Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-988/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-**** /2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) xx.xx.2019-cu il tarixli, 2(060)-** **/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yəqarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" MMCnin işçisi tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərə görə 9441 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq cavabdeh "xxxx" MMC-dən 110 manat, İddiaçı isə 10 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, T.Məmmədov, M.Rzayev) xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh "xxxx" MMC iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin işçisi tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə dəymiş zərərə görə 10355 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üz rə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə istinad etmişdir. Lakin bu zaman həmin qanun norması işin halları nəzərə alınmaqla düzgün təfsir edilməmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, inzibati xəta hadisəsini törətmiş X3 nəqliyyat vasitəsini onunla bağlanmış əmək müqaviləsi və yol vərəqəsi əsasında, yəni qanuni əsasla idarə etmişdir. Həmçin in müəyyən edilən hallardan biri də odur ki, V1 inzibati xətanı törətdiyi zaman ona təhkim olunmuş ərazidən xeyli uzaq məsafədə yerləşən ərazidə olmuş, bununla da hüquqi şəxsin tapşırıqları ilə bağlı olmayan ərazidə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu halda hüquqi şəxsin öz işçisinin vurduğu zərərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən məsuliyyət daşıması üçün zəruri olan şərt işdə mövcud olmamışdır. Belə olan halda mübahisə üzrə Mülki Məcəllənin 1108-ci maddəsi tətbiq edilməli idi. Göstərilənlərə əsasən o, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etd iyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın işçisi X1 cavabdeh təşkilata məxsus “BMC yük” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının mülkiyyətində olan “Toyota Prado” markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobili vurması və iddiaçıya maddi zərər yetirməsi işin mübahisə edilməyən halıdır. Apellyasiya kollegiyası apelyasiya şikayətinin dəlillərini – qəzanın marşrutdan kənarda baş verməsi, qəzanın səbəbkarının sürücü olduğundan zərərin də sürücü tərəfindən ödənilməli olması, zərərin məbləğinin şişirdilməsi – əsassız saymış və qeyd etmişdir ki, əvvəla, cavabdeh “xxxx” MMC ilə sürücü X3 arasında əmək müqaviləsinin olması işin mübahisə edilməyən halıdır. İş materiallarında ola n “xxxx” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli yol vərəqəsinin surətindən (i.v.18) görünür ki, X3 “BMC yük” markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxxx 2018-ci ildə saat 8:00dan 17:00-dək “Sumqayıt üzrə mtd” marşrutu üzrə hərəkət edir. Göründüyü kimi, qəzanın baş verdiyi gün, yəni xx xxxxxxx 2018-ci il tarixdə sürücü X3 ilə cavabdeh təşkilat arasında əmək münasibətləri olmuş, V1 əmək vəzifələrini yerinə yetirərkən iddiaçıya zərər vurmuşdur. Yol vərəqində marşrutun Sumqayıt şəhəri və iş vaxtının 8-dən 17-dək olması göstərildiyindən, qəzanın hüququ şəxsin tapşırıqları ilə əlaqəli olmayan ərazidə və vaxtda baş verməsi barədə dəlillər əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiy i mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. X5 cavabdeh təşkilatın işçisi olduğu və işçisinin vurduğu zərər görə də hüquqi şəxsin zərərin əvəzini ödəmək vəzifəsi olduğu üçün zərərin sürücüdən tutulması barədə cavabdeh təşkilatın dəlilləri əsassızdır. İş materiallarında olan xx xxxxxx 32018-ci il tarixli, **** saylı əmrdən də görünür ki, iş vaxtı qurtardlıqdan avtomobili öz mənafeyi üçün idarə edərkən yol qzəası törətməsinə görə X2 töhmət elan edilmişdir. Qeyd edilən əmrdən də görünür ki, X2 avtoqəzanı marşrutdan kənarda idarə etməyə görə deyil, iş vaxtından sonra idarə etməyə görə töhmət verilib. Bundan başqa, “xxxx” MMC-nin fəaliyyət dairəsi Sumqayıt şəhəridir. MMC-yə məxsus avt omobillər də Sumqayıt şəhəri üzrə hərəkət etməli olurlar. Hər bir avtomobilin konkret marşrut üzrə təhkim edilməsi avtomobillərin xidmət etdiyi ərazinin müəyyən edilməsi üçündür. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli əmri ilə sürücü V1 Yaşıldərə yaşayış massivi (Bakı-Quba yolu), ****-ci məhəllə (Çerkassi küçəsi) marşrutunun müəyyən edilməsi də sonuncunun xidmət etdiyi ərazini göstərir. Bu iki marşrut arasında sürücünün hansı yoldan istifadə etməsini isə qabaqcadan müəyyən etmək qeyrimümkündür. Ümumiyytələ, şəhər daxilində bir məntəqədən digər məntəqəyə getmək üçün avtomobillərin yalnız onlara ayrılmış konkret marşrut üzrə hərəkət etməli olması mümkün deyil. Bu baxımdan qəzanın hüququ şəxsin tapşırıqları ilə əlaqəli olmayan ərazidə baş verməsi barədə dəlillər həm də buna görə əsaslı sayıl a bilməz. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası apardığı araşdırma nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinin V1 əmək vəzifələrini yerinə yetirərkən baş verməsini müəyyən etmiş, yol vərəqində marşrutun Sumqayıt şəhəri və iş vaxtının 8-dən 17-dək olması göstərildiyindən, qəzanın hüququ şəxsin tapşırıqları ilə əlaqəli olmayan ərazidə və vaxtda baş verməsi barədə dəlillərin əsassız olmasını düzgün olaraq qeyd etmişdir. Bununla da apellyasiya kollegiyası hazırki mübahisə üzrə maddi hüquq normasını düzgün tətbiq etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellya siya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin poz ulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tər əfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-988/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-988/2020
17.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver