Məhkəmə qərarları › İş №2(102)-996/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-996/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-996/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(106)1248/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh2 arasında 60 ay müddətində 10.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi bağlanmışdır.

2. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış «Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında» 15.5.2014-cü il tarixli sazişlə, kreditin məbləği artırılaraq 100.000 ABŞ dolları və kredit xətti müqaviləsinin müddəti artırılaraq 170 ay müəyyən edilmişdir. 3. 12.3.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 16.5.2014-cü il tarixli kredi t razılaşmasına əsasən, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

4. Kassa mədaxil orderlərinə əsasən, 15.5.2014-cü il tarixdə 25.000 ABŞ dolları məbləğində pul Cavabdeh2 verilmişdir.

5. İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh4 arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələri ilə, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan kredit müqavləsi üzrə Cavabdeh2 öhdəliyinin icrası üçün məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür.

6. Həmçinin Cavabdeh2 İddiaçı QSC ilə bağanmış kredit xətti müqaviləsi üzrə ödəliyin icrasını təmin etmək üçün 15.5.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 1-ci mərtəbəsi ndə yerləşən 2 otaqlı, 26,5 m2 yaşayış, 21,9 m2 yardımçı, 48,4 m2 ümumi sahədən ibarət 2 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi üzrə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, kreditor 12.3.2010-cu il tarixli kredit razılaşması üzrə 16.5.2017-ci il tarixə ona 20.968,22 ABŞ dolları məbləğində kredit borcu, 6.723,59 ABŞ dolları məbləğində faiz borcu və 20.253,40 ABŞ dolları məbləğində cərimə hesablamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 20.968,22 ABŞ dolları məbləğində kredit borcu, 6.723,59 ABŞ dolları məbləğində faiz borcu və 20.253,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 47.945,21 ABŞ dolları məbləğində borcun, iddia verilməsi üçün ödənilmiş 334,52 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, C avabdeh2 mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 2 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilmsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda eyd olunan hallarına istinadla əsaslandırılmışdır.

10. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 Babalı oğlu iddianı qəbul etməyib, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi Ramil Əzizova kredit xətti müqaviləsi ilə deyil, 16.5.2014-cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddəti ndə, yəni 16.5.2017-ci il tarixədək qaytarılması şərti ilə kredit verilmişdir. Həmin iddia tələbi ilə bağlı iddia müddəti 3 il olmasına baxmayaraq, iddiaçı 16.5.2020-ci il tarixədək iddia verilməli olduğu halda, həmin müddətdən təxminən 2 il sonra iddia vermişdir. Buna görə də iddia müddətini ötürmüşdür və iddia rədd edilməlidir.

11. Məhkəmə ipoteka ilə yüklü edilmiş Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, 155 saylı evin 2 saylı mənzilin ilkin satış qiymətini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabata əsasən həmin mənzilin orta bazar qiyməti 34.000 manat, orta likvid qiyməti 27.000 manat müəyyən edilmişdir.

12. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 16 may 2023-cü il tarixl i, e-2(049)-228/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 16.5.2014-cü il tarixli kredit razılaşması üzrə 20968,22 ABŞ dolları məbləğində kredit borcu, 6723,59 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28191,81 ABŞ dolları kredit borcu, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 334,52 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 20 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 məxsus Lə nkəran şəhəri Şəhidlər Xiyabanı 155 saylı evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 26,5 m2 yaşayış, 21,9 m2 yardımçı, 48,4 m2 ümumi sahədən ibarət 2 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satışa çıxarılması və ipoteka predmetinin ilkin satış qiymətinin 27.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 onun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh3 və Cavabdeh4 bank qarşısı nda olan borc öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər və onlar, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyırlar.

14. Həmçinin məhkəmə hesab etmişdir ki, iddia tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi və kredit sazişi üzrə 20.968,22 ABŞ dolları məbləğində əsas və 6.723,59 ABŞ dolları məbləğində faiz borcunun cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi hissəsində əsaslıdır.

15. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 20.253,40 ABŞ dolları məbləğində cərimənin tutularaq iddiaçıya ödənilməli olması tələbinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya laz ımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

16. Məhkəmə hesab etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 16.5.2014-cü il tarixli kredit razılaşması üzrə hesablanmış 20.253,40 ABŞ dolları cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə hər bir kredit razılaşması üzrə dəbbə pulunun cavab dehlərdən 500 ABŞ dolları həcmində tutulmasını ədalətli hesab etmişdir.

17. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göründüyü kimi Qanunda ipoteka predmeti satıldıqdan sonra əmlakın boşaldılması nəzərdə tutulmuşdur. Bu baxımdan Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakların satıldığı halda əmlaklar ən geci 1 ay ərzində boşaldılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzild ən çıxarılmalıdır.

18. Məhkəmə Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi və buna görə də iddianın rədd ediməli olması barədə ərizəsinə və məhkəmə iclasında verdiyi izahatına münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşması 36 ay müddətində olmasına və 16.5.2017-ci il tarixdə kredit razılaşmasının müddətinin bitməsinə baxmayaraq, həmin kredit razılaşması 12.3.2010-cu il tarixli kredit xətti müqaviləsi və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2014-cü il tarixli saziş əsasında bağlanmışdır. Tərəflərin razılığı əsasında qeyd olunan kredit xətti müqaviləsinin müddəti əvvəlcə 60 ay müəyyən olunmuş, daha sonra isə 170 ayadək uzadılmışdır. Belə olan halda kredit xətti müqaviləsinin müddəti 12.5.2024-cü il tarixdə bitir k i, iddiaçı da hüquqların pozulması ilə bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda da iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir.

19. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 425.1, 425.2, 427.1, 442-ci maddələrinə, “İpoteka haqqında” qanunun 33, 34.1, 34.1.3, 36.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğvini və iddianın rədd olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar iddianı qəbul etməyib, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Ramil Əzizova kredit xətti müqaviləsi ilə deyil, 16.5.2014-cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətində, yəni 16.5.2017-ci il tarixədək qaytarılması şərti ilə kredit verilmişdir. Həmin iddia tələbi ilə bağlı iddia müddəti 3 il olmasına baxmayaraq, iddiaçı 16.5.2020-ci il tarixədək iddia verilməli olduğu halda, həmin müddətdən təxminən 2 il sonra iddia vermişdir. Buna görə də, iddia müddətini ötürmüşdür və iddia rədd edilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə müqavilə və digər sənədlərin əsli təqdim olunmamışdır. Baxmayaraq ki, təqdim olunmuş sənədlərdə tarixlərə düzəlişlərin edilməsi görünür. Birinci instansiya məhkəməsi onun bu barədə əsaslı vəsatətini təmin etməmişdir.

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelly asiya instansiya məhkəməsi) 2(106)-1248/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia rədd edilmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının əsaslı olması işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

24. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi sübutların məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 08R000018066 saylı kredit razılaşması üzrə 36 ay müddətinə kredit götürmüş və İddiaçı QSC isə Cavabdeh2 qarşı y alnız iddia müddəti bitdikdən sonra - 11 oktyabr 2022-ci il tarixdə məhkəmədə müvafiq iddia irəli sürmüşdür.

25. İddiaçı QSC-nin nümayəndəsi məhkəmədə izahat verərək bildirmişdir ki, onlar 2016-cı ildə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, 2017-ci ildə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsi onlar MəhkəməHüquq Şürasına müraciət etdikdən sonra sənədləri geri qaytarmış və yenidən iddia qaldırılmışdır. Hesab edir ki, sənədlər onlara gec təhvil verildiyi üçün İddiaçı QSC tərəfindən iddia müddəti ötürülməmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı QSC-nin nümayəndəsinin məhkəmədə verdiyi izahatında göstərilənlər hazırkı mülki iş üzrə iddia müddətinin tətbiqinə mane ola bilməz. Buna görə də, İddiaçı QSC-nin 16.5.2014-cü il tarixli k redit razılaşmasından irəli gələn iddia tələblərinə iddia müddəti tətbiq edilməli, İddiaçı QSC-nin hazırkı iddiası rədd edilməlidir.

27. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 373.2, 377.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 18 mart 2019-cu il tarixli qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən bax ılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank birinci instansiya məhkəməsinə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə müraciət etsə də, məhkəmə mülki işi əsassız olaraq baxılmamış saxlamış, nə qərardad banka təqdim edilmiş, nə də yazılmış sorğulara cavab verilməklə iddia ərizəsinə əlavə olunmuş sənədləri banka təqdim etməmişdir. Məhkəmə onun hüquqlarının təmini ilə bağlı heç bir tədbir görməmiş, əksinə mülki işi baxılmamış saxlayaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədləri verilmiş sorğular və hətta Məhkəmə-Hüquq Şurasına edilmiş şikayətdən sonra belə banka təqdim etməməklə bankın məhkəməyə müraciət edərək hüquqlarının müdafiəsi prinsipini pozmuşdur.

30. Kassator qeyd etmişdir ki, iddia m üddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Lakin Apellyasiya məhkəməsi iddia tələbini rədd edərkən heç ümumiyyətlə bu məsələyə toxunmamış və bu hala heç bir hüquqi qiymət verməmişdir.

31. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmamışdır. İddia ərizəsinin hansı səbəbdən məhkəmə tərəfindən iddiaçıya təqdim olunmaması məsələsinə hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərək əti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

34. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

35. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

36. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir.

40. Maddə 429.1.3. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir.

41. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icr anı gecikdirməsi sayılır.

43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

44. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

45. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli halları bu qərarın 1-7ci paraqraflarında əksini tapmışdır.

55. Göründüyü kimi tərəflər arasında yaranmı ş münasibətlər borcla bağlı öhdəlik münasibətləridir və apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.

56. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kredit öhdəlikləri üzrə tələblər iddia müddətlərinə tabe tutulur.

57. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, poz ulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

58. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə gö rə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

59. Belə müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi ü zrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

60. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

61. İddia müddətlərinin tətbiqi zamanı mütləq müəyyən edilməli hallardan biri – iddia müddətinin axımının başlanma anıdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditoru n borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).

62. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd etmişdir ki, tərəflərin arasında borcun qaytarılması müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti keçəndən sonra müraciət olunmuşdur.

63. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə dəlilləri ilə razılaşır. Kassator iddia müddəti ilə bağlı fərqli nəticəyə gəlməyə əsas verən hər hansı sübut təqdim etməmişdir. Kassatorun cavabdehə qarşı hazırki kredit öhdəliyi üzrə borcun tutulması barədə iddia ərizəsi ilə əvvəllər məhkəməyə müraciət etməsi, xx.xx.2017-ci il tarixli qə rardadla iddianın baxılmamış saxlanması və həmin qərardadın surətini gec əldə etməsi səbəbindən müddətin buraxılması barədə dəlili, iddia müddətinin tətbiqini aradan qaldırmır. Çünki Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Hazırki tələb üzrə iddia müddəti xx.xx.2017-ci il tarixli qərardadla iddianın baxılmamış saxlanmasından sonra ümumi qaydada davam etmiş, iddiaçı xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəl inmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

65. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(106)-1248/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar