Məhkəmə qərarları › İş №2(102)-975/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-975/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-975/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 iddia ərizəsind ə göstərilən əşyanın qismən tutulub İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-3299/2019 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi G.F.Tağızadə, hakimlər T.O.Quliyev və E.G.Rəhimov, iş № 2(105)-3299/2019) iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 qarşı “əmlak tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərə k şikayəti onunla əsaslandırmışlar ki, Sumqayıt Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən işin bütün faktiki hallarını araşdırmamış, kifayət qədər tətqiq etməmiş və təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmiş və bunun nəticəsində tətbiq edilməli maddi və prosessual hüquq normalarını tətbiq etmədən, ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3299/2019 saylı iş üzrə qəbul edilmiş 23.09.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada bildiriş göndərilmiş olsa da, o, üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 2(105)-3299/2019 saylı 23 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçı tərəfindən tələb olunan ona məxsus olan əşyaların bir qisminin cavabdeh tərəfindən ona hədiyyə olunmasının sübuta yetirilməməsinə istinad etmişdir. İşin araşdırılan hallarından və iş materiallarından müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsində qeyd edilmiş cehiz əşyalarının bir hissəsinin onlarda olduğunu etiraf etmişlər və həmin əşyaları iddiaçıya qaytarmağa hazır olduqlarını bildirmişlər. Apellyasiya kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Birinci instansiya məhkəməsinin cavabdeh tərəfin etiraf etdikləri əmlakı sübuta yetirməsi ilə əlaqədar olaraq iddianın qismən təmin olunması barədə gəldiyi nəticəni apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası düzgün hesab etmişdir. Apellyasiya kollegiyası cavabdehlərin etiraf etdikləri əmlaklardan başqa iddia ərizəsində göstərilən digər əmlaklarla bağlı hesab etmişdir ki, həmin əmlakların mövcud olması və hazırda cavabdehlərdə olması barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan v ə işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələrini aşağıdakı maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəll əsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən işin bütün faktiki hallarını araşdırmamış, kifayət qədər tədqiq etməmiş, təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməm iş və bunun nəticəsində tətbiq edilməli maddi və prosessual hüquq normalarını tətbiq etmədən, ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilllərinə ümumilkdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər mülаhizə хаrакtеrli оlmаqlа formal əsaslar kimi qiymətləndirilməklə yanaşı, həmin dəlillərlə apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması əsaslandırılmamış, eyni zamanda məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad edildiyindən həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən mülki prosessual qanunvericiliyi n tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında, araşdırılmış sübutl ar əsasında qəbul edilmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-3299/2019 saylı iş üzrə 23 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar