Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-971/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6985/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabd eh tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 02 avqust 2017-ciil tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən RX№1097551 nömrəli çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması üçün illik 4 faiz ödəmək şərti ilə 220 ay müddətinə qaytarmaq şərti ilə 77000 məbləğində kredit verilmişdir.
2. İpoteka saxlayan İddiaçı ASC, satıcı X1 və alıcı (ipoteka qoyan) Cavabdeh arası nda bağlanmış 17 avqust 2017-ci il tarixli, İP189 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satış qiyməti 110000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin dəyərinin 33000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 77000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən 16 avqust 2017-ci il tarixli, İP189 saylı Kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcı-ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-ipoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminat kimi Kreditor-İpoteka saxlayana ipotekaya verilmiş və yüklülük xx.xx.2017-ci il tarixdə dövl ət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 manat əsas borc, 4772,09 manat faiz borcu, 108,20 manat cərimə borcu olmaqla, cəmi 79223,55 manat məbləğində borcun, iş üzrə ödənilmiş 326 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçə si, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Paşa Bank’’ ASC ilə Cavabdeh arasında "xxxx" ASC-nin vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 16 avqust 20 17-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi və kredit razılaşması imzalanmış, Bank tərəfindən borcalana illik faiz dərəcəsi 4% olmaqla, 220 ay müddətinə 77000 manat məbləğində ipoteka krediti verilmişdir. Bununla yanaşı, qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bank ilə borcalan arasında 17 avqust 2017-ci il tarixli İP189 nömrəli alqı-satqı və ipoteka müqaviləsi imzalanmış, ünvan 3 ünvanında yerləşən 90 saylı mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP189 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda RX№1129241 nömrəli dövlət reyestrindən çıxarış və PŞB-İP seriyalı, 00210 nömrəli ipoteka kağızı verilmişdir. Lakin kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmi şdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və Bank qa rşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanlarının Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 10 manat, dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 326 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Cavabdeh 08 oktyabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında İP189 saylı kredit müqaviləsi əsasən 74343,26 manat əsas borc, 4772,09 manat faiz borcu, 108,20 manat cərimə borcu olmaqla, cəmi 79223,55 manat təşkil edir.
5. Sonradan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 manat əsas borc, 5643,93 manat faiz borcu, 241,15 manat cərimə borcu olmaqla, cəmi 80228,34 manat məbləğində borcun, iş üzrə ödənilmiş 331 manat dövlət r üsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 148000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASCyə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq “PAŞA Bank" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh verdiyi izahatında tələb olunan borc məbləği ilə razı olduğunu, lakin maddi vəziyyətinə görə həmin borcu ödəyə bilmədiyini qeyd etmişdir. 7. "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri 161600 manat, likvid dəyəri 148000 manat təşkil edir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (X4) e-2(004)-1690/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 16 avqust 2017-ci il tarixli, İP189 nömrəli kredit müqaviləsi üzrə 74343,26 (yetmiş dörd min üç yüz qırx üç manat iyirmi altı qəpik) manat əsas borc, 5643,93 (beş min altı yüz qırx üç manat doxsan üç qəpik) manat faiz borcu, 241,15 (iki yüz qırx bir manat on beş qəpik) manat cərimə olmaqla, cəmi 80228,34 (səksən min iki yüz iyirmi səkkiz manat otuz dörd qəpik) manat borcun və iş üzrə ödənilmiş 331 (üç yüz otuz bir) manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma ipoteka predmeti olan və Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin (likvid) 148000 (bir yüz qırx səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 80599,34 (80228,34+331+40=80599,34) manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi Cavabdeh qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və yeni alıcıya təhvil verilməsi, mənzilin hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd et mişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana-Cavabdeh qaytarılmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 317.1, 319.1, 319.4, 319.6, 385.1, 427.3, 442, 445.2, 448.1, 448.2, 462.1, 465.2, 467, 739.1, 739.2 və 741-ci maddələrinə, “İpoteka haqqı nda” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4 və 59.3.1-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7 və 8-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə hərtərəfli baxmamışdır. Belə ki, cavabehlə İddiaçı ASC arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdeh ödənişləri qrafikə uyğun ödəmişdir. Ancaq COVİD-19 virusunun yayılması səbəbi ilə yaranmış iqtisadi vəziyyət cavabdeh tərəfindən ödənişlərin edilməsinin imkansız etmişdir. Məhkəmə bu halı nəzərə almamışdr. Hətta cavabdeh bir neç ə dəfə bankla bununla bağlı müzakirə etmiş və yeni qrafiklə ödənişlərin edilə biləcəyini bildirmişdir. Ancaq iddiaçı bununla razılaşmamışdır. Cavabdeh hazırda yeni qrafiklə ödənişlər etməyə hazırdır. Covid-19 virusunun yayılması və bunun nəticəsində yaranmış iqtisadi vəziyyət fövqəladə hal kimi qiymətləndirilməli və cavabdehin yeni qrafiklə ödənişləri etməyi təmin edilməlidir. Çünki ödənişlərin edilməməsi cavabdeh səhvi ucbatımdan deyil, onun iradəsi xaricində baş vermiş virusun yayılması ilə bağlı situasiyadan asılı olmuşdur. Eyni zamanda, məhkəmə dövrü "Yeni Dövr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə hesabatının Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri 161600 manat, l ikvid dəyəri 148000 manat məbləğində dəyərləndirilməsinə etiraz edilir. Bu barədə yenidən əmlakın qiymətləndirilməsi barədə vəsatət verilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmişdir. Bundan əlavə məhkəmə ən azından Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, ev 62, giriş 3 ünvanında yerləşən 90 saylı mənzilin bazar dəyəri olan 161600 min manatı əsas götürməklə qətnamədə mənzilin dəyərini 161600 min manat qeyd etməli idi. Cavabdeh iddiaçı ilə müqavilə bağlanan zaman üzərinə düşən öhdəliyi yerinə yetirə biləcəyini düşünmuşdür. Çünki onun rəsmi işi var idi, bununla bağlı aylıq ödənişləri edə bilirdi. Bundan sonra COVİD-19 virusunun yayılması v ə Ümümdünya Səhiyyə təşkilatı tərəfindən pandemiya kimi tanınması nəticəsində dövlətlərin sərhədləri bağlaması (Azərb aycanda bu tədbirlər hələ də davam edir) cavabdehin fəaliyyət sahənə çox zərər vurdu. Bu baxımdan onun əldə edəcəyi qazancla bağlı gözləntisi özünü doğrultmamışdır. Pandemiyanın olduğunu əvvəlcədən görmüş olsaydı o zaman bu şərtlərlə müqavilə bağlamazdı. Bu baxımdan onun müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciəti tam əsaslıdır. COVİD-19 virusunun yayılması nəticəsində bütün dünyada pandemiyanın elan edilməsi və bu səbəbdən iş yerini itirməyi şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alıb iddianı rədd etməli idi. Məhkəmə cavabdehlə bank arasında yaranmış kredit münasibətlərini düzgün qiymətləndirməmişdir. Belə ki, işdə olan ödəniş qəbzlərindən görünür ki, cavabdehin ödəniş etməməyinin səbəbi pandemiyadır. Bu baxımdan Mə hkəmə tərəfindən bu mütləq nəzərə alınmalı və ədalətli qərar qəbul edilməli idi. Bundan əlavə məhkəmə zamanı cavabdeh fikir bildirsə də məhkəmə faiz məbləği ilə bağlı şifahi vəsatətini təmin etməmişdir. Bu baxımdan qətnamədə müəyyən edilmiş faiz məbləği həqiqəti əks etdirmir və məbləğ çox hesablanmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Fuad Talışinski) 2(103)-6985/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdehin apellyasiya şikayətinin "Yeni Dö vr" Qiymətləndirmə Mərkəzinin 17 may 2022-ci il tarixli 004-042/2022 nömrəli qiymətləndirmə rəyi ilə razı olmaması barədə dəlilinə dair qeyd etmişdir ki, cavabdeh həmin rəyi təkzib edəcək hər hansı sübut təqdim etməmişdir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində öhdəliyin pozulmasında, ödənişin gecikdirilməsində təqsirli olmadığını, buna səbəb məhz meydana gələn qarşısıalınmaz qüvvə (pandemiya) olduğunu qeyd edir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən hal cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icrasından azad edə bilməz. Belə ki, işin mübahisələndirilməyən haldır ki, müqavilədə göstərilən məbləğdə pul iddiaçı tərəfindən c avabdehə verilmiş və cavabdeh həmin məbləği qəbul etmişdir. Cavabdehin istinad etdiyi hal, yəni pandemiyanın baş verməsi təkcə cavabdehin deyil, müqavilə üzrə digər tərəfi də gəlir əldə etməkdən məhrum etmişdir. Hazırki halda isə cavabdehin qeyd etdiyi halı əsas götürməklə onu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad edilməsi iddiaçının hüquqlarını və tərəflərin hüquq bərabərliyinin pozulması ilə nəticələnmiş olardı.
16. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 269, 317, 319, 385, 427, 442, 445, 448, 462, 465, 467, 739 və 742-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34, 36, 39, 47, 59-cu maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə COVİD-19 virusunun yayılması ilə əlaqədar cavabdehin maddi vəziyyətinin pisləşməsi səbəbindən onun ödəniş edə bilməməsini nəzərə almamışdır. Cavabdeh bununla bağlı bankla müzakirələr etmiş və yeni qrafiklə ödənişlər edə biləcəyini bildirsə də bank bununla razılaşmamışdır. COVİD-19 virusunun yayılması səbəbindən cavabdehin iş fəaliyyətində çətinliklər yaranmış, cavabdeh xeyli maddi ziyan çəkmişdir. Məhkəmə qeyd edilən halları nəzərə almalı olduğu halda nəzərə almamış, Mülki Məcəllənin 422-ci maddəsinin tələblərini pozmuşdur. Hazırkı iş üzrə cavabdeh müqavilə öhdəliyinin pozulmasına görə məsuliyyət daşıya bilməz, çünki pozuntu onun cavabdeh olmadığı haldan irəli gəlmiş və müqavilə bağlayarkən cavabdeh həmin halın baş vermə ehtimalını qabaqcadan görə bilməzdi. Dünyada pandemiyanın baş verməsi və nəticədə cavabdehin iş yerini itirərək maddi vəziyyətinin pisləşməsi qabaqcadan görülə və ya ehtimal edilən bilən hal deyildir. Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 448.4-cü maddəsində nəzərdə tutulmuş halı, maddənin məzmununu nəzərə almamışdır. Məhkəmələr işə baxarkən ipoteka ilə yüklü edilmiş mənzilin qiymətləndirilməsi zamanı qiymətləndirici şirkətin verdiyi mənzilin bazar dəyə rinin qiymətini yox, likvid dəyərini əsas götürmüşdür ki, bununla da səhvə yol vermişdir. Tərəfimizdən təkrar qiymətləndirmə ilə bağlı vəsatətimiz isə təmin edilməmişdir. Hazırkı iş üzrə cavabdehin nümayəndəsi və vəkili tərərfindən apellyasiya məhkəməsinə ərizə verilərək məhkəmə baxışının təxirə salınması xahiş edilsə də, məhkəmə buna əhəmiyyət vermədən məhkəmə prosesini keçirib iş üzrə yekun qərar qəbul etmişdir. Bununla da apellyasiya məhkəməsi MPM-in 9-cu maddəsinin yuxarıda qeyd etdiyim tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini hansı əsaslarla qəbul etməməsini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Bu da nəticə etibarı ilə prosessual hüquq normasının pozulması ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasi ya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətində qeyd edilən dəlillərin mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilməməsini əsas göstərərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6985/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
21. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
24. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 2
5. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.2 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
30. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Maddə 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.
32. Maddə 467 Məhkəmə işin hallarını nəzərə ala raq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşə karlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
35. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
36. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir.
37. Maddə 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
38. Maddə 39.3.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
39. Maddə 59.3.1 yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlik də yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.
49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6985/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar