Məhkəmə qərarları › İş №2(102)-978/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-978/2019

19.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-978/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il İŞ № 2(102)-978/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-cı il tarixli, 2(103)-8700/2018 saylı qətnaməsindən Cavabdeh1 və vəkili X3 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(010)193/2018 saylı qət naməsi ilə (sədrlik edən, hakim G.K.İmanova) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılması” barədə iddiası təmin edilərək, Cavabdeh1 əsas borca görə 8.338,91 ABŞ dolları, faiz borcuna görə 1.501,22 ABŞ dolları pulun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli, 2(103)8700/2018 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili xxx qətn amədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 17 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 26 ay müddətinə, illik 0 faizlə 11.670 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda borclu Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu keriditi və ona hesablanmış faizləri iddiaçı təşkilata ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Tərəflər arasında b ağlanmış müqavilənin müddəti bitməsinə baxmayraq hazırkı vaxtadək Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcu ödənilməmiş qalır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 8.338,91 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.201,69 ABŞ dolları, cəmi 10.540,6 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh1, vəkili xxx və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələ blərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas, faiz borcunun yaranmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqe yini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddia tələbini təmin edərkən iddia tələblərindən kənara çıxmışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı təşkilat 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 26 ay müddətinə, illik 0 faiz olmaq şərti ilə 11.670 ABŞ dolları kredit verdiyini iddia etmiş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 8.338,91 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.201.69 ABŞ dolları pulun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçı təşkilatın sözügedən kredit müqaviləsi üzrə 11.670 ABŞ dolları kredit borcunu Cavabdeh1 illik 0 faizlə verməsinə diqqət yetirmədən, iddia ərizəsində iddiaçı təşkilatın cavabdehlərdən faiz borcuna görə hər hansı məbləğ tələb etməməsinə əhəmiyyət vermədən və birinci instansiya məhkəməsinin iddia tələblərindən kənara çıxaraq faiz borcuna görə Cavabdeh1 iddiaçı təşkilatın xeyrinə 1.501,92 ABŞ dolları pul tutmasını nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin mənasına görə, məhkəmə bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır və məhkəmə iddia t ələblərindən o, vaxt kənara çıxa bilər ki, qanunda göstərilən hər hansı müstəsna hallar olmuş olsun. Hazırkı işdə isə belə hallar mövcud deyil. Ona görə də kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddia tələblərindən kənara çıxdığı və apellyasiya instansiyası məhkəməsi bununla razılaşdığı üçün, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- Cavabdeh1 1.501,92 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Digər tərəfdən iddia ərizəsindən görünür ki, iddia tələbləri Cavabdeh1la yanaşı Cavabdeh2 qarşı da yönəldiyi və 18 iyul 2017-ci il tarixdə sonuncu öldüyü halda, işə baxan məhkəmələr tərəfin dən Cavabdeh2 münasibətdə hər hansı qərar qəbul edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin mənasına görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 8.338,91 ABŞ dolları əsas kredit borcu tələbinə gəlincə isə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı təşkilat Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 8.338,91 ABŞ dolları əsas borcunun olduğunu iddia etmişdir. Eləcə də işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 17 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 17 may 2017-ci il tarixə iddiaçı təşkilata ödənilməmiş 8.338,91 ABŞ dolları əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları, işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspert rəyi ilə tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələblə ri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Ona görə də əsas borcun tutulması hissəsində kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili X3 oğlunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli, 2(103)-8700/2018 saylı qətnaməsi qismən Cavabdeh1 faiz borcuna görə 1.501,92 ABŞ dolları pulun tutulub İddiaçı-nə verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia ərizəsi rədd olunsun, qalan hissədə qətnamə dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar