Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-99/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-99/22 (Açar sözlər: pul tələbi, borc müqaviləsi) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4394/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi kassasiya şikayətinə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri 6 Saylı Notariat Ofisində 23.07.2019-cu ildə təsdiqlənmiş Borc (Kredit) Müqaviləsi ilə İddiaçı Cavabdeh 16000 (on altı min) manat məbləğində borc pul vermişdir.
2. Həmin borc pulun geri qaytarılma vaxtı 23.10.2019-cu il təyin edilmişdir.
3. Mübahisə həmin pulun qaytarılmaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi verərək, 16.000 manat əsas borc, 1000 manat gecikmə faizi, 300 manat hüquqi xidmət xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 17330 manat pulun Ca vabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh müqavilə əsasında aldığı pulu 23.10.2019-cu ilədək qaytarılmasını öhdəsinə götürsə də, bu tarixdən 8 ayın keçmiş, hələ də cavabdeh həmin pulu geri qaytarmamışdır. 6. 16000 (on altı min) manat əsas borcun üzərinə 8 ay gecikdirilməsi səbəbi Mərkəzi Bankın uçot faizi dərəcəsi olan illik 7 % olmaqla 1000 manat da gecikmə faizi gəlmişdir. Həmçini iddiaçı 300 (üç yüz) manat hüquqi xidmət haqqı ödəyib.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 445, 449.1, 449.2, 739 və 740-cı maddələrinə istinad etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 16 000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı Azad İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Kəmalə Əmirxanova)
9. Birinci instansiya məhkəməsi işdə olan kredit müqaviləsinə əsasən müəyyən etmişdir ki, İddiaçı 23.07.2019-cu il il tarixində Cavabdeh 23.10.2019-cu il müddətinə qədər ödənilmək şərtilə 16000 manat məbləğində kredit vermişdir. Cavabdeh aldığı pulun müqabilində razılaşdırılmış öhdəliklərin heç birini yerinə yetirməmiş və aldığı pulu qaytarmamışdır.
10. Birinci instansiya məhkəməsi əsas borcun ödənilməsinin gecikdirilməsi üçün hesablanmış faizin və 300 manat hüquqi xidmət xərcinin tutulması tələbi ilə bağlı belə nəticəyə gəlib ki, həmin pulun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyin dən iddia həmin hissələrd də təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 427.3, 442, 443.1, 448.1, 449, 739.1, 739.2, 740-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən işə baxılmasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməyib; - tələb edilən pul məbləği cavabdehin şəxsi istifadəsi üçün yox, iddiaçının mənzilinin təmir edilməsi və konstruksiyasında dəyişiklik edilməsi məqsədilə alınmış və təyinatı üzrə sərf olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4394/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Rafael Eyvazov)
15. Apellyasiya instansiyası qeyd edib ki, borc münasibətində pulun verilməsini təsdiqləyən mötəbər sübutlar cavabdehin etirafı və ya borc müqaviləsi, yaxud borcun etirafı barədə sənəddir. Cavabdeh İddiaçı borc alması da notarial qaydada təsdiq olunmuş 23.07.2019-cu il tarixli kredit müqaviləsi ilə təsdiq olunur.
16. Apellyasiya instansiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərib ki, cavabdeh işə baxılmasında iştirakının təmin olunmadığını bildirsə də, iş materialları na əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə onun qeydiyyatda olduğu ünvan üzrə məhkəmə birldirişləri göndərilmiş, sms xəbərdarlıq olunmuş və onun iştirakının təmin olunması üçün işə baxılması təxirə salınmışdır. Buna baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində də eyni ünvanı qeyd etməsinə və məhkəmə tərəfindən məhkəmə bildirişi ona həmin ünvan üzrə göndərilməsinə baxmayaraq, apellyasiya icraatında da iştirak etməmişdir.
17. Cavabdehin kredit müqaviləsində göstərilən məbləğin ona borc kimi yox, iddiaçının mənzilinin təmir edilməsi üçün verilməsi, həmin pulun təyinatı üzrə sərf edil məsi barədə apellyasiya şikayətini dəlillərini də əsassız sayan apellyasiya instansiyası vurğulamışdır ki, cavabdeh məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, sübutetmə yükü baxımından bu halları sübut etmək iddiaçının vəzifəsidir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh oğlu (vəkil X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mübahisəli borc müqaviləsi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayət ini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə işin faktiki hallarına, qətnamənin maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi.
22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə b axılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
27. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqaviləsinə istinad etmişdir. Cavabdeh həmin pulun borc yox, mənzilin təmiri üçün alınması və təyinatı üzrə sərf edilməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı apellyasiya baxışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4394/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.