Məhkəmə qərarları › İş №2(105)-173/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-173/2023

05.09.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-173/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri X3, X2, X4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132,24 ABŞ dolları əsas, 22840,82 ABŞ dolları faiz, 3240,23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40157,14 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 Qafqr qızının mülkiyyətindəki Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0,03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin və 0,03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0,03 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132,24 ABŞ dolları əsas, 22840,82 ABŞ dolları faiz, 3240,23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 40157,14 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra, yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonar, yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 26 % ilə 36 ay müddətinə 22500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 müllkiyyətindəki Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 25 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 25 iyun 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 130061 saylı ölüm haqqında şəhadətnamədən göründü kimi Cavabdeh1 Bakı şəhərində ağciyər-ürək çatışmazlığı səbəbindən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 hüquqi varisi Cavabdeh2 müəyyən edilmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132,24 ABŞ dolları əsas, 0,00 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 14176,09 ABŞ dolları borc və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi, digər şəxslərin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları hissəsi dəqiq və konkret olmadığından iddia tələbinin bu hissələrdə rədd edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/237 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 129 manat Cavabdeh1 hüquqi varisi Cavabdeh2, 71 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. qət edilmişdir (hakim Elman Məmmədov).

5. Birinci instansiya məhkəməsi işin faktiki hallarına, tərəflərin izahatlarına, iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etmişdir.

6. Məhkəmə AR Mülki Məcəlləsinin 319.1, 425.1, 443.1, 445.1, 448.1, 462.1, 739.1-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir.

8. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Şikayətin dəlilləri:

9. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsi xahiş edilsə də məhkəmə vəsatəti əsassız olaraq təmin etməmiş, bunu isə əsaslandırmamışdır. Bu isə cavabdehin kredit borcunun əsassız olaraq səhv hesablanmasına və nəticədə ədalətsiz qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə ekspert rəyinə əsaslanaraq faiz borcunu tutmamaqda düzgün qənaətə gəlməmişdir. Belə ki, ekspert rəy verərkən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək (son ödəniş tarixi) kredit ödənişlərinin əsas borca silindiyinidən xx.xx.2016-cı il tarixdən faizlərin hesablanmasının dayandırıldığı qənaətinə gələrək, faiz borcunun olmadığı barədə rəy vermişdir. Lakin ekspert öz rəyində də əsaslandığı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğundan qanunverciliyə əsasən kredit müqaviləsi üzrə ödənişlərin hansı qaydada silinməsinin, yəni əsas, faiz və ya cərimə borcuna silinmə aparılmasının müəyyən edilməsi qaydası Kreditorun hüququdur. Bu səbəbdən cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən sonra aparılmış ödənişlər əsas borcdan silinmişdir. Həmçinin xx.xx.2016-cı il tarixdən sonra ödənişlərin əsas borcdan silinməsi cavabdehin vəziyyətini ağırlaşdıran hal deyil, əksinə onun vəziyyətini yüngülləşdirən hal olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə faiz dərəcəsi qalıq əsas borca hesablandığından ödənişlərin bir qayda olaraq əsas borcdan silinməsi faiz məbləğinin az hesablanmasına səbəb olur. Ekspert tərəfindən kredit müqaviləsi üzrə faizlərinin hesablanmasının dayandırıldığı qənaətinə gələrək faiz borcunun ümumiyyətlə olmamasının göstərilməsi əsasızdır. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən faizlərin hesablanmasının dayandırılması barədə Bank tərəfindən heç bir qərar qəbul edilməmişdir. Məhkəməyə təqdim edilən maliyyə arayışından və digər subutlardan kredit borcu üzrə faizlərin hesablandığı görünsə də ekspert tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi ekspertiza düzgün aparılmayaraq, kredit müqaviləsinin şərtləri və digər subutlar nəzərə alınmadan keçirilmişdir. Həmçinin cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən və ödənişləri gecikmələrlə etdiyindən onun kredit borcuna müqavilənin şərtlərinə uyuğun olaraq əlavə faiz və cərimələr hesablanmışdır. Bu səbəbdən cavabdehin banka etdiyi ödənişlərdən cərimə məbləğlərinə də silinmələr aparılmışdır. Lakin ekspert rəyində qeyd edilənlər nəzərə alınmamışdır. İddiaçının nümayəndəsinin təkrar ekspertiza barədə vəsatəti təmin edilməmişdir. Ona görə də təkrar ekspertiza təyin edilməli və ekspert dəbbə borcuna silinmələri də nəzərə alaraq təqdim edilən digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həm də bank tərəfindən təqdim edilən sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Bundan başqa məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Məhkəmə qanunun bu normasına istinad etsə də onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 100 ABŞ dolları məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) məruz qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi ekspertizanın rəyinə istinad edərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla birlikdə digər sübutlarla birlikdə qiymətləndirilməldir. Yəni ekspert rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır.

10. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Hazırkı işdə mübahisəli mənzilə dair qəbul edilmə baş verməmişdir. Belə ki, cavabdeh miras əmlakda qeydiyyatda olmağa görə məhkəməyə cəlb edildikdən sonra miras əmlakdan qeydiyyatdan çıxmışdır. Ümumiyyətlə heç bir halda Cavabdeh2 həmin əmlakda yaşaması və ona sahiblik etməsi halı baş verməmişdir. Həmin əmlak hal-hazırda da Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 məhkəməyə qədər vəfat etdiyindən iddiaçı birinci olaraq həmin mübahisəli əmlakın qəbulu faktının tanınması, bundan sonra tutmanın həmin əmlaka yönəldilməsini tələb etmək hüququna malik idi. Belə ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ağciyər ürək çatışmamazlığından (coronavirus, COVİD19) vəfat etmişdir. İddia isə 2021-ci ilin may ayında qaldırılmışdır. Beləliklə məhkəmə ölmüş və ölməklə də mülki hüquq və vəzifələrinə xitam verilmiş şəxsə qarşı iddianı icraata qəbul etmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi müraciətlərdə hüququ varis kimi tanınmaqdan imtina edib və hüquqi varis olmaq istəmədiyini bildirib. İddiaçı da Cavabdeh2 hüquqi varis qismində tanınmasını tələb etməyib. Cavabdeh2 hüquqi varis qismində tanınması barədə məhkəmənin qərardadı da mövcud deyildir. Belə olan halda məhkəmənin qətnamədə Cavabdeh2 Cavabdeh1 hüquqi varis kimi göstərməsi tamamilə əsassızıdır. Cavabdeh hüquqi varisi kimi deyil, ayrıca cavabdeh kimi göstərmişdir. Qeyd edilməlidir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ondan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv .m yaşayış, 57.2 kv .m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqları miras qalmışdır. Bu faktdır ki, həmin əmlakı heç bir varis, o, cümlədən Cavabdeh2 hüquqi və faktiki olaraq qəbul etməmişdir. Eyni zamanda tərəflər arasında mübahisə yoxdur ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv .m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsində deyil, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Lakin məhkəmə bütün bu faktları qətnamə qəbul edərkən gizlətmişdir. Məhkəmə Cavabdeh2 hüquqi varis kimi tanıdığını qeyd etsə də lakin onun hüquqi varis hesab edilməsi ilə bağlı heç bir hüquqi arqument və əsas gətirməmişdir. Məhkəmədə birmənalı olaraq müəyyən olunmuşdur ki, Cavabdeh2 anası vəfat etdikdən sonra miras əmlakı qəbul etməkdən imtina edərək qeydiyyat və yaşayış ünvanını dəyişmişdir. Beləliklə məhkəmə mirası faktiki və hüquqi olaraq qəbul etməmiş şəxsin üzərinə öhdəlik qoymuş və onu cavabdeh kimi tanımışdır. Halbuki, Cavabdeh2 o halda cavabdehlik daşıya bilərdi ki, o miras əmlakı hansısa formada qəbul etmiş olsun. Məhkəmənin tutmanı ipoteka qoyulmuş əmlaka tələbin yönəlməsi barədə nəticəyə gəlməsi işin hallarına uyğun deyildir. Belə ki, həmin əmlakın miras olaraq qəbul edilməsi heç bir halda sübut edilməmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının icasında İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, ekspert rəyi başqa məbləği əks etdirsə də hesab edir ki, bu fərq ödənilən məbləğlərin borc növünə görə çıxılma ardıcıllığı ilə əlaqədardır. Apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kolegiyasının iclasında İddiaçı ASC-nin nümayəndələri X5 və X7 eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

17. Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

18. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi qismən, faiz borcunun təmin edilməməsi, cəmi borc üzrə 14176,09 ABŞ dolları tutulması, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməli, iddia tələbi faiz borcuna dair hissədə qismən təmin edilərək 9.013,47 ABŞ dolları, cəmi borca görə 23189,56 (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manat uyğun məzənnə nəzərə alınmaqla) ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi yaşayış evi və torpaq sahəsinə istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materiallarında olan 25 iyun 2015-ci il tarixli, 24-G1-1-0-76-15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" İKB ASC Cavabdeh1 illik 26 % ilə 36 ay müddətinə 22500 ABŞ dolları məbləğində kredit vermişdir.

21. İş materiallarında olan 25 iyun 2015-ci il tarixli, 24-G1-1-0-76-15 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında 25 iyun 2015-ci il tarixli, 24G1-1-0-76-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 70000 manat məbləğində müəyyən edilmişdir.

22. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 130061 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 Bakı şəhərində ağciyər-ürək çatışmazlığı səbəbindən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

23. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/237 saylı rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-76-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas borc üzrə 17162,88 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 26%-lə), xx.xx.2021-ci il tarixə əsas borc üzrə 15392,76 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 26%-lə), faiz borcu üzrə 1075,36 ABŞ dolları (illik 5%-lə) təşkil edir. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 24-G 1-1-0-76-15 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərdə kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanması müəyyən edilməmişdir.

24. İş materiallarında olan «X8 Mərkəzi» MMC-nin 25 fevral 2022-ci il tarixli, YDQM № 012-018/2022 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun 119000 manat, likvid dəyərinin 110000 manat olduğu müəyyən edilmişdir.

25. Müəyyən edilmişdir ki, 25 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC tərəfindən illik 26 % ilə 36 ay müddətinə 22500 ABŞ dolları məbləğində kredit verilmiş, kredit məbləğinin təminatı olaraq Cavabdeh1 müllkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 25 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi ilə "xxxx" İKB ASC-in xeyrinə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmış, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Cavabdeh1 hüquqi varisi Cavabdeh2 müəyyən edilmiş, kredit və ipoteka müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış, həmin müqavilələrin etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir və Cavabdeh1 hüquqi varisi olaraq Cavabdeh2 qeyd olunan müqavilələr üzrə öhdəlik daşıyır.

26. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında Cavabdeh1 vəfat etməsi, Cavabdeh2 mirası faktiki və qanuni qəbul etməməsi ilə əlaqədar işin icraatına xitam verilməsi barədə izahatına iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı və həmin qərardadın qüvvədə saxlanması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə hüquqi qiymət verildiyindən, yenidən həmin hala qiymət verilməsinə zərurəti aradan qaldırılmışdır.

27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/237 saylı rəyindən məlum olur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-76-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas borc üzrə 17162,88 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 26%-lə), xx.xx.2021-ci il tarixə əsas borc üzrə 15392,76 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları (illik 26%-lə), faiz borcu üzrə 1075,36 ABŞ dolları (illik 5%-lə) təşkil edir. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 24-G1-1-0-76-15 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərdə kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanması müəyyən edilməmişdir.

28. «X8 Mərkəzi» MMC-nin 25 fevral 2022-ci il tarixli, YDQM № 012-018/2022 saylı ekspert rəyinə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun 119000 manat, likvid dəyərinin 110000 manat olduğu müəyyən edilmişdir.

29. Məhkəmə hesab etmişdir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır, ona görə də dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlmişdir. Belə ki, hesablanmış 3240,23 ABŞ dolları məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab etmişdir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 100 ABŞ dolları məbləğində olmalıdır.

30. Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC iddia ərizəsində 13132,24 ABŞ dolları əsas borc və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələb etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/237 saylı rəyinə əsasən isə əsas borc üzrə 15392,76 ABŞ dolları, faiz borcu üzrə 1075,36 ABŞ dolları (illik 5%-lə) müəyyən edilmişdir. Lakin İddiaçı ASC tərəfindən iddia tələbinin artırılmasına dair ərizə təqdim edilmədiyindən, Cavabdeh2 13132,24 ABŞ dolları əsas, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/237 saylı rəyini nəzərə alaraq, 0,00 ABŞ dolları faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

31. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır.

32. Məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı ASC-nin Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra, yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır.

33. Bundan başqa məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 59.3cü maddəsinin tələblərinə əsasən Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra, yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlaka olan istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh2 əmlakdan çıxarılmalı, həmin əmlak boşaldılmalı və Banka təhvil verilməlidir.

34. Bundan başqa iş materiallarında olan 25 iyun 2015-ci il tarixli, 24-G1-1-0-76- 15 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra, yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 70000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə «X8 Mərkəzi» MMC-nin 25 fevral 2022-ci il tarixli, YDQM № 012018/2022 saylı ekspert rəyi ilə razılaşaraq hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 110000 manat müəyyən edilməlidir.

35. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi, digər şəxslərin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir.

36. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir, eləcə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2022-ci il tarixli, 9/237 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 129 manat Cavabdeh1 hüquqi varisi Cavabdeh2, 71 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

37. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh2 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132,24 ABŞ dolları əsas, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borc və ya həmin məbləğin ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 110000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi, digər şəxslərin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları hissəsi dəqiq və konkret olmadığından iddia tələbinin bu hissələrdə rədd edilməsi, ekspertiza xərcinin tutulmasına dair hissələrdə düzgün nəticəyə gəlmişdir.

39. Belə ki, iş materiallarından müəyyən edilir ki, 25 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC tərəfindən illik 26 % ilə 36 ay müddətinə 22500 ABŞ dolları məbləğində kredit verilmiş, kredit məbləğinin təminatı olaraq Cavabdeh1 müllkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 25 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi ilə "xxxx" İKB ASC-in xeyrinə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmış, Cavabdeh1 xx.xx.2020ci il tarixdə vəfat etmiş, Cavabdeh1 hüquqi varisi Cavabdeh2 müəyyən edilmiş, kredit və ipoteka müqaviləsi bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış, həmin müqavilələrin etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir və Cavabdeh1 hüquqi varisi olaraq Cavabdeh2 qeyd olunan müqavilələr üzrə öhdəlik daşıyır.

40. İş materiallarından görünür ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni kredit vermişdir, lakin cavabdeh tərəfindən həmin kreditin ödənilməsinə dair öhdəlik yerinə yetirilməmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunverisclk normalarına əsasən məhkəmə həmin hissələrdə düzgün nəticəyə gəlmişdir.

42. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin faiz və ümumi borca və Cavabdeh2 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşmır.

43. Belə ki, istifadə hüququna xitam verilməsi tələbinə dair iddia mülkiyyətçi tərəfindən qaldırılmalıdır. Hazırkı halda isə mənzilin mülkiyyətçisi müəyyən deyildir.

44. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra iddiaçı təşkilata təhvil verilməsi barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə həmin hissədə gəldiyi nəticədə də əsaslı olmamışdır.

45. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

46. Həmin Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur.

47. Lakin “İpoteka haqqında” Qanunla hərracdan satılmış ipoteka predmetinin məhz ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin satılmasına dair hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələblərinə uyğun olaraq təşkil edilərək keçirilməli və həmin hərracda istənilən şəxsin iştirak etmək hüququ vardır. O cümlədən hərracın qalibi kimi yalnız ipoteka saxlayan deyil, hərracda iştirak etmiş başqa şəxs də ola bilər.

48. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi torpaq sahəsi və fərdi yaşayış evinin iddiaçı təşkilata təhvil verilməsi barədə gəldiyi nəticədə haqlı olmamışdır. Belə olan halda qətnamə qeyd edilən hissədə də ləğv edilməlidir.

49. Bundan başqa iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 9/8404 saylı və xx.xx.2023-cü il tarixli, 9/2271 saylı ekspert rəylərindən görünür ki, müqavilə müddətinin bitdiyi tarixə cavabdehin iddiaçıya olan faiz borcu 9013,47 ABŞ dolları təşkil eir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

50. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəbbə pulunun az müəyən edilməsinə dair dəlilinə qiymət verməklə hesab edir ki, apellyasiya şikayəti bu hissədə əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə bu hissədə düzgün nəticyə gəlmişdir.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti bu hissədə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddia qaldırılan zaman cavabdeh mübahisəli evə qeydiyyatda olmaqla orada yaşamışdır. Bundan başqa o, hazırkı iş üzrə cavabdeh qismində və hüquqi varis kimi cəlb olunmuşdur. Ona görə də cavabdehin dəlilləri əsaslı hesab edilməməlidir.

52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməlidir.

53. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi qismən, faiz borcunun təmin edilməməsi, cəmi borca görə 14176,09 ABŞ dolları tutulması, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməli, iddia tələbi faiz borcuna dair hissədə qismən təmin edilərək 9.013,47 ABŞ dolları, cəmi borca görə 23189,56 (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manat uyğun məzənnə nəzərə alınmaqla) ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi yaşayış evi və torpaq sahəsinə istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayətləri qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 2(012)-208/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi qismən, faiz borcunun təmin edilməməsi, cəmi borca görə 14176,09 ABŞ dolları tutulması, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə olan istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilsin. İddia tələbi faiz borcuna dair hissədə qismən təmin edilsin, 9.013,47 (doqquz min on üç dollar, qırx yeddi sent) ABŞ dolları, cəmi borca görə 23189,56 (iyirmi üç min yüz səksən doqquz dollar, əlli altı sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manat uyğun məzənnə nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi yaşayış evi və torpaq sahəsinə istifadə hüquqununı itirilmiş hesab edilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 (150+50) manat pulun 100 manatı İddiaçı ASC-dən, 100 manatı da Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar