Məhkəmə qərarları › İş №2(102)-982/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-982/2020

25.02.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-982/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3500/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(026)-13/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Qu liyev) İddiaçı Cavabdeh Sərastan oğluna qarşı “qanunsuz tikililərin öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməklə boşaldılması və dəymiş 7.000 manat ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehin Qobustan rayonu, Poladlı kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla iddiaçının adına icarə kimi qeydə alınmış torpaq sahəsində tikdirdiyi qanunsuz tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3500/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov sədrlik edən, məruzəçi, T.Q.Məmmədov və Z.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Qobustan rayon məhkəməsinin xx xxxx 2019-cı il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “qanunsuz tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvəlki vəziyyətə gətirilməklə boşaldılması və dəymiş 7.000 manat ziyanın ödənilməsi” barədə iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiy mət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və cavabdeh xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxizahatını dinləyib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia ərizəsini rədd edərkən, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmamasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəy ə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 157.4, 180-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Qobustan rayon XDS Rəyasət Heyətinin xx xxxx 1993-c ü il tarixli, 55 saylı protokol-qərarına əsasən, Poladlı sovxozunun ərazisində “Dağ Kolanı” sahibkar ticarət kommersiya mərkəzinə əkinə yararlı 5 ha torpaq sahəsi ayrılması haqqında Poladlı sovxozunun direktorunun xx xxxxxx 1992-ci il tarixli, 252 saylı razılıq məktubu və sovxoz torpaq komissiyasının xx xxxxxx 1992-ci il tarixli, 02 saylı qərarı nəzərə alınaraq “Dağ Kolanı” sahibkar ticarət kommersiya mərkəzinə sovxozun sahəsindən 5 ha yararlı torpaq sahəsi verilmişdir. Eyni zamanda “Torpaqların alqı-satqısı”na dair akta əsasən, cavabdehin xx xxxxxx 2008-ci il tarixli müraciətinə əsasən, xx xxxxxx 2009-cu il tarixli, 05 saylı qərarı ilə cavabdehə Qobustan rayonu, Pirsaat çayının o biri sahilində, xx cənub istiqamətdə, yolun üst tərəfindən bələdiyyə ərazisindən 0,12 ha torpaq sahəsi ayrılmı şdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 642 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏK və ÜRX-nin Yerquruluşu, Torpaq Kadastrı və X1 mütəxəssis rəyi nəzərə alınaraq, Qobustan rayonu, Poladlı kəndi ərazisində yerləşən cavabdeh tərəfindən istifadə edilən və üzərində tikililər inşa edilmiş torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, iddiaçının adına icarə kimi qeydə alınmış torpaq sahəsinin olduğu və cavabdeh tərəfindən istifadə edilən və üzərində tikililər inşa edilmiş torpaq sahəsinin iddiaçıya icarə kimi qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə, o cümlədən ekspert rəyinə əsaslanar Qobustan rayonu, Poladlı kəndi əra zisində yerləşən cavabdeh tərəfindən istifadə edilən və üzərində tikililər inşa edilmiş torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla iddiaçının icarəsində olmasını, iddia ərizəsinin qalan hissədə sübuta yetirilməməsini müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 180ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyil. İddia tələbindən görünür ki, iddiaçı, Qobustan rayonu, Poladlı kəndində 5 ha torpaq sahəsində qanunsuz tikililərin cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi, ərazinin əvvə lki vəziyyətinə gətirilərək boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Başqa sözlə, iddia tələbi mülkiyyət və sahiblik hüqunun müdafiəsi ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsi ilə razılaşmayıb qeyd etmişdir ki, Qobustan rayonu, Poladlı kəndində 5 ha torpaq sahəsi Qobustan rayon XDS Rəyasət Heyətinin xx xxxx 1993-cü il tarixli qərarı ilə “Dağ Kolanı” sahibkar ticarət kommersiya müəssisəsinə ayrılıb. Qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsində olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən 4 saylı Ərazi Vergilər İdarəsinin xx xxxx 2019-cu il tarixli arayışını tədqiq edib müəyyən etmişdir ki, “Dağ Kolanı” sahibkar ticarət kommersiya müəssisəsi xx xxxx 2004-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyatda olmaqla (VÖEN-**********) fəaliyyəti aktivdir. Göründüyü kimi Qobustan rayonu, Poladlı kəndində yerləşən 5 ha torpaq sahəsi “Dağ Kolanı” sahibkar ticarət kommersiya müəssisəsinə ayrılıb və həmin müəssisə vergi orqanında qeydiyyatda olmaqla fəaliyyəti aktivdir. Lakin, iddiaçının qeyd edilən torpaq sahəsinə hər hansı hüququ rəsmi sənədlərlə öz təsdiqini tapmır. Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qanunvericiliyin tələbinə görə, əmlakın hər hansı qəsddən qorunması mülkiyyətçiyə və əmlak hüquqlarının sahibinə aiddir. Hazırki işdə isə iddiaçı, Qobustan rayonu, Poladlı kəndində yerləşən 5 ha torpaq sahəsinin nə mülkiyyətçisi, nə də istifadəçisi deyil. Bununla da müəyyən edilir ki, iddiaçının torpaq sahəsinə aidliyi və bu səbəbdən də hazırki iddianı qaldırmaq hüququ yoxdur. “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisə nin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığı üçün onun iddiası təmin edilə bilməzdi. Birinci instansiya məhkəməsi iddiaçının müvafiq subyektiv hüququnun olubolmamasını araşdırmamış, bu səbədən də subyektiv hüququ olmayan şəxsin iddiasını təmi n etməklə düzgün nəticəyə gəlməmişdir. Bununla da, birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyas ı məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətitəmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3500/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar