Məhkəmə qərarları › İş №2(102)-985/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-985/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-985/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Kateqoriya (Açar sözlər): borc müqaviləsi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 10.000 manat və köçürdüyü 100 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1478/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni n inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 “cinayət işi başlanmasının rədd edilməsi barədə” 29 iyun 2021-ci il tarixli qərarına əsasən İddiaçı Mayıl qızının Xaçmaz rayon prokurorluğuna etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

2. Şabran Rayon İcra və Probasiya Şöbəsinin 25 aprel 2023-cü il tarixli arayışına əsasən Cavabdeh Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-481/2018 saylı, 13 fevral 2018-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 7 5 manat, cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməsinə dair icra sənədi üzrə ödənilməmiş 2810 manat aliment borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan aldığı 10.000 manat və köçürdüyü 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanıdığı və özünə yaxın bildiyi şəxs Cavabdeh tərəfindən ona evlənmək təklif olunmuş və öz aralarında gəldikləri razılığa əsasən xx.xx.2020-ci il tarixdə o valideynlərinə demədən Cavabdehla planlaşdırılmış şəkildə axşam saatlarında onun tanışına məxsus maşına əyləşərək Cavabdeh ata yurdu sayılan Şabra n rayonu, Daşlı yataq kəndinə getmişlər. xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehla onun ata evinə gedərkən, Xaçmaz şəhərində maşına əyləşən zaman onun üzərində olan 10 000 manatı cavabdehə vermişdir. Cavabdeh ondan bir neçə gün əvvəl ona bildirmişdir ki, onun birinci yoldaşından olan uşaqların saxlanılması üçün Şabran Rayon Məhkəməsinin qətnaməsinə əsasən aliment borcu yaranmış və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru onu axtarışa vermişdir. O, 10 000 manatı verməsə, ona inzibati qaydada cəza verilcəkdir. O, cavabdeh ilə razılaşmışdır, həmin 10 000 manatı cavabdehə vermişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehin onunla ailə qurmağının məqsədi pulunu ələ keçirmək olmuşdur. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

5. Məhkəmə ic lasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, 2010-cu ildən məktəbdə ibtidai sinifdə dərs deyir, həmin vaxtdan pul yığaraq gələcəkdə ailə qurarkən özünə cehiz almaq arzusunda olmuşdur. Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 000 manat pulu özü ilə götürmüşdür. Pullar bütün sənədləri ilə birlikdə onun sumkasında olmuşdur. O, Qədimin əmisigilə qaçırılmışdır. Bir neçə gündən sonra “zaqs”a getmişlər, həmin vaxt sumkasını ona vermişlər. O, sumkasında pulların olmadığını bilmişdir. Lakin o Qədimlə ailə həyatı qurduğundan bu barədə söhbət açmağa utanmışdır. Bu səbəbdən iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2020ci il tarixdə İddiaçı valideynlərinin məlumatı olmadan, onunla ailə qurmaq məqsədi ilə evdən qaçmışdır. İddiaçının dedikləri tam yalandır. İddiaçı onunla gedərkən üzərində 10.000 manat pul olmamışdır. Onun üzərində sumkası və sənədləri olmuşdur. İki gün sonra Səidənin anası gəlmiş, onlara demişdir ki, qızı oxutdurmuşlar, maaşını onlar almalıdırlar. O da belə olan halda Səidənin işdən çıxıb evdə oturmasını bildirmişdir. Sonra Səidənin anası qızının aldığı 1040 manat məzuniyyət pulunun onlara çatacağını demişdir. O, da həmin pulu maşınla aparıb Səidənin xalasına vermişdir. Həmin vaxt Səidə anası ilə danışmırdı. Sonra ondan polisə, prokurorluğa şikayətlər etməyə başlamışlar. Bir müddət sonra nikahlarını rəsmiləşdirmişlər. 7 ay bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pozulmuş, rəsmi olaraq ayrılmışlar. Birgə yaşadıqları müddətdə hər ikisi əldə etdikləri gəliri bir yerdə ev üçün xərcləmişlər. İddiaçının heç bir cehiz əmlakı olmamışdır. Evdə apardığı təmir işlərini də qardaşının adına 5 min manat kredit götürərək etmişdir. Səidə düz deyir, Səidənin sənədləri, sumkası maşında arxa oturacağın üstündə olub, maşının açarı isə həmişə onda olub, ancaq, atası da, qardaşı da sürə bilərdilər. Sumkanın içinə baxmamışdır. 10.000 manat puldan onun məlumatı yoxdur. İddiaçı öz razılığı ilə evdən çıxıb getmişdir. İddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Cavabdeh onun qızı Səidəni qaçırmışdır. Qədimi ondan sonra tanımışdır. Qızı Səidə 2020-ci ilin iyulun 3də qaçmışdır. Həmin gün Səidənin işdən gəlməsini gözləmişlər, lakin o, işdən evə gəlməmişdir. Sonra müəllimələrdən öyrənmişdir ki, qızı qaçıb. Qızı Səidə 2010-cu ildən cehiz əmlakı almaq üçün işləyib pulunu özü yığmışdır. Qaçıb gedərkən yığdığı pullarını da özü ilə aparmışdır. 2020-ci ilin iyulun 9-da Qədimgilə getmişlər, onların evində olanda Qədimin anası demişdir ki, Qədim sənədləri gizlətmişdir. Onlar da xəcalət çəkirdilər ki, Qədimin pulu götürməsi barədə söhbət açsınlar. Ona görə də sənədlər barəsində söhbət aparmamışlar. Onların ailələri bilirdilər ki, onlar qız üçün cehiz almırlar, pul yığırlar. Elə qızına cehiz verməməsinin səbəbi də bu olmuşdur ki, Səidə illər boyu işləyib yığdığı pulu özü ilə aparmışdır.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, hər i ki tərəfi tanıyır. İddiaçının iddia ərizəsini o özü yazmışdır. Bundan əvvəlki məhkəmə iclasları olarkən məhkəmənin qarşısında cavabdeh tərəfin qohumu ona yaxınlaşaraq demişdir ki, gəlin 10.000 manatın başını 2600 manatla bağlayaq qurtarsın. O, da iddiaçı tərəfə bu təklifi bildirmişdir. Lakin, iddiaçının valideynləri razılaşmamışlar, cavabdehdən 10.000 manat pulun qaytarılmasını tələb etmişlər. Qədimin anası da iddiaçının anası ilə telefonda danışarkən, oğluna demişdir ki, ver pulu qurtar bu işi.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Qədim onun bacısı oğludur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Səidə ilə nə vaxt ailə qurmasını bilmir. Səidənin cehiz əmlakı gətirib-gətirməməsi barədə heç bir məlumatı yoxdur. Lakin Səidə onun yanında öz xalasına pul ver mişdir. Həmin vaxt pulun nə pulu və nə qədər olduğunu bilmir. Sonradan ona məlum olmuşdur ki, pul 1140 manat olmuşdur.

11. Şabran Rayon Məhkəməsinin 2(031)-256/2023 nömrəli, 4 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia tələbi təmin edilmiş, Cavabdeh 10.000 (on min) manat pul və 100 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Səidənin illərlə işləyib özünə cehiz əmlakı almaq üçün pul yığması, Qədimə qoşulub qaçarkən yığıb topladığı 10.000 manat pulu özü ilə götürməsi, pulların sumkada, sumkanın da qaçırıldığı maşında, həmin maşının açarının da Qədimdə olması, Səidənin pul yığmasının anası tərəfindən təsdiqlənməsi, şahid Natiqin Qədimin qohumları ilə həmin pulu n qaytarılması ilə mübahisə aparmaları və işin müəyyən edilən digər halları belə nəticəyə gəlməyə əsas vermişdir ki, həqiqətən də, iddiaçının 10.000 manat pulu cavabdehdə qalmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.2.1, 445.2.2, 448.1, 739.1, 740 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının cavabdehə ümumiyyətlə pul verməsi fərziyyələrə əsaslanır və heç bir birbaşa sübutla təsdiq edilmir. İddiaçının və onun yaxın qohumla rı olan şahidlərin ifadələrində kifayət qədər ziddiyyətli hallar vardır. Hətta Səidə özü də Qədimə pulu borc kimi deyil, ona kömək etmək məqsədi ilə, qaytarmaq şərti qoymadan vermişdir. Belə olah halda borc müqaviləsinə aid müddəalar deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bağışlama münasibətlərinə aid olan 660-674-cü maddələri tətbiq edilməli idi. Əgər 10.000 manat borc kimi verilmişdisə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələblərinə görə müqavilə yazılı formada bağlanmalı idi. Belə ki, həmin maddənin tələbinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə vəziyyətdə şahidlərin fərziyyələrə əsaslanan ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Əgər borc verilməsi birmənalı v ə şübhə doğurmayan sübutlarla təsdiq edilmirsə, öhdəliyin icrası ilə əlaqədar və öhdəliyin icra edilməməsi ilə əlaqədar məsuliyyət müəyyən edən həmin normalara istinad edilməsi əsassızdır. Öhdəliyin icrasının tələb edilməsi və icranın pozulması zamanı cavabdehlikdən söhbət getməsi üçün ilk növbədə borcun verilməsi və mövcudluğu sübut edilməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Borc münasibətlərində borcun verilməsi borc verən tərəfindən sübut edilməlidir. Borcun verilməsi birmənalı və şübhəsiz dəlillərlə sübut olunmursa, borc alan kimi göstərilən şəxsin borcu qaytarmaq və ya onu təkzib etmək vəzifəsi yaranmır. Sübutlarda aşağıdakı uyğunsuzluqlar və şübhələr vardır:

1. İddiaçının öz izahatı ziddiyyətlidir. Belə ki, o, iddia ərizəs ində bir tərəfdən yazır ki, Xaçmaz şəhərində maşına əyləşən zaman üzərində olan 10 000 manatı cavabdehə vermişdir. Cavabdeh ondan bir neçə gün əvvəl ona bildirmişdir ki, onun birinci yoldaşından olan uşaqlarının saxlanması üçun aliment borcu yaranmışdır və Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru onu axtarışa vermişdir. O, 10 000 manatı verməsə, ona (yəni Qədimə) inzibati qaydada cəza veriləcəkdir. O, cavabdehlə razılaşmışdır, həmin on min manatı cavabdehə vermişdir (Qətnamənin 1-ci səhifəsi, 2 ci abzas). Bundan sonrakı abzasda isə deyilir ki, İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, 2010-cu ildən məktəbdə ibtidai sinifdə dərs deyir, həmin vaxtdan pul yığaraq gələcəkdə ailə qurarkən özünə cehiz almaq arzusunda olmuşdur. Qədimə qoşulub qaçarkən topladığ ı 10 000 manat pulu özü ilə götürmüşdur. Pullar onun sumkasinda olmuşdur, butün sənədləri ilə birlikdə. O, Qədimin əmisigilə qaçırılmışdır, bir neçə gündən sonra zaqsa getmişlər, həmin vaxt sumkasını ona vermişlər. O, sumkasında pulların olmadığını bilmişdir. Lakin, o, Qədimlə ailə həyatı qurduğundan bu barədə söhbət açmağa utanmışdır. Beləliklə, məlum olmur ki, bu izahatlardan hansı həqiqətdir, hansı yalandır və yaxud hər ikisi yalandır. Səidə Xaçmaz şəhərində maşına əyləşərkən Qədimi inzibati məsuliyyətdən qurtarmaq üçün pulları ona verib, yoxsa Qədim pulları Səidədən xəbərsiz onun sumkasından götürüb? Ümumiyyətlə, qızı ərə gedəndən sonra da 10-12 il əvvəl onun təhsilinə xərclədikləri pulları ondan tələb edən, onun məzuniyyət pulunu belə əlindən alan ailənin subay qızlarının əmək haqqınd an özü üçün ayrıca pul yığmağa imkan vermələri inandırıcı görünmür.

2. İddiaçı və cavabdeh xx.xx.2020-ci il tarixdə qoşulub qaçdıqlarını bildirsələr də, iddiaçının anası X2 iyulun 3-də Qədimlə qaçdığını və həmin il iyulun 9-da Qədimgilə gəldiyini bildirmişdir. Həmin ziddiyyəti aradan qaldırmaq üçün Şabran rayon qeydiyyat şöbəsindən arayış tələb edilə bilərdi. Məhkəmə tərəflərdən bu məsələni dəqiqləşdirməyi tələb etməmişdir.

3. X3 bildirmişdir ki, hər iki tərəfi tanıyır, iddiaçının iddia ərizəsini o özü yazmışdır. Guya məhkəmənin qarşısında cavabdehin qohumu ona yaxınlaşaraq demişdir ki, gəlin 10.000 manatın başını 2 600 manatla bağlayaq qutarsın. Guya Qədimin anası da iddiaçının anasıyla telefonla danışarkən oğluna demişdir ki, ver pulu, qurtar bu işi. İstinad olunan şəxslər məhkəməyə çağı rılıb dindirilməmiş və Natiqin ifadəsinin həqiqiliyi yoxlanılmamışdir.

4. Şabran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında Cavabdeh 2023-cü ilin aprel ayına 2810 manat aliment borcunun olduğu təsdiqlənir və həmin arayışın 2020-ci ilin yay aylarındakı vəziyyətə aidiyyatı yoxdur. Məhkəmə tərəfindən 2020-ci ildəki vəziyyət barədə arayış tələb edilə bilərdi ki, digər sübutlara düzgün qiymət verə bilsin. Məhkəmə aydınlaşdırmamışdır ki, 2020-ci ilin iyul-avqust aylarına olan vəziyyətə görə Cavabdeh nə qədər aliment borcu olmuş və o, həmin dövrdə borcundan nə qədər ödəmişdir. İş üçün əhəmiyyəti olan əsas məsələnin, yəni borc və ya hədiyyə olaraq 10.000 manatın iddiaçı tərəfindən cavabdehə verilməsi mötəbər və birmənalı sübutlarla təsdiq edilməmişdir.

16. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1478/23 nömrəli, 11 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Zaur Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov ) apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-256/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, işin halları və təqdim olunmuş sübutlarla iddiaçı tərəfindən cavabdehə pul verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müvafiq dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçı bir tərəfdən pulu cavabdehə, sonuncunun aliment borcları olduğuna görə özü verdiyini, digər tərəfdən isə həmin pulun onun çantasından götürüldüyünü bildirmişdir. Nəticədə isə pul məbləğinin həqiqətən də iddiaçı tərəfindən könüllü verildiyi, yaxud onu cavabdehin götürdüyü, ümumiyyətlə 10 min manat pul məbləğinin iddiaçıda olub-olmaması təqdim olunmuş sübutlarla birmənalı olaraq təsdiqlənmir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “Səidənin illərlə işləyib özünə cehiz əmlakı almaq üçün pul yığması, Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 000 manat pulu özü ilə götürməsi, pulların sumkada, sumkanın da qaçırıldığı maşında, həmin maşının açarının da Qədim də olması, Səidənin pul yığmasının anası tərəfindən təsdiqlənməsi, şahid Natiqin Qədimin qohumları ilə həmin pulun qaytarılması ilə mübahisə aparmaları və nəticədə iddiaçının 10 000 manat pulunun cavabdehdə qalması” barədə nəti cəyə gəlməsini və sadalananları işin müəyyən edilmiş halları kimi qəbul etməsini qanuni və əsaslı hesab etməmişdir.

19. Belə ki, işin bu hallarını məhkəmə yalnız iddiaçının izahatına və iddiaçı tərəfin dəvət etdiyi şahid ifadələrinə istinad etməklə sübut olunmuş hesab etmişdir.

20. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq e tməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

21. Nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci- tələb olunan əşya mövcuddur; İkinci- tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü- tələb olunan əşya cavabdehdədir; Dördüncü- tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.

22. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. İddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir.

23. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə 10 min manat pulun iddiaçıda mövcudluğu belə mötəbər sübutlarla təsdiqlənməmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 14.3, 77.1, 80, 88, 372.6, 372.7, 384.0.2, 385.1, 385.2 və 402.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kas sasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1478/2023saylı qətnaməsini ləğv edərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarında işin halları adlanan hissədə Xaçmaz RPŞnin TBnin təhqiqatçısı E.Mehtiyevin “cinayət işi başlanmasının rəddedilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarının surətinə və Şabran rayon İcravə Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına istinadedilərək göstərilir ki, tərəfindən 12 min 390 manat pulu birgəyaşayan vaxt Cavabdeh könüllü verilmişdir. Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(067)-481/2018saylı icra sənədi üzrə borclu Cavabde h xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 150 manat sabit pul məbləğindəm alimentin alınaraq tələbkar X1 verilməsinə dair icra sənədi üzrə ödənilməmiş 2810 manat aliment borcu qalmışdır. Qeydolunan sənədlər bir daha təsdiq edirki, həqiqətən də, iddia ərizəsində və Şabran Rayon Məhkəməsinin qətnaməsində adından göstərilənlər həqiqətə uyğundur.

27. Qətnamədə göstərilir ki, hazırki vəziyyətdə 10 min manat pulun onda mövcudluğu mötəbər sübutlarla təsdiqlənməmişdir. Şabran Rayon Məhkəməsində dindirilərkən iş üzrə Cavabdeh bildirdi ki, həqiqətən də iki uşağın saxlanılması üçün həray 150 manat aliment ödəməli olsada, yeddi ildir ki, aliment ödəmir. Məhkəmə videoaidioyazı vasitəsi ilə aparıldığından cavabdehin göstərdikləri ni yoxlamaq mümkündür. Yeddi il ərzində 12 min 600 manat aliment borcu qalmalıdır. Şabran rayon İcravə Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi Cavabdeh 2810 manat aliment borcu qalmışdır. Belə olan halda 9790 manat aliment borcunun hansı vəsaitlə bağlanması aydınlaşır. Göründüyü kimi 10 min manat pulun cavabdeh tərəfindən ondan aliment borclarına görə alınması təsdiqini tapır. Sumqayıt Apellyasiya Məhkəməsi isə belə bir nəticəyə gəlmişdir ki, güya10 min manat pulun onda mövcudluğu mötəbər sübutla təsdiqlənməmişdir.

28. Qətnamədə göstərilir “məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Səidənin illərlə işləyib özünə cehiz əmlakı almaq üçün pul yığması, Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 min manat pulu özü ilə götürməsi,pulların sumkada, sumkan ın da qaçırıldığı maşında,həmin maşının açarının da Qədimdə olması,Səidənin pul yığmasının anası tərəfindən təsdiqlənməsi, şahid Natiqin Qədimin qohumları ilə həmin pulun qaytarılması ilə mübahisə aparılmaları və nəticədə iddiaçının 10 min manat pulunun cavabdehdə qalması” barədə nəticəyə gəlməsini və sadalananları işin müəyyən edilmiş halları kimi müəyyən edilməsini qanuni və əsaslı hesab etmir.”

29. Məhkəmə iclasında cavabdeh habelə,bildirmişdir ki, maşında onun sumkasını və içərisində sənədləri görsə də, orada 10 min manat pul olmamışdır.

30. Məhkəmə onun göstərdiklərini əsaslı hesab etməsə də, cavabdehin hər hansı sübutla təsdiqlənməmiş izahatını əsas kimi qəbul etmişdir.Cehiz almaq məqsədi ilə illər boyu topladığı 10 min manat pulu öz əmlakı kimi cavabdehdən geri tələb edir və hüququd ur.Məhkəmə qətnamələrindən də göründüyü kimi şahidləri anası X14 izahatınd agöstərmişdir ki, həqiqətən də, 2010-cu ildən etibarən əmək haqqısını cehiz almaq məqsədi ilə toplayır və həqiqətən də, cavabdehə qoşulub qaçarkən həmin məbləği özü ilə aparmışdır. Digər şahid X10 məhkəmə iclasında təsdiq etmişdi rki, əvvəlki məhkəmə iclasları olarkən məhkəmənin qarşısında cavabdeh tərəfin qohumu ona yaxınlaşaraq 10 min manatın başını 2600 manatla bağlamağı təklif etmişdir. Bu halların özü tam təsdiqedir ki, qeyd olunan 10 min manat pul mövcud olmuşdur.

31. Məhkəmə göstərilən şahidlərinin izahatlarına münasibətdə onları “ mötəbər sübut” kimi qəbul etməmişdir. MPM-nin 76.2-ci maddəsinin tələbinə görə şahid ifadələri sübutlar siyahısına daxildir. “Mötəbər sübut” dedikdə məhkəmənin nəyi nəzərdə tutma sı onun üçün aydın deyildir.

32. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 135.2, 154.1, 157.2, Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, işin halları və təqdim olunmuş sübutlarla iddiaçı tərəfindən cavabdehə pul verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müvafiq dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçı bir tərəfdən pulu cavabdehə, sonuncunun aliment borcları olduğuna görə özü verdiyini, digər tərəfdən isə həmin pulun onun çantasından götürüldüyünü bildirmişdir. Nəticədə isə pul məbləğinin həqiqətən də iddiaçı tərəfindən könüllü verildiyi, yaxud onu cavabdehin götürdüyü, ümumiyyətlə 10 mi n manat pul məbləğinin iddiaçıda olub-olmaması təqdim olunmuş sübutlarla birmənalı olaraq təsdiqlənmir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlillə ri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(105)-1478/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar