Məhkəmə qərarları › İş №2(102)-991/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-991/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-991/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)2264/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin (hakim Azər İsmayılov) 2(060)-217 /2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 42787,68 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinədair iddiaərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC Bakı şəhəri və ətraf ərazilərdə yerləşən ticarət ob yektlərinə müxtəlif markalardan ibarət olan pivələrin topdan satışının təşkili ilə məşğul olur. Şirkət satdığı məhsulları ölkə xaricindən müqaviləəsasında alır. Cavabdeh ilə şirkət arasında xx xxxx 2016-cıil tarixində 1illik müddətə əmək müqaviləsi bağlanılaraq satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. Şirkətdə işlədiyi müddətdə cavabdehin vəzifəsi Xırdalan şəhərində yerləşən anbardan hər iş günü pivə məhsulunu MMC-yə məxsus avtomobillə Bakı və ətraf ərazidəki sifarişçi obyektlərə paylamaqdan və həmin obyektlərdən pivənin pulunu alıb şirkətin kassasına təhvil verməkdən ibarət olmuşdur. 2016-cı ilin təxminən noyabr ayının axırlarında şirkətin mühasibatlığında aparılan təftiş zamanı cavabdehin payladığı pivələrin pulundan 46000 manatdan artıq pulun çatışmadığı aşkar edilmiş vəhəmin obyek tlərin pivəni qəbul edən işçilərindən bu barədəsoruşularkən onlar MMC-dən aldıqları pivənin pulunu satış təmsilçisi Cavabdeh verdiklərini bildirmişlər. Nəticədə cavabdeh həmin obyektlərdən yığdığı pulları şirkətə verməmişdir. Bundan sonra cavabdeh xx.xx.2016-cı il tarixli, 16 saylı əmrlə işdən azad edilərək onunla şirkət arasında bağlanmışəmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda göstərilən çatışmayan məbləğin könüllü olaraq qaytarması barədədəfələrləxəbərdarlıq edilsədə,Cavabdeh borcunun olduğunu etiraf etməyərək, həmin pulları ödməkdən bir mənalı olaraq imtina etmişdir. Cavabdehin həmin məbləği könüllü olaraq qaytarmaq niyyətinin olmaması nəticəsində pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh tərəfindən şirkətəödənilməmiş bo rcun məbləğinin tam dəqiqliklə hesablanması üçün auditora müraciət edilmişdir. xx xxx 2017-ci il tarixli, 17/46 saylı auditor hesabatı ilə müəyyən edilmişdir ki, Cavabdeh öhdəsində 42787,68 manat məbləğindəçatışmazlıq vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halla r aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kass asiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,cavabdeh iddiaçı «xxxx» MMC-də xx.xx.2016-cıil tarixdən satıştəmsilçisi vəzifəsinə işə qəbul edilmiş, cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli, 16 saylı əmrinə əsasən xx.xx.2016-cıil tarixdən Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixli, 17/46 saylı X1 hissəsindən görünür ki, cəmiyyətin satış təmsilçisi vəzifəsində işləmiş Cavabdeh öhdəsində 35673,96 manat məbləğdəçatışmazlığı, boş çəlləklərdən 54 ədəd, dəyəri 7113,72 manat məbləğindəçatışmazlığı, ümumilikdə 42787,68 manat məbləğindəçatışmazlıq qalmaqla cəmiyyətə ziyan vurmuşdur. İddiaçı hazırki tələbin də iddia edir ki, «xxxx» MMC-nin sabiq satış təmsilçisi Cavabdeh fəaliyyəti xx.xx.2016-cı ildə dayandırılmış və təhvil-təslim vaxtı aparılan yoxlamalar nəticəsində cavabdehin şirkətə 42787.68 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya heç bir borcunun olmadığını və işdən çıxarkən təhvil-təslim aktını bağladığını bildirmişdir. İddiaçı iddia tələbindəcavabdehdən 46000 tələb etsədə,iddiaərizəsinə əlavəetdiyimüstəqil auditor hesabatından göründüyü kimi cavabdehin ümumilikdə 42787,68 manat qalığı qalmışdır. İş üzrə keçirilmiş xx xxxxx 2019-cu il tarixli, saylı ekspertiza rəyindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında olan təhvil-təslim aktlarında (10 ədəd) «Təhvil verdi Satış təmsilçisi» qrafasındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsin in 198-ci maddəsinə əsasən istər bilavasitəəmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərəkverdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərinəvəzinin tam ödənilməsini tələb edəbilər, bu şərtləki, qanunda vəya müqavilədəzərərinəvəzinin daha azmiqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş ş əxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditoru n isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmişəmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb sadalanan normalara isinand edərək hesab etmişdir ki, Cavabdeh «xxxx» MMC-də satış təmsilçisi işlədiyi dövrdə tam maddi məsuliyyət daşımağı öhdəsinə götürməsinə baxmayaraq, malların satışından əladə olunan pulları müəyyənləşdirilmiş müddətdə «xxxx» MMC-nə verməməklə müqaviləöhdəliyini icra etmədiyindən, eyni zamanda yazılı müqavilə bağlayaraq tam maddi məsuliyyət daşımağı üzərinə götürdüyündən, o, iddiaçı «xxxx» MMC-yəümumilikdə 42787,68 manat borca görə tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdeh apellyasiya şi kayətində göstərdiyi dəlillərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların to planması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətini əsaslandıra bilməmişdir. Onun dəlilləri iş materialları ilə, o cümləən iş üzrə keçirilmiş ekspetiza rəyi ilə təkzib olunur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrin in tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqay ıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2264/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar