Məhkəmə qərarları › İş №2(102)-987/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-987/2022

22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-987/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ № 2(102)-987/22 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2768/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27.08.2018-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanılmış və Cavabdeh İddiaçı MMC-də “sürücü” vəzifəsinə qəbul edilmişdir. Elə həmin tarixdə tərəflər arasında şirkətə məxsus olan maddi sərvətlərin saxlanılması və mühafizəsini təmin etmək məqsədi ilə tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. 2. 30.05.2019-cu il tarixdə Dərbənd şəhərinin Çimkent qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermiş, qeyd olunan hadisə Rusiya Federasiyasının DYP-də qeydə alınmışdır.

3. Yol nəqliyyat hadisəsi nəticəsində Güloğlan Şıxaliyevin idarə etdiyi **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 10-ZJ395 qoşqusu ilə Dərbənd şəhərinə çatmamış Çimkent postunda, postda dayanma dan keçmək qadağandır nişanında dayanarkən onun sürdüyü maşını Cavabdeh idarə etdiyi 99-JP728 dövlət qeydiyyat nişanlı avtomobil arxa sol tərəfdən vurmuş və nəticədə sağ tərəfi və sol qapı zədələnmişdir. Həmçinin 348 ədəd boş 410 qramlıq baltika butulkaları sınmışdır. 4. "xxxx" MMC tərəfindən tərtib edilmiş 05.08.2019-cu il tarixli zərər və hesablama aktına əsasən, “Mercedes Benz” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 28.200 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı «işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurulmuş 28.800 manat məbləğində maddi ziyanın, hüquqi yardım xərcləri üçün 250 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC tərəfindən dəymiş maddi ziyanın ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin, cavabdeh iddiaçıya dəymiş maddi ziyanın ödənilməsindən boyun qaçırır.

7. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(060)1469/2020 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş 18.01.2021-ci il tarixli, 9/4668 nömrəli rəydə ə sasən, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş 05.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Mercedes Benz” markalı, 99-JP728 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20961 manat müəyyən edilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(060)-84/2021 nömrəli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh 20961 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni işin müəyyən edilmiş halları, ekspert rəyi, Mülki Məcəllənin 21.1, 21.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 -ci maddələri ilə əsaslandırmışdır.

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) 2(105)-2768/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(060)-84/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

14. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəl illəri

15. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, hadisə nəticəsində dəymiş zərərin məbləği 5000 manatdan çox olduğu üçün iddiaçı təşkilat zərərin əvəzinin ödənilməsi üçün ona qarşı əsassız iddia irəli sürmüşdür. Avtomaşın kasko sığortası ilə sığortalanmışdır. Ona görə tələb sığorta şirkətinə yönəlməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı İddiaçı MMC-nin etirazı daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, cavabdeh avtomaşının kasko sığortalı olmasına istinad etsə də bunu nla bağlı heç bir sübut təqdiim etməmişdir. Onun elektron məlumat bazasından çıxararaq kassasiya məhkəməsinə təqdim etdiyi məlumat avtomaşının icbari sığortası ilə bağlıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə

416. Kassasiya instansiyası məhkəməsi mü stəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə ba ğlı düzgün nəticəyə gəlmişdir.

34. İşin mübahisəsiz halı bundan ibarətdir ki, Cavabdeh təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçı MMC-yə zərər dəymişdir.

35. Məhkəmələr tərəfindən müvafiq ekspert rəyi əsasında vurulmuş zərərin məbləği 20961 manat müəyyən edilmişdir.

36. Kassasiya şikayətinin dəlilləri bunlardır:

1. Məhkəmələr nəqliyyat vasitəsinin sığortalı olmasını nəzərə almamışdır.

2. Cavabdeh qismində sığorta şirkəti deyil, fiziki şəxsin cəlb olunmuşdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində yol nəqliyyat hadisəsində iştirak etmiş hər iki nəqliyyat vasitəsinin kasko sığortası olması barədə dəlili irəli sürmüş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı dəlil təsdiqini tapmamışdır. Hazırda isə, cavabdeh qəza törədən nəqliyyat vasitəsinin sığortalı olmasını mübahisələndirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitəsinin icbari sığortasının olması müəyyən edilsə də, icbari sığorta şirkəti tərəfindən ödəniləcək sığorta məbləği cavabdehin deyil, Güloğlan Şıxaliyevin idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı ödəniləcəkdi.

38. Həmçinin, o da qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında 27 avqust 2018-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən, işçinin günahı üzündən şirkətə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun tam məbləğdə ödənilməsini işçi həyata keçirir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh qismində sığorta şirkəti deyil, fiziki şəxsin cəlb olunması əsaslı deyil. Çünki həmin dəlil cavabdehin 1-ci dəlili təsdiqini tapdığı təqdirdə mümkün olardı. Nə qədər ki, avtomaşının kasko sığortasının olması təsdiqini tapmamışdır, tələb tam maddi məsuliyyət barədə iddiaçı ilə müqavilə bağlamış cavabdehə yönəlməlidir.

40. Odur ki, kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla, apellyasiya instansiya məhkəməsinin qanuni və ədalətli qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, ond a baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)

43. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Mə hkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2768/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar