Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-987/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-987/23 Açar sözlər:kredit müqaviləsi üzrə borcun borclu və zamindən tutulması Bakı şəhəri 12 aprel 2023-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların ASC-yə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1899/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsindən “xxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 12 aprel 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən bor clu Cavabdeh2 (cavabdeh ) "xxxx" ASC (bundan sonra bank) tərəfindən illik 10 faiz olmaqla 180 ay müddətinə 32880 manat məbləğində kredit verilmişdir. 2. 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 5-xx-xx-2015-YSAAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən 32880 manat məbləğində 180 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin "xxxx" MMC (bundan sonra MMC ) borclu Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor "xxxx" ASC qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götür müş. 3. 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə 1 №-li əlavəyə əsasən Cavabdeh2 müqavilə əsasında ona verilən kredit üzrə əsas borc və faizləri hər ayın 8-dək aylıq 353.40 manat məbləğində bərabər hissələrlə (sonuncu ay 324.67 manat) banka ödəməyi öhdəsinə götürmüşdür.
4. Müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08 aprel 2015-ci il tarixli ABBYM-0340 №-li "xxxx" MMC və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospeki 167, «AAAF Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, ümumi sahəsi 60.9 kv.m. ibarət 2 otaqlı 133 nömrəli mənzil üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Ə mlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir.
5. Müqavilənin 15.8-ci bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün 08 aprel 2015-ci il tarixli ABBYM-0340 №-li "xxxx" MMC və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospeki 167, «AAAF Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, ümumi sahəsi 60.9 kv.m. ibarət 2 otaqlı 133 nömrəli mənzil üzrə bütün hüquqlar borc verənə keçir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(102)-4505/2020 saylı qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 24 may 2019- cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia tələbi qismən təmin edilərək, onunla "xxxx" MMC arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binasında ümumi sahəsi 60,9 kv.mn olan 2 otaqdan ibarət 133 nömrəli mənzilə (bundan sonra mübahisəli mənzil ) görə bağlanmış 09 aprel 2015-ci il tarixli müqavilənin ləğv edilməsi, MMC-dən banka ödənilmiş 10729,86 manat pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə bu hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. Bank cavab dehlərə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə əsas borc üzrə 30188,87 manat, faiz borcu üzrə 10771,58 manat olmaqla, cəmi 40960,45 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 5xx-xx-2015-YS-AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 30188,87 manat, faiz borcu üzrə 10771,58 manat olmaqla, cəmi 40960,45 manat borc məbləği mövcuddur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Bankı iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə əsas borc üzrə 30188,87 manat, faiz borcu üzrə 11442,45 manat olmaqla, cəmi 41631,32 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. MMC banka qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların banka ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə ödənilməmiş 30188,87 manat məbləğində borcun müqabilində təminat predmeti olan mübahisəli mənzilə dair bütün hüquqların banka ötürülməklə əvəzləşdirilməsi, mübahisəli mənzilə dair bütün hüquqların banka ötürüldükdən sonra bank və MMC arasında bağlanmış 5-xx-xx-2015-YS-AAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, bankın iddiasının əsasını cavabdehə müqavilə üzrə verilmiş 32880 manat kredit vəsaiti təşkil edir. Həmin vəsait MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM0340 nömrəli alqısatqı müqaviləsi üzrə mübahisəli mənzilin alınması üçün verilmişdir. 5-xx-xx-2015-YSAAAF-RO nömrəli, xx.xx.2015-ci il tarixli Təminatlı Kredit müqaviləsinə əsasən həmin müqavilə kredit öhdəliklərinin icrasının təminatı üsulu müqavilədə göstərilən qaydada ip oteka predmeti və həmin yaşayış sahəsi üzrə hüququn girovu çıxış edirlər. Həmin müqaviləyə əsasən mənzil üzrə ƏMDK yanında DƏDRX-dən çıxarış aldıqdan sonra borcalan bu barədə 10 iş günü ərzində borc verənə məlumat verməli, 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili qanuna uyğun şəkildə rəsmiləşdirməlidir. Müqavilədə nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcalan həmin mənzili boşaltmalıdır. Ödəniş aparılmadıqda borc verən borc alandan həmin mənzilin boşaldılmasını tələb edir, sonuncu isə qeydşərtsiz bunu icra edir. Borclunun kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəldilmək üçün əsas yaranır. Müqaviləyə əsasən ödənişlər aparılmadıqda həmin mənzil üzrə hüquqlar borc verənə keçir. MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015- ci il tarixli, ABB YM-0340 nömrəli alqı-satqı müqaviləsi Abşeron Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(012)432/2019 nömrəli qətnaməsi ilə ləğv edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən cavabdehin xeyrinə MMC-ə ödənilmiş ilkin ödəniş 6705 manat və banka ödənilmiş 10729,86 manat məbləğlərin tutulması qət edilmişdir. Bu səbəbdən hazırkı iş üzrə qarşılıqlı iddia tələbinin təmin edilməsi zəruridir. 12. xx.xx.2021-ci il tarixli, MXK 0704A №-li maliyyə arayışına əsasən borclunun 5-xx-xx-2015- YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə banka olan borcu əsas borc üzrə 30188,87 manat, faiz borcu üzrə 11442,45 manat olmaqla, cəmi 41631,32 manat təşkil etmişdir.
13. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4540/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Abbasova Məlahət ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 30188,87 manat əsas borc, 11442,45 manat faiz borcu olmaqla, cəmi 41631,32 manat məbləğində pul vəsaiti, həmin vəsaitin 2691,13 manat əsas borc və 8038,73 manat faiz borcu hissəsindən "xxxx" MMC-nin azad edilməsi nəzərə alınmaqla iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ilk iddia üzrə ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, ilk iddianın qalan 8. hissədə təmin edilməməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı təminat predmeti olan mənzilə dair büt ün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 tərəfindən banka ödənilmiş 2691,13 manat əsas borc, 8038,73 manat faiz borcu olmaqla, ümumilikdə 10729,86 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, MMC 2691,13 manat əsas borc, 8038,73 manat faiz borcu, ümumilikdə 10729,86 manat məbləğində pul vəsaitinin ödənilməsindən azad edilməklə Bank tərəfindən tələb edilən pul vəsaitinin yalnız 27497,74 (30188,87 - 2691,13) manat əs as borc, 3403,72 (11442,45 – 8038,73) manat faiz borcu olmaqla, ümumilikdə 30901,46 manat hissəsi Cavabdeh2 və MMC-dən müştərək qaydada tutulmalı, 2691,13 manat əsas borc, 8038,73 manat faiz borcu, ümumilikdə 10729,86 manat məbləğində pul vəsaiti isə yalnız Cavabdeh2 tutulmalıdır.
15. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.7-ci və 13.8-ci bəndlərinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverənin ilkin tələbi ilə kredit müqaviləsi üzrə təminat kimi çıxış edən mübahisəli mənzili boşaltmaq borcalanın vəzifəsi, həmin mənzilin boşaldılmasını tələb etmək isə borcverənin hüququdur. Göründüyü kimi, həmin müqavilə üzrə zamin qismində ç ıxış edən MMC müqavilə tərəfi olmadığı halda müqavilə şərtlərinin yerinə yetirilməsinin bank üzərinə öhdəlik kimi qoyulmasını məhkəmədən xahiş etsə də, mənzilə dair hüquqların banka ötürülməsini tələb etmək hüququna malik olmadığından qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir.
16. Məhkəmə qarşılıqlı iddia tələbinin zaminlik müqaviləsinin ləğvinə dair hissəsinə münasibət bildirərək hesab etmişdir ki, zaminlik müqaviləsinin şərtlərinə əsasən bu müqavilə kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədə olduğundan, kredit müqaviləsinin şərtlərinə əsasən isə həmin müqavilə öhdəliklər tam həcmdə və ya vaxtından əvvəl tam həcmdə icra edildiyi təqdirdə xitam olunduğundan, həmçinin müqavilənin ləğv edilməsini tələb etmək hüququna malik olan subyekt bank olduğundan qarşılıql ı iddia tələbi bu hissədə də təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 440.4, 442, 443.1,445.1, 448.1,449.4,472.1,472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkaməsindəki icraat
18. Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Bank apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Bankı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bank tərəfindən Cavabdeh2 kredit verilmişdir, həmin kredit müqaviləsinin təminatı kimi Bank ilə MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər araında imzalanmış zaminlik müqaviləsinin şərtlərindən göründüyü kimi cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi gecikdirildiyi halda zamin yaranmış bütün borc məbləği üçün borclu ilə birgə məsuliyyət daşıyır. Daha öncə istinad olunan məhkəmə qətnaməsi MMC ilə Cavabdeh2 arasında olan münasibəti tənzimləyir. Həmin qətnamə hazırkı iş üzrə Bankı ilə cavabdehlər arasında olan münasibətə təsir göstərə bilməz. Bank tərəfindən kredit məbləği Cavabdeh2 verilmiş və kredit müqaviləsinin təminatı qismində bank ilə MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Mövcud vəziyyətdə zaminin əsas və faiz borc hissəsində məsuliyyətinin tanınmamasına hər hansı əsas yoxdur. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, ilk və qarşılıqlı iddia tələbi üzrə tərəflər arasında mövcud hüquqi münasibətlərin məzmunu aydınlaşdırılmadan qətnamə qəbul etmişdir ki, nəticədə onun hüquqları pozulmuşdur. Məhkəmə Abşeron Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(012)-432/2019 nömrəli qətnaməsinə lazımi hüquqi qiymət verə bilməmiş, heç bir əsas olmadan, hazırkı iş üzrə cavabdeh qismində ona qarşı yönəlmiş iddianı qismən təmin etmişdir.
22. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Zaur Məmmədov) 01 noyabr 2022-ci il tarixli, 2(105)1899/2022 saylı qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, B ankın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin Abşeron Rayon Məhkəməsinin 2(012)-4540/2021 nömrəli, 19 noyabr 2021ci il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 30188,87 manat əsas borc, 11442,45 manat faiz borcu olmaqla, cəmi 41631,32 manat məbləğində pul vəsaiti, həmin vəsaitin 2691,13 manat əsas borc və 8038,73 manat faiz borcu hissəsindən "xxxx" MMC-nin azad edilməsi nəzərə alınmaqla iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə də təmin edilmiş, cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 30188,87 manat əsas borc, 11442,45 manat faiz borcu olmaqla, cəmi 41631,32 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuş, qətnamə "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
23. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əs asında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Həmçinin 5-xx-xx-2015YS-AAAFRO nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Bankı ilə MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin şərtlərindən göründüyü kimi cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi gecikdirildiyi halda zamin yaranmış bütün borc məbləği üçün borclu ilə birgə məsuliyyət daşıyır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin bank qarşısında öhdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər.
25. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin 24 may 2019-cu il tari xli qətnaməsinin hazırkı mübahisənin həllində nə dərəcədə əhəmiyyətli olmasını aydınlaşdıraraq qeyd etmişdir ki, qətnamə Cavabdeh2 MMC-yə qarşı müqavilənin ləğvi, banka onun tərəfindən ödənilən kredit vəsaitinin ona geri qaytarılmasını tələbinə dair mülki iş üzrə qəbul edilmişdir və daha öncə qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş həmin qətnamə ilə Cavabdeh2 cavabdehlər MMC-yə və Banka qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia tələbi qismən təmin edilərək, onunla MMC arasında mübahisəli mənzilə görə bağlanmış 09 aprel 2015-ci il tarixli müqavilənin ləğv edilməsi, MMC-dən Banka ödənilmiş 10729,86 manat pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməyə istinad edərək, əsas borcun 10729,86 manat hissəsindən cavabdeh "xxxx" MMC-nin a zad edilməsi barədə mövqeyi ilə razılaşmayan apellyasiya kollegiyası qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 ilə MMC arasında olan müqavilə münasibətlərini tənzimləyir. Hazırkı iddia tələbi isə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
21. Kassasiya şikayatinin dəlilləri
26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnamənin ləğv edilərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə yeni qərar edilməsini xahiş etmişdir.
27. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və pozulmuşdur.
28. Kassator həmçinin qeyd etmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər, iddiaçı Bankın 5-xx-xx-2015-YS-A A A F-RO nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən yaranmış kredit münasibətlərinin icrasının təminatı qismində çıxış edir. MC 5-08-04- 2015-YS-AAAF-RO nömrəli Kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyini Abşeron rayon məhkəməsinin 2(012)-432/2019 saylı xx.xx.2019-cu il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-560/2020 nömrəli qətnamələrinə əsasən icra etmişdir. Qətnamələr üzrə müəyyən edilmiş və artıq araşdırılmış xüsusatlara yeni iddia tələbi müstəvisindən hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmə tlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. Maddə 448.1 və 448.2-ci Əgər bu Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Maddə 460.1-ci Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
35. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin k reditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
36. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
37. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
38. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (bor c alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı vs onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonrs həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutur məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənir gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxuc qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinac etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədlər
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə "xxxx" MMC tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın ona münasibətdə təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə yoxlanılan hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymə tləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Belə ki, cavabdeh iddiaçı ilə bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyi təqdirdə, borcun ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdehin kassasiya şikayətində istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 ilə "xxxx" MMC arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binasında ümumi sahəsi 60,9 kv.mn olan 2 otaqdan ibarət 133 nömrəli mənzilə (bundan sonra mübahisəli mənzil ) görə bağlanmış 09 aprel 2015-ci il tari xli alqı-satqı müqaviləsi ləğv edilmiş və həmin mənzilə görə Cavabdeh2 tərəfindən banka kredit müqaviləsi üzrə ödənilmiş 10729,86 manat pul MMC-dən tutlaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir.
53. Hazırki işin faktiki halları üzrə məhkəmələr müəyyən etmişdirlər ki, həmin mənzilin alınmasına görə Cavabdeh2 verilmiş kredit üzrə 30188,87 manat əsas borc, 11442,45 manat faiz borcu olmaqla, cəmi 41631,32 manat məbləğində borc yaranmışdır. 54. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bank arasında bağlanmış zaminlik müqaviləsi qüvvədə olduğundan və zamin həmin kredit müqaviləsi üzrə öhdəliyi tam icra etməsi barədə məhkəmələrə sübut təqdim etmədiyindən kredit müqaviləsi üzrə borcun müştərək qaydada zamindən tutulması barədə məhkəmələrin gəldiyi qənaət zaminlik müqaviləsinin şərtlərinə və yuxarıd a qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğundur.
55. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləl iklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvinə əsas vermir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
52. Qərara aldı: Cavabdeh AAAF-İnşaat» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(105)-1899/2022 saylı qətnaməsi ilk iddianın cavabdeh "xxxx"MMC-yə münasibətdə təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.