Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-986/2018 19.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-986/2018 şəhəri 19 fevral 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı “İddiaçı” MMC-nin nümayəndəsi X4, Cavabdeh2, onun və Cavabdeh1 vəkili Qəhrəmanova Rəsmiyyə Cəmşid qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2017-ci il tarixli 2(103)8195/2017 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Süleymanova) 27.03.2017-ci il tarixli 2(001)-2069/2017 nömrəli qətnaməsi ilə iddiaçı “X9 Olmayan Kredit Təşkilatı” MMCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 11.12.2015-ci il tarixli ************ nömrəli kredit müqaviləsi üzrə 80.199,33 ABŞ dolları əsas borc, 6.014,82 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, cəmi 87.214,15 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borc və Cavabdeh2 11.12.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 148.556,77 manat əsas borc, 31.314,93 manat faiz, 3.000 manat cərimə, cəmi 182.871,70 manat borcun “İddiaçı” MMC-nin xeyrinə tutulması; tələbin Cavabdeh3 məxsus 1) Abşeron rayonu ************************* ünvanda yerləşən ümumi sahəsi 147,5 m2 olan qeyriyaşayış sahəsinə, 2) Abşeron rayonu ******************************* ünvanda yerləşən ümumi sahəsi 85,2 m2 olan qeyri-yaşayış sahəsinə və 3) Abşeron rayonu *************************** ünvanda yerləşən ümumi sahəsi 102,4 m2 olan qeyri-yaşayış sahələrinə yönəldilməsi, həmin qeyri-yaşayış sahələrinin açıq hərracdan satılması, ipoteka predmeti olan - Abşeron rayonu ***************************** ünvanda yerləşən ümumi sahəsi 147,5 m2 olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 95.875 manat, 2) Abşeron rayonu *********************************** ünvanda yerləşən ümumi sahəsi 85,2 m2 olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 55.380 manat və 3) Abşeron rayonu ******************************* ünvanda yerləşən ümumi sahəsi 102,4 m2 olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 66.560 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin əmlakın Cavabdeh3 tərəfindən boşaldılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə 11.12.2015-ci il tarixli ********** nömrəli kredit müqaviləsi üzrə qalan borcun Cavabdeh1 və 11.12.2015-ci il tarixli ************* nömrəli kredit müqaviləsi üzrə qalan borc Cavabdeh2 alınaraq “İddiaçı” MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manatın Cavabdeh1 və Cavabdeh2 tutularaq “İddiaçı” MMC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 90 manatın “İddiaçı” MMC-dən, 510 manatın Cavabdeh1 və Cavabdeh2 alınaraq "xxxx" MMC-yə təqdim olunmuş hesab üzrə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, S.Hacıyev) 14.08.2017-ci il tarixli 2(103)-8195/2017 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.03.2017-ci il tarixli 2(001)-2069/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmı şdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “X9 Olmayan Kredit Təşkilatı” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.11.2016-cı il tarixdə, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 11.12.2015-ci il tarixli ************ nömrəli kredit müqaviləsi üzrə yaranmış 80.199,33 ABŞ dolları əsas kredit borcu, 6.014,82 ABŞ dolları faiz, 18.045 ABŞ dolları cərimə olmaqla, cəmi 1 04.259,15 ABŞ dolları kredit borcunun və Cavabdeh2 11.12.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə yaranmış 148.556,77 manat əsas kredit borcu, 31.314,93 manat faiz, 102.503,64 manat cərimə olmaqla, cəmi 282.375,34 manat kredit borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq “İddiaçı” MMC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 11.12.2015-ci il tarixli ************ nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 104.259,15 ABŞ dolları kredit borcunun və Cavabdeh2 ********* nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 282.375,34 manat kredit borcunun ipotekaya qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh3 tam mülkiyyətində olan 1) Abşeron rayonu ************************ ünvanda yerləşən ümumi sahəsi 147,5 m2 olan qeyri-yaşayış sahəsi, 2) Abşeron rayonu ******************** ünvanda yerləşən ümumi sahəsi 85,2 m2 olan qeyri-yaşayış sahəsi və 3) Abşeron rayonu ******************** ünvanda yerləşən ümumi sahəsi 102,4 m2 olan qeyri-yaşayış sahələrinə yönəldilərək həmin qeyri-yaşayış obyektlərinin açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş Cavabdeh3 məxsus 3 ədəd ipoteka predmetinin hərracda ilkin satış qiymətinin toplam dəyəri 251.325 manat müəyyənləşdirilməsi, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh3 tam mülkiyyətində olan, 1) Abşeron rayonu ********************************* ünvanda yerləşən ümumi sahəsi 147,5 m2 olan qeyri-yaşayış sahəsi, 2) Abşeron rayonu ******************** ünvanda yerləşən ümumi sahəsi 85,2 m2 olan qeyri-yaşayış sahəsi və 3) Abşeron rayonu ******************** ünvanda yerləşən ümumi sahəsi 102,4 m2 olan qeyri-yaşayış sahələrinin ca vabdehlər tərəfindən boşaldılması, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğindən Cavabdeh1 11.12.2015-ci il tarixli ************ nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 140.800,66 ABŞ dolları və Cavabdeh2 ********* nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 234.913,89 manat borcunun ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, notariat qaydada sənədlər təsdiq edilərkən ödənmiş 48 manat dövlət rüsumunun və bildiriş qeydə alınarkən ödənilmiş 256 manat dövlət rüsumunun, yüklülük qeydiyyata alınarkən ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq “İddiaçı” MMC-nin xeyrinə ödənilməsi, ipoteka predmentlərinin açıq hərrac yolu ilə satışı zamanı əldə ediləcək pul vəsaitinin yaranmış borcu qarşılamayaca ğı təqdirdə, qalıq qalacaq borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yönəldilməsi və onlardan tutulması, ipoteka predmetlərinin açıq hərrac yolu ilə satışı zamanı əldə ediləcək pul vəsaitlərinin Cavabdeh1 11.12.2015-ci il tarixli ************ nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 104.259,15 ABŞ dolları kredit borcunun və Cavabdeh2 ********* nömrəli kredit müqaviləsi üzrə yaranmış cəmi 282.375,34 manat kredit borcuna yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli a raşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun və Cavabdeh1 vəkili Vəkil kas sasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı “İddiaçı” MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.08.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27.03.2017-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “İddiaçı” MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2015-ci il tarixli ************ nömrəli kredit müqaviləsinə əsasən “İddiaçı” MMC Cavabdeh1 illik 28 faizlə, 48 ay müddətinə 93.000 ABŞ dolları borc vermişdir. “İddiaçı” MMC ilə X2 arasında bağlanmış 11.12.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən “İddiaçı” MMC X1 illik 28 faizlə, 48 ay müddətinə 156.000 manat borc vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştira kçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İddiaçı” MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2015-ci il tarixli ************ nömrəli kredit müqaviləsi və “İddiaçı” MMC ilə X2 arasında bağlanmış 11.12.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üsulu kimiCavabdeh3 Mirqasim oğlunun mülkiyyətində olan 1) Abşeron rayonu 2 ************************** ünvanda yerləşən ümumi sahəsi 147,5 m olan qeyri-yaşayış sahəsi, 2) Abşeron rayonu ***************************** ünvanda yerləşən ümumi sahəsi 85,2 m2 olan qeyri-yaşayış sahəsi və 3) Abşeron rayonu ************************* ünvanda yerləşən ümumi sahəsi 102,4 m2 olan qeyri-yaşayış sahələri 15.12.2015-ci il tarixli ********* nömrəli ipoteka müqaviləsinə və 15.12.2015-ci il tarixli ************ nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka yüklü edilmişdir. İpoteka predmetləri cəmi 251.325 manat qiymətləndirilmişdir. İpoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin hesabatlarından görünür ki, Cavabdeh3 məxsus olan Abşeron rayonu ************************* nömrəli binanın 1-ci mərtəbəsində yerl əşən ümumi sahəsi 85,2 m2 olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 55.380 manat; Abşeron rayonu ****************************** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 102,4m2 olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 66.560 manat və Abşeron rayonu ****************************** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 147,5m2 olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 95.875 manat təşkil edir. Tədqiqatın dəyəri 600 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ver məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icr a edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclular müqavilə üzrə iddiaçının müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Nəticədə, borcluların yuxarıda qeyd olunan kredit müqavilələri üzrə “İddiaçı” MMC-yə borcu yaranmışdır.İddiaçı borcun tutulmasını və tut manın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasə n əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəll ənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqd ırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmı ş şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinəəsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərə flivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxslərə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 4 21-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.08.2017-ci il tarixli 2(103)-8195/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-986/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-986/2018
19.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver