Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-993/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi kassator İddiaçı, vəkili X6 və qarşılıqlı iddiaçının vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(029)475/2019, hakim R.V.Kazımov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdeh dən 70 kq. çəkisi olan bir baş dana və ya onun dəyəri 630 manat, toy etmək məqsədi ilə verilmiş ərzaq məhsullarının dəyəri 220 manat, baş bəzətmək üçün verilmiş 50 manat, kosmetika və ya dəyəri 200 manat, xına paltarı və ya dəyəri 150 manat, bir dəst paltar və ya dəyəri 50 manat, bir cüt ayaqqabı və ya dəyəri 50 manat, bir ədəd şərfli jaket və ya dəyəri 35 manat, şərflər və ya dəyəri 21 manat, gecə paltarı və ya dəyəri 25 manat və toy etmək üçün verilmiş 1.000 ABŞ dollarından qaytarılmamış 700 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (iş № 2(105)-3293/2019, hakimlə r G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “bir dəst paltar və ya dəyəri 50 manat, bir cüt ayaqqabı və ya dəyəri 50 manat, bir ədəd şərfli jaket və ya dəyəri 35 manat, şərflər və ya dəyəri 21 manat, gecə paltarı və ya dəyəri 25 manat və toy etmək üçün verilmiş 1000 ABŞ dollarından qaytarılmamış 700 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3293/2019, hakimlər G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş, cavabdehdən kosmetika və ya dəyəri 200 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, Cavabdeh 70 kq çəkisi olan bir baş dana və ya onun dəyəri 630 manat, toy etmək məqsədi ilə verilmiş ərzaq məhsullarının dəyəri 220 manat, baş bəzətmək üçün verilmiş 50 manat, xına paltarı və ya 150 manat alınıb verilməsi hissəsində iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx.xx.2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.231 manat məbləğində əmlaklar və onlar olmadığı halda onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona vurduğu maddi zərərə görə 6647 manat, mənəvi zərərə görə isə 5.000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən cavabdehin qızını onun oğlu ilə evləndirmək niyyət olmadığı halda, toy edərək qazanc əldə etməsinə, yəni əsassız varlanmasına düzgün hüquqi qiymət veri lməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərard adının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlkin iddia tələbinin əsasını maddi zərərin ödənilməsi, qarşılıqlı iddia tələbinin əsasını maddi və mənəvi zərərin əvəzinin ödənilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilir. İlkin iddia iddiaçı cavabdehdən 70 kq çəkisi olan bir baş dana və ya onun dəyəri 630 manat, toy etmək məqsədi ilə verilmiş ərzaq məhsullarının dəyəri 220 manat, baş bəzətmək üçün verilmiş 50 manat, kosmetika və ya dəyəri 200 manat, xına paltarı və ya dəyəri 150 manat, bir dəst paltar və ya dəyəri 50 manat, bir cüt ayaqqabı və ya dəyəri 50 manat, bir ədəd şərfli jaket və ya dəyəri 35 manat, şərflər və ya dəyəri 21 manat, gecə paltarı və ya dəyəri 25 manat və toy etmək üçün verilmiş 1000 ABŞ dollarından q aytarılmamış 700 manat məbləğində pulun alınıb ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia təmin edilmişdir. İşə apellyasiya məhkəməsində baxılarkən, cavabdeh iddiaçı tərəfindən qızına gətirilmiş bir dəst paltar, bir cüt ayaqqabı, bir ədəd şərfli jaket, şərflər, gecə paltarı və toy etmək üçün verilmiş 1000 ABŞ dollarından qaytarılmamış 700 manat könüllü olaraq qaytarmış və iddiaçı tərəfindən həmin əşyalar və pul məbləği götürülmüşdür və iddiadan imtina edilməsi ilə əlaqədar olaraq, bu hissədə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi həmin tələblərə aid hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsilə ilkin iddia c avabdehdən kosmetika və ya dəyəri 200 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi hissəsində təmin edilmiş, 70 kq. çəkisi olan bir baş dana və ya onun dəyəri 630 manat və ərzaq məhsullarının dəyəri kimi 220 manat məbləğində pulun alınıb ona verilməsi hissəsində rədd edilmişdir. Apellyasiya məhkəməsi həmin hissədə qətnaməsini onunla əsaslandırmışdır ki, dəyəri 630 manat olan 70 kq çəkidə bir baş dana və 220 manat dəyərinə ərzaq məhsullarını iddiaçı öz oğlu ilə cavabdehin qızının toy mərasimi üçün vermiş və məhz həmin məqsədlər üçün istifadə edilmiş, iddiaçı da qohumları ilə bərabər həmin toy mərasimində iştirak etmişdir. Bu halda iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona zərər vurulduğuna istinad edərək həmin ət və ərzaq məhsullarının əvəzinin ödənilməsini tələb etməkdə haq lı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-993/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-993/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver