Məhkəmə qərarları › İş №2(102)-978/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-978/2024

19.03.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-978/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müddət ötürülməklə verilmiş kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətindən imtina etmənin qəbul edilməsi şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(105)-173/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikay ətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 25 iyun 2015-ci il tarixli kxedit müqaviləsi üzrə 13132,24 ABŞ dolları əsas, 22840,82 ABŞ dolları faiz, 3240,23 ABŞ dolları cərimə, qecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40157,14 ABŞ dolları məbləğində borcun, məhkləmə xərclərinin tutulmasını, tutmanın ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən və torpaq sahəsindən istifadə hüquqlarını n itirilmiş hesab edilərək çıxarılmaları, həmin əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Abşeron Rayon Məhkəməsinin, 17 iyun 2022-ci il tarixli, e-2(012)-208/2022 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh2 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 13132,24 ABŞ dolları əsas, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14176,09 ABŞ dolları borcun və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uy ğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m. yaşayış, 57.2 kv.m. yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiym ətinin 110.000 manat məbləğində müəyyən edilməsi, qeyd olunan yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi, digər şəxslərin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9da yerləşən 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları hissəsi dəqiq və konkret olmadığından iddia tələb inin bu hissələrdə rədd edilməsi, 200 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 129 manat pulun Cavabdeh1 hüquqi varisi Cavabdeh2, 71 manatın isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

3. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir.

4. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2023-cü il t arixli, 2(105)-173/2023 nömrəli qətnaməsi ilə (hakim L.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və S.Qafaridən ibarət tərkibdə) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi qismən - faiz borcunun təmin edilməməsi, cəmi borca görə 14176,09 ABŞ dolları tutulması, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi faiz borcuna dair hissədə qismən təmin edilərək, 9.013,47 ABŞ dolları, cəmi borca görə 23189,56 ABŞ dollarının (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manat uyğun məzənnə nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin yaşayış evi və torpaq sahəsinə istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(105)-173/2023 nömrəli qərardadı ilə (hakim A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Rəhimli və G.Cabbarovadan ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iş üzrə cavabdehin vəkili Vəkil1 elektron kabinetinə 06 oktyabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda cavabdehin qətnamədən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan prosesual müddətin axımı həmin tarixdən hesablanmalıdır. Bu halda cavabdehin qətnamədən kassasiya şikayəti verməsi üçün nəzərdə tutulan prosessual müddətin son günü xx.xx.2023-cü il tarixinə təsadüf edir.

9. İşdən göründüyü kimi cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elek tron kabinet vasitəsilə verilmişdir. Beləliklə cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməklə kassasiya şikayəti vermiş, habelə şikayətə ötürülmüş müddətin bərpası barədə vəsatət əlavə etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(105)-173/2023 nömrəli qərardadından kassasiya şikayəti vermişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılıb ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh2 göndərilməmiş (rəsmi qaydada verilməmiş), bu səbəbdən o, qətnamənin verilməsi üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmə q ətnaməsi rəsmi qaydada ona təqdim olunmuş və prosessual qanunvericiliklə müəyyən olunmuş iki ay müddətdə qətnamədən kassasiya şikayəti vermişdir. Lakin məhkəmə qətnamənin Cavabdeh2 nümayəndəsinə daha əvvəl təqdim olunduğuna istinad edərək hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürülmüşdür. Hesab edir ki, məhkəmə prosessual müddətin axımını qətnamənin məhz Cavabdeh2 rəsmi qaydada verildiyi tarixdən hesablamalı idi. Bu baxımdan məhkəmə prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

15. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.

16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çat dırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibin ə verməlidir. 18. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

22. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...

23. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

24. Maddə 418.1. Maddi və prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insa n hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

27. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəz ərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

28. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə Cavabdeh2 nümayəndəsi - vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş dir.

30. Bu halda MPM-nin 146-cı maddəsinə əsasən qərardad cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada verilmiş hesab edilir. MPM-nin 405.0.1-ci maddəsinə əsasən cavabehin qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və iki ay davam etmişdir. Lakin cavabdeh kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, yəni 29 dekabr 2023-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə vermişdir.

31. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi isə, kassasiya şikayətinin geri qa ytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.

32. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

33. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, kassatorun nümayəndəsi ərizə ilə müraciət edərək, kassasiya şikayətindən imtina etdiyini, imtinanın qəbul edilərək icraata xitam verilməsini xahiş etmişdir.

34. Lakin məhkəmə kollegiyası nümayəndənin vəsatətini qəbul etmə mişdir. Belə ki, MPM-nin 410.1-ci maddəsinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

35. Həmin Məcəllənin 410.2-ci maddəsində deyilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

36. Göründüyü kimi kassasiya şikayətindən imtina etmə, hər bir halda icraata xitam verilməsinə səbəb olmur. Bunun üçün MPM-nin 191-ci maddəsində göstərilən halların araşdırılması zəruridir.

37. Həmin normada qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbin in dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (MPM 191.1). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdi kdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (MPM 191.2).

38. Ərizədə iddiadan imtina etmənin hüquqi nəticələri (yəni məhkəmə tərəfindən onun imtinasının qəbul ediləcəyi təqdirdə qətnamənin qanuni qüvvəyə minəcəyi, icraata xitam veriləcəyi, qətnamədən təkrar şikayət verməsinin mümkün olmayacağı və s.) aydın şəkildə şərh edilmədiyinə görə məhkəmə kollegiyası həmin ərizəni kassasiya şikayətindən imtina etmənin qəbul edilməsi üçün əsas hesab etməmişdir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(105)-173/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar