Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-218/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma tələbinə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-212/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı İKB ASC Cavabdeh1 illik 26 % ilə 36 ay müddətinə 12800 ABŞ dolları məbləğində kredit vermişdir.
2. 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 33500 manat məbləğində müəyyən edilmişdir.
3. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 9377,11 ABŞ dolları əsas, 13113,02 ABŞ dolları faiz, 2661,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26265,04 ABŞ dolları borcu vardır.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 235,06 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 235,06 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə xx.xx.2021-ci il tarixədək Cavabdeh1 "xxxx" ASC (əvvəlki adı: İddiaçı İKB ASC)-yə olan əsas borcu 9300,52 ABŞ dolları, faiz borcu 6197,63 ABŞ dolları, faiz borcu (illik 5 %-lə) 1761,60 ABŞ dolları təşkil edir.
5. "xxxx" MMC-nin 03 yanvar 2022-ci il tarixli, 352 E №-li ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 50,7 kv.m ümumi, 39,0 kv.m əsas, 11,7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 38000 manat, likvid dəyərinin 30000 manat olduğu müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" ASC Cavabdeh1n qarşı məhkəməyə müraciət edərək (cavabdehdən "xxxx" ASC-nin xeyrinə 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9377,11 ABŞ dolları əsas borc, 13113,02 ABŞ dolları faiz borcu, 2661,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26265,04 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, -tutmanın Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, -həmin əmlakın açıq hərracdan satılması və borcun Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, - satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı İKB ASC-dən illik 26 faiz ilə 36 ay müddətinə 12.800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən, 3 otaqlı, 50.7 kv.m ümumi, 39.0 kv.m yaşayış və 11.7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi 2015-ci il 07 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 03-dək Cavabdeh1 2015-ci il 07 yanvar tarixli kredit müqaviləsi üzrə banka 9377,11 ABŞ dolları əsas borc, 13113,02 ABŞ dolları faiz borcu və 2661,66 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 25151,79 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş və eyni zamanda reyestr orqanına ərizə göndərilərək bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 03 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9377,11 ABŞ dolları əsas borc, 13113,02 ABŞ dolları faiz borcu, 2661,66 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 26265,04 ABŞ dolları borcu vardır. 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər onun tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 10.3.2-ci bəndinə əsasən borc alan üzərinə qoyulan öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2022-ci il tarixli, 2(012)-2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan 9300,52 ABŞ dolları əsas, 6197,63 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16711,40 ABŞ dolları və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ödənilməsi; -tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) 30000 manat məbləğində müəyyən edilməsi, -Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, -Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, -iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsində rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələb etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı rəyinə əsasən isə faiz borcu (illik 5 %-lə) 1761,60 ABŞ dolları müəyyən edilmişdir. Lakin iddiaçı "xxxx" ASC tərəfindən iddia tələbinin artırılmasına dair ərizə təqdim edilmədiyindən, Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1113,25 ABŞ məbləğində əldən çıxmış fayda, 100 ABŞ dolları cərimə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 9/1267 saylı rəyini nəzərə alaraq, 9300,52 ABŞ dolları əsas, 6197,63 ABŞ dolları faiz olmaqla, cəmi 16711,40 ABŞ dolları borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa iş materiallarında 07 yanvar 2015-ci il tarixli, 27-G-1-0-7-15 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi 33500 manat qiymətləndirilmişdir. Lakin məhkəmə "xxxx" MMC-nin 03 yanvar 2022-ci il tarixli, 352 E №li ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də 30000 manat müəyyən edilməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 445.1, 448.1, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1.1, 59.3-cü məddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 10 iyun 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, "xxxx" MMC-nin 03 yanvar 2022-ci il tarixli, 352 E №-li ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39.0 kv.m əsas, 11.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 38.000 manat, likvid dəyərinin 30.000 manat olduğu müəyyən edilmişdir. O, "xxxx" MMC-nin 03 yanvar 2022-ci il tarixli, 352 E №-li ekspert rəyi ilə qəti şəkildə razılaşmır. Çünki "xxxx" MMC tərəfindən verilən rəy yalnız iddiaçı tərəfin maraqlarını təmin edir. Rəyin alınması iddiaçı tərəfin istəyi ilə "xxxx" MMC tərəfindən keçirilmiş və buna görə də yalnız iddiaçı tərəfin maraqlarını təmin edir. "xxxx" MMC onun evinə baxış keçirmədən evini qiymətləndirmişdir. Evinin qiyməti 38.000 manat yox, daha yüksəkdir. Ona görə də, yenidən ekspertiza keçirilməli, evi yenidən qiymətləndirilməli və rəyin verilməsi məhkəmə tərəfindən müəyyən edilmiş ekpsertiza mərkəzinə həvalə edilməlidir.
13. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(012)- 212/2022 nömrəli qətnaməsinin ləğv edilərək Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39.0 kv.m yaşayış və 11.7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39.0 kv.m yaşayış və 11.7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsində iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh apellyasiya şikayəti verməklə işi süni şəkildə uzatmağa çalışır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılamasını xahiş edir.
15. Cavabdeh2 rəsmi poçt vasitəsilə yanaşı, bildirişin elektron kabinetə yerləşdirilməsi, həmçinin 050 394 07 47 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
17. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Maddə 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
21. Mülki Prosessual Məcəllə
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. .
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(012)-212/2022 nömrəli qətnaməsini ipoteka predmetinin dəyəri hissəsində mübahisələndirsə də, şikayətin tələb hissəsində ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir.
23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin həm ipoteka predmetinin dəyəri, həm də “cavabdehlərin istifadə hüququnun itirilməsi, fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması” hissələrində yoxlanılmasını zəruri hesab etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir.
25. Hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir. kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması; tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılması, cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi və s. barədədir. Mübahisələndirilən qətnamədən görünür ki, iddiaçının yuxarıda sadalanan tələbləri qismən təmin edilmişdir.
26. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, 07 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı İKB ASC-dən illik 26 faiz ilə 36 ay müddətinə 12.800 ABŞ dolları məbləğində kredit götürmüşdür.
27. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən, 3 otaqlı, 50.7 kv.m ümumi, 39.0 kv.m yaşayış və 11.7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evi 2015-ci il 07 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir.
28. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh tərəf müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür.
29. Öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, iddiaçı tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdeh tərəfə vermiş, lakin cavabdeh sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir.
30. İş materialları ilə təsdiq olunur ki, iddiaçı həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, müvafiq bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və mövcud borcun Banka qaytarılmasından yayınmışlar. Odur ki, cavabdeh tərəfin iddiaçı qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.
31. Mübahisəli kredit müqaviləsinin şərtlərinə görə borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.
32. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
33. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır.
34. Kredit borcunun kredit müqaviləsi və ona əlavə sazişə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir.
35. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin apellyasiya şikayətində mübahisələndirilən dəlillər qismən əsaslı olduğundan təmin olunmalıdır.
36. Belə ki, X4 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
37. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
38. Ona görə də kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini adları yuxarıda qeyd olunan cavabdehlərin mənzildən çıxarlılma hissəsində təmin etməklə düzgün nəticəyə gəlmiş, tərəflər arasındakı qarşılıqlı münasibətə düzgün hüquqi qiymət vermişdir.
39. Apellyasiya şikayətinin dəlillərində qeyd edilib, tələb hissəsində olmasa da kollegiya mübahisəli ipoteka predmetinin dəyəri ilə də araşdırma aparmışdır.
40. İşin tədqiq olunan faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilməsi məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş ekspsert rəyində mübahisəli əmlakın bazar dəyəri 38000 manat, likvid dəyəri isə 30000 manat müəyyən edilmişdir.
41. Apellyasiya icraatı zamanı da yenidən qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanı aparılması Ədliyyə Nazirliyinin MEM-ə həvalə edilmişdir. Lakin tərəflər, o cümlədən apellyator ekspertizanın keçirilməsinə şərait yaratmadığından qərardad icraasız geri qaytarılmışdır. İş təzələnərək cavabdeh tərəf məhkəmə iclasına dəvət olunsa da, sonuncu səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir.
42. Kollegia bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
43. Apellyasiya şikayətinin digər dəlili, yəni “cavabdehlərin ipoteka predmeti olan əmlakdan istifadə hüquqlarının itirilməsi” hissəsinə münasibət bildirən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlməmişdir.
44. Belə ki, istifadə hüququnun itirilməsi və ya xitam verilməsi kimi anlayışlar daha geniş mənaya və ayrıca instituta malik olduğundan, o cümlədən həmin tələbin araşdırılması İHQ-n 59-cu maddəsinin təsir dairəsinə düşmədiyindən, bu xarakterli tələbə yuxarıda qeyd olunan tələblərlə birlikdə baxılaraq, təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
45. Əvvəla ona görə ki, bu xarakterli tələblərə baxılarkən ilk növbədə cavabdehlərin mübahisəli əmlaka istifadə hüququnun olub-olmaması aydınlaşdırılmalı, ikincisi bu tələbi qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik olmalıdır, yəni iddiaçı tərəf mübahisəli əmlakın mülkiyyətçisi (və ya qanuni sahibi) olmalıdır.
46. Araşdırılan işdən isə iddiaçı tərəfin hazırki vəziyyətdə belə bir hüququnun olması müəyyən edilmir və kollegiya qeyd edir ki, bu kimi hüquq mənzilin mülkiyyətçisi realizə olunduqdan və yeni mülkiyyətçi ilə orada istifadə hüququ olan şəxslər arasında yaranacaqdır. Kollegiya həmçinin bildirir ki, bu xarakterli mübahisələr analoji olaraq İHQ-n 59.3.2-ci maddəsinin tələbi baxımından icra mərhələsində də həll onuna bilər.
47. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2022 nömrəli qətnaməsi qismən- Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-212/2022 nömrəli qətnaməsi qismən- Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsində yerləşən 3 otaqlı, 50.7 kv.m ümumi, 39,0 kv.m yaşayış və 11,7 kv.m yardımçı sahədən ibarət 121 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.