Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-990/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-990/22 (Açar sözlər: kredit borcu, ipoteka predmetinə yönəltmə) Bakı şəhəri, 22 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-824/2021 saylı, 15.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən X3 məxsus mənzili satın almaq məqsədilə mülkiyyətçiylə razılığa gəmiş, mənzilin satış qiyməti tərəflərin ümumi razılığı əsasında 95000 (doxsan beş min) ABŞ dolları müəyyən edilmişdir. Mənzilin dəyərinin 19000 (on doqquz min) ABŞ dolları Cavabdeh1 tərəfindən beh müqaviləsi əsasında satıcıya verilmişdir. Mənzilin dəyərindən ödənilməmiş qalan 76000 (yetmiş altı min) ABŞ dollarının ödənilməsi üçün 17 mart 2008-ci il tarixdə kreditor-ipoteka saxlayan İddiaçı İKB, alıcı-ipoteka qoyan Cavabdeh1 və satıcı X5 (etibarnamə üzrə nümayəndəsi X8) arasında notarial qaydada üçtərəfli alqı-sa tqı və ipoteka müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən, satılan mənzil müqavilə üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana verilmiş, 76.000 ABŞ dolları məbləğində vəsait notariusun depozit hesabına mədaxil edilmişdir. Cavabdeh1 illik 18% olmaqla, 240 ay müddətinə (01 mart 2028-ci il tarixinədək) 76.000 ABŞ dolları məbləğində vəsaiti Banka ödəmək öhdəliyi götürmüşdür. 3. “Nikoil” İKB tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 15.04.2016-cı il tarixə kredit öhdəliyi üzrə 70.000 ABŞ dolları əsas borc, 31411 ABŞ dolları faiz borcu, 21000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 122.411 ABŞ dolları ödənilməmiş borcu yaranmışdır.
4. Bank Cavabdeh1 tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. Bank iddia tələbi ilə məhkəməyə müraciət edərək, “NİKOİL” X6 ("xxxx" ASC) ilə Cavabdeh1 arasında bağlanmış 17.03.2008-ci il tarixli, RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi” üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 15 aprel 2016-cı il tarixinədək hesablanmış müvafıq olaraq 70 000 ABŞ dolları əsas borc, 31 411 ABŞ dolları faiz borcu, 21 000 ABŞ dolları dəbbə borcu, cəmi 122.411 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 17/03/2008-ci il tarixli RBB(İ)081 nömrəli İpotek a müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin hərracda ilkin satış qiyməti 80 000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasınm Qanununun 59.3cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılması və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin 2(004)-6111/2016 nömrəli, 20 iyun 2016-cı il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28382 nömrəli, 15 fevral 2017-ci il tarixli eskpert rəyinə əsasən, tərəflər arasında bağlanmış 17.03.2008-ci il tarixli, 081 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borc və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli, 08 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia rədd edilmişdir.
8. Məhkəmə öz nəticəsini belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Nikoil” İKB 17 mart 2008-ci il tarixdə Cavabdeh1lə kredit müqaviləsi bağlayaraq sonuncuya Bakı şəhəri, Yasamal ra yonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 76.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı əsas kimi kredit müqaviləsindən bilavasitə sonra bağlanmış eyni tarixli Alqı-satqı və İpoteka müqaviləsini gətirir. Belə ki, həmin müqavilə ilə müvafiq mənzilin alınması üçün 19.000 ABŞ dolları Alıcı-İpoteka qoyan tərəfindən Satıcıya beh müqaviləsinə əsasən verilmişdir. Qalan 76 000 ABŞ dolları isə Kreditor-İpoteka saxlayan tərəfindən 17 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi göstərilmişdir. Həmin müqavilənin 2.7.1-bəndində görünür ki, 17 mart 2008-ci il tarixli Kredit müqaviləsinə əsasən, 76.000 ABŞ dolları məbləğində vəsaiti Alıcı-İpotekaqoyan tərəfindən bu müqavilə üzrə ipoteka predmetinin alınması üçün notariusun depozit hesabına mədaxil etməyi öhdəsinə götürmüşdür. Halbuki, iddiaçı tərəfindən nə birinci, nə də ki, ikinci müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi sübut edilməmişdir. Belə ki, bank tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə 76.000 ABŞ dollarını cavabdehə verdiyini təsdiq edə biləcək sənədməxaric qəbzləri iş materiallarında aşkar edilməmişdir. Məhkəmə tərəfindən dəfələrlə mühasibatlıq ekspertizasının keçirilməsi təyin edilsə də, lazımi sənədlərin (məxaric qəbzləri daxil olmaqla) bank tərəfindən təqdim edilməməsi səbəbindən qərarlar icrasız qalmışdır. Nəhayət, bank sənədin olmamasını təlimata əsasən vaxtı ötmüş sənədlərin yandırması ilə izah edilmişdir. Halbuki, müvafiq kredit müqaviləsi 17 mart 2008-ci il tarixdə 20 il müddət inə bağlanıb qüvvədə olsa da, ona dair sənədlərin yandırılması məhkəməyə inandırıcı gəlmədi. Cavabdeh bankla formal olaraq, həm kredit, həm də ipoteka müqaviləsinin bağladığını etiraf etsə də, bankın öz öhdəliyini yerinə yetirmədiyini bildirdi. Belə ki, bank tərəfindən kredit müqaviləsi ilə vəd edilən 76.000 ABŞ dolları məbləğində vəsait faktiki olaraq, cavabdehə verilməmişdir. İpoteka predmetini isə cavabdeh öz vəsaiti hesabına ödəmişdir. Cavabdeh banka olan vaxtaşırı ödənişlərini bankla 30 dekabr 2013-cü il tarixdə bağladığı digər kredit müqaviləsi üzrə ödədiyini ehtimal edib mədaxil etdiyini bildirdi. İddiaçı tərəfindən nə məxaric qəbzlərinin nə də ki, notariusun depozit hesabına pulun keçirildiyini təsdiq edən sənədin təqdim edilməməsi məhkəmə tərəfindən iddianın əsassızlığı kimi qiymə tləndirilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı “Nikoil” İKB tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün müvafiq müqavilələr üzrə cavabdehin öhdəlikləri yaranmamış olduğundan iddia tələbi rədd edilməlidir.
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8067/2017 nömrəli, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (A.İmanov – sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli, 08 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi bank tərəfindən qeyd edilən kr edit müqaviləsi üzrə 76.000 ABŞ dollarını cavabdehə verdiyini təsdiq edə biləcək sənəd-məxaric qəbzlərinin iş materiallarında aşkar edilməməsinə, müvafiq kredit müqaviləsinin 17 mart 2008-ci il tarixdə 20 il müddətinə bağlanmaqla qüvvədə olsa da, kredit müqaviləsinin müddəti bitmədən ona dair sənədlərin yandırılması inandırıcı olmamasına istinad etmişdir.
12. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bankla formal olaraq, həm kredit, həm də ipoteka müqaviləsinin bağladığını cavabdehin etiraf etməsi, bankın öz öhdəliyini yerinə yetirməməsi, bank tərəfindən kredit müqaviləsi ilə vəd edilən 76.000 ABŞ dolları məbləğində vəsaitin faktiki olaraq, cavabdehə verilməməsi, ipoteka predmetini cavabdehin öz vəsaiti hesabına ödəməsinə dair nəticələrini də yalnız cavabdehin izahatı ilə əsaslandırm ışdır.
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
14. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Q.Əsgərov – sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev, İ.Dəmirov) 19 fevral 2018-ci il tarixli, 2(102)-1317/2018 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8067/2017 nömrəli, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən alın mış mənzil yüklü edilsə də onun 2008-ci ildən hazırki vaxta kimi yüklü qalıb-qalmamasını, yüklülükdən azad olunmasının səbəblərinə də qiymət verməmiş, kredit üzrə pul verilməmişdirsə, cavabdeh tərəfindən müqavilənin ləğv edilməməsinin səbəblərini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi “NİKOİL” İKB ilə Cavabdeh1 arasında bağlanmış 17/03/2008-ci il tarixli, RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi”nin 2.7.1-bəndində 17 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 76 000 ABŞ dolları məbləğində vəsaiti Alıcı-İpotekaqoyan tərəfindən bu müqavilə üzrə ipoteka predmetinin alınması üçün notariusun depozit hesabına mədaxil etməyi öhdəsinə götürməsini göstərsə də, iş materiallarında olan kredit müqaviləsi (i.v26) və ipoteka müqaviləsində (i.v 30) belə bir bəndin olması və bu bənddə qey d edilən öhdəliyin olması müəyyən edilmir.
17. Kollegiyanın qənaətinə görə qeyd edilən hal mövcud olmuş olsa da belə, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı bir araşdırma aparmadan iddiaçı Bankın üzərinə götürdüyü öhdəliklərin yerinə-yetirməməsinə dair cavabdeh tərəfin arqumentlərinin nə dərəcədə əsaslı olub-olmamasına hüquqi qiymət verməmiş, həmin faktın yoxlanılması üçün özü tərəfindən mübahisəli mənzilə dair notariat icraatını tələb edib tədqiq etməmiş, öyrənməmiş, tərəflərə isə həmin halın təsdiq və təkzibi ilə bağlı sübutlar təqdim etməsini təklif etməmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin borcunun məbləğinin müəyyən edilməsi istiqamətində araşdırma aparılması zəruri olduğu halda, iş materiallarında olan kredit müqaviləsi, ödəmə cədvəllərinin mövcudluğu baxımından apellyasiya instansiyası məhkəməsi həmin sənədlərə istinadən iddiaçının tələb etdiyi əsas borc, müvafiq faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsinin ekspertiza qarşısında sual qoyulmasının mümkünlüyünü də, iddanın dəlillərinin tam və hərtərəfli yoxlanılması məqsədi ilə cavabdehin özünün şəxsən iştirakının zəruriliyini müzakirə etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5016/2018 nömrəli, 07.05.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza keçirilməsi Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir.
20. Azərbaycan Respublikası Auditorlar Palatası “İnter Audit” Auditor Təşikatının 03.12.2019-c u il tarixli müstəqil auditor hesabatına əsasən, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17.03.2008-ci il tarixli RBB(İ)081 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsi mövcuddur, müqavilə və digər aidiyyəti kredit sənədləri qanunvericiliyə (normativ xarakterli aktlara, bankdaxili qaydalara) uyğun tərtib edilmişdir. Bu müqavilə üzrə Cavabdeh1 müvafiq olaraq vəzifələrini və öhdəliklərini tam yerinə yetirməmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17.03.2008-ci il tarixli RBB(İ)081 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin mövcuddur, ipoteka predmeti Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakdan ibarətdir. Hazırda ipoteka predmeti Cavabdeh1 mülkiyyətindədir və 20 il müddətinə ipoteka ilə yüklü edilmişdir. " xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 17.03.2008-ci il tarixli RBB(İ)081 nömrəli kredit müqaviləsi üzrə iddia edilən tarixədək kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas kredit borcu 71291,95 ABŞ dolları, faiz və cərimə borcu 30839,60 ABŞ dolları müəyyən edildi. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 30.12.2013-cü il tarixli 19-y-1 -0-1417-13 nömrəli kredit müqaviləsi üzrə iddia edilən tarixədək ödənilməmiş əsas kredit borcu 4898,46 AZN, faiz borcu 3199,48 AZN və 827,48 AZN müəyyən edildi (mülki iş, İİ cild, səh.39).
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Talışinski sədrlik edən və məruzəçi, Z.Əliyev, R.Eyvazov) 04 mart 2020-ci il tarixli, 2(103)-58/2020 nömrəli qətnaməsi ilə İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qis mən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli, 08 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı “Nikoil” X6 ilə Cavabdeh1 arasında bağlanmış 17/03/2008-ci il tarixli RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi” üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 15 aprel 2016-cı il tarixinədək hesablanmış müvafıq olaraq 70000 ABŞ dolları əsas borcun, 5000 ABŞ dolları dəbbə borcunun, cəmi 75000 (yetmiş beş min) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xi dmət haqqının cavabdehdən “Nikoil” X4 xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 17/03/2008-ci il tarixli RBB(İ)081 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilin hərracda ilkin satış qiymətinin 80000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı “Nikoil” İKB-nin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması, iddianın qalan hissədə təm in edilməməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1,59.4; MM-in 269 -270, 309.1, 319.1,324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741, 743, 744-cü maddələrini tətbiq etmişdir.
23. İddiaçı və Cavabdeh1 qətnamədən ayrı-ayırlıqda kassasiya şikayətləri vermişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər V.Həsənov - sədrlik edən və məruzəçi, Ə.Əhmədov, İ.Dəmirov), 2(102)-4180/2020 nömrəli, 15 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-58/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
25. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərinə münasibətdə kassasiya kollegiyası qeyd etmişdir ki, kassasiya məhkəməsinin sözügedən qərarında apellyasiya məhkəməsində yuxarıda istinad edilən halların araşdırılmasının zəruriliyi müəyyən edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi həmin göstərişlərin aydınlaşdılıması üçün (yalnız notariat işinin tələb olunması, borc məbləğinin müəyyən edilməsi üçün natamam mütəxəssis rəyinin alınması istisna olmaqla) hər hansı bir cəhd göstərməmiş, kassasiya məhkəməsinin qərarında göstərilənləri yalnız təkrarlamaqla kifayətlənmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassa siya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
26. Məhkəmə kollegiyası iddiaçı tərəfin dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə faiz borcunun mövcud olmaması və auditor rəyində göstərilən məbləğin yalnız dəbbə pulu kimi olması nəticəsinə gəlməsi iddiaçı tərəfin dəlillərinin əsaslı olmasını müəyyən edir. Belə ki, apellyasiya məhkəməsi istinad etdiyi rəydə olan məlumatların (açıq ziddiyyətli olması müəyyən olunduğu halda) borc məbləğinin müəyyən olunması üçün kifayət hesab etmirdisə müvafiq olaraq rəydə olan anlaşılmazlığın aradan qaldırılması üçün yeni ekspert rəyinin alınmasına təşəbbüs göstərməli idi.
27. Eyni zamanda məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya instansiya məhkəməsi ümumiyyətlə mübahisəni həll edərkən yalnız rəydə olan məlumatlara əsaslanmış və onların iş materiallarında olan sübutlarla qarşılıqlı yoxlanmasını təmin etməmişdir. Bu baxımdan hər iki kassasiya şikayətində olan dəlillərin araşdırılmaması aşkar olaraq müəyyən olunmuş olur.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Məmmədova sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) 15 sentyabr 2021-ci il tarixli, 2(103)824/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikay əti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 nömrəli, 08 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qənaəti ilə razılaşmaqla bərabər qeyd etmişdir ki, təkrar apellyasiya icraatında araşdırma zamanı iddiaçı “Nikoil" İKB kreditin verildiyini isbat edəcək digər dəlil kimi mülki işin 1-ci cildinin 6061-ci vərəqəsində olan 16.06.2016-cı il tarixli vəsatətə istinad etmişdir. Həmin vəsatət Cavabdeh1 tərəfindən Yasamal rayon məhkəməsinin hakimi Ayaz Məmmədova ünvanlanmaqla cavabdehin kreditin verildiyini və tərəflər arasında 17 mart 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcunu etiraf etməsi, lakin borcun məbləği ilə razı olmaması, odur ki, mühasibatlıq ekspertizasının təyin ol unmasının xahiş olunması kimi qiymətləndirilmişdir. Lakin, cavabdehin vəkili və nümayəndəsi həmin vəsatətin Cavabdeh1 tərəfindən yazılmadığını və imzalanmadığını, iddiaçı Bankın iddiasını sübut etmək üçün öz əməkdaşları tərəfindən belə bir vəsatət təqdim etdiyini bildirərək iş üzrə məhkəmə-xəttşünaslıq ekspertiza təyin olunmasını xahiş etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-824/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2021-ci il tarixli 4/726 saylı ekspertiza rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 2-ci cildinin 119-121-ci vərəqələrində olan 31,05.2020-ci il tarixli Kassasiya şikayətində “C avabdeh1” yazılarından əvvəl yerləşən imza və 181-ci vərəqəsində olan 22.02.2021-ci il tarixli 03405 № li İmza Bəyannaməsindəki imzalar (03 ədəd) - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 61-ci vərəqəsində olan 16.06.2016-cı il tarixli vəsatətdə “Cavabdeh1” yazıları qarşısındakı imza və mülki işin 2-ci cildinin 181-ci vərəqəsində olan 22.02.2021-ci il tarixli, 03405 nömrəli imza Bəyannaməsindəki imzalar (03 ədəd) - MÜXTƏLİF ŞƏXSLƏR tərəfindən icra olunmuşdur.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun analoji işlə bağlı “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxl anılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, “Eyni zamanda, həmin hallara görə, 28 fevral 2007-ci il tarixli mübahisəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən kreditor öhdəliklərinin yerinə yetirilməsi, həmçinin banka ödənilmiş pul məbləğinin məhz cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız pulun cavabdehə verilməsini təsdiq edən məxaric sənədlərinin məhv edildiyi göstərilmişdir.Qeyd edilməlidir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunve riciliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini eyniləşdirməyə, habelə müştərilər hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi X9 tərəfindən 2013-cü il 30 iyul tarixi 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işini aparılması haqqında Təlimat"ın İİ fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəza rətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və уa balansdan silindikdən sonra 5 il müddətində saxlanılır.”
34. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi, apellyasiya şikayəti və əvvəlki kassasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mü lki Məcəlləsi:
37. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
38. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
40. Maddə. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
41. Maddə.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48. 372.2. (İşə baxılan vaxt qüvvədə olan redaksiya) Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Maddə 380.
1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
50. Madə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olu nub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən əsaslı hesab olunaraq qətnamə ləğv edilməli, iş yenidən apellyasiya baxışına göndərilməlidir.
56. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
57. Lakin, apellyasiya instansiya məhkəməsi Ali Məhkə mənin göstərişlərinə riayət etmədən qanunazidd və əsassız qətnamə qəbul etmişdir.
58. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iş üzrə gəldiyi nəticəni yenə də onunla əsaslandırmışdır ki, bank tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə 76.000 ABŞ dollarının cavabdehə verilməsinə dair sənəd-məxaric qəbzlərini iddiaçı təqdim edə bilməmiş, belə sənəd iş materiallarında aşkar edilməmiş, mənzilin dəyəri olan pulu cavabdeh özü ödəmişdir.
59. Məhkəmənin həmin qənaəti işin faktiki halları ilə tamamilə ziddiyyət təşkil edir. Əvvəla, işə baxan apellyasiya məhkəməsinin yenidən cavabdehin sübutlarını yoxlamağa, onun vəsatəti əsasında məhkəmə-xətt ekspertizası keçirməyə zərurət olmamışdır.
60. Belə ki, hazırkı iddia tələbi məhkəməyə d axil olduqdan sonra cavabdeh vəsatət verərək borcun məbləğinin düzgün hesablanmadığı üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət vermiş, onun vəsatəti əsasında müvafiq məhkəmə-mühasibatlıq eskpertizası keçirilmiş, ekspert borcun məbləğinin müəyyən edilməsinin mümkün olmaması barədə cavabdehin xeyrinə rəy vermiş və 1-ci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslandırığı sübutlardan biri də məhz həmin rəy olmuşdur.
61. Cavabdeh həmin qətnamə ilə razılaşmış, 1-ci apellyasiya mərhələsi qətnaməni dəyişdirmədən saxlamış, kassasiya məhkəməsi bankın şikayətini təmin edərək həmin hala da istinad edərək cavabdehin belə bir vəsatət verməklə əslində bank tərəfindən pulun verilməsini təsdiq etdiyini etiraf etməsini bildirmiş və həmin halın yenidən qiymətləndirilməsi ba rədə göstəriş vermişdir. 62. 2-ci apellyasiya mərhələsində cavabdeh yenə də vermiş olduğu vəsatətlə bağlı etiraz bildirməmiş, həmin vəsatətin onun tərəfindən yazılmaması və təqdim edilməməsi dəlilini irəli sürməmişdir.
63. Mülki iş 2-ci dəfə kassasiya instansiyası məhkəməsindən qayıtdıqdan sonra cavabdehin guya vəsatətin onun tərəfindən verilməməsi və imzalanmaması, onun iradəsini ifadə etməməsi barədə vəsatəti əsasında apellyasiya məhkəməsinin ekspertiza təyin etməsi tamamilə əsassız olmuş, cavabdehə hüquqdan sui-istifadə üçün şərait yaratmışdır.
64. Mülki iş iki dəfə kassasiya məhkəməsinə gedib yenidən baxılması üçün qayıtdıqdan sonra Apellyasiya Məhkəməsi cavabdehin vəsatəti əsasında yeni sübutlar tədqiq etməkdə haqlı olmamış, apellyasiyanın hədlərini pozmuşdur. Nəzərə almaq lazımdır ki, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (&49).
65. Cavabdehin xeyrinə qətnamə çıxarılarkən onun vəsatəti əsasında qəbul edilmiş ekspert rəyi onun xeyrinə şərh edilərkən cavabdeh bu halları mübahisələndirməmiş, lakin, kassasiya məhkəməsi iki dəfə cavabdehin vəsatətinin iddianın qismən etirafı kimi (borcun alınmasının təsdiqi kimi) qiymətləndirməyin zəruri olması barədə göstəriş verdikdən sonra cavabdehin vəsatəti əsasında həmin sübutların başqa istiqamətdə yenidən araşdırılması prorsessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
66. Bundan başqa, Apellyasiya Məhkəməsi əvvəlki kassasiya məhkəmələrinin göstərişlərinə ria yət etməmiş, iddiaçı bankın öz öhdəliklərini lazımınca icra etməsinə dair işin faktiki hallarına düzgün qiymət verməmişdir.
67. Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi vəsatətdə (i.v.60) göstərmişdir ki, «iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənək tərəfindən başqa xeyli məbləğdə ödənişlər həyata keçirilmişdir. Lakin bank tərəfindən həmin ödənişlər əsas borc kimi deyil, onların öz tədbiri ilə deyilərsə faiz və cərimələri hesablanmışdır. Halbuki, əsas borc 70.000 ABŞ dolları deyil, daha az təşkil etməli idi. Belə olduğu təsdiqdə məndə faiz borcu üzrə 31.411 ABŞ dollarının, 21.000 ABŞ dolları dəbbə borcunun hansı əsaslarla və nə səbəbə bu qədər hesablanmasında ciddi şübhələr yaranmışdır. Elə bu səbəbdən də hesab edir ki, bu məsələnin ciddi şəkildə araşdırılması məqsəd i ilə iş üzrə ekspertiza təyin edilməli, bu sahədə xüsusi biliyə malik olan ekspert rəy verməlidir»
68. Həmin vəsatət əsasında müvafiq ekspertiza təyin edilib rəy alındıqdan və bank sənədlərinin məhv edilməsinə dair akt məhkəməyə təqdim edildikdən sonra işə qoşulmuş cavabdehin nümayəndəsi cavabdehin mövqeyini dəyişərək bankdan kredit götürüb-götürməməsini dəqiqləşdirmək üçün ona vaxt verilməsi əsası ilə məhkəmə iclası təxirə salınmış, növbəti məhkəmə iclasında isə izahatında bankın cavabdehə kredit verməkdən imtina etdiyindən onun bankdan ümumiyyətlə kredit götürməməsini göstərmiş və etirazını belə əsaslandırmışdır ki, “tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə Bank öz öhdəliyini yerinə yetirməmiş, mübahisəli mənzil cavabdehin öz vəsaiti hesabına alınmış, bank isə müq avilə üzrə verdiyi vədi tutmamış və cavabdehə hər hansı bir kredit vəsaiti ödəməmiş, tərəflər 2013-cü ilin dekabrında başqa bir kredit müqaviləsi bağlamışlar və Cavabdeh1 tərəfindən vaxtaşırı edilən ödənişlər sonuncu müqavilə üzrə aparıldığı güman edilmiş, bank tərəfindən cavabdehə kredit verməsinə dair məhkəməyə sübut təqdim etməmiş, özləri tərəfindən akt tərtib edərək məhkəməyə təqdim edərək bildirmişlər ki, cavabdehə aid məxaric qəbzini yandırmışlar. İddiaçı cavabdehə 240 ay müddətinə kredit verdiyini iddia etdiyi halda kreditin müddəti bitməmiş iddiaçı tərəfindən nə üçün məxaric qəbzini yandırmışlar. Demək olar ki, kredit müqaviləsi bağlanmış və iddiaçı bank müqavilə öhdəliklərini yerinə yetirməyərək cavabdehə kredit verməmişdir. Bank tərəfindən aldadılaraq cavabdehə kredit verilməsini vəd etmiş və əmlakını ipotekaya qoydurmuşdur. Bankın əməkdaşlarının əməlində cinayət əməli olduğundan onlar barəsində xüsusi qərar çıxarılmalıdır”. 69. 2-ci kassasiya məhkəməsinin qərarından sonra isə, yuxarıda qeyd olunduğu kimi cavabdeh 1-ci dəfə məhkəməyə təqdim etdiyi vəsatətin ona məxsus olmadığını və onun tərəfindən imzalanmadığını bildirərək yenidən vəsatət qaldırmaqla həmin vəsatətdəki imzanın ona məxsus olmaması barədə ekspert rəyi almasına nail olmuşdur.
70. Göründüyü kimi, cavabdeh tərəfin bütün bu ziddiyyətli prosessual hərəkətləri ona hesablanmışdır ki, bankın mənzilin alınmasına ümumiyyətlə pul vəsaiti ödəməməsi ilə bağlı görüntü yaratsın. Məhkəmələr işdə olan sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməmələri nəticəsində cavabdeh qarşıya qoyduğu məqsədə nail olmuş v ə halhazıradək iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmamışdır.
71. Məhkəmələr işin həllində yol verdikləri əsas səhv ondan ibarət olmuşdur ki, məhkəmələr iddiaçı bankın ona pul verməməsi və bununla bağlı kassa məxaric orderinin mövcud olmamasına dair cavabdehin dəlillərinə faktiki hallara uyğun qiymət verməmişlər.
72. Apellyasiya Məhkəməsi bankın cavabdehə ümumiyyətlə hər-hansı məbləğdə pul ödəməsini təsdiq edən kassa məxaric orderi verməli olub-olmamasına düzgün qiymət verməmişlər.
73. İş materiallarında olan (mülki iş, İ cild, səhifə 29) notarial qaydada bağlanmış 17 mart 2018-ci il tarixli üçtərəfli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditor-ipoteka saxlayan İddiaçı İKB, alıcı-ipoteka qoyan Cavabdeh1, satıcı isə X2 etibarnamə üzrə nümayəndəs i X8 olmuşdur.
74. Həmin müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olaraq bank krediti vasitəsilə notariusun depozit hesabına ödənilməli olan pul məbləğini götürmək mənzili satan X1 aid olmuşdur. Həmin müqavilənin alıcı-ipoteka qoyanın hüquqları bölməsindən açıqca görünür ki, Cavabdeh1 mənzilin 19.000 ABŞ dolları hissəsini satıcıya ödəmək vəzifəsi daşımışdır. Müqavilənin prdedmeti bölməsində aydın olaraq qeyd edilmişdir ki, mənzilin 95.000 ABŞ dolları dəyərinin 19.000 ABŞ dolları hissəsini mənzili alan, qalan 76000 ABŞ dolları hissəsini isə alıcıipoteka qoyana kredit müqaviləsi əsasınlda verilməli olan vəsait hesabına ödənilir.
75. Göründüyü kimi, tərtib edilmiş sənədləşmə cavabdehin adına kassa məxaric orderi yazılmasını istisna etmişdir. Məhkəmələrin cavabdehin vəsatəti əsasınd a belə bir sənədi axtarması əsassız olmuşdur. Belə ödəniş sənədi olmuş olsaydı belə, ancaq, mənzili satanın adına ola bilərdi ki, bu halı da mənzili satan mübahisələndirə bilərdi. Mənzili satan X5 mənzilin pulunun ona verilməməsini mübahisələndirməmişdir.
76. Həmçinin, iş materiallarında olan (mülki iş, İİ cild, səhifə 71) notariat işindəki bank qəbzindən görünür ki, əqdi bağlayan notariat kontoruna xidmət edən Bank Respublika ASC 15.03.2008-ci il tarixdə 63665.20 manat məbləğində vəsait (76000 ABŞ dolları) X3 ödəmişdir. Nəzərə almaq lazımdır ki, bunun əksini sübutetmə vəzifəsi onu mübahisələndirənin-cavabdehin üzərinə düşür.
77. Ona görə işə yenidən baxan apellyasiya məhkəməsi bankın üzərinə düşən pul öhdəliyini lazımınca icra etməsi halına işin faktiki hallarına uyğun olaraq əlavə araşdı rma aparmadan mövcud sübutlar əsasında MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməlidir.
78. Qeyd olunan məsələyə hüquqi qiymət verdikdən sonra işə baxan məhkəmə işdə olan sübutlar əsasında qalıq borcunun məbləğini müəyyən etməlidir. Borcun məbləğinin müəyyən edilməsi ilə bağlı artıq bir dəfə ekspertiza rəyi alınmışdır. Əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında həmin rəyin natamam olduğu və onların aradan qaldırılması ilə bağlı göstərişlər verilsə də, işə baxan apellyasiya məhkəməsi həmin istiqamətdə ümumiyyətlə qiymətləndirmə aparmamışdır.
79. Nəzərə almaq lazımdır ki, borcun məbləğinin müəyyən edilməsi üçün zəruri olan məlumatlar mülki iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəf həmin məlumatlarda qeyd olunanlardan daha çox ödənişlər etməsinə dair sübutlar təqdim edə biləcəyi təqdirdə borcun məbləğinin həmin məlumatlar əsasında müəyyənləşdirilməsi üçün yenidən ekspertiza təyin oluna bilər. Bu zaman məhkəmə MPM-nin 372.2. maddəsinin tələblərini gözləməlidir. 80. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstəri lən hallar işin materiallarına uyğun olsun.
81. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.
82. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməlidir.
83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-824/2 021 saylı, 15.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova