Məhkəmə qərarları › İş №2(102)-974/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-974/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-974/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1057/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkə mələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, tərəflər arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 452nkFİL8/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 24 faizlə 12800 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra müqavilə şərtlərində dəyişikliklər edilməsinə dair tərəflər arasında saziş imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin müqavilə üzrə 5811,12 ABŞ dolları faiz borcunun, eləcə də, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118,79 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27 yanvar 2023-cü il tarixə 0 ABŞ dolları əsas, 5811,12 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə, 0 ABŞ dolları komisyon haqqı olmaqla, cəmi 5811,12 ABŞ dolları borcu yaranmışdır.

4. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2008-ci ildən gözdən əlildir. Onun əvvəllər də "xxxx" KB ASC-yə kredit borcları olmuş, heç vaxt problem olmamışdır. 2015-ci ildə o, uşaqlarına ev tikmək istəmiş, əvvəlki krediti üzrə qalıq 200 manat borcunu ödəmiş, 3000 manat kredit götürmək istəmişdir. Bu zaman bank tərəfindən ona 10000 manat kredit təklif edilmişdir. O, razılaşmış, krediti almışdır. İlk ödəniş cədvəli ona Azərbaycan manatı valyutasında təqdim edilmiş, sonradan bankın əməkdaşı ona zəng vuraraq, səhvə yol verildiyini bildirmiş, yeni cədvəl təqdim etmişdir. İlk əvvəl hər ay 291 manat ödəniş etmiş, sonradan bank tərəfindən ondan əlavə 81 manat da ödəməli olduğu bildirilmiş, o da razılaşmışdır. Lakin onun xəbəri olmadan kredit müqaviləsi ABŞ dolları ilə bağlanmışdır. Halbuki, bank tərəfindən ona kredit manatla verilmişdir. Daha sonra onu yenidən banka dəvət edib, yeni qrafik açılmasını təklif etmişlər. O, Maliyyə Palatasına müraciət edərək, dollar kreditinin restrukturizasiya edilməsini xahiş etmiş, ona banka yaxınlaşmalı olduğu bildirilmişdir. Lakin, bank tərəfindən ona bu barədə heç bir köməklik göstərilməmişdir. Bundan sonra bankla aralarında saziş bağlanmış, illik 1 faizlə ödənişlər etmiş, ödəmələr yekunlaşdıqdan sonra o, bankın müştəri xidmətləri ilə əlaqə saxlayıb borcunu soruşduqda, cəmi 45 ABŞ dolları borcu qaldığı bildirilmişdir. O, həmin ödənişi də etmiş, banka yaxınlaşmış, bu zaman onun əlavə olaraq 105 ABŞ dolları ödəməli olduğu bildirilmiş, o, həmin ödənişi də etmişdir. Lakin əsassız olaraq bank bu iddia ilə məhkəməyə müraciət etmişdir.

5. Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 9/3219 nömrəli rəyində göstərilmişdir ki, 27 iyun 2022-ci il tarixə (müqavilə müddətinin bitmə tarixinə) 4,76 ABŞ dolları əsas, 8202,91 ABŞ dolları faiz borcu müəyyən edilir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 9/6207 nömrəli rəyində göstərilmişdir ki, 27 iyun 2022-ci il tarixə 4,76 ABŞ dolları əsas, 5810,39 ABŞ dolları faiz borcu müəyyən edilir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1823/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia qismən təmin olunmuş, Cavabdeh faiz borcunun əvəzi kimi 5810,39 ABŞ dolları məbləğində pul vəsaiti nin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, dövlət rüsumunun əvəzi kimi 115 manat məbləğində pul vəsaitinin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 200 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları qiymətləndirərək hesab etmişdir ki, iddianın qismən təmin edilməsi üçün əsas mövcuddur.

9. Belə ki, məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, sonradan müqavilə şərtlərində dəyişikliklər edilməsinə dair saziş imzalanmışdır. Cavabdeh müqavilə və saziş üzrə borcunu artıqlaması ilə ödədiyini iddia etsə də, bunu təsdiq edə bilən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, məhkəmənin qərardadlarına əsasən, iş üzrə həm ilkin, həm də əlavə məhkəməiqtisad ekspertizaları təyin edilmiş, aparılmış ekspertizalar nəticəsində də cavabdehin iddiaçıya borclu olduğu müəyyənləşdirilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı cavabdehdən yalnız faiz borcuna görə 5811,12 ABŞ dolları məbləğində borcun tutulmasını tələb etdiyindən, ekspert rəyində cavabdehin iddiaçıya həm də 4,76 ABŞ dolları əsas borcunun olduğu müəyyən edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, əsas borcun cavabdehdən tutulması tələbdən kənara çıxma halıdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbində 5811,12 ABŞ dolları faiz borcunun tutulması xahiş olunsa da, ekspert rəyi i lə faiz borcunun miqdarı 5810,39 ABŞ dolları müəyyənləşdirilmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 439.1, 439.2, 442.1, 739-cu; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə mətni olduqca kiçik şriftlərlə yazıldığından və pis gördüyündən oxuya bilməyib. Bank müqavilə mətnlərini belə tərtib etməklə əslində qarşı tərəf üçün əlverişsiz şərait yaradır, onu aldatmaq daha asan olur. Əvvəl bank müqaviləni Azərbaycan manatı ilə ödəniş əsasında bağlasa da, manatıın dev alvasiyasından sonra müqaviləni belə tərtib etmək yolu ilə, aldatmaqla dollarla kredit müqaviləsi kimi yenidən tərtib etmişdir. Bu müqavilə isə onun üçün tamam əlverişsiz olub. İlk dəfə ABŞ dolları ilə ona verilmiş kreditin faiz dərəcəsi manatla ifadə etdikdə 40,8 faiz olub. Dollara görə 17 faiz dərəcəsi isə manatla 28,9 faiz olub.Bu tamamilə soyğunçu kredit siyasətidir. Müqavilə etimad və vicdanlılıq prinsiplərinə zidd olub. Qanuna görə öhdəlik borclunun təqsiri olmadan baş vermis halların nəticəsində icra edilməzsə bu gecikdirmə sayılmır. 04 noyabr 2021-ci il tarixdən gözdən əlildir. İddiaçı işin bu faktiki halını nəzərə almayıb. Halbuki, bu barədə onu məlumatlandırıb. Məhkəmə də belə mühüm halı nəzərə almayıb. Məhkəmədə ixtisaslaşmış vasitəçilərin köməyindən istifadə etmək hüququ, nətic ədə məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulub.

15. Məhkəmə kollegiyası tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

16. Apellyasiya baxışı zamanı cavabdehin vəsatəti üzrə üç dəfə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/988 saylı rəyi ilə 27 iyun 2022-ci il tarixə olan faiz borcunun məbləği 8202,01 ABŞ dolları, 10 iyul 2024-cü il tarixli, 9/3948 saylı rəyi ilə 5810,39 ABŞ dolları, 18 oktyabr 2024-cü il tarixli, 9/7733 saylı sonuncu rəyi ilə isə 6311,46 ABŞ dolları müəyyən olunmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Səadət Səlimova və Məhəmməd Rüstə mli) 2(103)-1057/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola b ilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 9/6207 nömrəli rəyi ilə cavabdehin Banka 27 iyun 2022-ci il tarixə 4,76 ABŞ dolları əsas, 5810,39 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Ekspert rəyi ilə cavabdehin Banka əsas borcunun olduğu müəyyən edilsə də, həmin borc tələb edilmədiyindən birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə yalnız faiz borcunun cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir.

21. MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qan unda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

22. Kollegiya daha sonra qeyd etmişdir ki, işdən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişin şərtlərinə görə cavabdehin ödədiyi məbləğlər ilk növbədə əsas borcun ödənilməsinə yönəldilmişdir. Məhz elə buna görə də faiz borcu üzrə ödənilməmiş borc yaranmışdır.

23. Kollegiya həmçinin qeyd etmişdir ki, göründüyü kimi, 11 sentyabr 2023-cü il və 10 iyul 2024-cü il tarixli rəylərdə faiz borcunun məbləğinin eyni miqdarda, yəni 5810,39 ABŞ dolları olduğu, digər iki rəydə isə müvafiq olaraq 8202,01 ABŞ dolları və 6311,46 ABŞ dolları olduğu qeyd edilmişdir. İddiaçının tələbi isə 5811,12 ABŞ dolları faiz borcunun tutulması barədədir. Məhkəmə tələbi ekspert rəyinə uyğun olaraq qismən – 5810,39 ABŞ dolları hissəsində təmin etsə də, iddiaçı tələbin təmin olunmayan hissəsini mübahisələndirməmişdir. Alınmış ekspert rəylərinin heç birində fazi borcunun məbləği qətnamə ilə tutulan məbləğdən, yəni 5810,39 ABŞ dollarından aşağı müəyyən olunmamışdır. Ekspert rəylər arasında fərqin yaranması səbəbini hazırkı tədqiqatda ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi xx.xx.2015-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan bütün ödənişlər nəzərə alınmaqla hesablamaların aparılması ilə izah etmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh etdiyi ödənişlər nəticəsində Banka qət olunmuş məbləğdən, yəni 5810,39 ABŞ dollarından daha az borcunun qaldığına dair heç bir sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

25. Məhkə mə kollegiyası eyni zamanda apellyasiya baxışı zamanı 4-cü dəfə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasına da lüzum görməmiş və bununla bağlı cavabdehin vəsatətini əsassız sayaraq rədd etmişdir.

26. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, cavabdeh gözdən əlil olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin bu barədə Bankı məlumatlandırdığını sübuta yetirə bilməmişdir. Bundan əlavə, apellyatorun istinad etdiyi dəlillər kredit müqaviləsinin etibarsızlığının əsasını təşkil edə bilər ki, cavabdeh də bunu mübahisələndirməmişdir. Kollegiya bu qənaətə gələrkən cavabdehin əsas borcu ödədiyini, faiz borcunun ödənilməsi ilə bağlı hazırkı dəlilləri Bank məhkəməyə müraciət etdikdən sonra formal olaraq irəli sür düyünü də nəzərə alır.

27. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 739.1, və 739.2-ci; Mülki Prossesual Məcəlləsinin 385.2-ci maddəinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (vəkil Nümayəndə1)) kassasiya şikayəti verərək Qətnamənin tamamilə ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bankın onunla bağladığı müqavilə mətni olduqca kiçik şiriftərlə yazıldığından və pis gördüyündən oxuya bilməmişdir. Belə ki, gözdən ikinci qrup əlil olması oxumanı daha da çətinləşdirmişdir. Həmçinin bank müqavilə mətnlərini belə tərtib etməklə əslində qa rşı tərəf üçün əlverişsiz şərait yaradır. Ümumiyyətlə isə bank ilk öncə onunla müqaviləni Azərbaycan manatı ilə ödəniş əsasında bağlasa da, manatıın devalvasiyasından sonra müqaviləni qeyd olunan formada tərtib etmək yolu ilə, yəni aldatmaqla dollarla kredit müqaviləsi kimi yenidən tərtib etmişdir. Belə olan halda isə müqavilə onun üçün tamam əlverişsiz olmuşdur. Belə ki, ilk dəfə ABŞ dolları ilə ona verilmiş kreditin faiz dərəcəsi manatla ifadə etdikdə 40,8 faiz olub. Dollara görə 17 faiz dərəcəsi isə manatla 28,9 faiz olub. Yəni qeyd olunan faiz dərəcələri çox yüksək olmuş müqavilənin etimad və vicdanlılıq prinsiplərinə zidd olmuşdur. Həmçinin müqavilə azadlığı prinsipi pozulub.

30. Ekspert rəyləri arasında ciddi ziddiyyətlər olduğuna və kredit müqaviləsi üzrə faiz borclarının məbləği ek spert tərəfindən təkrarən düzgün hesablanmadığına görə xx.xx.2024-cü il tarixdə şəxsi elektron kabineti vasitəsilə nümayəndə və vəkili məhkəməyə əlavə məhkəmə-mühasibtalıq ekspertizasının təyin edilməsi haqqında vəsatət təqdim etmişdir. Qərardadın icrası məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının tərtib edilmiş 9/7733 saylı 18 oktyabr 2024-cü il tarixli yeni əlavə rəyi məhkəməyə təqdim edilmişdir. Rəyin məzmunundan göründüyü kimi ekspert Əli Abdullayev məhkəmənin qərardadını lazımı qaydada icra etməmiş, mülki işin materialları ilə ətraflı tanış olmamış, rəyi hazırlayarkən Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilmiş və mülki işlə birlikdə ona göndərilmiş ödəniş qəbzlərinin bəzilərini, bankın təqdim etd iyi ödəniş barədə çıxarışda etiraf etdiyi bəzi ödənişləri nəzərə almamış, bəzi ödəniş qəbzlərinin tarixini səhv yazmış, bir sıra xətalara, hesab yanlışlıqlarına yol vermişdir. Belə ki, məsələn, xx.xx.2015-ci il tarixdə ödənilmiş və bankın təqdim etdiyi çıxarışda göstərilən, əvvəlki rəylərdə nəzərə alınmış 768 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. xx.xx.2016- cı il tarixli qəbzlə banka ödənilmiş 290 manat pul rəydə 5,62 ABŞ dolları kimi göstərilmişdir. xx.xx.2017-ci il tarixdə banka cərimə pulu kimi ödənilmiş 731 manat məbləğində pul da nəzərə alınmamışdır. Məhkəmə həmin vəsatəti müzakirə etməmiş və müvafiq qərardad qəbul etməmişdir.

31. Mülki işə baxılması zamanı məhkəmə qərardadlarına əsasən təyin edilmiş ekspertizaların bütün rəyləri arasında faiz borcu məbləği ilə bağlı cid di fərqlər vardır. Buna baxmayaraq məhkəmə qanunla nəzərdə tutulmuş hüuqundan istifadə edərək ekspertlərə həvalə edilməklə təkrar ekspertiza təyin etməmişdir. Ekspert rəyləri arasında ciddi ziddiyyətlər olmasına, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməmühasibat ekspertizasının 9/7733 saylı 18 oktyabr 2024-cü il tarixli əlavə rəyində faiz borcunun düzgün hesablanmamasın, bəzi ödəniş qəbzlərinin nəzərə alınmamasına baxmayaraq məhkəmə kollegiyası həmin rəyi sübut kimi qəbul etmiş və iddiaçının xeyrinə qiymətləndirmişdir.

32. İddiaçının xx.xx.2024-cü il tarixdə məhkəmə portalındakı elektron kabineti vasitəsilə məhkəməyə təqdim etdiyi vəsatətdən, müqavilə və çıxaırşadan göründüyü kimi xx.xx.2022-ci il tarixli 02\02 UB saylı müqaviləyə və həmin müqaviləyə xx.xx.2024-cü il tarix li 17 saylı əlavəyə əsasən "xxxx" KB ASC-nin bank kreditinə görə tələb hüququ "xxxx" ASC-nə satılmışdır, yəni tələb hüququ həmin ASC-nə keçmişdir. Ona görə də,Unibank” KB ASC-nin hazrkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Rayon məhkəməsi iddia ərizəsini əsl olmayan şəxs tərəfindən verildiyi üçün iddiaçıya qaytarmalı idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçının vəsatətini və işin hallarını nəzərə alaraq əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsini müzakirə etməmişdir. Binəqədi rayon məhkəməsi qanunun tələblərini pozaraq iddia ərizəsini geri qaytarmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən etiraz ərizəsi daxil olmam ışdır.

34. Etiraz belə əsaslandırılmışdır ki, kassasiya şikayətində işin hallarının araşdırılmamasına, habelə birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki hallarının araşdırılması və qiymətləndirilməsi səlahiyyətinə aid məslələrə istinad edilir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(105)-1057/2024 nömrəli, xx.xx.2024-cü il tаrixli qətnaməsinin 5-ci səhifəsinin yuxarıdan 4-cü azbasında qeyd olunanlara əsasən, cavabdeh gözdən əlil olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin bu barədə Bankı məlumatlandırdığını sübuta yetirə bilməmişdir. Həmçinin cavabdehin kassasiya şikayətinə əlavə etdiyi sənədlərdən də görmək olur ki, cavabdehdə gözlə bağlı problemlərinin olduğu 2023-2024-cü illərdə təsdiq olunmuşdur. Lakin sözü gedən kredit müqa viləsi xx.xx.2015-ci il tarixində bağlanılmışdır. 2023-2024-cü illərdən əvvəlki illərə aid sənədlər isə ağciyər və tənəffüs yolları xəstəliklərinə aiddir.

35. İş üzrə ekspertizalardan ikisi birinci instansiyada, üçü isə apellyasiya instansiyada olmaqla, cəmi 5 ekspertiza keçirilmiş və hər iki məhkəmə tərəfindən faiz borcu olaraq bütün ekspert rəyləri içində ən aşağı məbləğ, yəni 5810,39 USD olan ekspert rəylərinə istinad etmişlər. İddiaçı tərəfindən də cavabdehdən eyni məbləğ tələb olunmuşdur.

36. Kredit müqaviləsi üzrə tələb hüququ xx.xx.2022-ci il tarixli, 02/22 UB nömrəli müqaviləyə xx.xx.2024 tarixli, 17 saylı əlavə əsasında "xxxx" KB ASC-dən "xxxx" ASC-yə (VÖEN **********) keçmişdir. "xxxx" KB ASC tərəfindən verilmiş iddia ərizəsi üzrə yekun məhkəmə aktı daha əvvəlki dövrə (xx.xx.2023 -cü il) aiddir və "xxxx" işə 3-cü şəxs kimi apellyasiya instansiyası mərhələsində cəlb olunmuşdur. Bunu Bakı Apellyasiya Məhkəməsinin 2(105)-1057/2024 nömrəli, xx.xx.2024-cü il tаrixli qətnaməsinin 3-cü səhifəsində “Məhkəmə icraatı iştirakçılarının izahatları” hissəsində qeyd olunanlar da təsdiqləyir.

37. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1057/2024 nömrəli, xx.xx.2024-cü il tаrixli qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

40. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növ lü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

42. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlan ılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə tərkibi ilk növbədə kassasiya şikayətinin Unibank” KB ASC-nin hazrkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmaması barədə dəlili ilə bağlı qeyd edir ki, iddia xx.xx.2023-cü ildə qaldırılmışdır. Sözügedən müqavilə üzrə tələb hüquqlarının "xxxx" ASC-yə satılması barədə razılaşm a çərçivəsində məhz cavabdehə qarşı tələbin sonuncu hüquqi şəxsə keçməsi haqqlnda əlavə isə xx.xx.2024-cü ildə bağlanmışdır. Belə olan halda, iddia qaldırılan məqamda tələb hüququna malik olan iddiaçı Unibank” KB ASC, işin məhkəmə baxışında olduğu vaxt maddi hüquqi əsaslarla dəyişdiyi üçün "xxxx" ASC onun prosessual hüquq varisi hesab olunmalıdır.

53. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

54. Göstərilənlərə əsasən, iddiaçı "xxxx" KB ASC, onun hüquqi varisi "xxxx" ASC ilə əvəz edilir, sonuncunun işdə üçüncü şəxs qismində iştirakına xitam verilir.

55. Məhkəmə tərkibi qeyd edir ki, tərəfin hüquq varisi ilə əvəz edilməsi qətnamənin ləğv edilməsinə əsas olmadığından, məhkəmə aktı kassasiya şikayətinin digər dəlilləri üzrə ümumi qaydada yoxlanılır.

56. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını, o cümlədən xüsusi bilik tələb edən hallarla bağlı bir neçə dəfə keçirilmiş məhkəmə ekspertizasının rəylərini araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh, kredit müqaviləsi üzrə öhdəliyini tam şəkildə yerinə yetirmədiyi üçün tələbin təmin edildiyi həcmdə iddiaçı qarşısında məsuliyyət daşıyır.

57. Kollegiya bildirir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1057/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar