Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-989/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı1 İKB ASC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2039/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-3989/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Səfiyeva) iddiaçı “xxxx” İKB ASC Cavabdeh2 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə xx xxxxxx 2015-ci il tarixli kredi müqaviləsi üzrə əsas borca görə 17.630,52 ABS dolları, faiz borcuna görə 10.268,59 ABŞ dolları, hesablanmış cəriməyə görə 50 ABŞ dolları, cəmi 27.949,11 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 82,75 kv.metr, yaşayış sahəsi 59,99 kv.metr, yardımçı sahəsi 22,76 kv.metr ol an 1 “A” saylı evin 50-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh2 iddiaçı təşkilata olan borcunun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti olan mənzilin ilkinsatış qiymətinin 80.000 manat müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2039/2019 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, S.A.Qafari və F.Ə.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hiss ədə dəyişdirilmiş və Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 82,75 kv.metr, yaşayış sahəsi 59,99 kv.metr, yardımçı sahəsi 22,76 kv.metr olan 1 “A” saylı evin 50-ci mənzilinin ilkin satış qiymətinin 82.000 manat məbləğində müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən, iddiaçı təşkilatın apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilib. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 17.630,52 ABŞ dolları, faiz borcuna görə 11.981,5 ABŞ dolları, hesablanmış cəriməyə görə 522,21 ABŞ dolları olmaqla, cəmi 30.134,23 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutumanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 2 otaqlı, ümumi sahəsi 82,75 kv.metr, yaşayış sahəsi 59,99 kv.metr, yardımçı sahəsi 22,76 kv.metr olan 1 “A” saylı evin 50-ci mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılması, həmin mənzilin boşaldı laraq iddiaçı təşkilata təhvil verilməsi və satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİ RAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı1 İKB ASC vəkili xx kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh xx, vəkili xx, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, xx, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı1 İKB ASC vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini mü zakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edərkən, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, qalan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün ə sasların olmamasına istinad etmiş və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 448.1, 465.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsas ən, iddiaçı təşkilat tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 26 faizlə 22.800 ABŞ dolları kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən, 4 otaqlı, ümumi sahəsi 82,75 kv.metr, yaşayış sahəsi 59,99 kv.metr, yardımçı sahəsi 22,76 kv.metr olan 1 “A” saylı evin 50-ci mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilib. Eyni zamanda xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər Cavabdeh3la zaminlik müqaviləsi bağlanıb. İşə əlavə edilmiş maliyyə arayışına görə, xx xxxxxx 2015-ci il tarixli kredi t müqaviləsinə əsasən, xx xxxx 2018-ci il tarixə Cavabdeh2 iddiaçı təşkilata olan əsas borcu 17.630,52 ABŞ dolları, faiz borcu 11.981,5 ABŞ dolları, hesablanmış cərimə 522,21 ABŞ dolları olmaqla, cəmi 30.134,23 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləriəsas götürülməklə xx xxxxxx 2018-ci il tarixə borclu Cavabdeh2 iddiaçı təşkilata olan cəmi borcu 28.173,48 ABŞ dolları, ondan da 17.904,89 ABŞ dollarıəsas borcu, 10.268,59 ABŞ dolları faiz borcunu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəs inə əsasən, öhdəliyin icra edilməməsi dedikdə- onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi dədaxil olmaqla, zamin kreditor qarşısında borclu iləeyni həcmdəməsuliyyətdaşıyır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəmə si tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddiaçı təşkilatın onu aldadaraq krediti milli manatla deyil, ABŞ dolları ilə verdiyini, kredit borcunun düzgün hesablanmadığını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini ka ssasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran fa ktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-2039/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-989/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-989/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver