Məhkəmə qərarları › İş №2(102)-977/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-977/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-977/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh nümayəndəsi və vəkili Vəkiliştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(103)-9790/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim E.Nuriyev) 22.0 9.2017-ci il tarixli, 2(007)4290/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 23.01.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli, 2(007)-4290/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəblu edilməsi, İddiaçı və Cavabdeh arasında bağlanmış 24.12.2016-cı il tarixli, ****** saylı NK tərəfindən təsdiq edilmiş kredit müqaviləsi və həmin kreditin təminatı olaraq bağlanmış Bakı şəhəri, ünvan 1 ünvanda yer ləşən mənzilin ipoteka ilə yüklü edilməsi barədə 24.12.2016-cı il tarixli, ******* saylı NK tərəfindən təsdiq edilmiş ipotea müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Şadiyev, Q.Allahverdiyev, İ.Xələfov) 27.06.2018-ci il tarixli qərarı ilə Cavabdeh və vəkili Vəkilkassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə olan 23.01.2018-ci il tarixli, 2(103)-1308/18 saylı qətnaməsinin ləğv edilməsi, işə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) 03.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli, 2(007)-4290/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.06.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən idd iaçının hüquqlarını mühüm dərəcədə pozmuş, onu ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmiş, iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni sadalamaqla kifayətlənmiş, apelyasiya şikayətinin dəlilləri üzrə düzgün araşdırma aparmamış və həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddia tələbinin predmetini iki müqavilə - 24.12.2016-cı il tarixli kredit müqaviləsi və 24.12.2016-cı il tarixli ipoteka müqaviləsi təşkil etmiş, iddianın məzmunu ilə də məlum olmuşdur ki, kredit müqaviləsi ona görə mübahisələndirilmişdir ki, həmin müqavilə iddiaçının keçmiş həyat yoldaşı X7 ilə nikahda olduqları dövr ərzində keçmiş həyat yoldaşının ona təzyiq göstərərək məcburi ş əkildə tələb edilməsi ilə bağlanmış, o cümlədən cavabdeh şəxslə aralarında kredit müqaviləsi bağlanarkən iddiaçıya müqavilənin mahiyyəti barədə məlumat verilməmiş, eyni zamanda həmin vaxt və ümumiyyətlə heç vaxt iddiaçının Cavabdehla hər hansı işgüzar münasibəti olmamış, ondan heç vaxt borc almamış, sadəcə cavabdehi həyat yoldaşının dostu kimi tanımışdır. Göründüyü kimi, iddiaçı qeyd edilən kredit müqaviləsini iki əsasla mübahisələndirmiş, birinci əsasə müqavilənin görünüş üçün, yəni iddiaçının həyat yoldaşının təzyiqi altında həyat yoldaşının cavabdehə olan borcu ilə əlaqədar məcbur olaraq bağlanması, ikinci əsasə isə müqavilə bağlanarkən və ya ümumiyyətlə heç vaxt iddiaçının Cavabdeh borc almaması, ona müqavilə bağlanarkən, müqavilə bağlandıqdan əvvəl və ya sonra hər hansı məbləğdə pul v erilməməsidir. Lakin işə baxan məhkəmələr o cümlədən sonuncu apelyasiya instansiyası məhkəməsi müqavilənin etibarsızlığına dair yalnız bir əsasla olan hissəsinə dair araşdırma aparmış, digər istiqamətə iddia tələbinin həmin hissəsi üzrə toxunulmamış və məhkəmə qətnaməsində müzakirə edilməmişdir. Lakin müqavilə hər iki əsasla etibarsız hesab edilməlidir. Belə ki, kredit müqaviləsinin predmetini təşkil edən 200000 manat pul birbaşa olaraq Cavabdeh iddiaçıın keçmiş həyat yoldaşı barəsində 05.12.2016-cı il tarixdə Nəsimi rayon Polis şöbəsində verdiyi və onun keçmiş həyat yoldaşından tələb edilən pulla bağlıdır. Bu hal iş materiallarında və Nəsimi RPİ-nin tələb edilən cinayət işi materiallarında olan Cavabdeh izahatı ilə təsdiqini tapmışdır. Belə ki, həmin izahatında Cavabdeh qeyd etmişdir ki, o, A6 tanıdığı üçün ona inanmış, bundan sonra 2016-cı ilin mart-aprel aylarına kimi özündə olan və dostlarından borc olaraq aldığı 250000 ABŞ dolları pulu üç dəfəyə Nəsimi rayonu ərazisində A6la şəxsən görüşərək pulları ona vermişdir. Lakin məhkəmə nədənsə Cavabdeh bu ifadəsini təhrif edərək Yalnız iddiaçının keçmiş həyat yoldaşı A6 tərəfindən verilmiş izahata istinad edərək qeyd etmişdir ki, həmin pul Cavabdehin dostu C6 adlı şəxsdən alınmış pul olmuş və həmin pulla bağlı A6ın atasına məxsus ****** şəhərində olan əmlak kompleksi girov qoyulmuşdur. Halbuki, bu hal iş materialları, eləcə də Cavabdeh izahatında və verdiyi şikayət ərizəsində təkzib edilmişdir. İşə baxan apelyasiya məhkəməsi pul məbləğlərinin fərqli olmasına istinad edərək, məhz A6 izahatının nəyə görə sübut kimi qəbul edildiy i halda iddiaçının həmin halla bağlı dəlillərini rədd etməsini əsaslandırmamış, o cümlədən Cavabdeh ifadələrini təhrif etməklə onun izahatı ilə A6 vermiş olduğu izahat arasındakı ziddiyyətləri araşdırmamış, işdə olan bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu şərh etməmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməmişdir. Məhkəmələr nəzərə almalı idi ki, iddiaçı əqdi keçmiş həyat yoldaşı ilə nikahda olduqları dövrdə onun təzyiqi ilə bağlanmışdır. Belə bir vəziyyətdə, yəni iddiaçının keçmiş həyat yoldaşı ilə münasibətlərinin olduğu 2017-ci ilin may ayına kimi olan dövr ərzində iddiaçının həyat yoldaşından şikayət etməməsinin ağlabatan olması, onun öz ailəsini qorumaq istəyi, həyat yoldaşına və ailəsinə olan bağlılığı, eləcə d ə milli mentalitet dəyərlərləri və s. onun öz ailəsindən şikayət etməsini imkansız etmiş, yalnız keçmiş həyat yoldaşı tərəfindən aldadıldığını gördükdən sonra onunla arasında olan nikahın pozulması barədə məhkəmədə iddia qaldırmış və həmin vaxtki kredit müqaviləsinin etibarsızlığı barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası MM-nin 339.4-cü maddəsinə uyğun olaraq etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi müqavilənin görünür üçün bağlanmasını, müqavilə qarşılığında hər hansı məbləğdə pul alınmadığını, iddiaçının bununla bağlı arqumentlərini ümumiyyətlə müzakirə etməmiş və həmin istiqamətdə heç bir araşdırma aparmamışdır. Halbuki, işin hallarına görə həmin kredit müqaviləsi uydurma əqd kimi bağlanmış və iddiaçının ərinin borcuna görə bağlanmış yalan əqd olmuşdur. İpoteka müqaviləsinin etibarsızlığı məsələsinə gəldikdə isə, apelyasiya instansiyası məhkəməsi qeyd edilən ipoteka müqaviləsinin etibarsızlığına hüquqi qiymət verməmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsinin səbəbini, ipoteka predmeti olan müqavilənin dövlət qeydiyyatına alınıb-alınmadığını araşdırmamışdır. Halbuki, ipoteka müqaviləsi həm əsas öhdəliyin əsasını təşkil edən kredit müqaviləsinin etibarsız hesab edilməsi baxımından, habelə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmaması baxımından özlüyündə etibarsızdır və məhkəmə ən azından həmin hissədə iddia tələbini etibarsız hesab etməli idi. Çünki ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamış, özlüyündə heç bir hüquqi qüvvəsi olmamış və əhəmiyyətsiz əqd olmuşdur. B eləliklə, apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh və üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. ünvan 2 ünvanlayaraq, işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyas ı Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsinin əsaslı qəbul edilməsini, kassasiya şikayətinin dəlillərinin əsasının olmadığını bildirərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli qətnaməsin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 03.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 24 dekabr 2016-cı il tarixli “Kredit müqaviləsi”nə əsasən “borc verən” Cavabdeh “borc alan” İddiaçı 200000 manat məbləğində borc pul verdiyini, “borc alan” İddiaçı kred iti 30.04.2017-ci il tarixədək “borc verən” Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kreditin təminatı olaraq bağlanmış 24 dekabr 2016-cı il tarixli “İpoteka müqaviləsi”nə əsasən ipoteka qoyan X8 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 77 kv.m olan mənzili İddiaçı yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 noyabr 2016-cı il tarixli ***** seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən 1050,2 kv.m olan ünvan 4 ünvanında yerləşən “Əmlak kompleksi kimi müəssisə” X2 adına xüsusi mülkiyyət hüququ üzrə 1 №-li reyestr kitabının 104 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. Eyni zamanda sö zügedən mənzil X3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Mənzilin alqı-satqısına dair 15 avqust 2013-cü il tarixli ilkin müqavilə ilə X3 adından etibarnaməyə əsasən, X6 Bakı şəhəri, ************** küçəsi, ****-cü məhəllə (bəzi sənədlərdə ************* küçəsi, *****) ünvanında inşa edilmiş 14-cü mərtəbədə ümumi sahəsi 83,47 kv.m olan 2-otaqlı 2 a saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 81500 manata alıcı X1 barədə müqavilə bağlamışlar, bu barədə reyestrə ************** № ilə qeyd edilmişdir. İddiaçı kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilələrin qanunvericiliyin tələblərinin pozulması ilə təzyiq altında bağlanmasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Əksinə, Cavabdeh və X4 Bakı şəh əri, Nəsimi rayon Polis İdarəsində Cavabdeh ərizəsi üzrə araşdırma zamanı verdikləri izahatlarında A6, həqiqətən, Cavabdehin dostu C6 adlı şəxsdən 2016cı ilin əvvəlindən bir neçə ay müddətində 3 dəfəyə 250000 ABŞ dolları pul aldığını və sonradan qaytara bilmədiyini və həmin pulun müqabilində atası X2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən “Əmlak kompleksinin” girov qoyulması barədə müqavilə bağlandığını, 2017-ci ilin mart ayına kimi obyektin satıldığı təqdirdə pulunun, əks təqdirdə isə obyektin C6in adına keçirilməsi barədə girov müqaviləsinin bağlandığını təsdiq etmişlər. Məhkəmə araşdırmaları zamanı X4 qaytara bilmədiyi 250000 ABŞ dolları məbləğində pulun hazırki iş üzrə məhkəmə mübahisəsi olan İddiaçı ilə Cavabdeh arasında 200000 manat məbləğində borc alınması və ipoteka ilə təmi n olunması barədə müqavilələrlə bağlı olmadığı müəyyən olundu. Belə ki, Cavabdeh ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində araşdırma aparılan işdə X9 tərəfindən qaytarıla bilməyən pul məbləği 250000 ABŞ dolları, hazırki işdə isə iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan kredit müqaviləsi üzrə mübahisə 200000 manatla bağlıdır. Bununla yanaşı, apellyasiya baxışı zamanı İddiaçı Cavabdeh ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində araşdırma aparılan işdə keçmiş həyat yoldaşı X9 tərəfindən qaytarıla bilməyən 250000 ABŞ dollarının hazırki işdə mübahisələndirdiyi kredit müqaviləsinin predmeti olan 200000 manatla hər hansı bağlılığından məlumatsız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı müqaviləni həyat yoldaşının təzyiqi altında bağlamağa məcbur qalması ilə bağlı dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edə bilməməklə yanaşı, o, bu cür təzyiqlərin mövcudluğu halında belə müqavilə bağlandıqdan sonra ötən 6 aya yaxın müddət ərzində ona təzyiq edilməsi və müqavilə bağlamağa məcbur edilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq mülki hüquq subyektlərinin müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən edilmişdir (maddə 6). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsı z əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Bu baxımdan məhkəmə kollegiyası İddiaçı sözügedən müqaviləni təzyiq nəticəsində, mülki qanunvericiliyin tələblərinin pozuntusu ilə bağlaması barədə dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas vermir. əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 14.2, 217.4 və 218.3). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktl ar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilməd ən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2018-ci il tarixli, 2(103)9790/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar