Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-98/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-98/22 (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1rşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5677/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X4 Albertovnanın kassasiya şikayətinə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında 09 yanvar 2020-ci il tarixdə 105804-365160/3 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə illik 21 faizlə 20.000 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli, 105804-365160/3 nömrəli kredit müqaviləsi üzrə 19.596,50 manat əsas, 2.528,11 manat faiz borcu olmaqla, cəmi 22.124,61 manat məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdeh X4 Albertovnadan tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh X4 Albertovna kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirmir.
5. İddia tələbinin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 385.1, 443, 445.1 və 445.2.1, 449.4-cü maddələrinə istinad etmişdir.
6. Cavabdeh məhkəmədə iddianı etiraf edərək, banka iddia ərizəsində qeyd edilən məbləğdə borcunun olmasını qəbul etmiş, maddi çətinlik baxımından borcunu vaxtında qaytara bilmədiyini göstərmişdir.
7. Sabunçu Rayon Məhkəməsinin 2(008)-529/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X4 Albertovnad an İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 09.01.2020-ci il tarixli, 105804-365160/3 nömrəli kredit müqaviləsi üzrə 19.596,50 manat əsas, 2.528,11 manat faiz borcu olmaqla, ümumilikdə 22.124,61 (iyirmi iki min yüz iyirmi dörd manat, altmış bir qəpik) manat məbləğində borcun və 30,40 (otuz qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim Zaur Hacıyev)
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehə iddiaçı bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir.
9. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 421.2, 428.4, 445.4, 739.1, 739.2 və 743-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh Tamara Albertovna qətnamədən apellyasiya şikayəti verib, qətnamənin faiz məbləğinin tutulması hissəsində ləğv, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin dəlilləri: - hesablanmış faiz borcu şişirdilib, bu barədə birinci instansiya məhkəməsinə də fikrini bildirib. Mühasibatlıq ekspertizası təyin etməklə birinci instansiya məhkəməsi həqiqətə nail ola bilərdi; - məhkəmə maddi və prosessual hüquq normalarını pozub.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5677/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-529/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov)
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh istinad etdiyi hallar barədə hər-hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nə ticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh X3 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə ic lasında iştirakının təmin edilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı yaızlı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləmə lidirlər. Mülki Prosessual Məcəllə Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
20. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə şikayətin dəlilləri həddində baxmış və şikayətin əsaslı olmaması qənaətinə gəlmişdir.
23. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etmiş, apellyasiya şikayətində isə faiz məbləğinin şişirdilməsini bildirsə də, apellyasiya məhkəməsi həmin dəlili müvafiq sübutlar təqdim edilmədiyi üçün əsasız saymışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı sayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, m übahisə tərəfinin işin hər hansı halı ilə razı olmaması özü-özlüyündə həmin halın müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsinə əsas vermir. Hər bir halda mübahisə tərəfi ekspertiza barədə vəsatət verərkən vəsatətini əsaslandırmalıdır.
25. Apellyasiya baxışında iştirakının təmin edilməməsi barədə dəlilə gəldikdə, bu dəlil iş materialları ilə təkzib edilir. Belə ki, işdə olan xəbərnamədən görünür ki, cavabdehə məhkəmə iclasını vaxtı yeri barədə bildiriş göndərilmiş və cavabdeh bu bildirişi alsa da, apellyasiya baxışında iştiark etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X4 Albertovnanın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5677/2020 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.