Məhkəmə qərarları › İş №2(102)-985/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-985/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-985/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2049/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, sahə 40 ünvanında yerləşən 0,05 ha ölçüdə torpaq sahəsi X1 mülkiyyətində olmuş və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi M.A,Sadıqovun adına qeydiyyata alınmışdır. 25 noyabr 2010-cu il tarixdə həmin torpaq sahəsi və bağ evinə dair Cavabdeh2 adına Reyestrdən Çıxarış verilmişdir. 03 noyabr 2014-cü il tarixdə Gəncə şəhəri 6 saylı Notariat Kontoru tərəfindən həmin əmlakın X3 tərəfindən Cavabdeh1 satılmasına dair müqavilə təsdiq olunmuş və həmin müqaviləyə əsasən Cavabdeh1 adına 21 noyabr 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında İddiaçı cavabdehlər Cavabdeh1, X3, X2, Gəncə şəhəri 6 saylı Notariat Kontoru və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli əmlakı Müşfiq Sadıqovdan dəyərini hissə-hissə ödəməklə 150.000 ABŞ dollarına almasını, həmin dövrdə Gəncə şəhərinin baş memarı vəzifəsində işlədiyi üçün evi öz adına sənədləşdirmək istəməməsini və bununla əlaqədar evi Gəncə şəhərində yaşayan tanışı R.Qəhrəmanovun məsləhəti ilə onun qohumu Cavabdeh1 adına rəsmiləşdirməsini və s. əsas göstərməklə Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış 03 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən Cavabdeh1 adına verilmiş Reyestrdən Çıxarışın etibarsız hesab edilməsi, həmin əqdin onunla X3 arasında bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə və evə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3551/2019 saylı, 25 noyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim: T.Ş.Qocayev) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olmamasını, evin onun tərəfindən dəyəri ödənilməklə alınmasını, evi iddiaçıya satmaq niyyətində olsa da, dəyərinin ödənilməməsinə görə onun həyat yoldaşının adına verdiyi etibarnaməni ləğv etdirməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini x ahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1445/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ş.M.Əliyeva) apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3551/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qətnaməsi qismən - 03 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin tarixinin 03 noyabr 2004-cü il tarixi kimi qeyd edilməsi hissəsində dəyişdirilərək müqavilənin tarixi 03 noyabr 2014-cü il tarixi kimi qeyd edilməsi, Cavabdeh1 ilə X3 arasında bağlanmış 03 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olduğu üçün etibarsız hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini, işə baxılacağı təqdirdə isə iddianın rədd olunmasına dair qərar çıxarılması barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-42/21 saylı, 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1445/2020 saylı, 13 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəm əsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2049/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(043)-3551/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməs inə sorğu verilməklə nəticəsindən asılı olaraq yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki M əcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə İddiaçı mübahisəli evin onun tərəfindən və onun vəsaiti hesabına alınmasını və evin əslində ona məxsus olmasını iddia etsə də məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Müəyyən olunduğu kimi alqı-satqı müqaviləsi evin mülkiyyətçisi olan X5 Salmanov arasında bağlanmış, evin dəyəri Cavabdeh1 tərəfindən ödənilmiş və onun evə olan mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən olunduğu kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Müqavilənin bağlandığı vaxtdan təxminən 5 il müddət keçdikdən sonra iddiaçı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edərkən qanuni əsas kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Alqı-satqı müqaviləsinin bağlanması zamanı Mülki Məcəllədə müəyyən olunmuş hər hansı şərtin pozulması müəyyən olunmamış və müqavilə iştirakçılarından heç biri tərəfindən əqdin qanuniliyi mübahisələndirilməmişdir. Müqavilə tərəflərin iradəsinə uyğun bağlanmış, qanunun tələbinə müvafiq olaraq notariatda təsdiq olunmuş və Mülki Məcəllədə müəyyən olunmuş və əqdin etibarsızlığı üçün əsas verən halların baş verməsi müəyyən olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Re spublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2049/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar