoteka müqaviləsinin, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair Cavabdeh4, Cavabdeh5 və “X9 Azərbaycan” QSC arasında bağlanmış 06.08.2015-ci il tarixli ipoteka müqaviləsinin, ünvan 4 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair Cavabdeh1, Cavabdeh5 və “X9 Azərbaycan” QSC arasında bağlanmış 06.08.2015-ci il tarixli ipoteka müqaviləsinin, ünvan 5 ünvanında yerləşən, istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair Cavabdeh1, Cavabdeh5 və “X9 Azərbaycan” QSC arasında bağlanmış 06.08.2015-ci il tarixli ipoteka müqaviləsinin və Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair Cavabdeh2, Cavabdeh5 və “X9 Azərbaycan” QSC arasında bağlanmış 06.08.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Yusifov Araz Arzu oğlu, Cavabdeh5-nin, üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 2 saylı Ərazi İdarəsinin, Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunun və Bakı şəhəri 3 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirak ı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan “X9 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən onlar tərəfindən kassasiya şikayətinin təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mad di hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,“X9 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında 23 iyul 2015-ci il tarixdə bağlanmış *************** saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdeh üçün 30 iyun 2020-ci il tarixədək 700,000 manat məbləğində kredit xətti açılmış, kredit xətti üzrə hissə-hissə verilən hər bir kreditin müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən olunmuşdur. 18.08.2015-ci il tarixdə bağlanmış 213/47585 saylı kredit xətti müqaviləsinə dair 1 saylı kredit sazişi əsasında bank cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 670,000 manat məbləğində kredit vermiş, daha sonra 18.03.2016-cı il tarixdə tərəflər arasında imzalanmış 1 saylı razılaşmaya əsasən kredit sazişinə dəyişiklik edilərək kreditin ödənilməsi şərtləri dəyişdirilmişdir. 18 mart 2016-cı il tarixdə tərəflər arasında kredit xəttinin açılması barədə müqaviləyə dair 2 nömrəli kredit sazişi bağlanmış və bank cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 18% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27,800 manat məbləğində kredit vermişdir. Borclunun kreditor qarşısında olan öhdəliklərinin təmin edilməsi üsulu olaraq 23 iyul 2015-ci il tarixdə Cavabdeh4 və Cavabdeh2, 06 avqust 2015-ci il tari xdə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə ipoteka müqavilələri (sonrakı ipoteka) və 14 avqust 2015-ci il tarixdə Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanılmışdır. Birinci instansiya məhkəməsi “X9 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında bağlanmış 23 iyul 2015-ci il tarixli 213/47585 saylı kredit xətti müqaviləsinin ümumiyyətlə müqavilə olmadığı və müqavilənin xarakterik xüsusiyyətlərini daşımadığı qənaətinə gəlmişdir. Kollegiya bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Birinci instans iya məhkəməsi ilkin və qarşılıqlı iddia tələbinin zaminlik və ipoteka müqavilələri ilə bağlı hissəsinə hüquqi qiymət verərkən, həmin müqavilələrin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və müqavilələr üzrə zaminliyə və ipotekaya xitam verilməsi barədə qərar qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və həmin müqavilələrlə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab etmişdir. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini mü əyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. AR Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında eyni zamanda AR Mülki Məcəllənin 470.0.1-ci maddəsi) zaminliyə xitam verilməsinin əsasları konkret olaraq göstərilmişdir. Hazırki iş üzrə zaminliyin təmin etdiyi öhdəliyə xitam verilməsi halının mövcud olmaması mübahisəsiz olduğundan, məhkəmə digər halın (zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda) mövcudluğunun araşdırılmasını zəruri hesab etmişdir. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında göstərilmişdir ki, “Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Za minliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarından göründüyü kimi zaminlik müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. İş materiallarından görünür ki, “X9 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında bağlanmış 23 iyul 2015-ci il tarixli *********** nömrəli kredit xətti müqaviləsində kredit məbləği üzrə müəyyən olunmuş faiz dərəcəsi göstərilməsə də, müqavilənin 1.3-cü bəndində faiz dərəcəsinin müqavilənin tərkib hissəsi hesab edilən kredit sazişləri ilə müəyyən ediləcəyi qeyd edilmişdir. 18 avqust 2015-ci il tarixli 1 nömrəli kredit sazişinə əsasən kredit üzrə illik faiz dərəcəsi 16%, 18 mart 2016-cı il tarixli 2 nömrəli kredit sazişinə əsasən 18% miqdarında müəyyən olunaraq kredit xətti müqaviləsi üzrə kreditin qaytarılma qrafiki tərtib edilmiş və qrafiklərin hər biri Cavabdeh3 tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Sadalanan hallara əsaslanaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 oğlu (zamin) cəmiyyətin təsisçisi olaraq borclunun kreditor qarşısında olan bütün öhdəliklərindən xəbərdar olmuş və kreditin qaytarılma qrafikini imzalamaqla kredit xətti müqaviləsi üzrə müəyyən olunmuş hallara, o cümlədən faiz dərəcəsinə öz razılığını bildirmişdir. Beləliklə, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hər hansı bir vəziyyət yaranmamışdır. Beləliklə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi yalnış mövqedən çıxış edərək zaminlik müqaviləsi üzrə zaminliyə xitam vermiş və kredit müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə yalnız Cavabdeh5-nin məsuliyyət daşıması qənaətinə gəlmişdir. Belə ki, zaminliyə xitam olunması üçün heç bir əsas mövcud olmadığından Cavabdeh3 da Cavabdeh5 ilə müştərək olaraq kredit müqavilə üzrə öhdəlikərin icra edilməməsinə görə məsuliyyət daşımalı və müqavilə üzrə yaranmış borc məbləği Cavabdeh5 və Cavabdeh3 Rafiq oğlundan müştərək qaydada tutulmalıdır. Birinci instansiya məhkəməsinin ipoteka müqavilələri ilə bağlı mövqeyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəm əsi Plenumunun 31 may 2018-ci il tarixli qərarından göründüyü kimi zaminlik müqavilələrində olduğu kimi ipoteka müqavilələrinin bağlanması üçün də kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Lakin yuxarıda qeyd edildiyi kimi işdən görünür ki, “X9 Azərbaycan” QSC ilə Cavabdeh5 arasında 23 iyul 2015-ci tarixdə kredit xətti müqaviləsi bağlanarkən müqavilədə faiz dərəcəsi aydın şəkildə göstərilməmiş, kredit məbləği üzrə faiz dərəcəsinin müqavilənin tərkib hissəsi sayılan kredit sazişində öz əksini tapacağı qeyd edilmişdir. Beləlikə tərəflər arasında i poteka müqavilələri 23 iyul 2015-ci il və 06 avqust 2015-ci il tarixlərdə bağlanmış, sonradan 18 avqust 2015-ci il və 18 mart 2016-cı il tarixdə tərtib edilmiş 1 və 2 saylı kredit sazişləri ilə kredit üzrə faiz dərəcələri müəyyən edilsə də, ipoteka qoyan şəxslərin (Cavabdeh3 istisna olmaqla) bununla bağlı razılığı alınmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit xətti müqaviləsi üzrə faiz dərəcəsi müəyyən edilərkən yalnız Cavabdeh3 razılığı alınmış, digər şəxslərin isə bununla bağlı hər hansı bir razılı olmamışdır. Odur ki, Cavabdeh4 ilə “X9 Azərbaycan” QSC arasında bağlanılmış 23.07.2015-ci il tarixli 3M-723 reyestr nömrəli və 06.08.2015-ci il tarixli 3M-649 reyestr nömrəli, Cavabdeh2 ilə bank arasında bağlanmış 23.07.2015-ci il tarixli 3M-724 reyestr nömrəli, Cavabdeh ilə bank arasında bağlanmış 06.08.2015-ci il tarixli ****** reyestr nömrəli və 06.08.2015-ci il tarixli ******* reyestr nömrəli ipoteka müqavilələri üzrə ipotekaya xitam verilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, borc tələbi Cavabdeh3 məxsus ilkin satış qiyməti 252,910 manat miqdarında müəyyən edilmişünvan 1 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli və ilkin satış qiyməti 110,000 manat məbləğində müəyyən edilmiş ünvan 7nında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqda ən geci bir ay ərzində həmin daşınmaz əmlaklar boşaldılmalıdır. Lakin kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkə məsi kassator “X9 Azərbaycan” QSC-nin apellyasiya şikayətinin dəlillərini, sübutları tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarının tələblərinə düzgün əməl etməmişdir. Belə ki, tutmanın ipoteka müqavilələri üzrə ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı kassasiya kollegiyası müəyyən etmişdir ki, məhkəmə mübahisənin həmin hissəsinin həll edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqelərə istinad etsə də, elə həmin qərarın özündə təsbit edilmiş digər məqamları nəzərə almamış, nəticə etibarilə əslində Konstitusiya Məhkəməsinin qərarında göstərilənlərdən fərqli mövqe tutmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, bu qəbildən olan mübahisələrin həlli zamanı müqavilənin məhkəmə tərəfi ndən düzgün təfsir edilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 3-cü bəndində Konstitusiya Məhkəməsi qərara almışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. İş materiallarından da göründüyü kimi, kredit sazişləri kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla vahid müqavilə kimi çıxış edir. İpoteka müqaviləsində də təminat verilən əsas öhdəlik kimi həmin müqavilələr və sazişlər çıxış edir və qeyd edilən hal ipoteka və zaminlik müqavilələrində də aydın ifadə olunmuşdur. Bu ndan əlavə, 23.07.2015-ci il tarixli ipoteka müqaviləsinin “İpoteka saxlayanın hüquq və vəzifələri” adlanan 5.1-ci bəndində dəqiq və aydın müəyyən olunmuşdur ki, bu müqavilə ilə təmin edilən öhdəlik və ya onun bir hissəsi borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə ipoteka predmetinə tutma yönəltməklə həmin əmlak hesabına tələblərini və bununla bağlı çəkməli olmuş bütün xərclərini faktiki təmin olunma məqamına tam məbləğdə ödəmək, ö cümlədən əsas borcu, hesablanmış faizləri, hesablanmış cərimələri və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinin tələb edilməsi ipoteka saxlayanın hüquqlarına aid edilmişdir. Göründüyü kimi, ipoteka müqaviləsi ilə təminat verilən əsas öhdəlikdə (vahid müqavilə kimi çıxış edən kredit xətti müqaviləsində və kredit sazişində) faiz məb ləği dəqiq müəyyən edilmişdir. İpoteka qoyan isə ipoteka predmetinə tutma yönəldilməsi halında yalnız əsas borc deyil, həmçinin adi faizlər və cərimə faizlərinin də hesablanmalı olduğunu bilmiş və ipoteka müqaviləsində buna öz sərbəst iradəsini ifadə etmişdir. İpoteka müqaviləsinin 6.1.1-ci bəndi ilə “.. Bu müqavilənin hər hansı maddələrinin, müddəalarının hər hansı şərtləri ilə razı olmadığı təqdirdə müqavilənin bağlanmasından imtina etmək” ipoteka qoyanın hüquqlarına aid edilmişdir. Lakin ipoteka qoyan həmin müqaviləni imzalamaqla müqavilənin şərtləri (o cümlədən kreditə hesablanacaq faizlər və cərimələr üçün də məsuliyyət daşıdığı) ilə razı olduğunu ifadə etmişdir. Göstərilən hallara uyğun olaraq ipoteka müqaviləsinin etibarsız hesab edilməsindən və ya ləğv edilməsindən söhbət gedə bilm əz. Kassasiya kollegiyası həmçinin kassatorlar Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə yuxarıda qeyd olunan faktlar prizmasından münasibət bildirərək qeyd edir ki, qeyd edilən kassasiya şikayəti üzrə dəlillərin heç bir əsası mövcud deyildir. Həmin dəlillərin əsassızlığı yuxarıda sadalanan əsaslarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolunmaması apellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünəsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası, kassator “xxxx” QSC-nin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və onları qismən əsaslı hesab edərək qeyd edir ki, ipoteka predmetlərinə tam həcmdə tutmanın yönəldilməməsi ilə bağlı dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassator “xxxx” QSC-nin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, digər kassatorlarCavabdeh3, Ca vabdeh4, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngöstərişlər həminişəyenidənbaxanməhkəməüçünməcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan “X9 Azərbaycan” QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09. 2018-ci il tarixli 2(103)796/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar