Məhkəmə qərarları › İş №2(102)-991/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-991/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-991/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8104/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq S əhmdar Cəmiyyətinin ləğvediçisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 07 sentyabr 2009-cu il tarixli 02 saylı kredit müqaviləsinə görə İddiaçı ASC-nin Səbail filialı ilə arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 9 ay müddətinə, illik 30 faiz hesabı ilə 4400 manat məbləğində kredit vermişdir. 11 noyabr 2020-ci il tarixli arayışından görünür ki, nın kredit müqaviləsi üzrə 03.11.2020-ci il tarixə 3389,65 manat əsas, 2429,92 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1346,12 manat faiz borcu vardır. Tərəflər arasında bağlanmış 07 sentyabr 2009-cu il tarixli 02 saylı girov müqaviləsinə görə 07.09.2009-cu il tarixli kredit müqaviləsinni təminatı kimi borc alan 4500 manat dəyərində qızıl-zinət əşyalarını banka girov qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ndan cəmi 7166,12 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait nın borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin dan tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 07 sentyabr 2009-cu il tarix li 02 nömrəli kredit müqaviləsinə əsasən evin təmiri məqsədi ilə cavabdehə 9 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 4400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 07 iyun 2010-cu il tarixli 02 saylı əlavəyə əsasən kredit müqaviləsinin müddəti 07 mart 2011-ci il tarixədək, 09 mart 2011-ci il tarixli 02 saylı əlavəyə əsasən 09 dekabr 2011-ci ilədək və 30 dekabr 2011-ci il tarixli 03 saylı əlavəyə əsasən 30 dekabr 2012-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq 07.09.2009-cu tarixli girov müqaviləsi bağlanmış və Cavabdeh məxsus olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə 25 may 2017-ci il tari xli və 25.09.2020-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehin kredit üzrə borcu cəmi 7166,12 manat təşkil edir. Bundan 3389,65 manat əsas borc, 2429,92 faiz borcu və 1346,55 manat müqavilə müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz borcudur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim X3) 27 may 2021-ci il tarixli 2(003)1878/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh ndan 3389,65 manat əsas borc, 2429,92 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 1346,55 manat faiz və dövlət rüsumu üçün ödənilmiş 30 manat, cəmi 7196,12 manat tutularaq iddiaçı ləğv prosesində İddiaçı ASC-y ə ödənilməsi, tələbin cavabdeh na məxsus, 07.09.2009-cu il tarixli 02 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş-750 əyarlı bir üzük və sırqa dəstindən, 610 manat dəyərində olan 750 əyarlı üzük sırqa dəstindən, 690 manat dəyərində olan 583 əyarlı üzük sırqa dəstindən, 620 manat dəyərində 750 əyarli bir nişan üzüyündən, 580 manat dəyərində olan 750 əyarli sirqadan, 380 manat dəyərində olan 583 əyarlı zəncir boyunbağından, 170 manat dəyərində olan asqı (kulon) boyunbağından ibarət qızıl əşyalara yönəldilməsi və həmin əşyalar açıq hərracdan satılması, realizə edilmiş əşyaların dəyərindən əldə edilmiş vəsait hesabına cavabdeh Abbasova Gülnar Tahirqızının 07 sentyabr 2009-cu il tarixli 02 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödəni lməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinə əsaslanmaqla birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə özünün risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir, həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi həmin müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməm iş, nəticədə iddiaçıya 3389,65 manat məbləğində əsas borc, 2429,92 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə öhdəliyin icrasının gecikdirilməsi əlaqədar hesablanmış 1346,55 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən qiymət verərək hesab etmişdir ki, həmin hissədə də iddia əsaslı olmuşdur. X5 Tahir qızına məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əmlakın hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin 07 sertyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi hissəsinə qiymət verərək birinci instansiya məhkəməsi qeyd etmişdir Mülki Məcəllənin 295, 296.1 və 279-cu maddələrinin tələğlərinə görə həmin tələblər də əsaslı olmuşdur. Qətnamədən cavabdeh apellyas iya şikayəti vermiş, şikayətində göstərmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin dəftərxanasına ərizə ilə müraciət etsə də, həmin ərizə dəftərxanadan işə baxan məhkəməyə təqdim edilməmiş və iş materiallarına əlavə olunmamışdır. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə iddia müddəti tətbiq edilməmiş, əsassız qətnamə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortal anması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizənin məhkəmənin dəftərxanasına tərdim etməsi, lakin həmin ərizənin iş materiallarına əlavə olunmaması və birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməməsi barədə dəlilləri inandırıcı olmuşdur. Cavabdeh 03.05.2021-ci il tarixli həmin ərizənin surətini apellyasiya şikayətinə əlavə etmiş, AZEMİS elektron məhkəmə sistemindən çıxarışa görə 2(003)-1878/2021 saylı mülki iş üzrə 04.05.2021-ci il daxil olma tarixli, “qeydiyyata alındı” statuslu sənəd mövcuddur, lakin texniki cəhətdən həmin sənədə baxış keçirmək qeyri-mümkündür, işə baxan Xəzər Rayon Mə hkəməsi məhkəmə kollegiyasının sorğusuna əsasən “qeydiyyata alındı” statuslu sənədin iddia müddətinin tətbiqi barədə ərizə deyil, məhkəmə bildirişi olduğunu göstərmişdir. Nəticə etibarilə, cavabdehin birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edib-etməməsini dəqiq müəyyən etmək mümkün olmasa da, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya şikayətinə əlavə olunması, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməməsi və bu baxımdan hüquqlarını müdafiə etmək imkanından məhrum olması, eləcə də hazırkı iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi nəzərə alınmaqla iddia müddətinin tətbiqi barədə ərizə qəbul edilməli və mübahisəli hüquq münasibətinə iddia müddəti tətbiq olunmalı dır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 375.1, 377.1 və 377.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarına istinadən hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir, lakin məlum olmayan səbəblərdən həmin ərizə üzrə qeydiyyat aparılmamış və iş materiallarına əlavə edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq olunmaqla iddia r ədd edilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsmi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim etmək imkanları olsa da, bunu etməmiş, ərizə apellyasiya şikayətinə əlavə edilmiş, apellyasiya instansiyası məhk əməsi əsassız və qanunun tələblərinə ziddi olaraq həmin ərizəni iddia tələblərinin rədd olunmasına əsas kimi qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şik ayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə

376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 8.1. Mülki işlər və kommersiya mübah isələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. 380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araş dırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işdən görünür ki, iş üzrə iddia müddətinin tətbiqi barədə ərizənin işə birinci instansiya məhkəməsində baxan məhkəmənin dəftərxanasına tərdim olunması, yaxud Elektron məhkəmə informasiya sistemində yerləşdirilməsi barədə cavabdeh tərəf hər hansı sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş ərizədə bu barədə hər hansı qeyd (dəftərxana ştampı, ərizəni qəbul ed ən şəxsin imzası və sair) yoxdur, Elektron məhkəmə informasiya sisteminin idarəetmə pəncərəsində cavabdeh (vəkili, yaxud nümayəndəsi) tərəfindən hər hansı bir sənədin yerləşdirilməsi müəyyən edilməmişdir. İşin 47-ci vərəqəsindəki cavabdeh X1 adından verilmiş etiraz ərizəsindən görünür ki, cavabbdeh müqavilə müddəti bitəndən sonrakı dövr üçün hesablanmış 1346,55 manat faiz borcu istisna olmaqla qalan hissədə iddianı etiraf etmiş, tələbin girova yönəldilməsini xahiş etmiş və xəstəliyi əlaqədar məhkəmədə iştirak edə bilməyəcəiyini göstərmişdir. Bundan sonra cavabdeh nə birinci instansiya məhkəməsinin, nə də apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi göstərilən hallara Mülki Prosessual M əcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və hərtərəfli baxmadan, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən gəldiyi nəticə əsaslı olmamışdır. İddia müddətinin tətbiqi barədə ərizənin birinci instansiya məhkəməsinə təqdim etməsini, yaxud təqdim edilməsinin mümkünsüzlüyünün ondan asılı olmayan səbəblərdən olmasını sübuta yetirmək vəzifəsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə iddia müddətinin tətbiqi barədə ərizənin apellyasiya şikayətinə əlavə olunması, cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməməsi və bu baxımdan hüquqlarını müdafiə etmək imkanından məhrum olması,(iddia ərizəsinə etiraf təqdim etməsi əsas verir məhkəmə icla sları barədə lazımi qaydada məlumatlandırılmışdır), iddia ərizəsinin iddia müddəti ötürülməklə verilməsi iddia müddətinin tətbiqi barədə ərizənin bilavasitə apellyasiya instansiyası məhkəməsində qəbul edilməsi üçün əsas ola bilməz, mülki prosessual qanunvericilikdə belə hallar nəzərdə tutulmamışdır. Mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apelly asiya instansiyası məhkəməsi qərarın təsviriəsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8104/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar