Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-976/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi; əmanətə görə kompensasiya məbləğinin gecikdirilməsinə görə faizlərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3182/2023 nömrəli 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 nömrəli xx.xx.2018ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166.000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)5116/2021 saylı qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1040/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5116/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanma sı Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166.000 manat kompensasiya məbləğinin ödənilməsinin 5 il, 6 ay gecikdirilməsinə görə illik 7,75%-lə hesablanmış 71.730 manat məbləğində pulun və məhkəmə icraatının başlanması üçün çəkilmiş 305 manat xərcin, ümumilikdə 72.035 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 60.000 manat və 8 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında depozit hesaba qoy ulmuş 30.000 manat əmanətin 26 may 2010-cu il tarixdən hesaba qaytarılıb müqavilə şərtlərinin yerinə yetirilməsi ilə iddiaçının əmanətçi hüquqlarının "xxxx" KB tərəfindən tam bərpa edilməsinə dair 25 noyabr 2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə borclu banka təqdim edilmiş, ancaq Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" KB-nın lisenziyası 1 oktyabr 2016-cı il tarixində ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə bank müflis elan olunmuş və ləğvetmə proseduru çərçivəsində banka ləğvedici təyin edilmişdir. Bankın müf lis elan olunması əmanətçiyə münasibətdə sığorta hadisənin baş verməsi ilə nəticələnmiş, sığorta hadisəsi baş verəndən dərhal sonra iddiaçı tələbkar qismində banka müraciət etmişdir. Nəsimi Rayon İcra Şöbəsi tələbin hüquqi əsasını sübut edən sənədləri və zəruri məlumatları təqdim etməklə iddiaçıya 166.000 manat məbləğdə kompensasiya ödənilməsi barədə ləğv prosesində olan QSC ”Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bildiriş vermişdir. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovun imzası ilə 23 dekabr 2016-cı il tarixli imtina cavabı alınmışdır. Daha sonra tələbin 10 yanvar 2017-ci il tarixdə 1482 nömrə ilə kreditorların reyestrinə daxil edildiyi haqda 19/17947 saylı, 27 yanvar 2017-ci tarixli bildiriş göndərilmişdir. Cavabdeh 166.000 man at məbləğində kompensasiya ödənilməsində qanunun tələblərindən irəli gələn öhdəliyini icra etməyərək iddiaçının hüquqlarını pozmuşdur. İcra Şöbəsinin və iddiaçının çoxsaylı cəhdləri, banka və digər səlahiyyətli orqanlara müraciətləri heç bir nəticə verməmiş, nəticədə bu günədək qeyd edilən pul məbləği ödənilməmişdir. Buna görə də, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 5 il, 6 ay ərzində hesablanmış faiz cavabdehdən tutulmalıdır.
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbi üzrə icraata xitam verilməli, bankın hərəkətsizliyi tərəfə izah edilməli və aidiyyəti məhkəməyə yönəldilməlidir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlər inin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. İddia tələbində birbaşa cavabdehdən pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin cavabdeh kompensasiya ödənişini “Əmanətlərin Sığortalanması haqqında” qanunda nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirir. Cavabdeh mühasibat uçotu sənədlərin əks edilən formada məbləği qəbul edir. Bankda sığorta hadisəsi baş verdikdən sonra KB "xxxx" QSC-yə ləğvedici təyin edilmiş cavabdeh mühasibat uçotu sənədlərində, hesabatlarda iddiaçı tərəfindən banka yerləşdirilmiş əmanətin mövcudluğunu aşkar etmədiyindən kompensasiya ödənişinin edilməsindən imtina edilmiş, həmçinin iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Beləl iklə, cavabdehin əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Bu baxımdan, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırkı iddia tələbi üzrə zərər bankın hərəkətsizliyi səbəbindən baş verdiyindən və ləğv prosesində olan banka qarşı kreditor tələbinə Bakı Apellyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tövsiyə olunmalıdır.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2509/2022 nömrəli, 28 iyun 2022ci il tarixli qətnaməsi (haki m Rəşid Səmədov) ilə iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 3216 manat məbləğində pulun və ödənilmiş 305 manat məbləğində dövlət rüsumunun 30 manatı alınaraq iddiaçıya verilməsi, ödənilmiş 305 manat məbləğində dövlət rüsumunun qalan 275 manatının isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 60.000 manat və 8 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 30.000 manat əmanətin 26 may 2010-cu il tarixdən hesaba qaytarılıb müqavil ə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının "xxxx" KB tərəfindən tam bərpa edilməsinə dair 25 noyabr 2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə borclu banka təqdim edilmiş, ancaq Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" KB-nın lisenziyası 1 oktyabr 2016-cı il tarixində ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra edə bilməmişdir.
7. Məhkəmə tələbinin “kompensasiya məbləğinin ödənilməsinin 5 il 6 ay gecikməsinə görə faiz tutulması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdeh tərəfindən kompensasiyanın ö dənilməsinin gecikdirilməsinə görə faiz borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1040/2022 saylı qərarının çıxarıldığı xx.xx.2022-ci il tarixindən hazırkı qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixinədək hesablanmaqla, həmin müddət 3 ay müəyyən edilməlidir.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş hüquqdan istifadə edərək müxtəlif məhkəmə instansiyalarına müraciət etmişdir. Həmin müddət də 1 yanvar 2017-ci il tarixindən hesablandığında, 5 ildən çox müddəti təşkil edir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən bank uçot dərəcəsi üzrə (3 ay üzrə ödəmənin gecikməsi nəzərə alınmaqla) 3216 manat (166.000 manat x 7,75% uçot faiz dərəcəsi /12 ay = 1072 manat); (1072 x 3 ay = 3216 manat) məbləğində pul tutul malıdır. 10.Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı məhkəməyə fəaliyyəti və qazancı ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, iddia həmin hissədə əsassız hesab olunmalıdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 449.1, 449.2, 944.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 12.İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Əma nətlərin Sığortalanması Fondunun 166.000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından deyil, Bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar qanunvericiliyin tələblərindən irəli gələn öhdəlikdir və xx.xx.2017-ci ildən icra edilməli idi. 14.Sonradan iddiaçı apellyasiya şikayətinə əlavə göndərərək iddia tələbini dəqiqləşdirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə 166.000 manat pulun ödənişinin 5 il 7 ay 17 gün gecikməsinə görə həmin məbləğə illik 7,75 % hesablanmaqla 73.446 manatın və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərcə görə 305 və 153 manatın, ümumilikdə 73.904 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. 15.Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 16.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də əmanətin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə bilə cək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. 17.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-6134/2022 nömrəli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. 19.Kollegiya bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunmadığından, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuş, birinci instansiya məhkə məsi isə iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. 20.Kollegiya həmçinin apellyasiya şikayətinə əlavədə iddianı dəqiqləşdirməklə iddia tələbinin həcminin artırılması ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində gecikdirilmiş 5 il 6 aya görə faizin tutulmasını xahiş etsə də, apellyasiya şikayətinə əlavədə 5 il 7 ay 17 gün gecikməyə və digər xərclərə görə cəmi 73.904 manat pulun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddia ərizəsində irəli sürülən tələbə cavab vermiş, məhkəmənin gəldiyi nəticə iddiaçını qane etməmiş və o, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Belə ki, iddiaçının apellyasiya şikayətinə əlavədə irəli sürdüyü tələb yeni tələbdir və bu tələbə apellyasiya mərhələsində baxıla bilməz. Çünki həmin tələblər birinci instans iya məhkəməsində məhkəmə baxışının predmeti olmamışdır 21.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinə əlavədə irəli sürdüyü tələb hazırkı iş üzrə məhkəmə qətnaməsi qəbul olunduqdan sonrakı dövrlə bağlı olduğundan iddiaçı bu barədə ümumi qaydada birinci instansiya məhkəməsində iddia qaldıra bilər. 22.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 449.1, 449.2, 944.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 372.4, 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat 23.İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 24.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-383/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6134/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 25.Kassasiya kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 443.1, 443.2, 445.7, 449.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 407.2, 416.1, 416.2-ci maddələrinə istinad etməklə onlunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməmiş hissəsi üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməmiş, həmçinin maddi və prosessual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni deyil. Belə ki, məhkəmələr cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş hüquqdan istifadə edərək müxtəlif məhkəmə instansiyalarına müraciət etməsini nəzərə alaraq məhkəmə mübahisəsinin davam etdiyi 5 il müddət üçün cavabdehdən pul tutulmasını əsassız hesab etmişdirlər. Lakin iddia tələbi qətnamənin vaxtında icra edilməməsinə görə ziyan tələbi olmadığından öhdəliyin yarandığı gündən faizlərin hesablanıb tutulması barədə iddianın bu əsasla təmin edilməməsi əsass ızdır.
26. Kassasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında hesabına bərpa edilməli olan əmanət məbləğinə görə kompensasiya ödənilməsi barədə tələbi cavabdehin etirazlarına baxmayaraq, məhkəmələr tərəfindən təmin edilmiş, tələb əsaslı hesab edilmiş, cavabdehin qanunun tələbinə əsasən yaranmış kompensasiya ödəmək öhdəliyinin icrasından imtinası qanunsuz hesab edilmişdir. Belə olan halda, iddiaçının qanunla icra edilməli olan pul öhdəliyin vaxtında icra edilməməsi üçün ziyan tələb etmək hüququ vardır və iddiaçı Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad etməklə hazırkı iddianı qaldırmışdır. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən i rəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı) Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edilsə də, həmin norma düzgün tətbiq edilməmiş, yalnız qətnamənin qanun i qüvvəyə mindiyi gündən sonrakı dövrə faizlər hesablanaraq tutulmuşdur.
27. Kollegiyanın qənaətinə görə cavabdehin məhkəmə təminatı hüququndan istifadə edərək məhkəmə aktlarından şikayət verməsi onu məsuliyyətdən azad edən hal hesab edilə bilməz. 28.Kassasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 385.1, 425.1, 442, 443.1, 443.2, 445.7, 449.1-ci, MPM-in 14.2, 76.1, 76.2, 88, 217.4, 407.2-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 29.Apellyasiya instansiyasında işə yenidən baxılan zaman iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsində işə baxılarkən 166.000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair xx.xx.2018-ci il tarixli 2(0 06)- 3263/2018 saylı icra sənədi borclu ƏSF tərəfindən icra edilməmişdir. Ona görə də Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilən vaxt kompensasiya ödənişinin gecikdirilməsi müddəti başlanğıc 1 yanvar 2017-ci il tarixdən 1 iyul 2022-ci il tarixə kimi 5 il 6 ay, başqa sözlə gecikmə günlərinin sayı 2007 gün, həmin vaxt Mərkəzi Bankın uçot faiz dərəcəsinin illik 7.75% olması nəzərə alınmaqla, 166000 manat borcun vurulan zərərin məbləği aşağıdakı kimi hesablanmışdır: gündəlik faiz məbləği 166 000 x 0.0775: 360 = 35,74 manat, Fond tərəfindən 2007 gün gecikdirilməsinə görə vurulan zərərin məbləği 35,74 manat x 2007 gün = 71 730 manat. 166000 manat məbləğində pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18 avqust 2022-ci il tarixdə ödənilərək (bank ödəniş tap şırığı iş materiallarına əlavə edilib) xx.xx.2018-ci il tarixli 2(006)-3263/2018 saylı icra sənədi tam icra edilmişdir. Bu halda Fond tərəfindən yol verilən əlavə gecikdirmə 1 iyuldan 17 avqust tarixinə kimi 48 gün, başqa sözlə ümumi gecikmı günlərinin sayı 2007 gün+ 48 gün = 2055 təşkil edir. Bundan başqa hazırda, (29 mart 2023-cü il tarixdə ) Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-ə qaldırılıb. Yuxarıda göstərilənləri nəzərə almaqla Fond tərəfindən vurulan zərərin məbləği aşağıdakı kimi hesablanır: - gündəlik faiz məbləği 166 000 x 0.0875: 360 = 40,3472 manat, Fond tərəfindən 2055 gün gecikdirilməsinə görə vurulan zərərin məbləği 40,3472 manat x 2055 gün = 82 913,5 manat təşkil edir. Bundan başqa məhkəmələrdə işə baxılmasına görə 305+153+153=611 ma nat rüsum ödənilmişdir. 30.İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və 166.000 manat pulun ödənişinin 5 il 7 ay 17 gün ay gecikməsinə görə, həmin məbləğə illik 8.75 faiz hesablanmaqla 82 913,5 manatın və hazırki məhkəmə icraatı üçün çəkilmiş xərc 611 manatın ümumilikdə 83 524,5 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.Apellyasiya instansıyası məhkəməsinin 5 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. 32.Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, "xxxx" QSC ilə cavabdeh İddiaçı arasında bağlanmış müqavilələr üzrə olan depozit faiz məbləği 166.000 manat pula olan münasibətdə tələb edilən məbləğlər ayrıayrılıq da illər üzrə illik faiz uçot dərəcələri ilə hesablanaraq aşağıdakı kimi müəyyən edilir: 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin iyul ayının 1-nə kimi hesablanan faiz məbləği 82762,53; 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2022-ci ilin avqust ayının 18-nə kimi (icra edildiyi gün üçün) 84442,13; 2017-ci ilin yanvar ayının 1-dən başlayaraq 2023-cü ilin iyun ayının 5-nə kimi (qərarın çıxarıldığı gün üçün) 95690,93 manat. 33.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3182/2023 nömrəli 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov və Azad İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılan (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-383/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilən) hissədə təmin edilmiş və həmin hissədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2509/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2509/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə olan hissəsi (qət edilən 3216 manat məbləğində vəsait) nəzərə alınmaqla, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 68.514 (altmış səkkiz min beş yüz on dörd) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. 34.Kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385-390, 425, 442, 443, 445, 449, MPM-in 14.2, 76, 77, 80-82, 119, 106.2, 217.4, 220.5, 385-390, 420-ci maddələrinə, habelə kassasiya instansiyası məhkəmə sinin göstərişlərinə istinadən hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına, müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır və apellyasiya şikayəti və onun sübutedici dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. 35.Kollegiya kassasiya instansiyası məhkəməsi tərəfindən təsbit edilmiş göstərişlərə nəzərə almaqla, əlavə araşdırmanın (ekspertizanın) aparılmasını zəruri hesab etmiş, iddianın subyektiv səciyyəsini istisna etmişdir. Belə ki, aparılan ekspert rəyi üzrə hesablamaları, yəni iddianı təkzib edən sübutlar (vəsatətlər) cavabdeh tərəfindən təqdim edilməmişdir. 36.Apellyasiya şikayəti üzrə əlavə araşdırmanın nəticəsi belə qənaətə gəlməyə əsas vermişdir ki, birinci instansiya məhkəməsinın gəldiyi qənaətin əsasları düzgün müəyyən edilməmiş və işin halları əhatəli araşdırılmamışdır. Ona görə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və baxılan hissədə iddia təmin edilməklə, 166000 manat kompensasiya məbləğinin ödənilməsinin 5 il 6 ay gecikdirilməsinə görə tələb edilən 71730 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması təmin edilməlidir. 37.Birinci instansiya məhkəməsi tərəfindən 3216 manat məbləğində vəsait artıq tutulduğundan və kassasiya instansiya məhkəməsi tərəfindən bu hissədə qətnamə qanuni qüvvəsini aldığından, son olaraq hazırkı icraat çərçivəsində bu məbləğ nəzərə alınaraq (71730-3216 =) 68514 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ekspertiza ilə iddianın verilmə tarixinə hesablanan faiz məbləği 82.762,53 manat təşkil edərək iddia tələbini əhatə edir və iddianın əsasının məhz tələbdə qeyd edilən müddət əhatə etdiyindən sonradan apellyasiya icraatı zamanı verilən iddia həcminin artırılmasının nəzərə alınması üçün hüquqi əsaslar müəyyən edilmir. 38.İddia verilən zaman digər qətnamə üzrə qət edilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən iddianın əsasını davam edən pozuntu üzrə hüquqların müdafiəsi, tələbin predmeti isə bu müddətədək iddia edilən tarixə olan faiz tələbi olmuş, yəni iddia tələbinin predmetinə müvafiq onun əsasını (davam edən pozuntu olmasını) iddiaçı bilmiş və bu əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək (vəkil X2) qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 12.712 (on iki min yeddi yüz otuz) manat və ödənilmiş 772 (yeddi yüz yetmiş iki ) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə təqdim edilmiş və qeyd edilmişdir ki, hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən 166.000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair xx.xx.2018-ci il tarixli saylı icra sənədi borclu Fond tərəfindən icra edilməmi şdir. Ona görə də Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilən vaxt kompensasiya ödənişinin gecikdirilməsi müddəti başlanğıc 1 yanvar 2017-ci il 1 iyul 2022-ci il tarixə kimi, gecikmiş günlərinin sayı 2007 gün, Mərkəzi Bankın uçot faiz dərəcəsinin 7.75% olması nəzərə alınmaqla, 166.000 manat borcun qaytarılmasının Fond tərəfindən 2007 gün gecikdirilməsinə görə vurulan zərərə görə iddia tələbinin məbləği 71730 manat hesablanmışdır. Apellyasiya mərhələsində 166.000 manat məbləğində pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu tərəfindən 18 avqust 2022-ci il tarixdə ödənilərək icra sənədi tam icra edilmişdir. Bu halda Fond tərəfindən yol verilən faktiki gecikdirmə 2055 gün, hazırda Mərkəzi Bankının uçot dərəcəsi 7.75%-dən 8.75%-ə dəyişməsi nəzərə alınaraq Fond tərəfind ən borcun qaytarılmasının gecikdirilməsinə görə vurulan zərərin məbləği 82 913,5 manat hesablanmış və iddia tələbinin dəqiqiləşdirilməsi barədə apellyasiya məhkəməsinə müraciət edilmişdir. Ancaq xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müqayisədən məlum olur ki, iddia tələbində vurulan zərərin məbləği hesablanarkən gecikdirilmə dövründə Mərkəzi Bankının uçot dərəcəsinin bir neçə dəfə dəyişməsi faktı tərəflərindən nəzərə alınmayıb, yekun faiz məbləğ düzgün müəyyən edilməmişdir. Ekspert Rəyində 1 yanvar 2017-ci il - 18 avqust 2022-ci il dövrü üçün faiz məbləği 84.442.13 manat hesablanmışdır, iddia tələbi də buna uyğun olaraq dəyişdirilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ərizəni qəbul etməmiş və bunu belə əsaslandırmışdır ki, “ekspertiza ilə iddianın ver ilmə tarixində hesablanan ( 2022-ci ilin iyul ayının 1-nə kimi) faiz məbləği 82762,53 manat təşkil edərək iddia tələbini əhatə edir və iddianın əsasının məhz tələbdə qeyd edilən müddət əhatə etdiyindən sonradan apellyasiya icraatı zamanı verilən iddia həcminin artırılmasının nəzərə alınması üçün hüquqi əsaslar müəyyən edilmir. İddia verilən zaman digər qətnamə üzrə qət edilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən iddianın əsasını davam edən pozuntu üzrə hüquqların müdafiəsi, tələbin predmeti isə bu müddətədək iddia edilən tarixə olan faiz tələbi olmuş, yəni iddia tələbinin predmetinə müvafiq onun əsasını (davam edən pozuntu olmasını) iddiaçı bilmiş və bu əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş kimi qiymətləndirilə bilməz.” Məhkəmənin gəldiyi nəticə işin hallarına və qanunver iciliyin tələblərinə uyğun olmadığından, qətnamə mübahisələndirilən həmin hissədə ləğv edilməli, iddiaçının tələb etdiyi və işin müəyyən edilmiş mübahisəsiz hallarına görə ona çatmalı olan məbləğin qalıq hissəsinin (müəyyən edilmiş məbləğ 84442.13 manat tutulan məbləğ 71.730 = 12.712,13) cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qərar çıxarılmalıdır. Məhkəmə tərəfindən “iddiaçı məhkəmədə iddia qaldıran zaman iddianın əsası ona məlum olduğundan, məbləğin dəyişməsi yeni hal kimi qiymətləndirilməməlidir” arqumenti MPM-nin 53 və 372.2-cü maddəsinə və işin faktiki hallarına uyğun deyil və məsələnin bu formada həlli qanuni hesab oluna bilməz. MPM-in 53-cü maddəsinə əsasən artıq məhkəmənin icraatında olan iş üzrə iddiaçı ya iddianın əsasını, ya da predmetini dəyişdirə bilər. Qanunun tələbinə görə iddiaçı eyni zamanda həm iddianın əsasını, həm də predmetini dəyişdirə bilməz. Eyni zamanda həmin normada və apellyasiya instansiyası üzrə icraatı tənzimləyən 372.2-ci maddədə iddianın əsasının və ya predmetinin dəyişdirilməsinə o zaman yol verilir ki, bu hal sonradan iddiaçıya məlum olsun. Hazırkı iddianın əsasını cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması təşkil edir. İddianın predmetini isə cavabdehdən pul məbləğinin alınmasına dair iddiaçının maddi subyektiv hüququ təşkil edir. Tələb olunan pul məbləği isə iddianın obyektini təşkil edir. İddiaçı tərəfindən apellyasiya mərhələsində nə iddianın əsası, nə də predmeti dəyişdirilmişdir. Tələb olunan pulun məbləğinin artırılması maddi obyektin həcminin artırılması kimi qəbul edilməli və iddianın obyek tinin təşkil etməklə predmetin dəyişdirilməsi kimi qiymətləndirilməməlidir. Bu baxımdan hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizənin nəzərə alınmaması yuxarıda göstərilənlərə görə əsassız olmuşdur. Bundan başqa, başlanmış prosesin gedişatı da iddiaçının apellyasiya mərhələsində belə bir ərizə ilə müraciətinin ondan asılı olmayan hallardan qaynaqlandığını göstərir. İddiaçı məhkəməyə müraciət edərkən cavabdeh icra sənədinin icrasını təmin etməmiş, buna görə də iddiaçı həmin ərizənin verildiyi tarix üzrə məbləğ hesablamışdır. Rayon məhkəməsində icraat bitdikdən sonra cavabdeh tərəfindən icra sənədinin icrası təmin edilmişdir. Bu baxımdan iddiaçı əvvəlcədən müəyyən edə bilməzdi ki, cavabdeh icra sənədinin icrasını nə zaman təmin edəcək və vurulmuş ziyanın hesablanması üçün əsas olan bank faiz dərəcəsi nə qədər təşkil edəcəkdir. İstənilən halda, hazırkı icraat çərçivəsində cavabdehin iddiaçıya ziyan vurmaqla nəticələnin təqsirli hərəkəti başa çatdığından və bu hal işə mahiyyəti üzrə baxmaq səlahiyyətində olan apellyasiya mərhələsində baş verdiyindən iddiaçı yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələblərinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə verməkdə haqlı olmuşdur. Ümumilikdə işin bu formada həll edilməsi iddiaçının hüquqlarının pozulması ilə yanaşı bir sıra neqativ nəticələrə də səbəb olmuşdur. Birincisi, iddiaçı eyni məsələ üzrə yenidən məhkəməyə müraciət etməlidir ki, bu iddiaçıya münasibətdə əlavə vaxt və resurs itkisidir. Yeni və əlavə iddianın uğurlu olması və cavabdeh dən ziyanın tutulması vaxt və resurs itkisini aradan qaldırmır. Çünki iddiaçı artıq bir dəfə (hazırkı iş üzrə) bu məsələ ilə bağlı məhkəmə proseslərindən keçmişdir. İkincisi, bu iddiaçı ilə yanaşı məhkəmələrin resurslarının tükənməsi və əlavə iş yükü ilə yüklənməsinə gətirib çıxaracaqdır. Ödənilmiş rüsum hakim tərəfindən işə baxılması üçün sərf olunan enerjiyə və vaxta adekvat ola bilməz. Bu baxımdan qeyd edilən məsələnin hazırkı mərhələdə həll edilməsi məqsədə müvafiq olmaqla həm iddiaçının, həm də dövlətin əlavə yükdən və xərcdən azad olunmasını təmin edəcəkdir. Digər tərəfdən, MPM-in 372-ci maddəsi və həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin müvafiq qərarında olan hüquqi mövqelərə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi bir sıra səlahiyyətlə rə malikdir. Bura yeni sübutların əldə olunması, əlavə araşdırmanın aparılması ilə yanaşı iddianın həcminin artırılması, azaldılması və yaxud iddianın dəqiqləşirilməsi də daxildir. Burada məqsəd işlərin lüzumsuz yerə uzanmaması və əlavə məhkəmə araşdırmalarının qarşısının alınmasından ibarətdir. Lakin apellyasiya məhkəməsi bu hala əhəmiyyət vermədən qeyd olunan prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız olaraq iddianın həcminin artırılmasına dair ərizəni qəbul etməyərək iddiaya həmin ərizəyə münasibətdə qiymət verməmişdir. Hesab edilir ki, bu mübahisələndirilən qətnamənin həmin hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması üçün əsasdır. 41.Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir. 42.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq məhkəmə qərarı çıxan anadək Əmanətlərin Sığortalanması Fondu iddiaçının əmanətçi olması barədə tutarlı dəlillərə malik olmamış və bu səbəbdən də məhkəmə iddiaçının əmanətçi hüquqlarını tanıdıqdan və ona kompensasiya ödənilməsi barədə qərar verdikdən sonra məhkəmənin qərarına əsasən kompensasiya ödənişini həyata keçirmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçıya məxsus vəsait bankdan çıxarılmış, lakin iddiaçı məhkəmə yolu ilə həmin vəsaitin onun tərəfindən çıxarılmış olmadığını iddia edərək həmin vəsaitə tələb hüququnu məhkəmə qaydasında bərpa etmişdir. Əmanətlərin Sığortalanması Fondu isə bank ləğv edildikdən sonra əmanətçilərə aid reyestrdə iddiaçının adının olmad ığını və həmin vəsaitin artıq çıxarılmış olduğuna əsaslanaraq iddiaçının əmanətçi statusunu tanımamışdır. Göründüyü kimi, Əmanətlərin Sığortalanması Fondu mövcud faktiki məlumatlara əsaslanmış və həmin hal üzrə kompensasiya öhdəliyini icra etməli olmadığı qənaətinə gəlmiş, yalnız məhkəmənin qərarına əsasən həmin vəsaiti ödəmişdir. Belə olan halda, Fond tərəfindən öhdəliyin icrasının təqsirli olaraq gecikdirilməsi və gecikdirilmiş günlər üçün faizlərin hesablanması hüquqa və məntiqə uyğun deyildir. 43.Cavabdehin hərəkətsizliyi real vəziyyət üzrə əldə olan məlumatlar əsasında, yəni iddiaçının adının əmanətçilərin reyestrində olmaması, ona məxsus vəsaitin bankdan çıxarılmış olması qənaəti üzrə edilmiş hərəkətsizliklə xarakterizə olunur. Göründüyü kimi, belə olan halda zərərvurulma faktı mövcu d deyil və dövlət büdcəsinin vəsaitləri hesabına böyük sayda əmanətçilərə kompensasiya ödəmək öhdəliyi daşımaqla dövlətin daxili stabilliyinin tənzimlənməsində özünəməxsus rola malik olan Fondun (ləğvedicinin) maliyyə vəziyyətinin çətinləşməsinə səbəb olan ədalətsiz qərarın qəbul edilməsi doğru deyildir. İş materiallarından göründüyü kimi, ayrı-ayrı məhkəmə instansiyalarında Fondun mövqeyi birmənalı olmuş və son məhkəmə aktı qüvvəyə minən anadək həmin mövqe müdafiə edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddia olunan vəsait bankın əmanətçilərə kompensasiya ödənilməsi ilə bağlı təqdim etdiyi reyestrdə mövcud olmadığı üçün kompensasiya şəklində ödənilməsi Fond tərəfindən məqbul hesab edilməmiş, həmin tələbin yalnız kreditor tələb kimi qeydə alınaraq etiraz edilmiş tələblər siyahısına daxil edilməsi doğru hesab edilmişdir. Bununla belə, həmin vəsait (166.000 manat) qüvvəyə minmiş yekun məhkəmə aktına əsasən tam şəkildə ödənilmişdir. Həmin məbləğin gecikdirilməsi nəticəsində iddiaçıya maddi zərərin vurulması məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, yekun məhkəmə aktına əsasən könüllü icra müddətində cavabdeh tərəfindən ödəniş tam məbləğdə həyata keçirilmiş və bu səbəbdən zərərvurma faktı mövcud olmamışdır. Cavabdeh tərəfindən ödəniş könüllü icra müddətində və iddiaçı tərəfindən bank rekvizitləri təqdim edildikdən dərhal sonra həyata keçirilmişdir. Bu səbəbdən hər hansı gecikdirmədən və bunun maddi zərər vurulması ilə nəticələnməsindən söhbət gedə bilməz. Hətta icra məmurunun məcburi icra tədbirləri ilə bağlı əsassız hərəkətlərindən davabdeh tərəfindən verilmiş şikayət rayo n məhkəməsi tərəfindən təmin edilmiş və könüllü icra müddətinin mövcud olması faktı təsdiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 44.Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. 45.Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" KB-in 1 oktyabr 2016-cı il tarixdə Mərkəzi Bankının qərarı ilə müflis elan olunması əmanətçi kimi iddiaçıya münasibətdə sığorta hadisəsinin baş verməsi ilə nəticələnmiş, Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya 166.000 manat məbləğdə kompensasiya ödəmək öhdəliyi yaranmışdır. Fond öhdəliyin icrasının qanunvericilikdə nəzərdə tutulmuş 90 gün ərzində, yəni 1 yanvar 2017-ci il tarixədək icra etməmiş, iddiaçıya kompensasiya ödəməmişdir. İddiaçının Fonda qarşı qaldırdığı iddia tələbi əsasında mövcud qanunvericiliyin tələ blərindən irəli gələn həmin öhdəliyin məcburi icra olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 16 mart 2022-ci il tarixli 2(102)- 1040/2022 saylı yekun qərarı ilə də təsdiq edilmiş və yalnız bundan sonra, 18 avqust 2022-ci il tarixdə Fond məhkəmə qətnaməsini icra edərək 166.000 manat məbləğində pul vəsaitini iddiaçının hesabına köçürərək kompensasiya vermək öhdəliyini yerinə yetirmişdir. Cavabdehin kassasiya şikayətində işin yuxarıda göstərilən halları etiraf edilərək göstərilir ki, Əmanətlərin Sığortalanması Fondu bank ləğv edildikdən sonra əmanətçilərə aid reyestrdə iddiaçının adının olmadığını və həmin vəsaitin artıq çıxarılmış olduğuna əsaslanaraq iddiaçının əmanətçi statusunu tanımamış və həmin hal üzrə kompensasiya öhdəliyini icra etməli olmadığı qənaətinə gəlmiş, yalnız məhkəmənin qərarına əsasən həmin vəsaiti ödəmişdir. Belə olan halda Fond tərəfindən öhdəliyin icrasının təqsirli olaraq gecikdirilməsi və gecikdirilmiş günlər üçün faizlərin hesablanması hüquqa və məntiqə uyğun deyildir. Kassasiya şikayətinin məzmunundan görünür ki, dəlillər tamamilə absurd bir mülahizədir və belə mövqedən çıxış etməsi qanuni qüvvəsini almış (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli və xx.xx.2022-ci il tarixli qətnamələri) məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları şübhə altına almaqdan ibarətdir, buna isə MPM-nin 82-ci maddəsi yol vermir. MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məh kəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından hazırkı iş üzrə iddianın faktiki əsasını, Fond tərəfindən iddiaçıya kompensasiya vermək öhdəliyinin 1 yanvar 2017-ci il tarixindən başlayaraq gecikdirilməsi təşkil edir, bu da Ali Məhkəmənin 16 mart 2022-ci il tarixli 2(102)-1040/2022 nömrəli yekun qərarı ilə də təsdiq edilmişdir. Kassasiya sikayətinin dəlilləri faktiki və hüquqi cəhətdən əsassız olmaqla yanaşı prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Cavabdeh prosessual hüquqlardan sui-istifadə edərək əsaslar olmadığı halda, hazırkı mülki işdə iddia tələbinə qarşı verdiyi etirazda və apellyasiya şikayətində istinad etdiyi dəlilləri təkrar irəli sürməklə eyni məzmunda kassasiya şikayəti vermişdir ki, bu da prosessu al qanunvericilikdə nəzərdə tutulan qanuni hədlər daxilində deyil. Bu dəlillər aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələrdə rədd edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə 46.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 47.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb e tmək hüququ vardır. 48.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 49.Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 50.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur 51.Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 52.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 53.Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Prosessual Məcəllə 54.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 55.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 56.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 57.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 58.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 59.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 60.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 61.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır. 62.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Kassasiya şikayətləri üzrə qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 65.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 66.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyas ı məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, iddiaçının qanunla icra edilməli olan pul öhdəliyin vaxtında icra edilməməsi üçün ziyan tələb etmək hüququnun olmasını müəyyən etmiş və zərərin məbləğinə dair düzgün nəticəyə gəlmişdir. 67.Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutl ar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 68.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 69.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(103)-3182/2023 nömrəli mülki iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.