Məhkəmə qərarları › İş №2(102)-973/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-973/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-973/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi (qarşılıqlı iddia: kredit müqaviləsi üzrə ödənişlərin manatla aparılması, kredit məbləğində faizlərin yenidən hesablanaraq artıq ödənilmiş faizlərin kreditin əsas məbləğindən çıxılması və ipotekada olan daşınmaz əmlakların ipotekdan çıxarılması) tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(105)4015/2019 saylı qərardadından ilkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin 2(027)-90/2016 nömrəli, 20 may 2016-cı il tarixli qətnaməsi (hakim F.M.Yaqubov) ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh4ndən və Cavabdeh2 İddiaçı1 QSC-nin xeyrinə 445128,15 ABŞ dolları əsas kredit borcu, 30477,10 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 476605,25 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 19 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilinə, Cavabdeh1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinə və Cavabdeh4nə məxsus olan dəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı1 QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi, qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh1 məxsus Quba şəhəri, Fətəlixan küçəsi, 14B nömrəli evin 2 n ömrəli mənzilinin ilkin satış qiymətinin 39410,70 manat məbləğində, Cavabdeh1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətinin 109816 manat məbləğində, Cavabdeh4nə məxsus olan dəki 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 705870 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılmaları qət olunmuş, qalan hissədə ilk iddia və qarşılıqlı iddia təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-115/2018 nömrəli, 02 mart 2018-ci il tarixli qətnaməsi (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi) A.Ə.Abbasov və T.Q.Məmmədov) ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəm əsinin 20 may 2016-cı il tarixli, 2(027)-90/2016 saylı qətnaməsinin ipoteka predmetləri olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin və Cavabdeh4nə məxsus olan dəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmetləri olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 saylı mənzilinin ilkin satış qiyməti 55000 manat, Cavabdeh4nə məxsus olan dəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun onların özlərinə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 400 manatın 200 manat hissəsinin Cavabdeh1, Cavabdeh4ndən, Cavabdeh2, 200 manat hissəsinin İddiaçı1 QSC-dən tutularaq “xxxx” MMC-nin VÖEN:**********, Hesab N AZN: AZ30GUNA******************** hesabına köçürülməsi, təkrar ekspertiza tədqiqatının dəyəri olan 1500 manat pulun 1000 manat hissəsinin Cavabdeh1, Cavabdeh4ndən, Cavabdeh2 müştərək qaydada, 500 manat hissəsinin İddiaçı1 QSC-dən tutularaq “xxxx” MMC-nin “xxxx” ASC-də olan VÖEN: **********, cari hesab AZ53PAHA******************** hesabına köçürülməsi, qətnamənin Cavabdeh1, Cavabdeh4ndən və Cavabdeh2 İddiaçı1 QSC-nin xeyrinə 445128,15 ABŞ do lları əsas kredit borcu, 30477,10 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 476605,25 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 19 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus olan Quba şəhəri, Fətəlixan küçəsindəki 0,1747 ha torpaq sahəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilinə, Cavabdeh1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinə və Cavabdeh4nə məxsus olan dəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı1 QSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi, qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Quba şəhərində yerləşən 0,176 ha torpaq sahəsinin ilkin satış qiymətinin 109816 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılması, qalan hissədə yəni ilk iddianın və qarşılıqlı iddianın təmin olunmaması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5048/2018 nömrəli, 27 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər A.K.Kalbaliyev (sədrlik edən və məruzəçi) V.Ə.İbayev və Ə.Ə.Əliyev) Cavabdeh1 kassasiya ş ikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-115/2018 nömrəli iş üzrə 02 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(105)4015/2019 saylı qərardadı ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.M.Rzayev və A.Ə.Abbasov), Quba Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli, 2(027)-90/2016 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı1 Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iddia ər izəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı1 QSC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 84 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Bundan sonra, tərəflər arasında bağlanmış 06 avqust 2014-cü il tarixli, 391 saylı sazişə əsasən 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməklə kredit xəttinin məbləği 5000000, müddəti isə 180 ay kimi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsi üzrə 07 avqust 2014-cü il t arixli, 11R000009220 saylı kredit razılaşması əsasında Cavabdeh1 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 07 avqust 2014-cü il tarixli, 11R000009220 saylı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11 iyun 2015-ci il tarixdən banka qaytarmamışdır. 07 avqust 2014-cü il tarixli, 11R000009220 saylı kredit razılaşması üzrə Cavabdeh1 götürdüyü kredit borcundan 54871,85 ABŞ dolları qaytarmış və onun 445128,15 ABŞ dolları məbləğində kredit üzrə qalıq borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit m əbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır və bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 07 avqust 2014-cü il tarixli, 11R000009220 saylı kredit razılaşması üzrə 07 oktyabr 2015-ci il tarixə kimi hesablanmış faiz borcu 30477,10 ABŞ dolları təşkil edir. 07 avqust 2014-cü il tarixli, 11R000009220 saylı kredit razılaşmasının 4.2.3-cü bəndinə uyğun olaraq kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 07 oktyabr 2015-ci il tarixə 183 gün üçün hesablanmış cərimə 256611,13 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilən 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 11M000000023 saylı, 16 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə əlavələr edilməsi haqqında 23 saylı saziş əsasında Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və MH ******* və RX ******* saylı reyestrdən çıxarışlara əsasən Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B nömrəli evin 2 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınm ışdır. Bundan başqa, yuxarıda göstərilən 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 11M000000307 saylı, 24 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə əlavələr edilməsi haqqında 307 saylı saziş əsasında Quba şəhərində 0,176 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi qeydiyyata alınmış və RX ******* və RX ******* saylı reyestrdən çıxarışlara əsasən Quba şəhərindəki 0,176 ha torpaq sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı1 QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmış dır. Həmçinin, yuxarıda göstərilən 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh4 iddiaçı ilə bağladığı 11M000000433 saylı, 06 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Quba şəhəri, 24-cü məhəllədəki 1,50 ha torpaq sahəsi üzərində yerləşən 2454,4 kv.metr ümumi, 2866,7 kv.metr tikintialtı sahədən ibarət 1 mərtəbəli əmlak kompleksi kimi müəssisə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və RX ******* saylı reyestrdən çıxarışa əsasən həmin müəssisənin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı1 QSC-nin xeyrinə ipote ka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı1 QSC tərəfindən iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşımaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 30 manat məbləğində dövlət rüsumu və 63 manat məbləğində xidmət haqqı ödənilmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş 16 iyul 2009-cu il tarixli, 1757 nömrəli arayışına əsasən Quba şəhəri, Fətəlixan küçəsi, 14B nömrəli evin 2 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh3 həmin mənzil İddi açı1 QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi Xaçmaz rayonu 1 saylı Dövlət Notariat Kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 07 avqust 2014-cü il tarixli, 11S000007865 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh4 həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavab deh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Bundan başqa, 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 15 iyul 2009-cu il tarixli, 11S000000462 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 həmin zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Buna görə də iddia təmin olunmalıdır. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə ödənişlərin manatla aparılması, kr edit məbləğində faizlərin yenidən hesablanaraq artıq ödənilmiş faizlərin kreditin əsas məbləğindən çıxılması və ipotekada olan daşınmaz əmlakların ipotekdan çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddialarını onunla əsaslandırmışlar ki, Cavabdeh1 ilə İddiaçı1 QSC-nin Xaçmaz filialı arasında bağlanmış 07 avqust 2014-cü il tarixli, 11R000009220 saylı kredit razılaşmasına əsasən sonuncuya 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla, 500000 ABŞ dolları məbləğində kredit verilməli idi. Kreditin verilməsi üçün əsas Cavabdeh1 ilə bank arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsi olmuşdur. Razılaşmanın 2.2-ci bəndinə görə banka 5000 ABŞ dolları ödənildikdən sonra kredit verilir. Razılaşmanın bu bəndi nə əsasən 07 avqust 2014-cü il tarixdə, saat 17:50:13-də 5000 ABŞ dolları komissiya çıxılmaqla, 500000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə 859-MUNA 11CT00038434 saylı qəbz, saat 18:01:11-də 495000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə 054NAZM/MUNA 11RW00033469 saylı qəbz rəsmiləşdirilmişdir. Lakin Cavabdeh1 07 avqust 2014-cü il tarixdə, saat 18:10:28-də 054-NAZM/MUNA 11EX00040768 saylı qəbzlə cəmi 254757,61ABŞ dolları, 1 ABŞ dolları 0,7838 manat məzənnəsi ilə, faktiki 192624,81 manat ödənilmişdir. Bundan əvvəl isə 07 avqust 2014-cü il tarixdə, saat 17:32:24-də Cavabdeh1 verilməli olan kreditdən 001-011-07-2-0000339.62 saylı kreditin bağlanması üçün 30364,53 ABŞ dolları, saat 17:32:56-da 001-011-07-2-0000302.63 saylı kreditin bağlanması üçün 90182.79 ABŞ dolları, saa t 17:33:38-də 001-011-07-2-0000272.68 saylı kreditin bağlanması üçün 24195,07 ABŞ dolları, cəmi 144742,39 ABŞ dolları tutulmuşdur. Göstərilən kreditlər Cavabdeh1 15 iyul 2009-cu il tarixli, 11L000000391 saylı kredit xətti müqaviləsi əsasında, 11 fevral 2014-cü il tarixli, 11R000007577 saylı kredit razılaşmasına görə 35000 ABŞ dolları, 25 sentyabr 2013-cü il tarixli, 11R000006335 saylı kredit razılaşmasına görə 120000 ABŞ dolları, 13 may 2013-cü il tarixli, 11R000004870 saylı kredit razılaşmasına görə 51000 ABŞ dolları məbləğlərində ayrılmışdır. Həmin kreditlərin təminatı kimi, 16 iyul 2009-cu il tarixli, 11M000000023 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 14B saylı evin 2 saylı mənzili və 24 sentyabr 2013-cü il tarixli, 11M000000307 s aylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Quba şəhərində yerləşən 0,176 ha sahibkarlıq təyinatlı torpaq sahəsi ipotekaya qoyulmuşdur. Lakin göstərilən kreditlər Cavabdeh1 07 avqust 2014-cü ildə almalı olduğu 500000 ABŞ dolları məbləğində kreditin hesabına bağlanmasına baxmayaraq, həmin kreditlərin təminatı kimi ipotekaya qoyulmuş yuxarıda göstərilən daşınmaz əmlaklar bank tərəfindən ipotekadan azad olunmamışdır. Göstərilən əmlaklar ipotekadan azad olunmadığına və həmin əmlakların ipotekasının təminatçısı olduğu kredit ödənildiyinə görə, kreditə faizlər Cavabdeh1 500000 ABŞ dolları kredit məbləğindən əvvəlki kreditlərin bağlanması üçün 07 avqust 2014-cü il tarixdə bank tərəfindən tutulmuş 144742,39 ABŞ dolları çıxılmaqla, 355257,61 ABŞ dolları hesablanmalı idi. Həmçinin, kredit Cava bdeh1 faktiki olaraq 07 avqust 2014-cü il tarixdə, 054-NAZM/MUNA 11EX00040768 saylı qəbzdə 1 ABŞ dolları 0,7838 manat məzənnəsi göstərilməklə manatla ödənildiyindən Cavabdeh1 ödənişləri də 07 avqust 2014-cü il tarixli ödəniş planına əsasən planda göstərilmiş ABŞ dolları ilə ödəniş məbləğlərini 1 ABŞ dolları 0,7838 manat məzənnəsi ilə ödənilməlidir. Həmçinin, 07 avqust 2014-cü ildə bağlanmış əvvəlki kreditlərin təminatı kimi ipotekada olmuş Cavabdeh1 məxsus Quba şəhəri, Fətəlixan küçəsində istifadədə yerləşən 14B saylı evin 2 saylı mənzili və Quba şəhərində yerləşən 0,176 ha sahibkarlıq təyinatlı torpaq sahəsi dərhal ipotekadan azad edilməli idi. Göstərilən daşınmaz əmlaklar dərhal ipotekadan azad olunmadığı üçün, 500000 ABŞ dolları kreditin rəsmiləşdirildiyi 07 avqust 2014-cü il tarixdən b aşlayaraq, kreditə faizlərin 355257,61 ABŞ dolları hesablanmalı, Cavabdeh1 artıq alınmış faizlər kreditin əsas məbləğindən çıxılmalıdır. Həmin fərq 2014-cü ilin sentyabr ayı üçün 2058,50 ABŞ dolları, oktyabr ayı üçün 1902,35 ABŞ dolları, noyabr ayı üçün 1869,88 ABŞ dolları, dekabr ayı üçün 1904,23 ABŞ dolları, 2015-ci ilin yanvar ayı üçün 1813,25 ABŞ dolları, fevral ayı üçün 1960,73 ABŞ dolları, mart ayı üçün 1636,77 ABŞ dolları, aprel ayı üçün 1663,22 ABŞ dolları, cəmi 14808,93 ABŞ dolları təşkil edir. Buna görə də qarşılıqlı iddia təmin olunmalıdır İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq ilkin iddia üzrə Cavabdeh2 həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şik ayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib işə apellyasiya qaydasında mahiyyəti üzrə baxılması üçün göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, ilkin iddia üzrə Cavabdeh2 iş üzrə Quba Rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli, 2(027)-90/2016 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin giriş hissəsində qətnamənin tarixini 20 may 2016-cı il əvəzinə, 15 may 2 019-cu il göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin təl əblərinə uyğunluğunu yoxlayarkən, ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətində qətnamənin qəbul edilmə tarixini düzgün göstərməməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 363.4-cü maddəsinin mənasına görə ilkin iddia üzrə Cavabdeh2 göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan mülki prosessua l hüquq normalarının tələblərini əsas tutaraq belə qənaətə gəlmişdir ki, ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin prosessual hüquq normalarının tələbləri baxımından qanunauyğun olması qənaətinə gəlir və həmçinin hesab edir ki, artıq hazırkı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 27 iyul 201 8-ci il tarixli, 2(102)-5048/2018 saylı yekun qərarı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsindən yenidən apellyasiya şikayətinin verilməsi qeyri-mümkündür. Buna görə apellyasiya instansiyası məhkəməsinin yenidən qətnamədən nöqsanları aradan qaldırmaqla apellyasiya şikayətinin verilməsi mümkünlüyünə dair göstərişləri qanunun tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419 -cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh2 kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(105)4015/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar