Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-987/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-987/2024 Açar sözlər: (pul tələbi, əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1564/2023 nömrəli iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 25 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Pİ-nin 1-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh izahatında 2018-ci il tarixdə İddiaçı hissə-hissə ümumilikdə 10.000 manat pulu borc aldığını və xx.xx.2020-ci il tarixədək olan müddət ərzində həmin pulu hissə-hissə artıqlaması ilə qaytardığını göstərmişdir. 2. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-2115 saylı X1 adına olan hesabdan çıxarışa əsasən iddiaçının anası X1 bank kartına müxtəlif məbləğlərdə mədaxil və məxariclər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məh kəməsinə müraciət edərək, 13.690 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 133,40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “N” saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur. Cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin də sənədini girov qoyaraq yaranmış problemlərin həlli ilə bağlı xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur. Cavabdeh az miqdarda – 1470 manat ödəniş etdikdən sonra iddiaçıya 13.690 manat borcu qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etmiş, la kin cavabdeh hər dəfə bir bəhanə gətirməklə iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı bundan sonra cavabdeh barəsində bir sıra hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmiş və sonuncu dəfə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh iddiaçıdan cəmi 10.000 manat məbləğində pul aldığını və həmin pulu da guya hissə-hissə olmaqla qaytardığını bildirmişdir. Halbuki, cavabdeh iddiaçıdan 15160 manat pul almış, həmin puldan da az bir hissə ödəniş etməklə hazırda iddiaçıya qalan borcu 13.690 manat təşkil edir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də cavabdeh barəsində cinayət işinin başlamasının rədd olunması barədə qərar qəbul edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
5. Cavabdeh iddiaya etiraz edərə k göstərmişdir ki, iddiaçıdan aldığı 10000 manat pulu ona ödəmişdir. Həmin pulun bir qismini xidmət yoldaşları üçün almışdır, onlar da həmin borcu iddiaçının anasının kartına ödəmişlər. Özü üçün götürdüyü pulun bir qismini isə iddiaçıya nağd vermiş, bir qismini də iddiaçının anasına məxsus bank hesabına hər dəfə 250 manat olmaqla ödəmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1291/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 13.690 manat pul və ödənilmiş 133,40 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
7. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin sənədini girov qoyaraq xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur. Cavabdeh az miqdarda – 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borcu qalmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim edə bilmir. Məhkəmə cavabdehin və cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin qeyd etdikləri məbləğlərin iddiaçının anası Məryəm Zalıyevanın kart hesabına mədaxil edilməsinin "xxxx" ASC-dən götürülmüş məlumatlarda əksini tapmamasına istinadən qeyd edilən şəxslərin izahat və ifadələrinin həqiqəti əks etdirmədiyi nəticəsinə gəlmişdir. Cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar əsasında cavabdehin ona 13.690 manat borcu olduğu müəyyən edilir, buna görə də iddia tələbi təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 386.1, 442, 448.1, 882.1, 882.2, 882.4, 882.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məh kəməsi cavabdehin nümayəndəsinin vəsatətini təmin edərək 2018-ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi “Birbank” xidməti və Goranboy rayonu, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “Milliön” aparatı vasitəsilə iddiaçının anası X1 "xxxx" kartına yüklənən pullar barədə məlumatı "xxxx"dan tələb edərək almışdır. Əvvəlcə anasının kartının olmadığını bildirən iddiaçı, məlumat məhkəməyə daxil olduqdan sonra lotereya oynadıqlarını və karta yüklənən pulların lotereya pulu olduğunu məhkəməyə bildirmişdir. Məhkəmə bankdan məlumatı tələb edib alsa da, hesab nömrələrini tələb edərək araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə necə, nə vaxt, hansı şəraitdə yazıldığı məlum olmayan və həqiqiliyi şübhə doğuran “Whatsapp” yazılarına istinad edərək iddianı təmin etmiş dir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-321/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov). c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2523/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edil məsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-321/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Aqil Abbasov (məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov).
15. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işin müəyyən edilmiş halları baxımından mübahisəyə Mülki Məcəllənin 882-ci maddəsinin tətbiqi də düzgün olmamışdır. Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri nizama salan normaları nəzərdən keçirilə bilərdi ki, birinci instansiya məhkəməsi bununla bağlı heç bir qiymətləndirmə aparmamışdır. Birinci instansiya məhkəməsi cavabdehdən 15160 manat pul tutulması qənaətinə gələrkən yazılı sübut kimi “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” 04 okt yabr 2021-ci il tarixli qərara və "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarış sənədlərinə istinad etmişdir. Bir halda ki, birinci instansiya məhkəməsi cavabdehin etirafı kimi onun polisdə verdiyi izahatı əsas götürüb, həmin izahatda da cavabdeh iddiaçıdan 15160 manat yox, 10000 manat almasını deyib. Buna görə də cavabdehin aldığı pulu qaytarmasını sübut etməməsinə istinad edən məhkəmə, onun 10000 manat pul alması barədə izahatına da eyni mövqedən yanaşmalı idi. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2(105)-1564/2023 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər L.Məmmədova və E.Rəhimovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Sum qayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, Cavabdeh 8530 (səkkiz min beş yüz otuz) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
18. İddiaçı cavabdehə borc verdiyini bildirsə də, bunun təsdiqi kimi hər hansı yazılı sənəd təqdim etmir. Cavabdeh isə polisə verdiyi izahatda iddiaçıdan faizə 10000 manat pul almasını təsdiq etmişdir. Cavabdeh iddiaçıdan 15160 manat məbləğində borc pul almasını qəbul etməmişdir. Belə olan halda, cavabdehin iddiaçıdan 15160 manat pul alması məhkəmə kollegiyasının araşdırmas ı zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi cavabdehdən 15160 manat pul tutulması qənaətinə gələrkən yazılı sübut kimi “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli qərara və "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarış sənədlərinə istinad edib. Əgər hesab eilsə ki, birinci instansiya məhkəməsi cavabdehin etirafı kimi onun polisdə verdiyi izahatı əsas götürmuşdur, onda o da nəzərə alınmalıdır ki, cavabdeh həmin izahatda da iddiaçıdan 15160 manat yox, 10000 manat almasını göstərmişdir.
19. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 882-ci maddəsinə istinad etmişdir. “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” adlanan 882.1-ci maddəyə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882-ci maddəsinin dispozitv şərtindən görünür ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Hazırki işdə isə borc öhdəliyini yazılı şəkildə təsdiq edən sənəd yoxdur. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsasını düzgün müəyyən etməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.
20. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəllənin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.
21. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsa s olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Beləliklə, iddiaçı cavabdehə 15160 manat pul verdiyini iddia etsə də buna dair mötəbər sübut təqdim etməmiş, bununla belə cavabdeh iddiaçıdan iddia olunan məbləğdə deyil, 10000 manat məbləğində pul aldığını bildirmişdir. Digər tərəfdən, cavabdeh pulun iddiaçıya tam qaytarılmasını bildirsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim edə bilməmişdir. Belə olan halda, kollegiya iddiaçının iddia ərizəsində həmin puldan 1470 manatın qaytarılmasını göstərildiyini nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə alınmalı olan pul məbləği 8530 manat (10000- 1470=8530) məbləğində müəyyən edilməlid ir.
23. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 385.1, 386.1, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı və Cavabdeh kassasiya şikayətləri verərək, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi, cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçının kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya 13690 manat məbləğdə borcun qalması tə rəflər arasında aparılmış “whatsapp” yazışmalarında da öz sübutunu tapmışdır. Lakin apellyasiya məhkəməsi cavabdehin polisə verdiyi izahatda iddiaçıdan 10000 manat pul almasını borcun bu hissədə etirafı kimi qəbul etmiş, tərəflər arasında həmin borcla bağlı aparılmış yazışmaları nəzərə almamışdır.
26. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə həmin yazışmaların həqiqiliyini müəyyənləşdirməyə cəhd etməmişdir. Həmin “WhatsApp” yazışmaları harada, necə, kim tərəfindən yazıldığı məlum deyil. Həmin “WhatsApp” yazışmalarının heç birində onun telefon nömrəsi görünmür, istənilən telefon nömrəsini yaddaşa istənilən adla qeyd etsən, “WhatsApp”da da həmin ad görsənər.
2. Məhkəmə kollegiyası iddiaçının öyrədilmiş şahidlərinin ifadələrini və iddiaçının yalanlarını əsas götürərək iddianı qismən təmin etmişdir. O, heç vaxt Zalıyevlərin mənzilində olmamışdır. Həyat yoldaşının adına olan, dayısı tərəfindən ona bağışlanan evin sənədi yoxdur. 2022-ci ildən həmin evin sənədləşdirilməsinə başlanılmışdır. O, ona aid olmayan evi və ya evin sənədini başqasına nə verə, nə də girov qoya bilməzdi. O, iddiaçıya borcunu ödəmişdir, onun borcu yoxdur. Məhkəmə 1-ci instansiya məhkəməsində ifadə verən şahidlərin iddiaçının ailə üzvləri olmasına, iddiaçının ailəsi ilə kirayədə yaşamasını bildirməsinə, lakin ailənin son manatını-atasının pensiyasını belə alıb tanımadığı şəxsəona verməsi kimi ifadəsinə tənqidi yanaşmamışdır.
3. Məhkəmə kollegiyasının tələbi ilə "xxxx" ASC-dən aldığı özünə, Kazımova və Osmanlıya məxsus hesab çıxarışlarını təqdim etsə də, məhkəmə hesab çıxarışlarını və ekspert rəyini tədqiq etməyə cəhd etməmişdir. Müraciəti əsasında müstəqil ekspert Əhməd Talıblının tərtib etdiyi ekspert rəyinə məhkəmə qiymət verməmişdir. Məhkəmə kollegiyası qərəzli və məqsədli olaraq onun qeydiyyatda olduğu və faktiki valideynləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində, 2023-cü ilin yanvar ayında boşandığı sabiq həyat yoldaşının yaşadığı Bakı şəhəri, Sabunçu rayonunda, Ziya Kazımovun yaşadığı Biləsuvar rayonunda, Nurlan Osmanlının rayonunda deyil, məhz Zalıyevlərin yaşadığı evin yaxınlığında yerləşən “Qartal” firmasının qarşısında yerləşən “Milyon” aparatından maaş kartlarından pul çıxarılmasına ümumiyyətlə münasibət bildirmək istəməmişdir. Sumqayıt ŞPİ-nin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, o, iddiaçıdan 2018-ci il tarixdə 10.000 manat faizə pul götürmüş, xx.xx.2020-ci il tarixə kimi 19.600 manat pul ödəmişdir. Göründüyü kimi məhkəmə kollegiyası yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, ehtimallara əsaslanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Qətnamədən hər iki tərəf kassasiya şikayəti verdiyindən hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. Maddə 1092.1 və 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qa nunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Ka ssasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
46. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının və cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiy ası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilm əsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1564/2023 nömrəli iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.