Məhkəmə qərarları › İş №2(102)-992/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-992/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-992/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-1701/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Abşeron rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə (hakim Ş.R.Abasov, iş № 2(012)-521/2010) İddiaçı İKB-nin Cavabdeh qarşı borcun ipotek a predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 84.270,04 ABŞ dolları əsas, 17.670 ABŞ dolları faiz, gecikdirməyə görə 10.000 ABŞ dolları dəbbə pulu borcu ödəniş gününə manata məzənnə ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, ödənilmiş 20 manat dövlət rüsumunun 15 manat hissəsi tutularaq, İddiaçı X3 verilməsi, Cavabdeh tutulmalı olan məbləğ İddiaçı X2rşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 101.580 manat müəyyən edilməsi, Cavabdeh məxsus fərdi yaşayış evinin açıq hərracda satılması nəticəsində əl də olunmuş vəsait borcun ödənilməsinə kifayət etməzsə ödənilməmiş qalan borc məbləğinin Cavabdeh tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 84.270,04 ABŞ dolları əsas, 17.670 ABŞ dolları faiz, gecikdirməyə görə 1000 ABŞ dolları dəbbə pulu borcu ödəniş gününə manata məzənnə ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, ödənilmiş 20 manat dövlət rüs umunun 15 manat hissəsi tutularaq İddiaçı X3 verilməsi, Cavabdeh tutulmalı olan məbləğ İddiaçı X2rşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 101.580 manat müəyyən edilməsi, Cavabdeh məxsus fərdi yaşayış evinin açıq hərracda satılması nəticəsində əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etməzsə ödənilməmiş qalan borc məbləğinin Cavabdeh tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 228 ay müddətinə illik istifadə dərəcəsi 15,5 faiz olmaqla 85.000 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi xx xxxxxx 2007-ci il tarixdə ona məxsus olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariatda təsdiq edilmiş və bankın həmin əmlak üzərində ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2010-cu ilin mart ayında bank iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 84.270,04 ABŞ dolları məbləğində əsas kredit borcunun, 17.670 ABŞ dolları faiz borcu və 20.880 ABŞ dolları dəbbə pulu borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının, iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək məhkəmə tərəfindən cərimənin məbləğinin düzgün müəyyən olunmamasını əsas göstərməklə cəriməyə aid hissədə iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən eyni zamanda Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında i ddiaçının və cavabdehin vəkilləri verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh bankla bağladığı kredit müqaviləsinə əsasən 85.000 ABŞ məbləğində kredit götürmüş və həmin krediti ödəniş cədvəlində müəyyən olunmuş müddət və qaydada banka qaytarmaq barədə üzərinə öhd əlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin apellya siya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını lazımınca təmin etməmiş, banka ödənilməmiş əsas kredit borcu və faiz borcu yaranmış və bununla əlaqədar bank tərəfindən cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyin lazımınca icra edilməsi iş materialları ilə sübuta yetirilmədiyindən məhkəmə əsas kredit və faiz borclarına aid hissədə iddianı təmin etmiş, cəriməyə aid hissədə isə iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cəriməyə görə cavabdehdən 10.000 ABŞ dolları tutulmuş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni həmin hissədə dəyişdirilərək cəriməyə görə cavabdehdən 1000 ABŞ dolları tutmaqla iddianı həmin hissədə qismən təmin etmişdir. İşdən isə görünür ki, bank kreditin ödənilməsinin gecikdirilməsinə görə 20.880 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəy yənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə r azılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar