Məhkəmə qərarları › İş №2(102)-974/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-974/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-974/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:vurulmuş maddi zərərin əvəzinin ödənilməsi 11.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)6631/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, Cavabdeh3 rəs mi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onların birgə nikahından 05 yanvar 2001-ci il tarixdə X adlı övladları doğulmuşdur. 21 iyun 2011-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi, mülkiyyətdə olan 0.1612 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 293.24 kv.metr olan bağ evi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır. 06 iyul 2012-ci il tarixdə İddiaçı adından Abşeron rayonu, Notariat kontoruna ünvanlanmaqla notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən o, əri Cavabdeh3 məxsus olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 293.24 kv.metr olan bağ evinin əri Cavabdeh3 tərəfindən "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmasına razılıq vermişdir. 06 iyul 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən borcalan "xxxx" MMC-nə illik 16 faiz ödəmək şərti ilə 730 gün müddətinə 230.000 manat məbləğində kredit verilmişdir. 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 293.24 kv.metr olan bağ evini ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka qoymuşdur. "xxxx" ASC-ti tərəfindən "xxxx" ASC-nə 25 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən illik 16 faiz dərəcəsi ilə 1.000.000 manat; 22 aprel 2014-cü il tarixli 1 saylı Əlavəyə əsasən illik 16 faiz dərəcəsi ilə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qətna məsi ilə İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış nikah pozulmuşdur. 05 noyabr 2013-cü il tarixdə onlar arasında bağlanmış nikahın pozulması qeydə alınmışdır. 22 aprel 2014-cü il tarixdə ipoteka saxlayan "xxxx" KB QSC ilə borcalan "xxxx" MMC və ipotekaya qoyan Cavabdeh3 arasında bağlanmış 1xx/xx/3031/13 saylı sonrakı ipoteka müqaviləsinə əsasən 25 dekabr 2013-cü il tarixli kredit müqaviləsi və ona 1 saylı Əlavə ilə borcalana ayrılmış kreditin təminatı qismində ipoteka qoyan Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.1612 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 293.24 kv.metr olan bağ evini ipoteka ilə yüklü etmişdir. 18 mart 2016-cı il tarixdə ipoteka saxlayan "xxxx" KB QSC ilə borcalan "xxxx" M MC və ipotekaya qoyan Cavabdeh3 arasında bağlanmış “06 yanvar 2015-ci il tarixli, 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqaviləsinə Əlavə”yə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 25 dekabr 2014-cü il tarixli, 1xx/xx/3502/14 saylı kredit müqaviləsinə müvafiq olaraq ipoteka saxlayan borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 25 dekabr 2022-ci il tarixədək illik 15 faiz ödəməsi şərtilə 1.912.300 ABŞ dolları və 25 dekabr 2014-cü il tarixli, 170/023502/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 16 mart 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən 63.000 ABŞ dolları kredit vermişdir və borcun təminatı qismində ipotekaya qoyan Cavabdeh3 məxsus olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində, mülkiyyətdə olan 0.1612 ha torpaq sahəsi və həmin torp aq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 293.24 kv.metr olan bağ evi ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh3, X və Abşeron rayon 2 saylı Notariat kontoruna qarşı “birgə nikah dövründə əldə edilmiş bağ evinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bağ evindən paylarının müəyyən edilməsi” iddiasına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı Cavabdeh3 və digərlərinə qarşı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarı ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Məhkəmə Eksper tiza Mərkəzinin 26 fevral 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, 7 otaqlı, ümumi sahəsi 293,24 kv.metr olan bağ evinin "xxxx" ASC-nə ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsindəki “imza” qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Habelə, Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, 7 otaqlı, ümumi sahəsi 293,24 kv.metr olan bağ evinin "xxxx" ASC-nə ipoteka qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “i mza” qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2012-ci ilə aid notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734-cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza İddiaçı tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, X3 tərəfindən yox başqa şəxs tərəfindən imza olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, 7 otaqlı, ümumi sahəsi 293.24 kv.metr olan bağ evinin "xxxx" ASC-nə ipoteka qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsindəki “imza” qrafasındakı “Əzimova E” yazısı və “20734” rəqəmləri İddiaçı tərəfindən yox, X3 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(009)-47/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh3 və "xxxx" ASC-nə qarşı “müqavilənin etibarsızlığı” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddiası təmin edilməmişdir. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli Əlavə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh3 və "xxxx" QSC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavab deh3 ilə "xxxx" QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin, 18 mart 2016-cı il, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı Əlavə Sazişin etibarsız hesab edilməsi və əmlakın girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə iddiasına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2019- cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məh kəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evindən istifadə hüququnun tanınması və həmin bağ evinə köçürülməsi barədə iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və İddiaçı Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində, 0.1612 ha torpaq sahəsində yerləşən bağ evindən istifadə hüququnun tanınaraq, həmin bağ evinə köçürülməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tari xli və 20 avqust 2021-ci il tarixli Əlavə qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə” 04 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri, Binəqədi Rayon Məhkəmə sinin 17 may 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Habelə, Bakı Şəhəri, Binəqədi Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, 48 saylı Notariat Kontorunun notariusu X1 əməlində cinayət tərkibi olmadığından cinayət təqibinə başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Bakı şəhəri, 48 saylı Notariat ofisinə, Abşeron rayonu, 2 saylı Notariat ofisinə, Cavabdeh3 və "xxxx" ASC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz əməlləri nəticəsində vurulmuş 200.000 manat maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə 2000-ci ildən 2013-cü il tarixədək birgə nikah münasibətində olmuşlar. Birgə nikah dövründə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində, 2 mərtəbəli, ümumi sahəsi 293,24 kv.metr olan bağ evi tikmişlər. Birgə nikah münasibətlərinə xitam verildikdən sonra həmin bağ sahəsinin yeganə övladlarının gələcəyi və təhsili üçün saxlanılması və lazım olacağı təqdirdə satılacağı barədə razılaşdıqları üçün bağ evi onların arasında birgə mülkiyyət kimi bölünməmişdir. 2018-ci ildə övladının xaricdə təhsil alması üçün gələcəkdə kifayət qədər vəsait lazım olacağını fikirləşib keçmiş əri Cavabdeh3 həmin bağ sahəsini satıb pulu bölüşdürməyi təklif etmiş, lakin sonradan Cavabdeh3 onu aldatdığını və həmin bağın hazırda özünə və ya onlara məxs us olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, əslində o, 48 saylı notariat kontorunun notariusu ilə əlbir olaraq onun adından həmin evin ipotekaya qoyulmasına razı olması barədə saxta ərizə tərtib edib, notarius isə guya onun notariat kontoruna gəlməyi ilə bu razılığı verməyinə dair notariat hərəkətini rəsmiləşdirərək, yəni notariat hərəkətlərinin reyestrinə bilə-bilə saxta məlumatlar daxil edərək onun həmin ev üzərində mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnən cinayətkar hərəkətlərə yol vermişdir. Bu ev, əvvəlcə "xxxx" ASC, daha sonra isə həmin bankdakı sənədlər və yenə də onun adından saxtalaşdırılaraq 48 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş ərizə əsasında hal-hazırda ləğv etmə prosesində olan QSC "xxxx" KB-yə sonrakı ipotekaya qoyulmuş, ipoteka ilə təmin olunmuş öhdəlik icra edilməmiş və o, mülkiyyətindən məhrum olmuşdur. Belə ki, o, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin ipotekaya qoyulması ilə bağlı heç bir notariusda, ümumiyyətlə notarial qaydada razılıq verməmişdir. Onun imzası 48 saylı notariat kontorunda saxtalaşdırılmış və onun adından hazırlanmış razılıq ərizəsi əsasında həmin bağ evi "xxxx" ASC-nin xeyrinə ipoteka qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 2012-ci ilə aid 02674 nömrəli notariat hərəkətlərinin qeyd olunması üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzanın iddiaçı tərəfindən və ya başqa şəxs t ərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə, yəni tədqiq olunan imzada qrafik materialların azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması qəti bir rəyə (müsbət və ya mənfi rəyə) gəlməyə imkan vermədiyindən müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2021-ci il tarixliekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş iddiaçının adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, 7 otaqlı, ümumi sahəsi 293,24 kv.metr olan bağ evinin "xxxx" ASC-nə ipoteka qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “imza” qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim e dilmiş, 2012-ci ilə aid 02674 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734-cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza iddiaçı tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, X3 tərəfindən yox, başqa şəxs tərəfindən imza olunmuşdur. Ekspertizaya təqdim edilmiş iddiaçının adından Cavabdeh3 məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 7 otaqlı, ümumi sahəsi 293,24 kv.metr olan bağ evini "xxxx" ASC-nə ipoteka qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “imza” qrafasındakı “Əzimova E” yazısı və “20734” rəqəmləri iddiaçı tərəfindən yox, X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 48 saylı notariat ofisinin xüsusi notariusu notariat h ərəkətlərini apararkən nöqsana yol verərək, bilə-bilə bilavasitə sənədləri saxtalaşdıraraq onun hüquqlarına mühüm zərər vurmuşdur. Belə ki, 48 saylı notariusun notariat kitabının, notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat bölməsində vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin nömrəsi qondarma seriya nömrəsi olmuş, bu vəsiqə ümumiyyətlə ona aid olmamış və həmin kitabda qeyd olunan şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yeddi rəqəmdən ibarət olmuşdur. Qeyd edir ki, o, 2003-cü ildə ünvan 2 ünvanına qeydiyyata düşmüş və ona Binəqədi Rayon Polis İdarəsi tərəfindən AZE 01151357 seriya nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Yəni notariat kitabında qeyd edilən şəxsiyyət vəsiqəsinin seriya nömrəsi nə ona, nə də ki başqa bir şəxsə məxsusdur. Bu seriya nömrəsi notariu s tərəfindən uydurma bir nömrə olmuş və hal-hazırda da elə bir seriya nömrəsi heç bir şəxsiyyət vəsiqəsində mövcud deyildir. Bundan başqa QSC "xxxx" KB ilə bağlanmış ipoteka müqaviləsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, 22 aprel 2014-cü il tarixli, 1xx/xx/3031/13 və 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı sonrakı ipoteka müqavilələri Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiqlənərkən onun yəni, iddiaçının ərizəsi, daşınmaz əmlakın təsvirinə və dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış tələb edilməmiş, yalnız əri Cavabdeh3 məxsus qeyd edilən əmlakın "xxxx" ASC ipotekaya qoyulmasına etiraz etməməsi barədə 06 iyul 2012-ci il tarixdə 48 saylı notariat kontorunda imzasının saxtalaşdırılması yolu ilə təsdiqlənmiş ərizəyə (hansı ki, həmin ərizə QSC "xxxx" KB filialına yox, "xxxx" ASC ipotekaya qoyulmasına etiraz etməməsinə görə tərtib olunmuşdur) 26 iyun 2012-ci il tarixli 30 gün müddətinə etibarlı sayılan, lakin müqavilə bağlanarkən müddəti keçdiyinə görə etibarsız olan arayışa istinad edilmişdir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 8.4-cü maddəsinə əsasən, arayışın etibarlılıq müddəti (bu Təlimatın 5-ci bəndi istisna olmaqla) 30 (otuz) gündür. Lakin qeyd olunan bu halların heç biri bank tərəfindən yoxlanılmamışdır. Qeyd edilən hallarla bağlı təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Abşeron Rayon Prokurorluğu na müraciət etmiş və hal-hazırda araşdırmalar davam edir. Əri Cavabdeh3 və 48 saylı notariat kontorunun notariusu tərəfindən onun adından həmin evin ipotekaya qoyulmasına razı olmağı ilə bağlı saxta ərizə tərtib olunması və imzasının saxtalaşdırılması, sonradan Abşeron rayonu, 2 saylı notariat kontoru və QSC "xxxx" KB tərəfindən yuxarıda qeyd olunan qanun pozuntularına yol verilməsi onun əmlakının əlindən çıxmasına və ona mühüm zərər vurulmasına səbəb olmuşdur. Hazırda əmlakın real bazar qiyməti təqribən 400.000 manat təşkil edir və həmin əmlak birgə mülkiyyətləri olduğundan ona təxminən 200.000 manata yaxın maddi zərər dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi gəl diyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında 10 mart 2000-ci il tarixdə rəsmi nikah bağlanmış, daha sonra nikahları Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla yanaşı, işdə olan sübutlara əsasən, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, yəni iddiaçının sabiq əri Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmış, sonradan götürülmüş kreditlərə görə "xxxx" ASC və "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin daşınmaz əmlakın qeyd edilən banklar qarşısında ipoteka ilə yüklü edilməsi ilə bağlı müvafiq əqdləri mübahisələndirərək, əmlakın girovdan (ipote kadan) azad olunmasını və birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini tələb etmiş, lakin tələbləri təmin edilməmişdir. Hazırda iddiaçı, ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsinin ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə "xxxx" ASC və "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 200.000 manat maddi zərər dəydiyini iddia edərək hazırki iddia tələbini irəli sürmüş və Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinad edərək həmin məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, idd iaçının iddia etdiyi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki, iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ümumiyyətlə sübuta yetirilmir. Belə ki, iddiaçı ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsin in ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə maddi zərərə məruz qaldığını iddia etsə də, bu hallar mülki iş materialları ilə müəyyən olunmamışdır. Əksinə, mülki iş materiallarından aydın olur ki, onun (iddiaçının) həmin əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması barədə iddiası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Bütün bunlar iddiaçının iddia tələbinin, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını göstərir. Ən azından ona görə ki, iddiaçının həmin iddiası (mübahisəli əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınmas ı iddiası) mübahisəli əmlakın cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka ilə yüklü edilməsi səbəbindən deyil, məhz iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmədiyi halda, iddiaçının həmin əmlakın yüklü edilməsi səbəbindən 200.000 manat məbləğində zərərə məruz qalması mümkün deyil və işin qeyd edilən faktiki halları iddia tələbinin əsassız olduğunu göstərir. Bundan əlavə, mülki iş materiallarında olan məhkəmə qətnamələri ilə iddiaçının və oğlu - X2 həmin bağ evi üzərində istifadə hüquqlarının tanındığı və onların oraya köçürülmələrinin qət olunduğu müəyyən olu nmuşdur. Məhkəmə iclaslarında iştirak edən proses iştirakçılarının izahatları ilə də həmin qətnamələrinin icra edilərək iddiaçının və X2 həmin bağ evinə köçürüldükləri, hazırda da orada yaşadıqları, bağ evinin hələ də Cavabdeh3 mülkiyyətində olduğu və ona tutma yönəldilmədiyi müəyyən edilmişdir. Başqa sözlə, indiki halda iddiaçının həmin bağ evi üzərində olan istifadə hüququnun pozulması da müəyyən olunmur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçünc ü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Bundan əlavə, göstərilən Plenum Qərarında qeyd olunur ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, h üququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış layda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Şikayət olunan məhkəmə qətnaməsində qeyd edilmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, 7 otaqlı, ümumi sahəsi 293,24 kv.metr olan bağ evinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi hüquqi rejimi müəyyən edilmədiyindən və bu əmlak üzərində ona məxsus payın müəyyən edilmədiyi səbəbindən onun həmin əmlakın yüklü edilməsinə görə zərərə məruz qalmağı mümkün deyildir. Hansı ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə onun Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində, 0.1612 ha torpaq sahəsində yerləşən bağ evinə istifadə hüququnun tanınaraq həmin bağ evinə köçürülməsi qərara alınmışdır. Göründüyü kimi, onun mübahisəli əmlaka istifadə hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada tanındığından, eyni zamanda hal-hazırda həmin əmlakdan istifadə edərək yaşadığından bu əmlak üzərində payının müəyyən edilib- edilməməsindən asılı olmayaraq vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Beləlikl ə, cavabdehlərin qanunsuz əməlləri nəticəsində hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gəlmişdir. Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0.1612 ha torpaq sahəsində yerləşən bağ evi onun yeganə yaşayış yeridir. Bundan əlavə məhkəmə qətnaməsində qeyd edilmişdir ki, tərəfindən mübahisəli əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması barədə verilmiş iddiası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka ilə yüklü edilməsi səbəbindən deyil, iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Bununla bağlı sual yaranır: Əgər tərəfindən sözügedən əmlak üzərində pay hüququnun tanınması tələbi üçün iddia müddəti ötürülmüşdürsə və həmin əmlak üzərində pa y hüququna sahib deyildisə, nə üçün "xxxx" ASC və "xxxx" KB QSC tərəfindən həmin əmlak ipotekaya ilə yüklü edilən zaman onun razılıq ərizəsi tələb edilmişdir? Göründüyü kimi, cavabdehlər Bakı şəhəri 48 saylı Notariat ofisi və Abşeron rayon 2 saylı Notariat ofisi tərəfindən saxta ərizə tərtib edilməsi, həmçinin "xxxx" ASC tərəfindən əmlakın həmin saxta ərizə əsasında ipoteka ilə yüklü edilməsi və "xxxx" KB QSC tərəfindən 30 gün etibarlılıq müddəti keçdikdən sonra həmin arayış əsasında əmlaka dair sonrakı ipotaka müqaviləsi bağlanması nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Notariusu n qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır.Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Sözügedən mübahisəli əmlaka istifadə hüququ vardır və hüquqlarının cavabdehlər tərəfindən qanunsuz olaraq pozulması nəticəsində ona zərər dəymişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarl a yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materilarında olduğu kimi mübahisəli mənzilin ipoteka qoyulmasına razılıq verilməsinə dair ərizənin onun tərəfindən tərtib edilməməsi, habelə həmin ərizədə olan imzanın ona məxsus olmaması ekspertiza rəyi ilə sübut olunsa da məhkəmə bu hissəyə hüquqi qiymət verməmiş, hüquqlarının həmin saxta sənədlər nəticəsində pozulmuş olması faktına etinasız yanaşmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslan dırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarətdir və həmin dəlillər iş üzrə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya vurulmuş hər hansı zərərin mövcud olması, həmin zərərin məhz cavabdehlərin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulması, habelə zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, başqa sözlə cavabdehlərin təqsirli olması mülki iş material ları ilə öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması, qanunsuz əməllərin mövcudluğu və bu əməllər nəticəsində zərərin dəyməsi iddiada təsnif edilməmiş və sübuta yetirilmir. Mülki icraat qaydasında tələbin əsası digər məhkəmə qərarı ilə müddətin ötürülməsi ilə bağlı istisna edildiyindən, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini artıq itirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiada ehtimal edilən sənədlərin saxtalaşdırılması nəticəsində zərərin dəyməsi qeyd edilsə də, bu əməllərin təsdiqi Cinayət Məcəlləsinin 320-ci maddəsinin dispozitiv şərtlərinə müvafiq olaraq cinayət təqibi icraatı qaydasında süb uta yetirilməli və təqsirsizlik prezumpziyasına uyğun olaraq bu barədə qanuni qüvvəsini almış hökm olmalıdır. Mülki iş materiallarında isə cinayət təqibi qaydasında icraatın aparılması barədə sənədlər təqdim edilsədə, təqsiri müəyyən edən yekun qərar təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iş üzrə fərqli və başqa işlərdən olan ziddiyyətli ekspert rəyləri təqdim edilsədə onların qiymətləndirilməsi üzrə cavabdehlərin qanunazidd əməllərini müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarı təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya”nın 41-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Ailə Məcəlləsinin 32 və 36-cı maddələrinin tələbləri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarını tətbiq etməməli idi. Belə ki, mübahisə cavabdehlərin təqsirli, qanunazidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin tələbi ilə bağlıdır. Məhkəmə, həmçinin mübahisəyə “Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Mülki Məcəllənin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı tətbiq etmişdir. Həmin Qərara əsasən, Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə, bu maddi hüquq normasını mübahisəyə düzgün tətbiq etməmişdir. Çünki, hazırki iddia tələbi cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində iddiaçının əmlakından məhrum olması il ə bağlı ona dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Hazırki iddiada ər-arvadın ümumi əmlaka olan mülkiyyət hüquqları tələb həcminə daxil deyildir, eyni zamanda bu hüquqlar mübahisələndirilməmişdir. Həmçinin mübahisəyə Ailə Məcəlləsinin 36.9-cu maddəsi tətbiq edilməli deyildir. Həmin maddi hüquq normasına əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Hazırki iddia tələbi ər-arvadın ümumi əmlakının bölgüsü ilə bağlı deyildir. Məhkəmə, mübahisəyə Mülki Məcəlləsinin 21-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmin maddənin tələbinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 3-cü bəndinin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mübahisənin mahiyyətindən göründüyü kimi iddiaçı iddia edir ki, onun əmlak hüquqları ilə, yəni istifadə hüququ ilə yüklü olan ev Cavabdeh3 tərəfindən iş üzrə digər cavabdeh Bakı şəhəri 48 saylı Notariat ofisinin notariusunun qanunazidd hərəkətləri nəticəsində, yəni iddiaçının həmin mənzilin "xxxx" ASC-nə ipoteka qoyulması ilə bağlı razılığın verilməsinə dair ərizədə iddiaçının imzasının saxtalaşdırılması nəticəsində ipot ekaya qoyulmuşdur. Eyni zamanda, Cavabdeh3 tərəfindən həmin borc ödənilmədiyinə görə iddiaçının əmlak hüquqları riskə məruz qalmışdır. Həmçinin, iddiaçı öz əmlakından məhrum olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Buna görə də, iddiaçı həmin mənzilə olan əmlak hüquqlarını müdafiə etmək üçün məhkəmə çəkişmələrinə məruz qalmışdır, vəkil tutmalı, vəkil xərclərini ödəməli, habelə məhkəmə xərclərini ödəməli olmuşdur. Nəticə etibarilə həm maddi, həm mənəvi sarsıntılar keçirmiş, uzunmüddətli vaxt itkilərinə məruz qalmışdır. Əlavə olaraq, qeyd etmək istəyirik ki, göstərilən evin ipoteka ilə yüklü olunduğu kredit öhdəliyi borcalan tərəfindən ödənilməməsi səbəbindən bankın borc üzrə tutmanı həmin mənzilə yönəltməsinə dair real təhlükə yaranmışdır. Lakin, məhkəmə göstərilən normanı mübahisəyə düzgün tə tbiq etməmişdir. Bunu onunla əsaslandırmışdır ki, cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması, qanunsuz əməllərin mövcudluğu və bu əməllərin nəticəsində zərərin dəyməsi iddiada təsvir edilməmiş, sübuta yetirilməmişdir. Halbuki, iddia ərizəsində konkret olaraq hər bir cavabdehə qarşı yönələn tələb göstərilmişdir. Yəni, iddia tələbi hər iki cavabdehə yönəlmişdir. Belə ki, iddiaçıya dəymiş maddi zərərin hər iki cavabdeh tərəfindən ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçının əmlak hüquqlarına, onun göstərilən evə mövcud olan istifadə hüququna vurulan zərər hər iki cavabdehin qanunsuz hərəkətləri nəticəsində törədilmişdir. Belə ki, notariat kontoru tərəfindən iddiaçının adına olan evin ipotekaya qoyulmasına dair razılıq ərizəsinin saxtalaşdırılması və qan unsuz əməliyyatların aparılması, həmçinin bank tərəfindən də ipoteka predmetinə hüququ olan şəxslərin razılığı alınmadan mənzilin ipoteka ilə yüklü edilməsi iddiaçının əmlak hüquqlarına ciddi ziyan vurub və onu maddi zərərə məruz qoymuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzi nin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulm uş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İ ddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ilə Cavabdeh3 arasında 10 mart 2000-ci il tarixdə rəsmi nikah bağlanmış, daha sonra nikahları Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla yanaşı, işdə olan sübutlara əsasən, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, yəni iddiaçının sabiq əri Cavabdeh3 adına daşınma z əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmış, sonradan götürülmüş kreditlərə görə "xxxx" ASC və "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Bundan sonra iddiaçı, həmin daşınmaz əmlakın qeyd edilən banklar qarşısında ipoteka ilə yüklü edilməsi ilə bağlı müvafiq əqdləri mübahisələndirərək, əmlakın girovdan (ipotekadan) azad olunmasını və birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini tələb etmiş, lakin tələbləri qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təmin edilməmişdir. Hazırda iddiaçı, ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsinin ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə "xxxx" ASC və "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 200.000 manat maddi zərər dəydiyini iddia edərək hazırki iddia tələbini irəli sürmüş və Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinad edərək həmin məbləğin cavabdehlərdən onun xeyrinə tutulmasını iddia etmişdir. Kassasiya insansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının iddia etdiyi Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizli k nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, hazırki işdə sözügedən əsaslar müəyyən edilməmişdir. Yəni, iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı ümumiyyətlə sübuta yetirilməmişdir. Belə ki, iddiaçı, ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin onun məlumatı olmadan iradəsinin ziddinə olaraq saxta sənədlərdən (razılıq ərizəsindən) istifadə edilməklə yüklü edilməsi səbəbindən mülkiyyətindən mərhum olduğunu və nəticədə ma ddi zərərə məruz qaldığını iddia etsə də, bu hallar mülki iş materialları ilə öz təsdiqini tapmamışdır. Əksinə, mülki iş materiallarından aydın olur ki, onun (iddiaçının) həmin əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması barədə iddiası qanuni qüvvyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Bütün bunlar iddiaçının iddia tələbinin, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını göstərir. Ən azından ona görə ki, iddiaçının həmin iddiası (mübahisəli əmlakın bölünərək 2/3 hissədə pay (mülkiyyət) hüququnun tanınması iddiası) mübahisəli əmlakın cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ipoteka ilə yüklü edilməsi səbəbindən deyil, məh z iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmədiyi halda, iddiaçının həmin əmlakın yüklü edilməsi səbəbindən 200.000 manat məbləğində zərərə məruz qalması mümkün deyil və işin qeyd edilən faktiki halları iddia tələbinin əsassız olduğunu göstərir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının və oğlu - X2 mübahisəli bağ evi üzərində istifadə hüquqlarının tanındığı v ə onların oraya köçürülmələrinin qət olunduğu müəyyən olunmuşdur. Məhkəmə iclaslarında iştirak edən proses iştirakçılarının izahatları ilə də həmin qətnamələrinin icra edilərək iddiaçının və oğlu X2 həmin bağ evinə köçürüldükləri, hazırda da orada yaşadıqları, bağ evinin hələ də Cavabdeh3 mülkiyyətində olduğu və ona tutma yönəldilmədiyi müəyyən edilmişdir. Başqa sözlə, indiki halda iddiaçının həmin bağ evi üzərində olan istifadə hüququnun pozulması da müəyyən olunmamışdır. Həmçinin, Bakı Şəhəri, Binəqədi Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı toplanmış material üzrə 48 saylı Notariat Kontorunun notariusu X1 xidməti vəzifəsinin icrası zamanı müəyyən nösana yol verməsi müəyyən edilsə də, bu nöqsanın nəticəsində şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirilmədiyindən və ya zərər yetirmək təhlükəsi yaratmadığından, habelə 48 saylı Notariat Kontorunun notariusu X1 əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət təqibinə başlanması rədd edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdı r. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(103)-6631/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar