Məhkəmə qərarları › İş №2(102)-981/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-981/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-981/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh “pul” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, kassasiya məhkəməsinin göstərişlərinin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1280/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəy yən etdi. İşin halları Tərəflər arasında çörək bişirmə sobasının alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır. Cavabdeh əşyanı iddiaçıya təhvil vermiş, sonuncu isə onun dəyəri kimi 24.800 manat ödəmişdir. İddiaçı ona müvafiq göstəricilərə uyğun mal verilmədiyini bildirərək, aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, sahibkarlıq faəliyyəti ilə məşğul olmaql, Gəncə şəhəri, Gülüstan qəsəbəsində “Üç Qardaş” adlı mağazanı işlədir. Həmin mağazanı n zirzəmisində çörəkbişirmə sexi vardır. İlk dəfə Vüqar Şərifov və Rəşad Şərifov vasitəsi ilə cavabdehdən 30.000 manatlıq soba alanda heç bir problem olmamış, daha sonra işini böyütmək qərarına gəlmiş və sexə ikinci soba almaq istəmişdir. Bunun üçün yenə cavabdehə müraciət olunmuş və mağazasının sənədlərini girov qoyaraq bankdan 90.000 manat kredit götürmüşdür. İşıq idarəsindən Sahib adlı elektrik çağırtdıraraq məsləhət almış və elektrik ona 50 kilovatlıq soba gətirməsini məsləhət görmüş, ona görə də, cavabdehə 50 kilovatlıq təzə soba sifariş etmiş və bunun müqabilində cəmi 25.000 manat ödəmişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, ona 70 kilovatlıq köhnə soba satmış və sobanı cavabdehin gözü qarşısında qoşarkən partlayış baş vermiş, elektrik xətti ərimişdir. Bundan s onra cavabehdən sobanı geri qaytarmasını və ödədiyi pulu verməsini tələb etmiş, lakin cavabdeh bunun üçün məsuliyyət daşımadığını bildirmişdir. Halbuki, soba üçün bir il şifahi şəkildə qarantiya vermişdir. Bundan başqa, cavabdehə 1000 manat dəyərində avadanlıq almaq üçün pul göndərsə də, avadanlıq ona verilməmişdir. Sobada hazırda çörək bişirmək mümkün deyil. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, avadanlıqların təmiri sexində işləyir, iddiaçı iki dəfə ondan vasitəçilər vasitəsilə soba almışdır. Birinci sobanı internet vasitəsi ilə sifariş etmişlər. Birinci sobanı iddiaçıya 9300 ABŞ dollarına satmışdır və heç bir problem olmamışdır. Daha sonra iddiaçı Samir vasitəsi ilə ikinci soba sifariş etmiş, lakin sifariş verərkən köhnə soba sifariş etmişlər. İkinci sobanı iddiaçıya 24.800 ma nata satmışdır. Belə ki, iddiaçı Vüqar, Rəşad və Eldar vasitəsi ilə ona 10.000 manat beh vermişdir, daha sonra isə iddiaçı Samir vasitəsi ilə 5000 manat, Vüsal vasitəsi ilə isə ona 9800 manat pul vermişdir. Sobanı təhvil verəndə layihəsini də təqdim edir və izah edir. Belə ki, o, iddiaçıya sobanı təhvil verərkən izah etmişdir ki, oraya 25 kilovatlıq kabel lazımdır. Sobanı təhvil verib gedəndə heç bir problem yox idi. İddiaçıya şifahi şəkildə satdığı soba üçün 1 il zəmanət vermişdir. Satdığı soba 70 kilovatlıq olsa da, o, sobanı 50 kilovatlığa çevirmişdir. Sobada problem olduğunu iddiaçı dərhal bildirməmişdir. İddiaçını kirayə çörək sexindən sexin sahibi kirayə pulunu ödəmədiyi üçün çıxartmışdır. Odur ki, soba 8 ay çöldə yağışın altında qalaraq məhv olmuşdur. Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) 14 fevral 2020-ci il tarixli, 2(014)88/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 24.800 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 24.830 manatın tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya satdığı sobanın alıcıya verildiyi məqamda keyfiyyət tələblərinə uyğun gəlməsi əsas götürülür. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsinin keyfiyyət tələblərinə uyğun olmayan, yararsız, qüsurlu soba satılması barədə mülahizələr əsaslıdır. Cavabdeh məhkəməyə sobanın məhz iddiaçı tərəfindən yararsız vəziyyətə salındığı barədə sübutlar təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam amilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) 20 avqust 2020-ci il tarixli, 2(107)-1338/20 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 24.800 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 24.830 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iş üzrə nisyə alğı-satqı müqaviləsi ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş, əvəzində ümumi alqı-satqı ilə bağlı normaları və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun normalarını tətbiq edərək mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Çünki tərəflər arasında soba alğı-satqısına dair şifahi şəkildə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya məhkəməsi qalan hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, tərəflərin və şahidlərin izahatları na istinadən qeyd etmişdir ki, qanunun tələbinə görə cavabdeh iddiaçıya istifadə məqsədlərinə yarayan soba satmağa borclu olsa da, cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsinin keyfiyyət tələblərinə uyğun olmayan yararsız, qüsurlu soba satılması barədə mülahizələr əsaslıdır. Bundan əlavə, cavabdehin özünün də etiraf etdiyi kimi 70 kilovatlıq sobanı 50 kilovatlığa çevirməklə onun texniki göstəricilərini dəyişdirməsi sobada istehsalat qüsurlarının yaranması ehtimalını artıran hallardan biridir. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Zaur Əliyev (səd rlik edən və məruzəçi), Gündüz Quliyev, İlqar Xələfov) 31 mart 2021-ci il tarixli, 2(102)-1078/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(107)-1338/2020saylı qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında sobanın alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsi bağlanmış, satıcı (cavabdeh) əşyanı alıcıya (iddiaçıya) təhvil vermiş, sonuncu isə malın dəyərini ödəmişdir. Bu hallar alqı-satqı müqaviləsinin tərəflər inin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdiklərinə dəlalət etdiyi üçün apellyasiya məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin 600-cü maddəsinin tətbiq edilməsi düzgün olmamışdır. Ona görə də, mübahisəyə maddi hüquq normasının səhv tətbiq edilməsi haqqında kassatorun dəlili əsaslıdır. İddiaçı iddia edir ki, o, müqavilə bağlanarkən əşyanı əldə etməsinin məqsədi barədə cavabdehə məlumat verməsinə baxmayaraq, cavabdeh ona bu məqsədə yarayan əşya verməmişdir. Bu iddia həm də alınmış əşyanın keyfiyyəti barədə alıcının yanılmaya düşməsinə və ya aldadılmasına dəlalət edə bilər. Ona görə də, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin lazımi keyfiyyəti olmayan əşyanın verilməsinin nəticələrinə dair 587-ci maddəsi, aldatma və ya yanılma nəticəsində etibarsız olan əqd üzrə ve rilən pulun geri tələb edilməsinə dair həmin Məcəllənin 337.5, 339, 347 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Nəzərə alınmalıdır ki, iddiaçı, alqı-satqı müqaviləsi üzrə ona lazımi keyfiyyəti olmayan əşya verilməsinə, aldığı əşyanın göstəricilərinə münasibətdə aldadılmasına və ya yanılmaya düşməsinə istinadən tələb irəli sürürsə, həmin halları sübuta yetirmək yükü onun üzərinə düşür. Başqa sözlə, iddiaçı, satıcının (cavabdehin) razılaşdırılmış keyfiyyətdə mal vermədiyini, yaxud bağladığı alqısatqı müqaviləsinin aldatma və ya yanılma səbəbilə etibarsız olduğunu, habelə bu əqdi qanunla müəyyən edilmiş müddətdə mübahisə etməklə etibarsız hala gətirdiyini sübuta yetirməklə ödədiyi pulun geri qaytarılmasını tələb edə bilər. Baxılan işdə iddiaçı, cavabdehlə məhz 50 kilovatlıq sobanın alqı -satqısı barədə bağladığı yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, tərəflər arasındakı şifahi razılaşmada həmin şərtin olması və cavabdehin buna uyğun mal verməməsi, kilovat uyğunsuzluğuna görə partlayış (yanğın) baş verməsi və ya cavabdeh tərəfindən aldadılması, yaxud əşyanın göstəricisi barədə yanılmasına dair iddialar mötəbər, şübhədən kənar və kifayətedici sübutlarla təsdiq olunmalıdır. İddiaçı bu xüsuatlarla bağlı şahid ifadələrinə istinad etsə də, cavabdehin təqdim etdiyi məlumat və sənədlərdən (Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 06.07.2020-ci il tarixli, Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsinin 24.07.2020-ci il tarixli, X2 Təchizatı və Satışı İdarəsi Gəncə Elektrik Şəbəkəsinin 09.07.2020-ci il tarixli və "xx xx" ASC-nin 11.08.2020-ci il tarixli məktublarından) görünür ki, “Üç Qardaş” mağazasında 15.12.2018 və 16.12.2018-ci il tarixlərdə yanğın, partlayış və qısa qapanma qeydə alınmayıb, istehlakçının istifadə etdiyi sayğac cəmi 13 kvt gücündədir. Apellyasiya məhkəməsi həmin məlumatları mübahisənin predmetinə aid olmayan sübutlar kimi qiymətləndirmişdir. Kollegiya bu mövqe ilə razılaşmır, ona görə ki, iddiaçı, tələbinin əsasında duran faktiki halları (ona sifariş etdiyi kilovat göstəricisinə uyğun mal verilmədiyini) sübuta yetirmək məqsədilə partlayış (yanğın) faktına istinad etdiyi halda, bu dəlilləri təkzib etmək üçün cavabdehin təqdim etdiyi məlumatlar (dövlət orqanlarının məktubları) işə aid olan sübutlardır. Odur ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd edilən məlumat və dəlilləri, eləcə də iddia tələbinin və ona etirazın əsasında duran digər halları araşdırıb onlara düzgün hüquqi qiymət verməmiş, tərəflərin izahatlarını, toplanmış sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnamənin işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Gündüz Abbasov) 14 sentyabr 2021-ci il tarixli, 2(107)1280/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tаrixli, 2(014)-88/2020 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq əşyanın keyfiyyəti haqqında şərtlər müəyyən edilmədiyinə görə, cavabdeh iddiaçıya istifadə məqsədlərinə yarayan soba satmağa borclu olmuşdur. Qanuna görə cavabdehin iddiaçıya satdığı sobanın cavabdehə verildiyi məqamda keyfiyyət tələblərinə uyğun gəlməsi əsas götürülür. Cavabdeh tərəfindən iddiaçıya alqı-satqı müqaviləsinin keyfiyyət tələblərinə uyğun olmayan, yararsız, qüsurlu soba satılması barədə mülahizələr əsaslıdır. Belə ki, cavabdeh özü də etiraf edir ki, iddiaçıya şifahi şəkildə satdığı soba üçün 1 il zəmanət vermişdir və satdığı soba 70 kilovatlıq olsa da, o, sobanı 50 kilovatlığa çevirmişdir. Sobada problem olduğunu iddiaçı dərhal bildirməmişdir. Məhkəmə qə tnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, 567, 581.1, 581.2, 582, 586, 588 və 595.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl etməməklə, tamamilə onlara zidd qərar qəbul etmişdir. Belə ki, məhkəmə sobanın iddiaçı tərəfindən yararsız vəziyyətə salınması barədə sübutetmə yükünü cavabdehin üzərinə qoysa da, cavabdehin belə bir vəzifəsi yoxdur. Cavabdeh tərəf sobanın yararsız vəziyyətdə olduğunu ümumiyyət lə qəbul etmir, hesab edir ki, alıcıya lazımi keyfiyyətə uyğun mal verib. İş materiallarında da buna dair hər hansı sübut, rəy yoxdur. Digər tərəfdən, tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin olması mübahisəsiz olduğu halda, iddiaçı cavabdehə qarşı ilk növbədə müqavilənin ləğvinə və etibarsızlığına dair iddia qaldırmalı idi. Əks halda, hazırkı mübahisənin həlli mümkün deyil. Çünki, yalnız müqavilənin ləğvi və ya əsassızlığı ilə bağlı tələb təmin olunduğu halda hər iki tərəf müqavilə üzrə aldıqlarını geri qaytara bilər. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tər əflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaq la, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsin də susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2.1, 347.2.2 və 347.2.3. Şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılmadır. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas ve rən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdir sə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıq dan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesa bına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə

420. K assasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiyası məhkəməsini n qərarında şərh edilmiş göstərişlərə əməl etməmişdir. Belə ki, kassasiya məhkəməsi iddianın qismən təmin olunması barədə birinci apellyasiya icraatında qəbul edilmiş qətnaməni aşağıdakı göstərişlərlə ləğv etmişdir. Birincisi, pul tələbi barədə hazırkı iddianın predmeti kimi iddiaçının ona lazımi keyfiyyəti olmayan əşya verilməsinə görə müqavilədən imtina, aldığı əşyanın göstəricilərinə münasibətdə aldadılması və ya yanılmaya düşməsi hallarından hansına istinad etdiyinin konkretləşdirilməsi və bu halların sübutetmə yükünün onun üzərinə düşməsi; İkincisi, iddiaçı tərəfindən iddia tələbinin əsası (faktiki) kimi istinad olunan halların (50 kilovatlıq sobanın alqı-satqısı barədə müqavilə bağlamasına baxmayaraq, malın istifadə məqsədinə zidd 70 kilovatlıq sobanın verilməsi, kilovat uyğunsuzlu ğuna görə partlayış (yanğın) baş verməsi və ya cavabdeh tərəfindən aldadılması, yaxud əşyanın göstəricisi barədə yanılması və s.) mötəbər və kifayətedici sübutlarla təsdiq olunub-olunmadığı; Üçüncüsü, cavabdehin etirazının əsası kimi təqdim etdiyi sənədlərin (Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin 06.07.2020-ci il tarixli, Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Gəncə Regional X1 İdarəsinin 24.07.2020-ci il tarixli, X2 Təchizatı və Satışı İdarəsi Gəncə Elektrik Şəbəkəsinin 09.07.2020-ci il tarixli və "xxxx" ASC-nin 11.08.2020-ci il tarixli məktubları) işə aid olan sübutlar hesab edilməklə qiymətləndirilməsi. İşə yeni apellyasiya qaydasında baxan məhkəmə isə, əvvəlki apellyasiya icraatının gəldiyi nəticəni və əsaslandırmanı olduğu kimi təkrarlamaqla qeyd edilən göstərişlə ri ümumiyyətlə müzakirə etməmiş və onlarla hansı əsaslara görə razılaşmadığını qətnamədə göstərməmişdir. Bununla da, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi ikinci dəfə eyni pozuntulara yol verərək, iddia tələbinin və ona etirazın əsasında duran digər halları araşdırıb onlara düzgün hüquqi qiymət verməmiş, tərəflərin izahatlarını, toplanmış sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnamənin işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-c i maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1280/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar