Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-988/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: alimentin miqdarının dəyişdirilməsi, əlavə xərclərin ödənilməsi Açar sözlər: alimentin məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ilə İddiaçı 2013-cü ildə ailə qurmuş, xx xxxxxx 2014-cü il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2014-cü il təvəllüdlü Məmmədova Dəniz Röyal qızının yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh oğlundan hər ay 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxx 2020-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2014-cü ildə anadan olmuş Məmmədova Dəniz Röyal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər ay 70 manat miqdarında tutulan alim entin dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsinə və uşağın hər ay müayinə və müalicəsi üçün 100 manat və Məmmədova Dəniz Röyal qızının 2018-2019-cu illərdə edilmiş müayinə və müalicələri üçün ümumi ödənilmiş xərclərə cəlb edilməsi məqsədilə 800 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-434/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.B.İsayev) iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü il təvəllüdlü Məmmədova Dəniz Röyal qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi, alimentin həmin məbləğlə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən tutulması qət edilmiş, iddiа tələbi qаlаn hissədə rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də, iş üzrə cavabdehin maddi imkanın müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini, iddiaçının işləməsi ilə bağlı sübutların əldə edilməsi üçün müvafiq orqanlara (Qafqaz Hotel, DSMF-nin Qəbələ rayon şöbəsi və 10 saylı Vergilər İdarəsinə) sorğular verilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1499/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.M.Hüseynov, E.Ş.Hüseynov, G.Q.Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2014-cü il təvəllüdlü Məmmədova Dəniz Röyal qızının saxlanması üçün əvvəllər təyin olunmuş alimentin miqdarını qanunla müəyyən olunmuş yaşayış minimumuna yaxın həddədək dəyişdirməkdə (artırmaqda) düzgün etmişdir. Uşağa ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az olmayan maddi təminat vermək valideynlərin borcudur. İddiaçı uşağı bilavasitə saxlamaqla, onun qidalanma, təhsil, geyimlə təminat və başqa kommunal-məişət qayğılarını çəkməklə bir valideyn kimi uşağı qarşısında daha çət in vəzifələri yerinə yetirir. Həmin vəzifələrin yerinə yetirilməsi onun əmək fəaliyyəti ilə daha səmərəli məşğul olmaq və daha çox qazanc əldə etmək imkanlarını da məhdudlaşdırır. Belə vəziyyətdə uşağın saxlanması ilə bağlı xərclərin əhəmiyyətli hissəsinin də ananın (iddiaçının) üzərinə qoyulması ədalətsiz olar. Ona görə də atadan (cavabdehdən) daha yüksək məbləğdə aliment ödənilməsinin tələb olunması təbii və başa düşüləndir. Bu baxımdan apellyasiya məhkəməsi cavabdehin apelyasiya şikayətində alimentin miqdarının artırılmasına etirazının dəlilləri ilə razılaşmamış və həmin dəlilləri qəbuledilməz saymışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını artırarkən cavabdehin də maddi və ailə vəziyyətini mümkün qədər nəzərə almış, ona görə də idd iaçının tələbini qismən təmin edərək uşaq üçün alimentin miqdarını 170 manat deyil, 140 manat məbləğində müəyyən etməklə kifayətlənmiş, bundan əlavə, cavabdehi uşağın əlavə xərclərində iştiraka cəlb etməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini alimenti ödəmək qabiliyyətinin olmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsin ə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kasasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə istənilən tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) h amısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hal lar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərildiyi kimi nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən uşağın saxlanılması üçün qanunla müəyyən edilən yaşayış minumumunun tam məbləğində aliment tutulmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-988/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-988/2021
17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver