Məhkəmə qərarları › İş №2(102)-979/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-979/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-979/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)3322/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 059/15 saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 10 % olmaqla 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini lazımi qaydada vaxtında və müqavilə ilə razılaşdırılmış qaydada yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 500 000 ABŞ dolları məbləğində əsas borcun, 48.612 ABŞ dolları məbləğində faiz borcu və 49.584 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 598.196 ABŞ dolları məbləğində kredit borcunun, m übahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün Bank tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-122/2019 saylı qətnaməsi ilə (hakim Ceyhun Məmmədov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması barədə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 500.000 ABŞ dolları, faiz borcu üzrə 48.612 ABŞ dolları, cərimə borcu üzrə 30.000 ABŞ dolları, ümumilikdə 578.612 ABŞ dolları və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumundan 20 manat pulun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qa lan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun Cavabdeh tutularaq X1 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elman Rəhimov) xx.xx.2019-cu il tarixli 2(105)-3322/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-122/2019 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bank arasında bir neçə kredit müqaviləsi bağlanmış və həmin müqavilələr üzrə tərəfindən banka müəyyən məbləğdə ödənişlər edilmişdir. İddiaçı cavabdehlə bağlanmış kredit müqavilələri üzrə ümumi bir hesabdan çıxarış təqdim etmişdir. Həmin arayışla hansı müqavilə üzrə nə qədər borcun qaldığını müəyyən etmək mümkün deyildir. Apellyasiya instansiya məhkəməsi sübutları hərtərəfli və lazımi qaydada qiymətləndirməmiş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 oğlu kassasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 059/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 10% olmaqla, 12 ay müddətinə 500.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, xxx saylı rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli, 059/15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixədək olan kredit üzrə əsas borcu 500.000 ABŞ dolları, faiz borcu 48.612 dolları təşkil edir. Kreditor tərəfindən xx.xx.2015-ci il tarixli, 059/15 saylı kredit müqaviləsi üzrə kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə 49.584 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və pros essual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca ic ra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Cavabdehdən tələb edilən əsas borc və faiz məbləğinin düzgünlüyü iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də təsdiq olunmuş, tələb edilən cərimə məbləği azaldılaraq 30.000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayətində borcun məbləğinin düzgün olmaması barədə məhkəmə yə heç bir tutarlı dəlil göstərməmiş və sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdı r, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3322/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar