Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-977/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil oğlunun iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-4585/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərardadından Cavabdeh oğlu və vəkili Vəkil2 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqa yıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddia tələbinin təmin edilməsi, Cavabdeh oğlundan əsas borc üzrə 2.000.000 manat, faiz borcu üzrə 376.277,01 manat, ümumilikdə 2.376.277,01 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun cavabdehdən alınıb Dövlət Xəzinardarlığı Agentliyinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi G.F.Tağızadə, hakimlər T.O.Quliyev və E.G.Rəhimov) Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilibedilmədiyinin yoxlanılması üçün apellyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2019-cu il tarixli qərardadından Cavabdeh oğlu və vəkili Vəkil2 oğlu kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh oğlu və vəkili Vəkil2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, qərardad maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edil məlidir. Belə ki, cavabdeh tərəfindən dövlət büdcəsinə ödəniş edilmiş, lakin bank işçisinin diqqətsizliyi nəticəsində qəbzdə Sumqayıt Apellyasiya Məhkəməsi deyil, Sumqayıt Şəhər Məhkəməsi qeyd olunmuşdur. Hazırda cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına rüsum ödənilmiş və hazırki şikayətə əlavə olunmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)4585/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilib verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə 02 dekabr 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-4585/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası tərəfin apellyasiya şikayəti üzrə işə baxılmasının mümkünlüyünü yoxlayıb hesab etmişdir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. Belə ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Sumqayıt Şəhər Məhkəməsinin hesabına keçirilmişdir. Apellyasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması üçün apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası k imi aşağıdakıları qeyd etmişdir: «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4 və 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50% miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təstiq edən sübutlar əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun («X» X2 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25% həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını ya xşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh oğlu və vəkili Vəkil2 oğlu kassasiya şikayətində qeyd etmişdirlər ki, “qərardad maddi və prosessua l hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfindən dövlət büdcəsinə ödəniş edilmiş, lakin bank işçisinin diqqətsizliyi nəticəsində qəbzdə Sumqayıt Apellyasiya Məhkəməsi deyil, Sumqayıt Şəhər Məhkəməsi qeyd olunmuşdur. Hazırda cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına rüsum ödənilmiş və hazırki şikayətə əlavə olunmuşdur”. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Sumqayıt Şəhər Məhkəməsinin hesabına keçirildiyindən apellyasiya şikayəti üzrə apellya siya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hüquq normalarının tələblərinə uyğun, qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-4585/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qər
Məhkəmə qərarları › İş №2(102)-977/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-977/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver