Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-986/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə alınmış borcun və birgə nikah dövründə verilmiş və qaytarılmış borcun yarı hissəsinin tutulması, sübutetmə yükü) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6630/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə XXX qızı (bundan sonra “cavabdeh”) xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olmuşlar.
2. X5 (iddiaçının anası) xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 195000 manata X1. 3. (iddiaçının atası) xx.xx.2012-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 35 nömrəli mənzili iddiaçıya bağışlamışdır. 4. xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçıya 20.000 manat məbləğində borc pul vermiş, iddiaçı həmin məbləği hissə-hissə yaxud xx.xx.2021-ci il tarixinə kimi birdəfəlik qaytarmağı öhdəsinə götürmüşdür.
5. Unibank-dan ipoteka krediti ilə mənzil götürmək üçün xx.xx.2018-ci ildə iddiaçıya 20.000 manat pul vermişdir. Pul verilən vaxt tərtib edilən akt iddiaçı, anası X3 və atası X4 tərəfindən imzalanmışdır. 6. xx.xx.2019-cu il tarixli yazılı borc müqaviləsinə əsasən iddiaçıya 15.000 manat məbləğində pulu borc vermiş, İddiaçı isə 15.000 manat borc pulu dekabr 2021-ci ilə kimi qaytarmağı öhdəsinə götürmüşdür. 7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2146 nömrəli arayışa əsasən cavabdehə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat məbləğində kredit verilmiş və xx.xx.2021-ci il tarixə cavabdehin kredit üzrə öhdəliyi olmamışdır. Cavabdehin adına olan kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirilmişdir. 8. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, cavabdehə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 60.000 manat məbləğində kredit verilmişdir.
9. X4 xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə hissə-hissə 55.000 manat borc pul vermiş, cavabdeh isə aldığı 55.000 manat borc pulu 2021-ci ilin dekabr ayına kimi qaytarmağı öz öhdəsinə götürmüşdür.
10. İddiaçı xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsi (aktına) əsasən, xx.xx.2019cu tarixdə ünvan 1 torpağı və 1502 saylı ikimərtəbəli bağ evini 96.000 manata almışdır. Bu pulun 50.000 manatını Bank Respublikanın Nəsimi filialından 2 illik kredit götürməklə verilmişdir. Hər ay 2522 manat ödəməklə 2 il müddətinə bank faizi ilə birlikdə 60.506 manat pul ödənilmişdir. Banka hər ay 2522 manat kreditin ödənilməsinə görə iddiaçı atası Vaqifdən hissə-hissə 55.000 manat borc alaraq ödənilmiş, ödənilmiş qəbzləri də ata sına təqdim etmişdir. İddiaçı atasından hissə-hissə 55.000 manat pul almasını X4, X3, X5 və iddiaçı öz imzaları ilə təsdiq etmişlər.
11. X3 xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi hissə-hissə 30.000+17.000= 47.000 manat borc pul vermiş, iddiaçı isə xx.xx.2020-ci il tarixindən 2021-ci ilin dekabr ayına kimi ödəməyə öhdəsinə götürmüşdür.
12. İddiaçı xx.xx.2020-ci il tarixli yazılı borc müqaviləsinə (aktına) əsasən, xx.xx.2019-cu ildə ünvan 1 1501 və 1502 saylı 10 sot torpaq sahəsində 2 mərtəbəli bağ evi almış, bu bağ evinin təmirinə xx.xx.2020-ci ildə başlamışdır. Bağın təmirində pultla qapısı açılan 2 maşınlıq qaraj, kərpicdən manqal, 12 tonluq yeraltı içməli su hovuzu, pultla açılan giriş darvazası, şirin su xətti, istixana, mərmərdən mətbəx mebeli tökülmüşdür və bəzi əlavə işlər tikilmişdir və bərpa edilmişdir. Bağın təmirinə görə iddiaçı atası Vaqifdən hissə-hissə 30 000+17 000=47.000 manat borc pul almışdır. Aktın düzgünlüyünü X4, X3, X5 və iddiaçı imzaları ilə təsdiq etmişdir.
13. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5973/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçı və cavabdehin xx.xx.2008-ci il tarixli nikahı pozulmuş, birgə nikahdan olan uşaqlar analarının himayəsində saxlanmış, uşaqların saxlanması üçün iddiaçıdan aliment tutulmuşdur.
14. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 1 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri, ünvan 1, 1502 saylı bağ evinin Cava bdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, Cavabdeh X7 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, “HYUNDAİ ACCENT” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 10.000 manat Cavabdeh tutularaq X3 ödənilməsi, “HYUNDAİ ACCENT” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES-350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ü zərində 1/2 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 1/2 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur.
15. Xətai Rayon Məhkəməsinin 2(011)-227/0024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nun hazırki iddiaçıya qarşı iddia tələbi təmin edilmiş, 137000 manat pulun iddiaçıdan tutularaq na (iddiaçını atasına) verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-227/0024 saylı qətnaməsinə əsasən borclu olduğu 137.000 manat pul məbləğinin onun ailəlik dövrünü əhatə etdiyi üçün keçmiş arvadı olan cavabdehlə müştərək b orc kimi hesab edilərək, borclu olduğu 137.000 manat pul məbləğinin ½ hissəsinin, yəni 68.500 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması, Bakı şəhəri 14 saylı notarius ofisində cavabdehin qardaşı X4 verdiyi 20.000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18.000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması, ödənilmiş (68 500 manata görə) 295.50 manat dövlət rüsumunun və (9000 manata görə) 110 manat dövlət rüsumunun, cəmi 405.50 pulun cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xətai Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(011)-227/2024 saylı qətnaməsinə əsasən na 137.000 manat pul borc ludur. Bu yaranmış borc sentyabr 2018-ci il tarixdən başlayaraq, 2021-ci ilin Noyabr ayına kimi iddiaçının atasından hissə-hissə alınaraq, yığılıb qalmış pullardır. Yazılı borc müqavilələri və müqavilələrə aid olan AKT-lar vardır. Cəmi bor 137.000 manat. Yaranmış borc, iddiaçının cavabdehlə ailəlik dövründə əmələ gəlmişdir. İddiaçı ilə bağlanan yazılı borc müqavilələri üzrə pul vəsaiti iddiaçının keçmiş arvadı olan cavabdehin iştirakı pul alınmışdır və alınmış pullar iddiaçının ailəsinin yaxşı yaşaması, ailəsinə daşınmaz əmlaklar alınmasına və əsaslı təmirə sərf edilmişdir.
18. İddiaçının atası (borc verən) 22 fevral 2023-cü il tarixdə, 137.000 manat pul tələbinə dair, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh qismində hazırki iddiaçını və iddiaçının keçmiş arvadın ı qoymuşdur. Həmin iddia icraata götürülmüş, 16 may 2023-cü il tarixdə, borc verən iddia ərizəsinə baxılmamış saxlanılması barədə ərizə vermiş, 19 may 2023-cü il tarixli 2(011)-2432/2023-saylı qərardadla iddia baxılmamış saxlanmışdır. Borc verən iddia ərizəsinin baxılmamış saxlanılması barədə, ona görə ərizə vermişdir ki, iddiaçı cavabdehlə razılığa gəlmişdi ki, bu borc pulun əvəzinə, bağ evini iddiaçını atsına qaytarsınlar. Atası da söz verir ki, bağ evinə nəvəsi X6 vərəsə edəcək, inam üçün, bağ evinin, vərəsəliyin və Leyla Elnur qızının bağ evinə qeydiyyata düşməyini notariusda eyni vaxta edəcəklər. Əvvəlcədən razılıq olsa da, sonra bu söhbət alınmamışdır. Buna görə də borc verən 10 iyul 2023-cü il tarixdə yenidən 137000 (yüz otuz yeddi min) manat pul tələbinə dair, cavabdeh qismində tək iddiaçını qoyaraq, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmənin 19 Aprel 2024-cü il tarixli, 2(011)-227/2024-saylı qətnaməsinə əsasən təmin edilmiş və cavabdeh kimi hazırki iddiaçıdan 137.000 manat pul tutulmuşdur. Hissə-hissə yaranmış, bu 137000 manat borc pul məbləği, iddiaçının ailəlik dövrünü əhatə etdiyinə görə, onun keçmiş arvadı ilə bərabər pay ilə bölünməli idi. Bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixdə verdiyi ərizəyə qiymət verilməmişdir. Yəni məhkəməyə üçüncü şəxs kimi keçmiş arvadının cəlb edilməsi barədə və borclu olduğu 137000 (yüz otuz yeddi min) manat pul məbləğinin, arvadı ilə iddiaçının arasında bərabər pay ilə bölünməsi barədə olan ərizəsinin təmin edilməsinə qismən qiymət vermiş və məhkəmə tərəfindən qeyd edilmişdir ki, iddiaçının iddia tələbində, iddiaçıya borclu olunan pul məbləği, ailənin müştərək olaraq borcu qaytarmasından yox, yalnız tələb bir nəfərdən olduğuna görə məhkəmə bu borcu müştərək olaraq bölə bilməz. Həmin məhkəmə işi üzrə üçüncü şəxs olan cavabdehin təşəbbüsü ilə məhkəmə ekspertizasının, borc verənlə iddiaçının arasında bağlanmış yazılı borc müqavilələrinin və ona tərtib edilmiş AKT-ların illər üzrə tarixlərinə görə yoxladığı sənədlərə nəzər yetirdikdə bir daha sübut olunur ki, yaranmış borc iddiaçının ailəlik dövrünü əhatə edir, öhdəlik üzrə və Xətai Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(011)-227/2024-saylı qətnaməsinə əsasən, borclu olduğu 137000 (yüz otuz yeddi min) manat pul məbləği, iddiaçı ilə cavabdeh arasında bərabər payla bölünməlidir.
19. Bundan əlavə, 17 sentyabr 2018-ci il t arixdə iddiaçının ailəlik dövründə cavabdeh ailə büdcəsindən qardaşı X4, Bakı şəhəri 14-saylı Notariusda, notarial qaydada 20.000 manat borc pul vermişdir. Həmin puldan cavabdehin plastik kartına xx.xx.2021-ci il tarixdə 2000 (iki min) manat pul ödənilmişdir. Bu da ailəlik dövrünü əhatə edir. Qalıq məbləğ də 18000 manat təşkil edir ki, bu pul məbləğ də, iddiaçının ailəlik dövrünü əhatə etdiyinə görə, cavabdeh ilə arasında bərabər pay ilə bölünməlidir.
20. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 32.1, 32.2.2, 37.3, 38.4, 41.2-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh iddiaya yazılı və şifahi qaydada etiraz edərək, bildirmişdir ki, iddiaçı guya birgə nikah dövründə atasından borc götürdüyü 68.500 manatın, onun nikah dövründə qardaşına borc verdi yi 9000 manatın və dövlət rüsumunun ondan alınması barədə qətnamə qət edilməsini xahiş edib. İddia əsassızdır və rədd edilməlidir. Belə ki, bu iddia iddiaçı ilə onun atasının qarşılıqlı razılığı ilə birgə təşkil edilmiş prosesdir. İddiaçı ilə atası daha əvvəl razılaşıblar ki, atası iddia qaldıraraq guya iddiaçının birgə nikah dövründə olan zaman evinin təmiri üçün atasından 137.000 manat borc alması təsdiq edilsin ki, hazırda ona qarşı bu iddianı irəli sürə bilsin. İddiaçı cavabdeh olaraq həmin iddianı etiraf etsə belə, məhkəmə həmin qətnaməni qəbul etməməlidir. Belə ki, bu etiraf üçüncü şəxs kimi onun maraqlarına ziddir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı iş üzrə iddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə birgə nikah dövründə olarkən əldə etdikləri daşınmaz əmlakların alınması və təmiri üçün atasından müəyyən qədər vəsaiti borc alıb. Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(010)-991/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri, Hovsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evinin hər birinə ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, cavabdehin X7 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Accent” markalı **-FK*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinə əsasən, ödənilmiş 10.000 manatın cavabdehdən qızından tutularaq X3 ödənilməsi, “Hyundai Accent” markalı **-FK*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, cavabdehə və iddiaçıya ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməsi, qarşılıqlı iddianın isə qismən təmin edilərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin adına rəsmiləşdirilən “Lexus ES-350” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, **-FF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində ½ hissəsinin iddiaçıya, ½ hissəsinin isə cavabdehə verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin işdə də, hazırkı iş üzrə iddiaçı və onun nümayəndəsi kimi çıxış edən X4 məhkəməyə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş əmlakların alınmasında onun vəsaitindən istifadə edildiyi üçün, əmlakın bölünməsi zamanı bunun nəzərə alınmasını xahiş edib. Lakin Suraxanı rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixli, 2(010)-991/2022 nömrəli işi üzrə bu hal təsdiqini tapmadığından, məhkəmə həmin arqumenti rədd etmişdi və bütün əmlakı bərabər pay qaydasında 1/2 olaraq bölmüşdü. Bu o deməkdir ki, eyni məsələ ilə bağlı artıq qüvvədə olan məhkəmə qərarı var və işin bu hallarına qiymət verilib. Bununla yanaşı, təm ir pandemiya vaxtına təsadüf edib, həmin vəsaiti guya cavabdehin qayınatası İçərişəhərdə olan qeyri-yaşayış sahəsini 200.000 manata satıb, pulunu oğluna verib. Halbuki, pandemiya vaxtı onun özü gəlirli fəaliyyətlə məşğul idi və təmir üçün kifayət qədər vəsaiti var idi. İddiaçı cavabdehin qardaşı Nərimanın cavabdehin kart hesabına etdiyi 2000 manatlıq ödəniş çeklərinə istinad edərək hesab edir ki, guya həmin ödənişlər Nərimanın cavabdehə olan borcunun qaytarılması üçün edilib. Halbuki, həmin ödəniş qəbzlərini cavabdeh başqa işdə elektron məhkəmə sisteminə yükləyərək bildimişdir ki, onlar qardaşı ilə birgə mülkiyyət əsasında aldıqları mənzilin ilkin ipoteka ödənişini etmək üçün edilib. Bununla yanaşı, cavabdehin qardaşına birgə nikah dövründə verdiyi borcu həmin dövrdə qardaşı qaytarmışdır. Həmin vəsait onların birgə nikah dövründə ailə təsərrüfatına xərclənib. Bunu şahid ifadəsi də təsdiq edir. Həmçinin bağ evinin alınması üçün cavabdehin adına olan kredit borcu həm cavabdeh tərəfindən, həm də iddiaçı tərəfindən ödənilmişdir, iddiaçını atası X4 kreditin borcuna görə pul ödəməmişdir. Bağ evi Xda yerləşdiyindən, X4 da Xda yaşadığından təmir işlərinə görə adıçəkilən ünvana tez-tez gəlmiş və ustalarla da o, danışmışdır. X4 bundan əvvəl də tikini işlərini həyata keçirmişdir. Belə ki, hazırda V.Əhmədovun ayrıca şirkəti vardır. Bağ evinin təmirinə çəkilmiş xərc ilə bağlı məhkəməyə təqdim edilən mütəxəssis rəyindən də görünür ki, rəyi X4 tərtib etmişdir.
22. Birinci instansiya məhkəməsində şahid məhkəmə bildirmişdir ki, 25 sentyabr 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 1- ot ağı 2-otağa düzəlmiş mənzilin alınması üçün alınan borc pul məbləği 20000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı 15 sentyabr 2018-ci ildə bağlanmışdır. Belə ki, xx.xx.2018-ci ildə borc pul alınmış və mənzilin çıxarışından da görünür ki, xx.xx.2018- ci il tarixdə mənzil alınmışdır. Məqsəd isə ipoteka yolu ilə alınan bu mənzilin 15000 manat ilkin ödənişini etmək və mənzildə cari təmir edib kirayə vermək idi. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 bağ massivində 10-sot Torpaq sahəsində yerləşən 2- mərtəbəli Bağ evinin alınması üçün alınan borc pul məbləği 15000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlanmış və bağın çıxarışından da görünür ki, xx.x x.2019-cu il tarixdə bağ evi alınmışdır. Məqsəd Xda aldıqları 1502-saylı Bağ evinə 46000 manat nağd şəkildə və 50000 manat Bank Respublikadan 2 illik kredit götürməklə, cəmi 96000 manat pul verilməli idi. 46000 manat nağd ödənişdən 31000 manat ailənin özündə var idi. çatmayan 15 000 manat pulu ondan borc kimi götürmüşlər. Bu kreditin Bankın xx.xx.2019-cu il tarixli, 19006S100578/764796 saylı cədvəlinə əsasən, xx.xx.2019-cu il tarixdən başlayaraq aylar üzrə ödənişi 2522-manat təşkil edirdi. Cəmi bank faizi ilə birlikdə 2 illik ödəniş 60506 manat olmuşdur. Aylıq ödəniş olan 2522 manat pul məbləğinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi, yəni 3-ayını ödədikdən sonra Pandemiya dövrü olduğuna görə, ölkədə karantin elan olunmuş, iş olmadığına görə krediti ödəyə bilməmiş və məcb ur qalıb ondan aylıq ödəniş üçün borc pul istəmişlər. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Ona görə ki, iki ilin yəni 24 ayın 3 ayını iddiaçı özü ödəmiş, yerdə qalan 21-ayının pulunu hesablamış və iddiaçı ilə 55000 manata borc müqaviləsi bağlamışdır. Ondan alınan borc pul məbləği 55000 manat təşkil edir. xx.xx.2019-cu il tarixdə alınmış Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində, Kondisoner b/y bağ massivində, 10-sot Torpaq sahəsində yerləşən iki mərtəbəli bağ evinin əsaslı təmiri üçün, alınan borc pul məbləği 47000 manat təşkil edir. Yazılı borc müqaviləsi və onun aktı xx.xx.2020-ci il tarixdə bağlanmışdır. 2020-ci ilin martında bağda təmir işinə başlamış, bağın ümumi smeta dəyəri 61500 manat təşkil etmişdir. Bağa cəmi məişət avadanlıqları ilə b irlikdə 54600 manat pul xərclənmişdir. Verilən borclar iddiaçının cavabdehlə ailəlik dövründə olub və borc cavabdehin iştirakı ilə verilib. Beləliklə, ondan alınan cəmi borc 137.000 manat təşkil edir. Bu borcun həqiqətən verildiyi Xətai Rayon Məhkəməsinin 19 Aprel 2024-cü il tarixli, 2(011)-227/2024-saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır.
23. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, 2018-ci ildən iddiaçı ilə bir yerdə işləyir. Onlar telefon biznesi ilə məşğul olurlar. 2018-ci ildə ofisləri ünvan 4 ünvanındakı “XXX” mağazasında yerləşirdi və telefon biznesi ilə məşğul olurdular. 2022-ci ildən Ünvan 2 ünvanında yerləşən “XXX” ofisində telefon biznesi ilə məşğul olmuşlar və hal-hazırda bu ofisdə işləyirlər. İddiaçı mağazanın meneceri işləyirdi və hazırda da işləyir. Ald ıqları malların hamısını iddiaçı çox vaxt topdan paylayırdı. Pərakəndə satışla mağazada işləyən başqa yoldaşlar, o cümlədən o, da məşğul olur. 2019-cu ilin oktyabr ayında, iddiaçı özünə Xda bağ evi aldı. İddiaçı söhbət ərəfəsində bilmişdir ki, o, bağ evini 96000 manata alıbdır, Bank Respublikadan arvadının adına 2 illik kredit götürüblər, valideyinləri ona köməklik ediblər. 2019- cu ilin dekabr ayından koronovirus epidemiyası güclü şəkildə yayılmağa başladığına görə ölkədə karantin elan olunmuş, alver olmamış, mağaza bir müddət bağlı qalmışdır. Bu ərəfələrdə, yəni 2020-ci ilin fevral ayından sonra iddiaçının atası Vaqif müəllim tez-tez onların mağazasına gəlmişdir. O, görmüşdür ki, atası iddiaçıya pul verir. O, doğrudan da 2020-ci ildə Ünvan 3 yerləşən Fresko Marketdə yerləşən terminallard an iddiaçının arvadının hesab nömrəsinə 2522-manat aylıq ödənişlər etmişdir. Neçə ay ödəniş etməsi dəqiq yadında deyil, ən azı 7-dəfə ödəmişdir. İddiaçının vaxtı olmadığına görə aylıq 2522 manat ödənişi, tək o yox, onunla işləyən Fərid və müharibədə şəhid olan X2da ödəmişdir.
24. Birinci instansiya məhkəməsində şahid X9 bildirmişdir ki, iddia tələbində qeyd edilib ki, guya onun borcu var. Halbuki, 20000 manat məbləğində borc məbləği onun tərəfindən ödənilmişdir. Hazırda onun borcu yoxdur.
25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5855/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. (hakim Sahibə Hacıyeva)
26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2008-ci ildə nikaha girmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli borc müqavilələri əsasında iddiaçıya borc kimi verilmiş ümumilikdə 137 000 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmuşdur. Adıçəkilən qətnamədən işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.
27. Birinci instansiya məhkəməsi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2024-cü il tarixli Qərarının 3.14-cü bəndinə istinadən göstərmişdir ki, hazırkı mübahisədə sübutetmə yükü birbaşa borc müqaviləsinin iştirakçısı olmuş iddiaçının üzərinə düşür. Lakin iddiaçı həqiqətən də borc müqavilələri üzrə aldığı pul vəsaitinin nə Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin alınması, nə bağ evinin alınması üçün götürülmüş kredit borcunun bağlanması, nə də ki, bağ evinin əsaslı təmirinə çəkilməsini təsdiq edə bilməmişdir.
28. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia ona görə təmin edilə bilməz ki, yuxarıda sadalanan xüsusatlara əsasən borc müqaviləsi üzrə alınmış məbləğ ailə ehtiyacları üçün istifadə edilərsə, o zaman ər-arvad hər ikisi kreditor qarşısında birgə məsuliyyət daşıyır. Başqa sözlə, iddiaçı özünün borclu qarşısında olan, icra edilməmiş öhdəliyi üzrə cavabdehdən məhz özünün xeyrinə hansısa məbləği tələb etməkdə də haqlı olmamışdır. Bu da onun əsassız varlanmasına və öz borcunun real olaraq ödənilməməsinə şərait yarada bilər. Borc müqavilələri ilə bağlı tərtib edilmiş aktlar ilə iddiaçıya verilən borc məbləğinin məhz ailə xərclərinə sərf edilməsi iş materialları, habelə daha əvvəl də aralarında olmuş məhkəmə mübahisələri ilə öz təsdiqini tapmamışdır.
29. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 b/y bağ massivində 10 ünvan 1n ikimərtəbəli bağ evinin təmirinə çəkilmiş xərcin yarısı həmçinin ona görə cavabdehdən tutula bilməz ki, iddiaçı edilmiş yaxşılaşdırmadan məhrum qalmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, ünvan 1, 1502 saylı bağ evi ½ hissədə mülkiyyət hüququ əsasında tərəflərin paylarına bölünmüşdür. Yəni, birgə nikah dövründə əldə edilmiş əmlak edilmiş yaxşılaşdırmalarla birlikdə paylara bölünmüşdür.
30. Habelə növbəlilik qaydasında payçılardan birinin iddiası əsasında bağ evinin paylara uyğun olaraq naturada ayrılması mümkün olmadığı təqdirdə, əmlak hərraca çıxarılan zaman evin bazar dəyəri həmin yaxşılaşdırma (əsaslı təmir) ilə birlikdə müəyyən ediləcəkdir. Yəni ki, iddiaçı nə həmin yaxşılaşdırmadan istifadə hüququndan, nə də ki, yaxşılaşdırılmış əmlakın dəyərindən pay almaq hüququnu itirməmişdir.
31. Birinci instansiya məhkəməsi iddia tələbinin “Bakı şəhəri 14 saylı notarius ofisində cavabdeh XXX qızı qardaşı X4 verdiyi 20 000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18 000 manat onun ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yə ni, 9000 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsini əsassız sayaraq göstərmişdir ki, kredit müqaviləsi onun iştirakçıları üçün öhdəlik yaradır. cavabdeh məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun X6 tərəfindən ona ödənildiyini bildirmiş, bu halı məhkəmə iclasında şahid kimi dindirilmiş X6 da təsdiq etmişdir. Odur ki, kredit müqaviləsi üzrə borc nikah dövründə qaytarıldığından, hazırda belə bir borc mövcud olmadığından iddia o hissədə təmin edilə bilməz.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 223.3, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1, 37.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4cü maddələri və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqq ında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2024-cü il tarixli Qərarının 6.39, 6.40, 6.41-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
33. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə maddi və prosessual hüquq normalarını pozulmasına istinad edilmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-6630/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət etmişdir. (hakimlər İkram Şiri nov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 3.14-cü bəndinə istinadən göstərmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yax ud bu fakt işin mübahisə olunmayan halı olsun. Bu baxımdan, hazırkı mübahisədə sübutetmə yükü birbaşa borc müqaviləsinin iştirakçısı olmuş iddiaçının üzərinə düşür. Lakin iddiaçı həqiqətən də borc müqavilələri üzrə aldığı pul vəsaitinin nə Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 b/y bağ massivində 10 sot torpaq sahəsində yerləşən ikimərtəbəli bağ evinin alınması, nə bağ evinin alınması üçün götürülmüş kredit borcunun bağlanması, nə də ki, bağ evinin əsaslı təmirinə çəkilməsini təsdiq edə biləcək sübutları təqdim edə bilməmişdir.
37. Eləcə də Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 b/y bağ massivində 10 ünvan 1n ikimərtəbəli bağ evinin təmirinə çəkilmiş xərcin yarısı, həmçinin ona görə cavabdehdən tutula bilməz ki, iddiaçı edilmiş yaxşılaşdırmadan məhrum qalmamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(010)-991/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, ünvan 1, 1502 saylı bağ evi ½ hissəsinə tərəflərin ½ hissədə payları tanınmışdır. Başqa sözlə, birgə nikah dövründə əldə edilmiş əmlak edilmiş yaxşılaşdırmalarla birlikdə paylara bölünmüşdür
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin “Bakı şəhəri 14 saylı notarius ofisində cavabdehin qardaşı X4 verdiyi 20.000 manat borc pul məbləğindən, qalıq məbləğ olan 18.000 manatın ailəlik dövrünü əhatə etdiyi üçün bərabər payla yəni, 9000 manat pul məbləğinin cavabdehdən tutulması” hissəsi üzrə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, kredit müqaviləsi onun iştirakçıları üçün öhdəlik yaradır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qa lıq borcun X6 tərəfindən ona ödənildiyini, həmin vəsaitin isə birgə mənzilin təmirinə xəcləndiyini bildirmişdir. Bu halı məhkəmə iclasında şahid kimi dindirilmiş X9 da təsdiq etmişdir. Odur ki, həmin kredit müqaviləsi üzrə borc nikah dövründə qaytarıldığı və ailənin məsrəflərinə xəcləndiyi müəyyən olunduğundan, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1-ci, Mülki Məcəlləsinin 223.3, 225.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri a) Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, X4 verdiyi 20.000 manat borc pul məbləğindən qalıq məbləq olan, 18.000 manat pul məbləğinin ½ hissəsinin, yəni 9000 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, 17 sentyabr 2018-ci il tarixdə iddiaçı nikahda olan dövrdə cavabdeh (borcverən) ailə büdcəsindən qardaşı X4 (borcalana) notarial qaydada 20.000 (iyirmi min) manat borc pul vermişdir. Həmin müqaviləyə əsasən borcalan krediti xx.xx.2025-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş cavabdehin qardaşı X6 verdiyi ifadəsində 20.000 manat məbləğində borcun onun tərəfindən ödənilməsini bildirmişdir. 2018-ci ildə iddiaçı və arvadı bu şəxsə inanırdısa, niyə borcu notarial qaydada verirdi, bu borc qaytarılıbsa nə vaxt hansı tarixdə qaytarılıb, bu borc iddiaçının ailəlik dövründə qaytarılıbsa necə olur ki, 2018-ci ildən 2021-ci ilə kimi iddiaçının xəbəri olmayıb. Bu sözlər yalan sübutsuz ifadədir. Tələb müqavilə bağlanandan 3 ili əhatə edir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunub ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında kredit müqaviləsi üzrə qalıq borcun qardaşı X6 tərəf indən ona ödənildiyini, həmin vəsaitin isə birgə mənzilin təmirinə xərcləndiyini bildirmişdir. Lakin soruşulmadı ki, qardaşın nə qədər ödəmişdi ki, qalıq borcu da sənə qaytarıb, səndə onu mənzilin təmirinə xərcləmisən. Sual olunur hansı mənzilin təmirinə xərcləmisən, tərəflərin mənzili olmayıb, qaldıqları mənzil də iddiaçının atası na məxsus olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan qəbzlərə görə, cavabdehin qardaşı X6 cavabdehin kartına 7 aprel 2021-ci il tarixdə 2000 manat ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə boşandığına görə, ödənilmiş 2000 manat pul məbləği onun ailəlik dövrünü əhatə edir (xx.xx.2021-ci ildə boşanmışdır). İddiaçı boşandıqdan 1 il sonra, (borc müqaviləsi bağlandıqdan 4 il sonra), xx.xx.2022-ci il tarixdə daha bir 2000 manat pul məbləği ödənilmişdir. B u məbləq keçmiş arvadına aiddir. xx.xx.2023-cü il tarixdə daha bir 2000 manat pul məbləği ödənilib. xx.xx.2018-ci il tarixdən, yəni 5 il müddətində cavabdehin qardaşı X6, cavabdehin kartına 6000 manat pul ödəmişdir ki, bu məbləğin 2000 manatı xx.xx.2021-ci il tarixdə ödənildiyinə görə onun ailəlik dövrünə düşür. Buna görə də xx.xx.2021-ci il tarixdə edilmiş ödəniş nəzərə alınmaqla, qalıq məbləğ 18.000 manat təşkil edir ki, bu məbləğ də iddiaçı ilə cavabdeh arasında bərabər pay ilə bölünməlidir. Cavabdehin məhkəməyə verdiyi (2000 manat ödənmiş pullar, ipotekanın ilkin ödənişi üçün edilib sözləri) yalan, sübutsuz izahata qiymət verildiyinə görə, məhkəmə MPM-nin 106.1 və 217.4-cü maddəsinin müddəalarını və prosessual hüquq normaları pozmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 s aylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli arayışa əsasən cavabdehin adına Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 1D, mənzil 62 xx.xx.2018-c il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixli çıxarışla qeydə alınmışdır. Amma cavabdehin kartına onun qardaşı tərəfindən ödənilən ilk 2000 manat pul məbləği 7 aprel 2021-ci il tarixdən başlayır. Bu tarixlər heç də tutuşmur, məhkəmənin də vaxtı olmayıb bunları yoxlasın, bundan da istifadə edən cavabdeh yalan, sübutsuz izahatlar verib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında kı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin p ozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində iddiaçı qətnaməni qismən – 9000 manat pul məbləğinin cavabdehdən tutulub ona qaytarılması barədə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.
45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
47. İddiaçı 9000 manat pul məbləğinin cavabd ehdən tutulub ona qaytarılması barədə iddia tələbini onunla əsaslandırıb ki, cavabdehlə ailəlik dövründə – 17 sentyabr 2018-ci il tarixdə cavabdeh ailə büdcəsindən öz qardaşı X4 notarial qaydada 20000 manat borc pul vermişdir. Həmin puldan 2000 (iki min) manat xx.xx.2021-ci il tarixdə, yəni tərəflərin ailə olduqları vaxt ödənilmişdir. Qalıq məbləğ olan 18000 manat sonradan ödənildiyi üçün həmin məbləğ cavabdeh ilə arasında bərabər pay ilə bölünməlidir
48. Cavabdeh də 17 sentyabr 2018-ci il tarixdə müqavilə ilə öz qardaşına 20000 manat borc verməsini, həmçinin cavabdehin qardaşı da şahid ifadəsində bu faktı təsdiq etmişlər. Başqa sözlə, tərəflərin birgə nikah vaxtı cavabdehin qardaşına 20000 manat borc verməsi işin mübahisəsiz halı kimi müəyyən edilib. Tərəflərin nikahının Xətai Rayon Məhkə məsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulması da işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.
49. İddiaçı ailə büdcəsindən cavabdehin qardaşına (borcluya) verilən 20000 manat borcdan borclunun 2000 manat pulu onların ailə münasibətlərində olduğu vaxt (xx.xx.2021-ci ildə) qaytarmasını, qalan məbləğin qaytarılmasının münasibətlər pozulduqdan sonrakı vaxta təsadüf etməsini bildirmiş, bununla bağlı üç qəbzi sübut kimi təqdim etmişdir.
50. Cavabdeh isə həmin iddiaya etirazında qardaşına verilən borc pulun iddiaçı ilə birgə yaşadıqları vaxt tam olaraq qaytarılmasına və həmin pulun ailə ehtiyaclarına sərf edilməsini bildirmişdir.
51. Birinci instansiya məhkəməsinin iddianı qeyd edilən hissədə rədd edilməsi mövqeyilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə icla sında verdiyi izahatında sözügedən kredit müqaviləsi üzrə qalıq borcun X6 tərəfindən ona ödənildiyini, həmin vəsaitin isə birgə mənzilin təmirinə xəcləndiyini bildirməsinə, bu halın məhkəmə iclasında şahid kimi dindirilmiş X9 da təsdiq edilməsinə istinad etmişdir.
52. Əvvəla, cavabdehin kredit müqaviləsi üzrə verilmiş pulun tam olaraq borclu olan qardaşı tərəfindən iddiaçı ilə ailə münasibətlərində olduğu vaxt qaytarılmasının və həmin pulun ailə ehtiyaclarına sərf edilməsinin hansı sübutla müəyyən edilməsi işdən görünmür. Belə ki, iddiaçı qeyd edildiyi kimi, borclu tərəfindən pulun qaytarılmasına dair 3 ədəd qəbzə istinadən 6000 manat pul ödənilməsini, bundan 2000 manatın onların ailə münasibətlərində olduğu vaxt qaytarılmasını, qalan 4000 manatın ailə münasibətlərinə xitam verildiyi vax tdan sonra qaytarılmasını bildirmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi həmin qəbzlərə sübut kimi qiymət verməmiş, iddiaçının həmin qəbzlərə istinadən irəli sürdüyü dəlilləri cavabdehin etirazında bildirdikləri dəlillərlə müqayisəli şəkildə təhlil etməmişdir.
54. İddiaçının cavabdehlə ailə olaraq birgə yaşadıqları dövrdə ümumi ailə büdcəsindən verilmiş borc pulun birgə yaşadıqları dövrdə də ailə büdcəsinə qaytarılması və həmin pulun ailə ehtiyaclarına sərf edilməsi halının sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşsə də, onun buna dair hər hansı sübut verməsi işdən görünmür.
55. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaya etirazında göstərdiyi, heç bir sübutla təsdiqini tapmayan halları işin müəyyən edilmiş halı kimi müəyyən etmi şdir.
56. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki prosessual Məcllənin 220.4-cü maddəsinə gprə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutla... göstərilməlidir.
57. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh öz qardaşına xx.xx.2018ci il tarixdə 7 il müddətinə 20000 manat pulu notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən vermişdir. Cavabdehin qardaşı şa hid qismində verdiyi ifadəsində həmin pulu tam qaytardığın bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi borcun müqavilə əsasında 7 il müddətində verilməsinə baxmayaraq, həmin pulun tərəflərin nikahının pozulduğu 2021-ci ilin sonundək qaytarılması ilə bağlı hər hansı yazılı sübutun olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirməmişdir. Halbuki iddiaçı borcun bir hissəsinin qaytarılması ilə bağlı yazılı sübuta istinad etmişdir.
58. Şahid ifadəsinin qiymətləndirilməsi ilə bağlı məsələdə işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi səlahiyyətli olsa da, məhkəmə cavabdehin iddiaya etirazının dəlilləri və bu dəlillərin təsdiqi ilə bağlı şahid ifadəsini işin digər halları və sübutları ilə qarşılıqlı şəkildə qiymətləndirməklə müvafiq nəticəyə gələ bilərdi. B u məsələ sübutetmə yükünün düzgün müəyyən edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, barəsində kassasiya şikayəti verilmədiyi üçün kassasiya baxşının predmeti olmasa da, iddianın rədd edilən digər hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına söykənərək, iddiaçının atasından aldığı borc pulların ailə ehtiyacları üçün sərf edilməsi halını sübut edilməsi yükünü iddiaçını üzərinə düşməsini göstərmişdir. Lakin iddianın digər hissəsi olan 9000 manat pulun cavabdehdən tutulması barədə tələb üzrə isə apellyasiya instansiyası məhkəməsi həmin mövqedən kənara çıxaraq qeyd edilən hissə üzrə sübutetmə yükünün cavabdehin üzərinə düşməsinə və sonuncunun öz etirazının əsası kimi istinad etdiyi hala dair əsaslı və şübhədənkənar sübut təqdim etməməsinə əhəmiyyət verməmiş, nəticədə ziddiyyətli hal yaranmışdır.
60. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən xx.xx.2024-cü il tarixli Qərarının 3.14 və 3.15-ci bəndlərinə görə əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.
61. Plenum qərarında qanuni prezumpsiyanın birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olmasına tətbiq edilm əməsi göstərilmişdir. Hazırki işin halları fərqli olsa da, mahiyyət dəyişmir. Belə ki, nikah vaxtı borc verilmiş pulun nikah vaxtında da qaytarılmasını və ailə ehtiyaclarına sərf edilməsini bildirən tərəf bunu sübut etməlidir. Çünki borc müqaviləsini cavabdeh bağlamış, cavabdehin deməsinə görə müqavilə öhdəliklərinə görə borclu aldığı pulu borc verənə (cavabdehə) qaytarmalıdır. Başqa sözlə, borcun verilməsində və qaytarılmasında bilavasitə cavabdeh iştirak etdiyindən, qaytarılmış borcun ailə münasibətlərinin olduğu dövrə təsadüf etməsini və həmin pulun ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da cavabdehə məxsusdur.
62. Yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Baxmayaraq ki, Mülki Pro sessual Məcəllənin 217.1ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 63. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
64. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
65. İşin yuxarıda sadalanan hallarına aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslılığına qiymət verə bilmir.
66. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – 9000 manat pulun cavabdehdən tutulması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6630/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə – 9000 manat pulun cavabdehdən tutulması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.